Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kaftarlı
Kaftarlı - İrəvan quberniyasının Aleksandropol qəzasında. indiki Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlık xəritəsində qeyd edilmişdir. Toponimi kaftarlı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. İndiki Ermənistanın Torpaq Komitəsinin 1924-cü il qərarı ilə kəndin adı dəyişişdirilib Panik qoyulmuşdur. == Əhalisi == XIX əsrin əvvəllərinə kimi burada yalnız azərbaycanlılar yaşamışdır.
Murad Səttarlı
Murad Mütəllim oğlu Səttarlı (9 may 1992-ci ildə Şəmkirdə anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubunda müdafiəyə meylli yarımmüdafiəçi kimi çıxış edən peşəkar azərbaycanlı futbolçudur. == Karyerası == === Klub === 2014-cü ilin yanvar ayında Murad Qarabağ klubundan Simurq klubuna transfer olunmuş və bu klub ilə altı aylıq müqavilə imzalamışdır. Bir il sonra 2015-ci ilin yanvar ayında Səttarlı qarşılıqlı razılıq əsasında Simurq ilə yollarını ayırmışdır.17 iyun 2016-cı ildə Murad Zirə klubu ilə iki illik müqavilə imzalamışdır.25 dekabr 2017-ci ildə Murad Kəpəz klubu ilə bir illik müqavilə imzalamışdır. === Milli komanda === Murad Səttarlı Azərbaycanın əsas milli komandası ilə debütünü 26 may 2016-cı ildə yoldaşlıq oyununda Andorra millisinə qarşı oyunda etmişdir. == Karyera statistikası == === Klub === 20 May 2016 tarixində yenilənib === Milli komanda === 26 May 2016-cı il məlumatlarına əsasən.
Əfşarlı (Xudabəndə)
Əfşarlı (fars. افشارلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (7 ailə).
Rəftar İmanov
Rəftar Cəlil оğlu İmanov (16 oktyabr 1929) — tarixçi-alim, Azərbaycan Dövlət Dəniz Akademiyasının Kafedra müdiri, qarabağşünas. == Həyatı == Rəftar Cəlil оğlu İmanov 16 oktyabr 1929-cu ildə Füzuli rayonunun Dövlətyarlı kəndində dünyaya göz açıb. Natamam оrta təhsilini Dövlətyarlı kəndində aldıqdan sоnra оrta təhsilini Füzuli Pedoqoji texnikumunda başa çatdırmışdı. Оrta təhsillə kifayətlənməyən R.İmanоv ali təhsili almaq üçün 1946-cı ildə indiki Bakı Dövlət Univesitetinin tarix fakültəsinə daxil оlur. Burada о, akademik İsmayıl Hüseynov və Əlisöhbət Sumbatzadə, Akademiyanın müxbir üzvüləri Zülfəli İbrahimov, Əlövsət Quliyev və İqrar Əliyev, prоfessоrlar Hətəm Şahmalıyev, Mehdi İrəvanski, Məmməd Şıxlı və Miryusif Mirhadıyev (1922-1994), dоsent Əkbər Dadaşlı və digər görkəmli tarixçi alimlərin mühazirələrinii dinləyərək savadlı tarixçi kimi fоrmalaşmışdı. Bakı Dövlət Univesitetini müsbət göstəricilərlə başa vurmuş R. İmanоv 1951-ci ildə dоğma rayоnunun Qarğabazar kənd оrta məktəbinə təyinat alır. Gənc müəllim dərs dediyi bütün siniflərdə tarix fənninin sirlərini şagirdlərə öyrətməkdə xüsusilə canfəşanlıq edərək Füzuli rayоnunun tarix müəllimləri arasında layiqli hörmət qazanmışdı. R.İmanоv pedoqoji fəaliyyətilə yanaşı elmi fəaliyyətlə də məşğul оlmağı qarşısında məqsəd qоymuşdu. Beləliklə о, 1967-1971-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstutununun aspirantı оlmuşdur. 1973-cü ildə isə о, Akademiyanın vitse prezidenti, akademik İ.A. Hüseynоvun rəhbərliyilə başa çatdırdığı «Azərbaycanın yeni şəhəri Daşkəsənin yaranması və inkişaf tarixi (1945-1970)» mövzusunda namizədlik dissertasiyasını Akademiyanın Tarix Instutunda müvəffəqiyyətlə müdafiə etmişdir.
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası (ing. European Convention for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment) — 1987-ci ildə qəbul edilmiş və 1989-cu ildə yeddi ölkə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minən Avropa Şurası konvensiyası. 1993-cü ildə Konvensiyanın tərkib hissəsi olaraq (Konvensiyanın bütün üzv dövlətləri tərəfindən təsdiq edildikdən sonra) Konvensiyaya dəyişikliklər edilərək qüvvəyə minən iki əlavə protokol qəbul edildi. Avropa Şurasına üzv olan 47 dövlətin hamısı konvensiyanın tərəfdarıdır və 2015-ci il üçün hər iki protokol. Konvensiya azadlıqdan məhrum edilmiş şəxslərlə pis rəftarın qarşısını almaq üçün məhkəmədənkənar bir mexanizm təmin edir. Bu mexanizm, Avropa İşgəncə və İnsani və ya Alçaldıcı Mübarizə və Cəzanın Qarşısının Alınması Komitəsinin üzvlərinin seçilmiş ölkələrə səfərlərinə əsaslanır. Komitə, Avropa Şurasına üzv dövlətlərin müvafiq orqanlarına verdiyi ətraflı tövsiyələrində, davamlı olaraq azadlıqdan məhrum edilmiş şəxslərin həbs şərtlərinin qiymətləndirilə biləcəyi bir sıra standartlar hazırlamışdır. Bu dəst polis idarələrində pis rəftara qarşı qanuni qorunma zəmanəti, həbsxanalarda saxlama şəraiti və rejimi, tutulmuş və ya məhkum mühacirlərin işgəncə və ya pis rəftarla üzləşdikləri ölkələrə geri dönməsinin qarşısını alma mexanizmləri kimi anlayışları əhatə edir. Komitənin fəaliyyəti yalnız həbsxana ziyarətləri ilə məhdudlaşmır. Komitə üzvləri şəxslərin azadlıqdan məhrum edildiyi istənilən yerə baş çəkə bilərlər.