Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəngdar
Rəngdar (keçmiş adları Rənginədahar, Vəngidar) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Rəngidar (oyk.), (sadə.) - Quba rayonunun Xaltan inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Əsl adı Rənginədahardır. Oykonim tat dilindəki "rənginə" (rəngli) və "dahar" (qaya) sözlərindən düzəlib, “rəngli qaya” mənasındadır. Kənd eyniadlı qayanın yaxınlığında salındığından həmin qayamn adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 123 nəfər əhali yaşayır.
Vəfadar Eminov
Vəfadar Eminov (tam adı: Vəfadar Osman oğlu Eminov; 1 may 1966, Kirəç Muğanlı, Marneuli rayonu, Gürcüstan SSR, SSRİ – 23 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1966-cı il mayın 1-də Borçalı mahalının Kirəc-Muğanlı kəndində anadan olmuşdur. 1983-cü ildə doğulduğu Kirəc-Muğanlı kəndində məktəbi bitirmiş,, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur. Universitetdə axşam şöbəsində oxuyur, 1 nömrəli tikiş fabrikində isə fəhlə işləyirdi. == Qanlı Yanvar faciəsi == Yanvarın 23-də təxminən gündüz saat bir radələrində yolüstü Qədirli adına xəstəxanaya gedib, yaralı dostuna baş çəkib və yaralılara vurulmaq üçün qan vermişdir. Xəstəxanadan çıxıb «Olimp» mağazasına tərəf piyada düşərkən güllələnmişdir. Şahidlərin sözlərinə görə, onlar Vəfadara güllələnəcəyi yerdən keçməməyi desələr də, Vəfadar həmin yerdən keçməyə çalışmışdır.Vəfadarın sön sözü müxtəlif mənbələrdə müxtəlif cür qeyd edilsə də («Yaşamaq istəyirəm, sağalacağammı?», «Ölmək istəmirəm.», «Ölürəm, qoymayın.»), son sözü ilə ölmək istəmədiyini bildirmişdir. Lakin atılan güllə qaraciyərə dəymiş, nəticədə Vəfadar 4 litr qan itirmiş, 3 litr qan vurulsa da, aldığı xəsarətdən vəfat etmişdir.Həlak olandan sonra cibindən çıxan sənədlər bunlardır: tələbə bileti, qiymət kitabçası, cib dəsmalı, pencəyinin düyməsi, «Qarabağ» siqareti (maraqlıdır ki, o, siqaret çəkməyib), «Azadlıq» qəzetinin ikinci nömrəsi və 30 qəpik pul. Bunlardan ancaq «Azadlıq» qəzeti qana bulanmışdır.Şəhidlər xiyabanında dəfn olunmuşdur. == Xatirəsi == Haqqında 1997-ci ildə Sədaqət Davud qızı tərəfindən «Ömrə bağışlanan ömür» kitabı çap edilmişdir.
Vəfadar Quluzadə
Vəfadar Fəqan oğlu Quluzadə (19 oktyabr 2001, Bünyadlı, Beyləqan rayonu – 3 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vəfadar Quluzadə 19 avqust 2001-ci ildə Beyləqan rayonunun Bünyadlı kəndində dünyaya göz açmışdır. 2007-2018-ci illərdə Beyləqan rayon Bünyadlı kənd Yunis Quliyev adına tam orta məktəbdə orta təhsil almışdır. == Hərbi xidməti == 2019-cu ildə həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunun Ballıqaya və Ağcakənd kəndlərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət etmişdir. 1 il burada xidmət etdikdən sonra Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətin davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Vəfadar Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın və Talışın işğaldan azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəfadar Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəfadar Quluzadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vəfadar Quluzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vəfadar Rzayev
Vəfadar Əziz oğlu Rzayev (d. 20 sentyabr 1933, Xızı, Azərbaycan SSR, - ö. 21 avqust 2015, Bakı, Azərbaycan) — Azərbaycanın görkəmli maliyyə işçisi və əməkdar iqtisadçısı == Həyatı == Vəfadar Əziz oğlu Rzayev 1933-cü ilin 20 mart tarixində Xızı rayonunda anadan olub. Azərbaycanın maliyyə-bank sistemində 50 ildən çox çalışıb. 1952-ci ildə 19 yaşında maliyyə sahəsində baş büdcə inspektoru vəzifəsində öz fəaliyyətinə başlayıb. 1957-1959-cu illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin büdcə idarəsinin inspektoru olub. 1959-1971-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial sahələrin planlaşması və maliyyələşməsı idarəsinin rəisi - kollegiya üzvü vəzifəsində çalışıb. 1971-1987-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində birinci müavin vəzifəsində çalışıb. 1987-ci ildə Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan Aqrar-Sənaye Bank”-nın baş idarəsini və 65 rayon üzrə şöbələrini yaratmış və 1992-ci ilin oktyabr ayına qədər həmin bankın idarə heyətinin sədri olub. Qeyd edək ki, mühim dövlət işi ilə yanaşı maliyyə-kredit orqanları üçün ixtisaslı kadrların hazırlanması işindədə onun böyük əməyi olub.
Rəftar İmanov
Rəftar Cəlil оğlu İmanov (16 oktyabr 1929) — tarixçi-alim, Azərbaycan Dövlət Dəniz Akademiyasının Kafedra müdiri, qarabağşünas. == Həyatı == Rəftar Cəlil оğlu İmanov 16 oktyabr 1929-cu ildə Füzuli rayonunun Dövlətyarlı kəndində dünyaya göz açıb. Natamam оrta təhsilini Dövlətyarlı kəndində aldıqdan sоnra оrta təhsilini Füzuli Pedoqoji texnikumunda başa çatdırmışdı. Оrta təhsillə kifayətlənməyən R.İmanоv ali təhsili almaq üçün 1946-cı ildə indiki Bakı Dövlət Univesitetinin tarix fakültəsinə daxil оlur. Burada о, akademik İsmayıl Hüseynov və Əlisöhbət Sumbatzadə, Akademiyanın müxbir üzvüləri Zülfəli İbrahimov, Əlövsət Quliyev və İqrar Əliyev, prоfessоrlar Hətəm Şahmalıyev, Mehdi İrəvanski, Məmməd Şıxlı və Miryusif Mirhadıyev (1922-1994), dоsent Əkbər Dadaşlı və digər görkəmli tarixçi alimlərin mühazirələrinii dinləyərək savadlı tarixçi kimi fоrmalaşmışdı. Bakı Dövlət Univesitetini müsbət göstəricilərlə başa vurmuş R. İmanоv 1951-ci ildə dоğma rayоnunun Qarğabazar kənd оrta məktəbinə təyinat alır. Gənc müəllim dərs dediyi bütün siniflərdə tarix fənninin sirlərini şagirdlərə öyrətməkdə xüsusilə canfəşanlıq edərək Füzuli rayоnunun tarix müəllimləri arasında layiqli hörmət qazanmışdı. R.İmanоv pedoqoji fəaliyyətilə yanaşı elmi fəaliyyətlə də məşğul оlmağı qarşısında məqsəd qоymuşdu. Beləliklə о, 1967-1971-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstutununun aspirantı оlmuşdur. 1973-cü ildə isə о, Akademiyanın vitse prezidenti, akademik İ.A. Hüseynоvun rəhbərliyilə başa çatdırdığı «Azərbaycanın yeni şəhəri Daşkəsənin yaranması və inkişaf tarixi (1945-1970)» mövzusunda namizədlik dissertasiyasını Akademiyanın Tarix Instutunda müvəffəqiyyətlə müdafiə etmişdir.
Əhməd Təkudar xan
Əhməd Təkudar xan (1247 – 10 avqust 1284, Marağa, Şərqi Azərbaycan ostanı) — Hülaku xanın Kutuy xatundan olan 7-ci oğlu və Abaqa xanın qardaşı. == Həyatı == 1247-ci ildə Hülaku xan və Kutuy xatunun oğlu olaraq doğulmuş, Papa IV Nikolas şərəfinə Nikolas adı verilmişdir, nestorian kimi böyümüşdür. == Taxta çıxması == Abaqa xanın 1282-ci ildə Həmədanda vəfat etməsindən sonra xanədan qadınları, şahzadələr və böyük moğol əmirləri yas mərasimi üçün Marağa şəhərində Cağatu adlı yerə toplaşdılar və daha sonra moğol adətinə uyğun olaraq kimin xan seçilməsi üçün qurultay keçirdilər. Qurultayın qərarına əsasən özündən əvvəlki Elxani hökmdarlarından fərqli olaraq İslam dini inancına sahib olan, Hülakü xanın Kutuy xatundan olan yeddinci oğlu Təkudar xan Sultan titulu və Əhməd adını qəbul edərək 1282-ci ilin mayın 6-da Aladağda Elxani hökmdarı oldu. == Hökmdarlığı == === Daxili siyasəti === Hakimiyyət əsasən xanın anası Kutuy xatun və əmir Aşiqin əlində toplanmışdı. İslamı dövlət dini elan etmiş Sultan Əhməd yeni dinin qaydalarına uyğun olaraq bir sıra tədbirlər həyata keçirməyə başlayır. Belə ki, onun ilk tədbirlərindən biri hələ Hülakü və Abaqa xan zamanında baş vəzir olan və rəqibi Məcüdülmülk tərəfindən Abaqa xanı zəhərləməkdə, Misir məmlükləri ilə gizli anlaşmada və dövlət əmlakını mənimsəməkdə ittiham edilən əqidəcə müsəlman olan Şəmsəddin Cüveyni və qardaşı məşhur tarixçi Ata Məlik Cüveyniyə bəraət verməsi oldu. Əhməd xan həmçinin Şəmsəddin Cüveynini əvvəlki kimi sahibdivan vəzifəsinə təyin edərək, qardaşı Ata Məlik Cüveyniyə də, Bağdadın valisi vəzifəsini verdi. Bununla kifayətlənməyən sultan onların rəqibi Məcüdülmülkü isə Arqun xanla gizli ittifaqda günahlandıraraq edam edilməsi haqqında yarlıq verdi. Bundan əlavə, Sultan Əhməd köməkçisi Şeyx Əbdürrəhmanın rəhbərliyi ilə imam və üləmaya, dini ibadət yerlərinə vəqflər təyin edərək, müqəddəs yerlər olan Məkkə və Mədinəyə zəvvarların həcc mərasimini təhlükəsiz və rahat şəkildə həyata keçirliməsi üçün şərait yaratdı.
Rudar Plevlya FK
Rudar Plevlya FK (mont. ФК Рудар Пљевља) və ya qısaca "Rudar" — Monteneqronun Plevlya şəhərini təmsil edən peşəkar futbol klubu. Monteneqro çempionatında çıxış edir. Klub Şariç qardaşları — Darko və Duşko tərəfindən idarə olunur. 2006-cı ildə Monteneqro çempionatının qurulmasından bu yana bu liqada çıxış edir və 2009-10 mövsümündə ilk dəfə çempion ola bilmişdir. 3 dəfə Monteneqro Kubokunu qazanmaqla bu tituala ən çox sahib çıxan klubdur. Monteneqro Kubokunda bununla yanaşı 1 dəfə finalçı, 2 dəfə yarımfinalçı olmuşdur. == Tarixi == "Rudar" 1920-ci ildə "Breznik" adı ilə qurulmuşdur. 1923-cü ildə adı "Sancak" olmuşdur. Komanda şəhərdə yerləşən 48-ci Piyada Alayı tərəfindən dəstəklənmişdir.
Rudar Priyedor FK
Rudar Priyedor – Bosniya və Herseqovinanın futbol klubu.
Rudar Velenye FK
Rudar (Velenye) — Sloveniyanın futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib.
Regular Show
Daimi şou (ing. Regular Show) — Ceyms Kuintelin "Cartoon Network" televiziyası üçün yaratdığı ABŞ istehsalı cizgi serialı. 2010-cu ilin sentyabrından 2017-ci ilin yanvarına qədər 8 mövsüm olmaqla 261 seriyası nümayiş olunmuşdur. Cizgi serialda yaşadıqları yerin parkında bağban işləyən Mordekay (adi zığ-zığ), Riqbi (yenot) və onların iş yoldaşları — Skips (qar adamı), Pops (şirinquş adam), Masl Men, Beşlik ruh — və onların müdiri Bensondan (saqqız aparatı) bəhs olunur. == Məzmun == Serialda parkda bağban işləyən iki dənə 23 yaşlı dost Mordekay və Riqbinin günlük həyatından bəhs edilir. Onların işdən yayınması və boş işlərlə məşğul olması müdiri Bensonu əsəbləşdirsə də bu park meneceri Popsun xoşuna gəlir. Onların digər iş yoldaşları artıq çəkili Masl Men və Beşlik ruhudur.
Le-Revuar
La-Revuar (fr. Les Révoires)-rayonu Monako krallığının ən müasir inkişaf etmiş rayonlarındandır. Monte-Karlo şəhərinin bölünməsindən yaranıb. 2008-ci ilin məlumatlarına əsasən şəhər əhalisinin sayı 2494 nəfər, sahəsi isə 75 699 m²-dir. Bu rayon özünün milli parkları ilə fərqlənir. Belə ki, məşhur parklardan olan Jardin-Ekzotik (фр. Jardin Exotique — «Экзотический сад») knyaz Alber tərəfindən salınmışdır.
Rita Renuar
Rita Renoir (16 yanvar 1934, 15-ci Paris dairəsi[d] – 4 may 2016, XVIII arondisman (Paris)[d]) — fransız kino və teatr aktrisası. == Həyatı == Rita Renuar 1938-ci ildə Parisda anadan olmuşdur.Aktrisa 1960-cı illərdə "Crazy Horse Saloon"da çalışmağa başlasa da, son 10-15 ildə teatrda işləməyə üstünlük vermişdir.. 4 may 2016-cı ildə 78 yaşında vəfat edib. == Kino == 1953: Les Compagnes de la nuit 1958: Le Sicilien 1962: Commandant X (TV) 1963: Mondo di notte n. 3 1963: Dragées au poivre 1964: Ni figue ni raisin (TV) 1964: Qırmızı səhra, rejissor Mikelancelo Antonioni 1966: Chappaqua 1967: Fantomas Skotland-Yarda qarşı 1970: Cannabis 1975: Le Futur aux trousses 1981: Sois belle et tais-toi 1982: The Angel 1984: Lire c'est vivre: Élie Faure, Vélasquez et les Ménines (TV) == Teatr == 1965: Du vent dans les branches de sassafras, rejissor René Dupuy; Miriam 1967: Le Désir attrapé par la queue, Pablo Pikasso 1973: Et moi qui dirai tout, Le Diable, Théâtre de Plaisance, Paris == Biblioqrafiyası == J'aime le strip-tease, Frank Horvat-Patrick Lindermohr, Éditions Rencontres, 1962 Entretien avec Rita Renoir, in Plexus, la revue qui décomplexe, n. 3, Paris, 1966 Homenaje a una joven bruja, Julio Cortázar, Territorios, Mexico-Madrid-Buenos Aires, Siglo Veintiuno, 1978 Le Diable et la Licorne: métaphysique du strip-tease, Jean-Pierre Georges, Paris, La Table ronde, 2004, 153 pagg. == İstinadlar == == Xarici keçidlər == Rita Renuar — IMDb səhifəsi Jean-Michel Palmier, «Rita Renoir: Les Voyeurs attrapés par la queue», in Politique Hebdo.
Pyer-Ogüst Renuar
Pyer-Ogüst Renuar (fr. Pierre-Auguste Renoir [pjɛʁ oɡyst ʁənwaʁ];25 fevral 1841[…], Limoj[d] – 3 dekabr 1919[…], Kan-syur-Mer) — fransız rəssam, impressionizmin yaradıcılarından biri. == Həyatı və yaradıcılığı == Pyer-Ogüst Renuar 1841-ci il fevralın 25-də Fransanın Limoges şəhərində anadan olub. Atası dərzi olan Renuar ailənin dördüncü uşağı idi. Ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün 4 yaşında Parisə köçmək məcburiyyətində qalırlar. O, 13 yaşında ailəsinə maddi yardım etmək üçün işləməyə başlayır. İlk işi çini qablar düzəldən emalatxanada qabların üstünə şəkil çəkmək olur. Renuar rəssamlıqla burada tanış olur. Çini qabların üstündə rəssamlığın texniki tərəflərini öyrənir. Günortaya qədər çini qablara rəsmlər çəkir, günortadan sonra isə Luvr Muzeyinə gedib, orada usta rəssamların əsərlərin surətini kətana köçürürdü.
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası (ing. European Convention for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment) — 1987-ci ildə qəbul edilmiş və 1989-cu ildə yeddi ölkə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minən Avropa Şurası konvensiyası. 1993-cü ildə Konvensiyanın tərkib hissəsi olaraq (Konvensiyanın bütün üzv dövlətləri tərəfindən təsdiq edildikdən sonra) Konvensiyaya dəyişikliklər edilərək qüvvəyə minən iki əlavə protokol qəbul edildi. Avropa Şurasına üzv olan 47 dövlətin hamısı konvensiyanın tərəfdarıdır və 2015-ci il üçün hər iki protokol. Konvensiya azadlıqdan məhrum edilmiş şəxslərlə pis rəftarın qarşısını almaq üçün məhkəmədənkənar bir mexanizm təmin edir. Bu mexanizm, Avropa İşgəncə və İnsani və ya Alçaldıcı Mübarizə və Cəzanın Qarşısının Alınması Komitəsinin üzvlərinin seçilmiş ölkələrə səfərlərinə əsaslanır. Komitə, Avropa Şurasına üzv dövlətlərin müvafiq orqanlarına verdiyi ətraflı tövsiyələrində, davamlı olaraq azadlıqdan məhrum edilmiş şəxslərin həbs şərtlərinin qiymətləndirilə biləcəyi bir sıra standartlar hazırlamışdır. Bu dəst polis idarələrində pis rəftara qarşı qanuni qorunma zəmanəti, həbsxanalarda saxlama şəraiti və rejimi, tutulmuş və ya məhkum mühacirlərin işgəncə və ya pis rəftarla üzləşdikləri ölkələrə geri dönməsinin qarşısını alma mexanizmləri kimi anlayışları əhatə edir. Komitənin fəaliyyəti yalnız həbsxana ziyarətləri ilə məhdudlaşmır. Komitə üzvləri şəxslərin azadlıqdan məhrum edildiyi istənilən yerə baş çəkə bilərlər.