Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Graduation
Graduation — amerikalı repçi, prodüser Kanye Vestin üçüncü studiya albomu, 11 sentyabr 2007-ci ildə Def Jam Recording və Roc-A-Fella Records tərəfindən buraxılıb. Səsyazmalar 2005–2007-ci illərdə Nyu-York və Los-Ancelesdəki studiyalarda həyata keçirilib. Mahnıların prodüserliyini Vestin özü edib, DJ Toomp da daxil olmaqla digər prodüserlər mahnıların ərsəyə gəlməsində köməklik göstəriblər. Albomda müxtəlif sənətçilər qonaq çıxışları etmişlər, bunlara Dwele, T-Pain, Lil Wayne, Mos Def, DJ Premier, və Kris Martin daxildir. Albomun üz qabığı yaponiyalı müasir incəsənət rəssamı Takaşi Murakamı tərəfindən dizayn edilmişdir. == Trek siyahısı == Sempllər "Good Morning" trekində Elton Conun "Someone Saved My Life Tonight" mahnısının semplindən istifadə edilib. "Champion" trekində Steely Dan tərəfindən ifa olunmuş "Kid Charlemagne" mahnısının semplindən istifadə edilib. "Stronger" trekində Daft Punk-un "Harder, Better, Faster, Stronger" və Edwin Birdsong-un "Cola Bottle Baby" mahnılarının semplindən istifadə edilib. "I Wonder" trekində Labi Siffre-nin "My Song" mahnısının semplindən istifadə edilib. "Good Life" trekində Maykl Cekson tərəfindən ifa olunan "P.Y.T. (Pretty Young Thing)" mahnısının semplindən istifadə edilib.
Radiator
Radiator — İki mühit arasında istilik mübadiləsinə imkan verən cihazdır. Qızdırıcı radiator 1855-1857-ci illər arasında Sankt-Peterburqda yaşayan Prusyada anadan olmuş rus iş adamı Frans San Qalli tərəfindən icad edilmişdir.
Aviation (mahnı)
"Aviation" – The Last Shadow Puppets qrupunun ikinci studiya albomu olan Everything You've Come to Expect-dən üçüncü sinql. 16 mart 2016-cı ildə Domino Records tərəfindən buraxılıb. == Mahnı klipi == Klipdə Törner və Keyn çimərlikdə çuxur qazırlar, onlar torpağı qazarkən bir kişi və gəlin paltarı geyinmiş qadın maşından düşüb onlara yaxınlaşır. Keyn birdən qayıdıb kişini öpür ki, bu da onların arasında dava olmasına səbəb olur. Bu vaxt qadın sahilə qaçır, Törner və Keyn isə kişinin adamları tərəfindən torpağa basdırılır. Klipin sonrası "Everything You've Come to Expect" mahnısında göstərilir.Video Malibudakı Point Dume-də çəkilib və rejissoru Saam Farahmanddır. Klip 16 mm ilə çəkilib, Chung Chung-hoon, videonun vizual keyfiyyətini təmin edərək, çəkilişlər üzrə rejissor vəzifəsini icra etdi.
Dassault Aviation
Dassault Aviation SA, Fransa mərkəzli bir aviasiya və müdafiə sənayesi şirkətidir. Şirkət 1929-cu ildə Marcel Dassault tərəfindən qurulub və Dassault Qrupun bir hissəsidir. Şirkətin mərkəzi Parisdə yerləşir.
North American Aviation
North American Aviation (NAA), mərkəzi qərargahı ABŞ-də yerləşən təyyarə istehsalı ilə məşğul olan şirkət idi. 1928-ci ildə yaradılıb, 1967-ci ildə North American Rockwell şirkətinin bir parçası olmuşdur. Hal-hazırda Boeing şirkətinin bir parçasıdır.
Sud Aviation Caravelle
Sud Aviation Caravelle — Sud Aviasiya tərəfindən istehsal olunan Fransa mənşəli regional reaktiv sərnişin təyyarəsidir. Təyyarə ilk uçuşunu 27 may 1955-ci ildə etdi və 26 aprel 1959-cu ildə xidmətə başladı. Caravelle, qısa və orta həcmli bazar üçün hazırlanmış ilk reaktiv təyyarədir. Sərnişin xidmətlərinə başladıqdan bir neçə il sonra, Caravelle Avropanın ən uğurlu ilk nəsil reaktiv sərnişin təyyarələrindən biri oldu. Təyyarə Avropadakı operatorlara əhəmiyyətli satışlar etdi və hətta United Airlines şirkətinin 20 Caravelle sifarişi ilə ABŞ bazarına çıxmağı bacardı.