Abelia x grandiflora
İriçiçəkli abeliya (lat. Abelia × grandiflora) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin abeliya cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Çin, Himalay dağlarında geniş yayılmışdır. Abeliya Qafqazın Qaradəniz sahilində açıq sahədə yaxşı bitir.
== Botaniki təsviri ==
Həkim Abel növə Abeliya chinensis anlayışını vermişdir. Hündürlüyü 180 sm-dək olan koldur, budaqları uzun, çox vaxt sallaq, yarpaqları kiçik, üzbəüz oturaq, tünd-yaşıl, enli-lansetvaridir. Nazik, uzun, sallaq zoğları cavan yaşda çəhrayı rəngdə olur. Çiçəkləri ətirli, iri, beş ləçəkli, bitişik, yarpaqların qoltuğundan çıxan salxım çiçək qrupuna yığılmışdır. Çiçəkləri ağ, güclü xoş qoxuludur. Çiçəkləmə vaxtı yazın əvvəlindən yayın axırınadək davam edir.