Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kayzer
Kayzer (alm. Kaiser) — alman dilində imperator titulunu ifadə edir. Bu söz öz mənşəyini Roma imperatorlarının daşıdığı latın dilindəki caesar titulunun, o isə öz növbəsində Yuli Sezarın (Julius Caesar) adından götürmüşdür. Kayzer alman dilində imperator mənasını verdiyinə görə almanlar Rusiya çarlarından başqa bütün imperatorları bu sözlə ifadə edirlər. Lakin digər xalqlar kayzer sözünü əsasən Avstriya-Macarıstan və Avstriya imperatorlarına və vahid Almaniyanın yaranmasından sonra (1871-1918) hakimiyyətdə olmuş I Vilhelm, III Fridrix və II Vilhelmə şamil edirlər. Eyni zamanda hind və urdu dillərində "keysər" sözündən istifadə olunur. Əvvəllər "Hindistan İmperatoru" titulunu daşıyan Britaniya monarxlarını yerli xalq "Keysər-i-Hindi" adlandırırdı. Lakin bu sözün alman dili ilə heç bir əlaqəsi yoxdur və yunan dilindəki "Kesar" sözündən yaranmışdır.
Adam Rayner
Adam Rayner (alm. Adam Rainer‎; d. 1899 - ö. 4 mart 1950) – tarixdə qeydə alınmış həm karlik, həm qiqant olan yeganə şəxs. Akromeqaliyadan əziyyət çəkdiyi güman olunur. == Bioqrafiya == Rayner Avstriya-Macarıstan imperiyasının Qrats şəhərində anadan olmuşdur. 1917-ci ildə 18 yaşı olarkən boyu 122,55 sm olaraq ölçülmüşdür. 1918-ci ildə 19 yaşında olarkən isə boyu 111,5 sm olaraq ölçülmüşdü. Yetkinlik yaşında boyu 147 santimetr idi. Lakin hipofiz vəzindəki şiş onun boyunun qəfil və sürətli artmasına səbəb olmuşdur.
Con Rayder
Con Rayder (ing. John Ryder) — professor, Xəzər Universitetinin rektoru. == Həyatı == Con Rayder 1951-ci il sentyabrın 29-da Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində anadan olmuşdur. == Təhsili == Bakalavr təhsilini 1973-cü ildə Kortlandda Nyu-York Dövlət Universitetində bitirmiş, Stony Brook Universitetində (Nyu-York Dövlət Universiteti ilə bağlı) təhsilini davam etdirərək, 1977-ci ildə fəlsəfə ixtisası üzrə magistr elmi dərəcəsi almışdır. Həmin universitetdə doktoranturada oxumuş, 1982-ci ildə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. == Fəaliyyəti == 1980–1985-ci illərdə Kortlandda Nyu-York Dövlət Universitetinin mühazirəçisi olmuş, 1985–2002-ci illərdə həmin universitetin professoru vəzifəsini daşımışdır. 1991–1996-cı illərdə universitetin fəlsəfə departamentinin müdiri, 1995–1996-cı illərdə Şərqi və Mərkəzi Avropaşünaslıq Layihəsinin yaradıcısı və direktoru olmuşdur. 1996–2002-ci illərdə Kortlandda Nyu-York Dövlət Universitetinin Humanitar Elmlər fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1700 tələbənin təhsil aldığı, 160 akademik proqramın həyata keçirildiyi fakültənin 16 akademik departamentinə və 3 mərkəzinə rəhbərlik etmişdir. 2002–2010-cu illərdə Con Rayder Amerika və Rusiyaşünaslıq Mərkəzinin direktoru olmuşdur.
Cudit Rayker
Cudit Rayker (alm. Judith Rakers‎; 6 yanvar 1976, Paderborn, Şimali Reyn-Vestfaliya) — Jurnalist, 2011 Avroviziya Mahnı Müsabiqəsinin aparıcılarından biri.
Karl Rayner
Karl Rayner (ing. Carl Reiner; 20 mart 1922, Bronks, Nyu-York, ABŞ — 29 iyun 2020, Beverli-Hillz, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Paul Rayber
Paul Rayber (alm. Paul Reiber‎; 15 noyabr 1904 – 1992) — almaniyalı Yunan-Roma güləşçisi, Almaniya çempionu və Avropa Çempionatının mükafatçısı. 1904-cü ildə anadan olmuşdur. 1922-ci ildə Vürtemberq torpağının çempionu oldu. 1925-ci ildə Almaniya çempionatında qızıl medal qazandı və Avropanın Çempionatında 4-cü yeri tutdu. 1926-cı ildə Avropa Çempionatının gümüş mükafatçısı oldu və Almaniya çempionatında 2-ci yeri tutdu. 1927-ci ildə Almaniya çempionatının bürünc mükafatçısı oldu. 1929-cu ildə yenidən Avropan çempionatında iştirak etdi, amma orada yalnız 6-cı oldu.
Rayder (estrada)
Rayder (ing. rider) — artist, musiqiçi və yaradıcı kollektivlər tərəfindən çıxışı üçün irəli sürülən bütün tələblər. Əks halda artıst ilkin ödənişi qaytarmadan çıxışdan imtina etmək hüququna malikdir. == İstinadlar == == Xarici keçidlər == Payderin istifadə edilməsinin xüsusiyyətləri barədə məqalə (rus.).
Teodor Drayzer
Teodor Herman Albert Drayzer (ing. Theodore Herman Albert Dreiser; 27 avqust 1871-28 dekabr 1945) — ABŞ yazıçısı və ictimai xadimi. == Həyatı == Dünya şöhrətli Amerika yazıçısı Teodor Drayzer 27 avqust 1871-ci ildə İndiana ştatının Terre-Hote şəhərində anadan olmuşdur. O, ailənin on ikinci uşağı idi. Kasıblıq, ciddi dini tərbiyə görmüş, xəyalpərəst qəlbə malik olan Drayzer yaşam uğrunda mübarizə aparmağa uyğunlaşmışdı. Onun 1886-1891-ci illər Çikaqodakı işəmuzd çalışması, İndiana Universitetindəki təhsil illəri (1889-1890), 1892-1895-ci illərdə Çikaqo, Sent-Luia, Pitsburq və Nyu-York şəhərlərinin qəzetlərindəki əmək fəaliyyəti acı ümidsizliklərə düçar olmuşdur. H.Spenserin əsərləri ilə tanışlıqdan sonra onun ümidsizlikləri fəlsəfədə təzahür etməyə başladı; bu fəlsəfəyə görə insanlar yalnız və yalnız təbiətin köməksiz qurbanları hesab edilirdi. O, Balzakı "fəth" etdikdən sonra isə fəlsəfi baxışlarının bədii ifadəsini tapdı. Teoder Drayzer 1900-cü ildə "Kerri bacı" romanını yazdı. Romanın qəhrəmanı öncə evli adamın məşuqəsi, sonra isə məşhur aktrisa olan bir qızdır.
Vaynona Rayder
Vaynona Rayder (ing. Winona Ryder/) — Peşəkar olaraq Winona Ryder kimi tanınan, Amerikalı aktrisadır. O, Qızıl Qlobus Mükafatı da daxil olmaqla bir neçə mükafatın sahibidir və iki Akademiya Mükafatına namizəd olub . O, əvvəlki filmlərində qəribə rollar alması, daha sonra 1990-cı illərdə daha görkəmli rollar oynaması ilə tanınır.
Rayner adası
Panyer adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın mərkəzində yerləşir. Ziçi adaları qruupuna daxildir. Adanın sahəsi 140 km², ən hündür nöqtəsi isə 284 metrdir. == Təsviri == Ada fairəvi formaya malikdir. Diametri 14 km-dir. Bauerman burnu istisna olmaqla ərazisi bütünlüklə nuzla örtülüdür. Ada Avstriya-Macarıstan tərəfindən Artktikaya təşkil olunmuş 1872-1874-cü il ekspedisiyasını maliyyələşdirmiş, Avstriya hersoqu, Macarıstan, Çexiya şahzadəsi Cozef İoqan Mixael Frans İeronimus Paynerin şərəfinə adlandırılır. == Yaxınlığında yerləşən adalar == Lesqaft rifi — adalar arxipelaqın şimalında, Payer adasından 2 km şimal-qərbdə yerləşir.
Henri Rayder Haqqard
Henri Rayder Haqqard (ing. Henry Rider Haggard, 22 iyun 1856, Bradenem, (Norfolk qraflığı) — 14 may 1925 London) — İngilis yazıçısı. == Həyatı == Elə uşaqlıqdan həm bacı-qardaşlarından, həm də məhəllədəki digər həmyaşıdlarından xarakterinə görə fərqlənən Henri Rayder kiçik yaşlarından həyata qəribə xəyallar quraraq baxırdı. Çox zaman özünə qapılar, gizli düşüncələrində yaşardı. Bəlkə də elə bu daxili keyfiyyətlərinə görə idi ki, o, çox erkən yaşlarında sevginin tamını daddı. Amma bu erkən sevgi Henriyə yalnız əzab yaşatdı. 19 yaşına çatar-çatmaz Henri artıq qonşuluqda yaşayan Lili Ceksona vurulmuşdu. Bütün aşiq olan gənclər kimi o da həyatını sevdiyindən ayrı təsəvvür edə bilmirdi. Lakin Henri onu da bilmirdi ki, atası Uilyam Haqqard bu sevgiyə uşaq həvəsi kimi baxaraq gənclərin belə tez evlənməsinə razılıq verməyəcək. Hətta bu işi nöqtələmək üçün oğlunu uzaq bir ölkəyə - Cənubi Afrikaya göndərəcək.
Rayner Mariya Rilke
Rayner Mariya Rilke (1875-1926) - şair == Həyatı == Rayner Mariya Rilke 1875-ci ildə Praqada doğulub. Xəstəliyindən dolayı hərbi litseyi yarıda qoyub, ticarət məktəbinə qəbul olundu. İlk şeiri 1891-ci ildə Vyana qəzetində çap olunub. Həyatı boyunca gəzdiyi, dolaşdığı yerlərdə dünya ədəbiyyatının ən öndə gələn şəxsiyyətləri ilə bir araya gəldi. 1926-cı ildə yaxalandığı qan xərçəngi xəstəliyindən qurtula bilməyərək həyata gözlərini yumdu. Məzarı İsveçrə kantonundakı Valaisdə Raron məzarlığındadır. == Xarici keçidlər == Rayner Mariya Rilke. Bəbir Rayner Mariya Rilke.
Rayner Protş fon Zayten
Rayner Protş fon Zayten — elmi saxtakarlığı ilə məşğul olan alman paleontoloqu Rayner Protş fon Zayten bildirib ki, o, neandertal və müasir insan arasında əlaqələndirici həlqə olan insan skeleti aşkarlayıb. Əslində yalançı alim özü süni yolla insan sümüklərini qocaldıb və onu elmi sensasiya kimi təqdim edibmiş. Rayner Protş fon Zayten iddia edib ki, bu, 36 min əvvəl yaşamış insanın skeletidir. Ancaq detallı ekspertiza zamanı məlum olub ki, skeletin yaşı 7,6 min ildən çox deyil.
Brauzer
Brauzer (ing. Browser), daha dəqiq sözlə Veb brauzer — istifadəçilərin veb-serverlər üzərindəki HTML səhifələrini açmasına imkan verən proqram təminatıdır. Bu proqram təminatları Azərbaycan dilində bəzən Veb səyyah da adlandırılır. Hazırda ən çox istifadə edilən brauzerlər Google Chrome, Mozilla Firefox, Internet Explorer (IE) / Microsoft Edge, Opera , Safari və Galeondur. == Ümumi məlumat == Veb-sayt hazırlarkən ortaya çıxan əsas problemlərdən biri, müxtəlif brauzerlərdə səhifə elementlərinin fərqli təsvir olunmasıdır. W3C standartlarına uyğun kodlaşdırmanın aparılması bu problemi sadəcə qismən ortadan qaldırır. Heç bir brauzer W3C standartlarına tam uyğun deyil. Belə problemlərin ortaya çıxması brauzer istehsalçılarının, uzun illərdir müzakirə edilməsinə baxmayaraq, hələ də eyni standartların tətbiq etməməsidir. Əksər veb masterlər dizayn və kodlaşdırma işlərində, hal hazırda brauzerlər arasında ən çox istifadə olunan İE6 və istifadəçi sayı getdikcə artan İE7 brauzerlərini əsas alırlar. Bəzi hallarda Mozilla Firefox və Opera brauzerləri də nəzərə alınır.
Drayver
Drayver (ing. Driver) yaxud sürücü — kompüterin funksiyalarını idarə edən bir növ proqramdır. Bu proqram kompüterin əməli yaddaşı (RAM), video kartı , səs gücləndiriciləri, faksı, internet modemləri, prinetri, Bluetoothu və s. idarə edir. Belə ki, yeni alınmış kompüterə əməliyyat sistemi yüklədikdən sonra dərhal "sürücüləri" yükləmək lazımdır. Sürücülərin hamısı eynitipli deyil, onları yükləməzdən əvvəl əməliyyat sistemini, kompüterin və cihazın markasını düzgün seçmək lazımdır. Əks halda sürücü kompüterlə uzlaşmayacaq. === Sürücülərin xassələri === Adətən sürücülərin həcmi 2–20 MB arası olur. Sürücülər disklərdə çox yayılsalar da, onları daha çox internetdən yükləyirlər. Sürücünü bir diskdən (original diskdən) başqa diskə (pirat diskə) köçürdükdə sürücü etibarlı olmur.
Kayzen
Kayzen — yapon sözü olub mənası "yaxşılığa doğru dəyişmək", "inkişaf etmək" deməkdir. “Kaizen: The Key to Japan’s Competitive Success” kitabından sonra populyarlaşan və istehsalda geniş tətbiq edilməyə başlayan kayzen, keyfiyyət menecment sistemidir. Əsasən sənayedə (xüsusilə Toyota şirkətində) tətbiq olunsa da, kayzen gündəlik həyatda da istifadə olunur. Sözün düzgün yazılış forması "kaizen"dir. Lakin dilə yatımlılığına görə kayzen şəklində tələffüz edilir.
Mayzea
Qarğıdalı (lat. Zea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Qarğıdalı mədəni şəkildə becərilən birillik bitkidir. Gövdəsinin hündürlüyü 3 m-ə qədər yoğunluğu 3 sm, budaqlanmayan, lakin aşağı hıssəsi oduncaqlaşan bitkidir. Saçaqlı kök sisteminə malik,yarpaqları növbəli, uzun, xətti, yuxarı hissəsi qatlanmış, aşağı hissəsi isə çılpaqdır. Erkək çiçəkləri süpürgəşəkilli, dişi çiçəkləri çoxlu sayda (30 sm) qıça olmaqla, yarpaqların arasında yerləşir. Yumşaq gövdəli, erkəkcik və dişcik çiçək qrupları, zirvəsində isə 2 ayaqlı ağızcığı yerləşmişdir. Çiçəkləri qəhvəyi-qırmızı və açıq-sarı rəngilidir. Özünəməxsus zəif iyli olub, dadı hiss olunacaq dərəcədə olub, seliklidir. Yazda və ya erkən payızda “saçaqlar”ını südlü-mumlu qıçalarını, avqust-sentyabr aylarında silos kimi gövdə və yarpaqları toplanılır.
Qeyzer
Qeyzer (isl. geysir) — təbii surətdə yer altından baş qaldıran isti su və buxar fəvvarələri. Qeyzerlər yer səthinə fəvvarə şəklində çıxan isti bulaq olmaqla vulkanik hadisələrə aiddirlər. Daha çox İslandiya, ABŞ, Yeni Zelandiya, Kamçatka, Tibetdə və s. yerlərdə rast gəlinir. Qeyzerin yaranmasına səbəb yer daxilindəki isti suyun buxarlanması nəticəsində əmələ gələn qazın yüksək təziqlə fəvvarə vurmasıdır. Qeyzerlər, adətən, müəyyən fasilələrlə fəvvarə vurur. Müasir dövrdə qeyzerlərə ən çox İslandiya adasında, Yaponiyada, İtaliyada, Kamçatka yarımadasında və Sakit okean adalarında rast gəlinir. Qeyzer- fasilələrlə isti su və ya isti buxar fışqırtan,kükürt yayan qaynaqdır. "Qeysir" island dilində fışqırmaq deməkdir.Yeraltı suların maqma ocaqlarına toxunması ya da yaxın yerləşməsi və qızması nəticəsində yaranırlar.
Ramzes
Ramzes — Ad. I Ramzes — Misir fironu. II Ramzes — XIX sülalənin III fironu. III Ramzes — Qədim Misir fironu. IV Ramzes — Qədim Misir fironu. III Ramzesin oğlu. V Ramzes — Qədim Misir çarı. VI Ramzes — Qədim Misir fironu. III Ramzesin oğlu. XI Ramzes — Qədim Misir fironu.
Raypur
Raypur (ing. Raipur; hind. रायपुर) — Mərkəzi Hindistanda şəhər, Çhattisqarh əyalətinin paytaxtı, Raypur dairəsinin inzibati mərkəzi.
Taymer
Taymer (timer) – akustik sistemi idarə etmək, tarix və zamanı izləmək və başqa işlərlərdə gərəkli olan zaman intervallarını ölçmək üçün istifadə olunan hesablama sistemində: registr (yüksəksürətli yaddasaxlama sxemi), xüsusi sxem (kristal), yaxud sistem proqramı. Taymerin impulsları sinxronlaşmanın sistem tezliyi əsasında alına bilərsə də, o, sistem saatı deyil. Sistemlərin çoxunda kəsilmə taymerləri olur ki, onlar cari proqramın icrasını dayandırır və idarəetməni əməliyyat sisteminə verir Taymerlər == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Tayler
Taylor — Böyük Britaniyanın və ABŞ soyadı və verilmiş adı.
Panzer IX/Panzer X
Panzerkampfwagen IX və Panzerkampfwagen X, Nasist Almaniyasının ordusu olan Wehrmacht üçün Panzerkampfwagen Zirehli sinfində müasir tanklar hazırlamağı hədəfləyən lakin yalnız nəzəri olaraq qalan, bir layihədir. 1946-1947-ci illərdə istismara verilməsi planlaşdırılan texnikalar müharibəyə çatdırıla bilinmədi. Texnikalar yalnız proyekt kimi qalmışdır. İki layihə ilə də əlaqədar olan heç bir layihə tapılmamışdır. PzKpfw X Maus tankından daha geniş, lakin daha balaca idi. Tankın əsas silahı kimi 88mm-lik və ya 128 mm-lik top nəzərdə tutulmuşdur. Hər iki dizaynda da çox böyük dəyişikliklər həyata keçirilmişdir. Bu dəyişikliklər bu gün belə istifadə olunur.
Albert Tayler
Albert Tayler (d. 4 yanvar 1872; Hamilton, Birləşmiş Ştatlar - ö. 25 iyul 1945; Kumberland, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb. == Həyatı == Albert Tayler 1872-cü ilin 4 yanvar günündə Birləşmiş Ştatların Ohayo ştatının Hamilton şəhərində anadan olub. 1945-ci ilin 25 iyul tarixində isə Men ştatının Kumberland şəhərində ömrünün 73-cü yaşında vəfat edib. === Afina Olimpiadası === Albert Tayler 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Şüvüllə tullanma yarışlarında mübarizə aparan Tayler 3.30 metr nəticəyə imza atdı və I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Avast (brauzer)
Brendan Freyzer
Brendan Freyzer (ing. Brendan Fraser; 3 dekabr 1968, İndianapolis, İndiana) — Kanada əsilli ABŞ aktyoru, "Oskar" mükafatı laureatı (2023). == Həyatı == Brendan Freyzer 1963-cü ildə ABŞ-nin İndiana ştatında Kanada əsilli ailədə dünyaya gəlmişdir. Brendan ailədə 4 qardaşdan ən kiçiyidir. Ailəsi ilə birlikdə Niderlandda, İsveçrədə, eləcə də Romada, Londonda və ABŞ-nin başqa şəhərlərində yaşamışdır. Atası daha çox Kanadada işləmişdir. Brendan 12 yaşından London teatrlarında kiçik səhnələrdə çıxış edir. Brendan Freyzer peşəkar film karyerasına 1991-ci ildən başlayır. 2001-ci ildə London teatrı səhnəsində yenidən iştirak edir. 1998-ci ildə Freyzer Afton Smit adlı qızla evlənir.
Ramsər
Ramsər — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Ramsər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 31,659 nəfər və 9,421 ailədən ibarət idi.
Ruydər
Ruydər — İranın Hörmüzgan ostanının Xəmir şəhristanının Ruydər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,470 nəfər və 1,236 ailədən ibarət idi.