Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Reliant Energy Plaza
Reliant Energy Plaza - Texasın Hyuston şəhərində yerləşən göydələndir. Hündürlüyü 158 metrdir, binanın sahəsi 74,000 m². Bina 2001-ci ildən 2003-cü ilə qədər tikinirdi. Göydələndə 36 mərtəbə var, hündürlüyünə görə şəhərdə 27-ci yeri tutur.
Relikt
Relikt (lat. relictum - qalıq) - relikt bitki və heyvanlar — keçmiş geoloji dövrlərin müasir biosenozun tərkibinə daxil olan bitki və heyvan növləri, kiçik və geniş ərazini tuta bilər. Üçüncü dövr, pleystosen, postpleytosen reliktləri ayırırlar. Azərbaycan Respublikasında (əsasən Talış zonasında), yalanqoz, şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiyası, azat ağacı, bigəvər kolu, şümşad kolu üçüncü dövr reliktidir. == Relikt endemlər == Relikt endemlər (lat. relictum - qalıq) – keçmiş geoloji dövrlərdən indiyə kimi qalmış növlər. Relikt növlər olduqca məhdud sahədə qala bilər (məs., gingqo, eldar şamı, saqovnik, sekvoya və b.) həm də nisbətən məhdud ərazilərdə yayıla bilər (məs., üçüncü dövr reliktləri – azaliya, andromeda, budaqlı danaya, dəmirağac, şabalıdyarpaq palıd və s.) == Relikt fauna == Əlverişli yaşama şəraitində (refiqiumlarda) qalan keçmiş fauna. == Relikt flora == Əlverişli şəraitlərdə fraqmentlər şəklində qalan qədim flora növlərinin məcmusu.
Relvan
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Rejiane Alves
Regiane Kelly Lima Alves (31 avqust 1978, Santo André) — Braziliya aktrisası. == Filmoqrafiya == === Televiziya === 1998 - Fascinação .... Ana Clara Gouveia Prates1998 - Meu Pé de Laranja Lima .... Lili2000 - A Muralha .... Rosália Olinto2000 - Laços de Família .... Clara2001 - Sítio do Picapau Amarelo .... Branca de Neve2001 - Brava Gente .... Gigi2001 - Brava Gente .... Branca Luz2002 - Desejos de Mulher .... Letícia Miranda Moreno2003 - Mulheres Apaixonadas ....
Vickers Valiant
Vickers Valiant (ing. Vickers Valiant) — bir vaxtlar Britaniya Hərbi Hava Qüvvələrində istifadə olunmuş dörd motorlu reaktiv bombardmançı təyyarəsidir. V Bombardmançıları (V-Bombers) deyilən nüvə hücumuna qarşı daşındırıcı bombardman təyyarəsidir. Digər iki V Bombardmançısı Avro Vulcan və Handley Page Victor-dur. Təyyarənin ilk prototipi 1951-ci ildə 18 may tarixində hazır olmuşdur. Prototip 27 aya hazırlanmışdır. Valiant başlanğıcda yüksək səviyyəli strateji bombardmançı əməliyyatlar üçün nəzərdə tutulmuş tutulmuşdu. Lakin aşağı rotadan uçan zaman təyyarədə ciddi problemlər yaranırdı. Bahalı bərpa proqramı ilə davam etməyin əksinə Valinət rəsmi olaraq 1965-ci ildə təqaüdə çıxdı. Onun vəzifəsini isə 1980-ci illərə qədər xidmət edən digər V Bombardmançıları yerinə yetirmişdir.
Briliant Dadaşova
Brilliant Süleyman qızı Dadaşova (15 sentyabr 1965 və ya 15 sentyabr 1959, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (1998); Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Brilliant Dadaşova 15 sentyabr 1965-ci ildə (bəzi mənbələrə görə 1959-cu ildə) Bakı şəhərində anadan olub. Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlandı. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəldi. 1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxır. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bildi. 1988-ci ildə Topxana meşəsindəki hadisələrdən sonra müğənni "Haydı, ər igidlər" mahnısını ifa etdiyinə görə ciddi töhmət alır. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görür. Qısa müddətdə xitə çevrilən "Bayatılar" mahnınısı Brilliantdan sonra Sezen Aksu, Edvvard Maya, Keti Garbi, Reno, Levent Yüksel, Monika Salmaso, "Brazilian girls", "N Dubz", DJ Brizi və Eusebio Belli və başqa dünya ulduzları tərəfindən yüzlərlə verisyada ifa olunmuşdur.
Helian Dinq
Helian Dinq — son Hsia şanyüsü. Qardaşı Helian Çanqın əsir götürülməsindən sonra imperator olmuşdur. 430-cu ildə Sonq sülaləsi imperatoru Vei ilə müttəfiq olan Dinq 431-ci ildə Qərbi Qin krallığını dağıdaraq onun torpaqlarına köçdü. Həmin il paytaxt Piqnlianqı müdafiə edən qardaşları Helian Duluqu və Helian Şeqan Şimal Veyə təslim oldu. Helian Dinq əmisi Helian Veifanı müharibə üçün göndərdi və Qərbi Qin dövlətinin qalan torpaqlarını da tutdu. Helian Dinq gözlənilmədən Tuyuhun dövləti tərəfindən hücuma məruz qaldı və əsir edilərək Şimal Veyə göndərildi. Dinq orda edam olundu və üçüncü hun dövlətinin də sonu gəldi.
Helian Çanq
Helian Çanq 2-ci Hsia şanyüsüdür. Cəmi 3 il hakimiyyətdə qalmışdı amma gözlənilmədən Şimal Vey ordularının hücumuna məruz qaldı. Tonqvan güclü qala olsa da qapıları gec bağlandığı üçün düşmən ordu içəri girmişdi. Vey ordusunu qovmağı bacaran Çanq qardaşı Dinqi onlara qarşı göndərdi. Özü Vey ordusuna məğlub olaraq Tonqvana yox, Şanqiyə qaçdı. Tonqvan ələ keçirildi. Helian Çanq 428-ci ildə əsir götürülərək Şimal Vey torpaqlarına aparıldı. 434-cü ildə Çanq qaçmağa çalışarkən edam olundu. Şimal Vey onun digər qardaşlarını da edam etdi.
Relikt minerallar
Relikt minerallar — tapıldığı çökmə süxurlardan daha əvvəl əmələ gəlmiş minerallar. Buraya ekzogen proseslərə davamlı minerallar aiddir: kvars, maqnetit, sirkon, qranat, bəzən çöl şpatları, mikalar və dəmir-maqnezium silikatları. Süxur daha dərin dəyişilmə mərhələsində, yaxud əksinə (məsələn, metogenez mərhələsində mühafizə olunub qalmış sedimentasion və ya diagenetik kaolinit), rast gələn çöküntü süxurların zəif dəyişkənlik pilləsinin mineralları, habela metamorfik süxurlarda ilkin süxurdan (metamorfizmdən sonra) qalmış minerallar da relikt minerallar aiddir. Regional metamorfizmin hər hansı bir fatsial şəraitində əmələ gəlmiş və sonrakı fatsiyalarda dayanıqlı qalan minerallar da relikt minerallar sayılır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Relikt relyef
Relikt relyef-/ lat. relictum-qalıq/- (rus. реликтовый рельеф, ing. relief landforms, past forms) keçmiş geoloji dövrlərdə, başqa şəraitdə əmələ gəlmiş, relyef formaları. Məs: Şərqi- Avropa düzənliyində buzlaq relyef formaları.
Sikorsky–Boeing SB-1 Defiant
2018-ci ilin dekabr ayının sonunda ilin ən maraqlı aviasiya hadisələrindən biri baş verdi: "Sikorsky" və "Boeing" şirkətinin müştərək istehsalı olacaq çoxməqsədli SB1 "Defiant" (ingiliscədən "cəsarətli", "qüsursuz", "itaətsiz") helikopterinin konsepsiyası təqdim edildi. Bu yeni layihənin mərkəzində ABŞ hərbçilərinə bir neçə yüksək sürətli helikopter ailəsi vermək üçün nəzərdə tutulan perspektiv "Vertical Lift" proqramı dayanır. SB-1-i gördükdə "dejavü" hiss etsəniz təəccüblənməyin. ABŞ artıq uzun müddətdir ki, yeni helikopterin bənzəri olan, "Sikorsky" istehsalı S-97 "Raider" helikopterini müvəffəqiyyətlə sınaqdan keçirir. == SB1 "Defiant" == Yeni SB1 helikopterini sözün əsl mənasında bu maşının modifikasiyası adlandırmaq da olmaz. Helikopterlər təmamilə fərqli vəzifələri həll etmək üçün nəzərdə tutulub. Xatırladaq ki, S-97 nisbətən kiçik bir helikopterdir, iki nəfər heyətə malikdir və altı nəfər desant daşıya bilir. Bunun kəşfiyyat, yüngül zərbə və ya gələcək pilotsuz aparatın bazası olduğu dəqiq məlum deyil. Onu daha çox ömrünü başa vuran "Bell" istehsalı kiçik OH-58 "Kiowa" helikopterlərinin yüksək sürətli əvəzi kimi görürlər. Böyük ehtimal ki, S-97 helikopteri zərbə tipli "Apache" helikopterlərini əvəz etməyəcək.