Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amputasiya
Amputasiya — ətrafın, yaxud hər hansı digər orqanın periferik hissəsinin kəsilməsindən ibarət cərrahiyyə əməliyyatı. Ətrafın və ya onun hissəsinin oynaqdan kəsilməsi ekzertikulyasiya adlanır. Amputasiyadan sonra güdülün anatomik və ya funksional yararsızlığı ilə əlaqədər aparılan təkrar əməliyyat isə reamputasiya adlanır. Amputasiya əsasən xəstənin həyatına yalnız xəstə orqanı kəsməklə xilas etmək mümkün olduqda tətbiq edilir. Amputasiyada baş verən ağırlaşma halları zamanı şok, irinləmə, tromboembolya və pnevmoniya kimi hallar müşahidə edilir. Güdül sağaldıqdan sonra amputasiya edilmiş ətrafa protez qoyulur. == Tarix == == Səbəbləri == Anadangəlmə (amniotik dartılmalar sindromu nəticəsi) İnfeksiya (osteomielit nəticəsində) Travmalar Mexaniki (yol qəzası, hərbi) Termik (yanıqlar, donmalar) Kimyəvi (laborator qəza) Elektrik (yüksək cərəyan vurması) Damar xəstəlikləri (diabet, septik nekroz sonucu) Bədxassəli şiş xəstəlikləri == Təsnifat == == Müalicə == === İlkin tibbi yardım === === Bərpa mərhələsi === Amputasiyadan sonrakı mərhələdə aşağıdakı müalicə üsullarından istifadə olunur: Amputasiya -> fasilə -> protez Amputasiya -> autotransplantasiya (bədənin digər toxumasının zədələnmiş ətrafa transplantasiyası (köçürülməsi)) -> plastik rekonstruksiya (bərpa) Replantasiya (kəsilmiş toxumanın güdülə tikilməsi) -> revaskulyarizasiya (qan təchizatın mikrocərrahi üsulla bərpa olunması, 1969-cu ildən sonra) Allotransplantasiya (ölmüş insanın ətrafının güdülə tikilməsi) — 2000-ci ildən sonra. === Reabilitasiya === == Mənbə == Azərbaycan Milli Ensiklopediyası səh 455.
İsrail–Almaniya Reparasiya Sazişi
İsrail və Almaniya Federativ Republikası arasında Reparasiya Sazişi (alm. Wiedergutmachungsabkommen‎; ivr. ‏הסכם השילומים‏‎ — Heskem HaŞillumim) və ya Lüksemburq Sazişi (alm. Luxemburger Abkommen‎) — 10 sentyabr 1952-ci ildə İsrail və Almaniya Federativ Respublikası arasında imzalanmış, 27 mart 1953-cü ildə qüvvəyə minmiş müqavilə. Razılaşmaya görə, Qərbi Almaniya İsrailə təzminat ödəməli və mülkiyyətini itirmiş hər bir yəhudinin itkisini kompensasiya etməli idi. İsrailə ödənilən kompensasiyanın məqsədi İsrailin yaşadıqları yerlərdən didərgin düşmüş çoxsaylı kasıb yəhudini yeni evlərlə təmin etməsi və bunun qarşılığında çəkdiyi xərclər idi. Bundan əlavə, Yəhudilərin Almaniyaya qarşı maddi iddiaları üzrə Konfrans vasitəsilə Almaniya Nasizm rejiminin təqibinə məruz qalmış hər bir yəhudinin mülkünü və dolanışığını tək-tək bərpa etməli idi. == Tarixçəsi == 1952-ci ildə İsrailin ilk baş naziri David Ben-Qurion çıxışlarının birində reparasiya tələbinin mümkün qədər çox yəhudi mülkünü əhatə etməli olduğunu bildirdi. Beləcə, "qatillər eyni zamanda varis ola bilməyəcəkdilər". Həmçinin, Qurion İsrailə köçən Holokost qurbanlarının reabilitasiyasını maliyyələşdirmək üçün bu kompensasiyaya ehtiyac olduğunu vurğulamışdı.