Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Princeton Review
Princeton Review — Ali məktəb üçün test hazırlığı, reptitorluq və tədris materialı təklif edən, bütövlükdə kollecə qəbul xidmətləri göstərən ABŞ şirkəti. Əsasən SAT, ACT, GRE kimi beynəlxalq testlərə hazırlıq üçün tədris materialları hazırlayan şirkət bununla yanaşı, hər il ali məktəb sıralaması da dərc edir. Həmçinin tələbələrin universitetlərə qəbul olmasında da konsaltinq xidmət göstərir.
New Left Review
«New Left Review» («Yeni Sol baxışı») — ingilis solçu nəzəri jurnalı 1960-cı ildə təsis edilmişdir. Perri Anderson və Stüart Hollun gənc solçu jurnalı olan «Universities and Left Review» jurnalı, Britaniya Kommunist Partiyasından ayrılan Marksist tarixçilər Con Savill və Edvard Tompson «New Reasoner» jurnalı ilə birləşməsindən yaranmışdır. O, Qərb marksizminin müxtəlif versiyalarını populyarlaşdırdı: qramşizm, Frankfurt məktəbinin humanist marksizmi, Lui Altüsserin strukturalist marksizmi və s. 350-dən çox adda kitab nəşr etdirən «Verso Books» nəşriyyatı ilə əlaqəlidir. == Tarixi == === Arxa fon === İngilis Yeni Solunda bir sıra yeni jurnallar meydana çıxdı, xüsusən də 1956-cı ilin iyulunda tarixçilər Edvard Tompson və Con Savil tərəfindən yaradılan Reasoner. Üç rüblük buraxılış buraxıldı. Jurnal daha sonra The New Reasoner adlandırıldı və 1957-ci ildən 1959-cu ilə qədər on nömrəsi nəşr olundu. Dövrün digər radikal jurnalı 1957-ci ildə əsası qoyulmuş və Britaniya kommunist ənənəsinə daha az sadiq qalan Universities and Left Review idi. Bu jurnal Soyuq Müharibənin militarist ritorikasına qarşı olduğunu ifadə edən, 1956-cı il Süveyş müharibəsinə kəskin etirazını ifadə edən və Nüvə Silahsızlanması Kampaniyasını dəstəkləyərək daha çox gənclərə istiqamətlənmiş və pasifist idi. === Yaradılması === New Left Review 1960-cı ilin yanvarında New Reasoner və Universities and Left Review arasında birləşmə nəticəsində yaradılmışdır.
Annual Review of Psychology
Annual Review of Psychology – psixologiya ilə bağlı icmal məqalələri dərc edən resenziyalı akademik jurnal. İlk dəfə 1950-ci ildə nəşr olunan jurnalın ən uzun xidmət edən redaktorları Mark Rosenzweig (1969-1994) və Susan Fiske (2000-davam edir) olmuşdur. 2021-ci ilə kimi, Journal Citation Reports jurnala 2020 impakt faktorunu 24.137 olaraq verir və onu "Psixologiya (elm)" kateqoriyasında 77 jurnal başlığı arasından birinci və "Psixologiya, Multidissiplinar (Sosial Elm)" kateqoriyasında 140 başlıq arasında ikinci yeri tutur. == Tarix == 1947-ci ildə Annual Reviews nəşriyyat şirkətinin direktorlar şurası bir sıra psixoloqlardan bu sahədə son inkişafları ümumiləşdirən illik icmal məqalələri dərc edən jurnalın olmasının faydalı olub-olmadığını soruşdu.Cavablar çox müsbət idi, beləki 1947-ci ilin sentyabrında onlar Annual Review of Psychology jurnalının birinci cildinin 1950-ci ildə nəşr olunacağını elan etdilər.1940-cı illərin əvvəllərində belə bir jurnalı yaratmaq cəhdləri beynəlxalq elmi ünsiyyətə mane olan İkinci Dünya Müharibəsi ilə dayanırdı.Onun ilk redaktoru Calvin Perry Stone idi.2020-ci ildən etibarən həm çap, həm də elektron formada nəşr edilmişdir.Onun bəzi məqalələri cildin dərc olunduğu zamandan əvvəl onlayn olaraq mövcuddur.
Caucasian Review of International Affairs (jurnal)
Caucasian Review of International Affairs (azərb. Beynəlxalq Münasibətlərin Qafqaz İcmalı‎) — Almaniyada nəşr edilən qeyri-kommersiya akademik onlayn-jurnaldır. Jurnal 2006-cı ildən ingilis dilində nəşr olunur. Jurnalda Qafqaz və beynəlxalq münasibətlər mövzularında tədqiqatlar çap olunur.
Haim Revivo
Haim Maykl Revivo (ivr. ‏חיים מיכאל רביבו‎‏‎, 22 fevral 1972, Aşdod) — İsrailli keçmiş futbolçu. == Karyerası == İspaniyanın "Selta Viqo" komandasına keçməmişdən qabaq İsrailin "Bney Yehuda", "Hapoel Tel-Əviv" və "Makkabi Hayfa" klublarında top qovmuşdur. Həmçinin Türkiyənin "Fənərbaxça" və "Qalatasaray" klublarının da şərəfini qorumuşdur. İspaniyada inamlı çıxışından sonra "Fənərbaxça"ya transfer olunmuşdur. "Fənərbaxça"da ilk iki ildə əla oyun sərgiləmiş, 2001-ci ilidə çempionluğun qazanılmasında pay sahibi olmuşdur. Oyunu ilə azarkeşlərin ürəyində taxt qurmuşdur. Amma 2002-ci ildə yeni oyunçuların transferindən sonra komandadan buraxılmışdır. "Qalatasaray"da sərbəst agent kimi keçmişdir. Fənərbaxçalılar buna görə onun adını "Xain Revivo" qoydular.
Renier Sosa
Renier Sosa (30 aprel 1972) — Kubanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Renier Sosa Kubanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Simon Leviev
Simon Leviev (ivr. ‏סיימון לבייב‏‎; doğum adı: Şimon Hayut, 27 sentyabr 1990, Ramat-Elçanan[d], Təl-Əviv dairəsi) — oğurluq, saxta sənəd istifadəsi və fırıldaqçılıqda ittiham olunan israilli fırıldaqçıdır. The Times of Israel-ə görə Leviev 2017–2019-cu illər aralığında ponzi sistemi ilə Avropanın müxtəlif yerlərindən olan qurbanlarından təxminən 10 milyon ABŞ dolları alaraq aldatmışdır. == Cinayətlər == Hayut 2011-ci ildə çek oğurluğuna görə saxtakarlıq və oğurluq səbəbi ilə ittiham olundu. Çekləri dayəlik etdiyi ailədən və usta olaraq getdiyi şəxsin evindən oğurlamışdır. Hayut heç bir məhkəməyə getmədən, Mordeçai Nizim Tapiro adlı saxta şəxsiyyət vəsiqəsi ilə İsraildən İordaniyaya qaçdı. Daha sonra isə Avropaya getdi. 2015-ci ildə bir qadına qarşı etdiyi fırıldaqçılığa görə Finlandiyada 3 il məhbus həyatı yaşadı. Həbs olunduqda 1978-ci ildə anadan olan İsrail vətəndaşı olduğunu dedi. Üstündə iki saxta İsrail pasportu, üç saxta İsrail sürücülük vəsiqəsi, iki saxta İsrail uçuş icazə sənədi və beş ədəd saxta American Express kartı var idi.Avropada məhkumluğu bitdikdən sonra yenidən mühakimə edilmək üçün İsrailə geri qayıtdı.
Stamata Reviti
Stamata Reviti (yun. Σταμάτα Ρεβίθη; 1866, Siros[d], Cənubi Egey adaları – 1896) — 1896 Yay Olimpiya Oyunları zamanı 40 kilometrlik marafonda qaçan yunanlı qadın. Təşkilatda yalnız kişi idmançılar mübarizə apara bilsələr də, Reviti qaçışına icazə verilməsini israrla təkid edir. Kişilərin qaçdığı rəsmi marafon başa çatdıqdan bir gün sonra eyni məsafəni 5 saat 30 dəqiqəyə tamamladığına və qaçış müddətini təsdiqləyən şahidlərin olmasına baxmayaraq finalda Panatinaikos stadionuna girməsinə icazə verilmədi. Sənədlərini qəbul edəcəkləri ümidilə Yunanıstan Olimpiya Komitəsinə təqdim etmək üçün düzəltsə də, bu edib etmədiyi məlum deyil. Revitinin qaçışından sonra həyatı barədə heç bir məlumat yoxdur. Müasir mənbələrə görə, olimpiya tarixçiləri arasında eyni marafonda qaçdığı iddia edilən "Melpomen" adlı ikinci bir qadının Reviti ilə eyni adam olub olmadığı barəsində fərqli fikirlər mövcuddur. == Bioqrafiyası == === 1896-cı ilə qədər olan həyatı === Stamata Reviti 1866-cı ildə Siros şəhərində anadan olub. Həyatına dair qeydlərə əsasən, o 1896-cı ildən Pirey şəhərində yaşamış və iki övladı olmuşdu. Oğullarından biri 1895-ci ildə yeddi yaşında olarkən ölmüş, digər uşaq isə 1896 Yay Olimpiya Oyunları zamanı on yeddi aylıq idi.
Troglostrongylus brevier
Troglostrongylus brevier (lat. Troglostrongylus brevier)- dəyirmi qurdlar tipinin nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Erkəklərin bədənlərinin uzunluğu 5,2 mm, bədənin orta hissəsinin maksimal eni 0,198 mm, quyruq hissəsindəki isə 0,176 mm-dir. Bağırsaq düz olub, cinsi boru ilə paralel uzanır. Bursa yaxşı inkişaf etmişdir. Spikulalar nazik, qəhvəyi rəngdə olub, bərabərdir. Uzunluğu 0,517 mm-dir. Spikulalar bütün bədən boyu dartılmış membran ilə əhatə olunmuşdur. Hər spikulanın distal hissəsindən nazik çıxıntı çıxır. Dişilərin uzunluğu 0,428 mm, anus ətrafında maksimal eni 0,110 mm-dir.
Meolan-Revel
Meolan-Revel (fr. Méolans-Revel, oks. Meulans e Revèl) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Loze-Yubey kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04161. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 237 nəfərdən (15-64 yaş) 164 nəfəri iqtisadi cəhətdən fəal, 73 nəfər hərəkətsiz (fəaliyyət göstərici 69.2%, 1999-cu ildə 77.4%) idi. Fəal olan 164 nəfərdən 151 nəfəri (88 kişi və 63 qadın), 13 nəfəri işsizdir (9 kişi və 4 qadın).
Revel-Turdan
Revel-Turdan (fr. Revel-Tourdan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38335. Kommunanın 1999-cu il üçün əhalisi 842 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 267 ilə 444 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 45 km cənubda Qrenobldan 60 km qərbdə yerləşir.
Revel (İzer)
Revel (fr. Revel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38334. Kommunanın 2012-ci il üçün əhalisi 1413 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 299 ilə 2840 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 12 km şərqdə yerləşir.
Revit Architecture
Hal-hazırda arxitektura layihələrin böyüklüyü və dizayn müddətinin uzunluğu , sürətli inkişaf edən istehsal texnologiyaları qarşısında, layihələrdə zaman içərisində dəyişikliklər edilməsi lazımdır . Bu dəyişikliklər texnologiyanın inkişafının yanında işəgötürən isteğindeki dəyişikliklər , arxitektura layihədən sonrakı ediləcək işlərdən qaynaqlanan dəyişikliklər ve .bir çox səbəbdən qaynaqlanır . Layihələrin hər hansı birində edilən dəyişikliklər bütün paftalara işlənməsi və metraj siyahılarının yenidən hazırlanması emarların çox zamanını etməkdədir. Revit architectural proqramı iledilən hər bir dəyişiklik bütün paftalara eyni anda izlenmekte və metraj siyahıları də anında dəyişir . İndiki vaxtda bütün memar və mühəndislərin istifadə olduğu AutoCAD proqramı eyni əsaslı olması ayrıca proqram mübadiləsi üst səviyyə uyğunlaşma təmin etməkdədir. Plan ölçüsündə çalışarkən quruluşun 3. ölçüsünün da hazırlanması. Layihəni çəkərkən başda düşünülməyən və ya farkedilmeyen səhvlərin model meydana gətirərkən görmə və sistem həllini yaratmaq imkanı təmin etməsi Hazırlanan quruluşun başqa bir proqrama ehtiyac olmadan görselleştirilmesi imkanı. (mental ray render)- Layihənin hansı hissəsində çalışsanız çalışın ediləcək hər hansı bir dəyişikliyin bütün layihəyə eyni anda işlənməsi-Etdiyimiz layihə üzərindən istədiyimiz qədər kesit alma imkanı tanıması və biz planda çalışarkən.kesitleri meydana gətirməsi 3d kesik alma imkanı İstədiyimiz qədər görünüş və kesit ala imkanı. ( Bu işlər layihə faylının ölçüsünü dəyişdirməz) Layihənin istənilən detalda metrajının hazırlanması Layihə bitimində daha sonradan istənilən dəyişiklikləri hər hansı bir paftadan düzəltmə imkanı təmin etməsi və digər paftaları özü düzəltməsi .
Revue Archéologique
Parisdə nəşr olunan La Revue Archéologique, ən qədim, ən uzunmüddətli elmi jurnallardan biridir. İlk dəfə 1844-cü ildə ortaya çıxan bu jurnal nə bir institutun, nə də hər hansı bir məktəbin orqanı deyil, hazırkı redaktoru Marie-Christine Hellmannın rəhbərliyi altında tam müstəqilliyə malikdir. La Revue Archéologique ildə iki dəfə nəşr edilir. Maraq mərkəzi köklərindən bəri Klassik qədim dövr olaraq qalır, ancaq maraq dairəsi Qədim Yaxın Şərq, Anadolu, Etrusk İtaliyası və Orta Asiyaya qədər uzanır.
Emili de Revin
Emili de Revin (ing. Emilie de Ravin) — 27 dekabr 1981-ci ildə Avstraliyada (Mount Eliza, Viktoriya) anadan olmuşdur. == Karyerası == ilk böyük rolu "Vəhşilərin hökmdarı" serialında olmuşdur. 2004-cü ildə ABC telekanalının "Sağ qalmaq" layihəsində Kler Littlton roluna dəvət almışdır. Serial müntəzəm olaraq 4 mövsümdə rol almış və nəhayət, 6-ci mövsümdə yenidən seriala qalıtmışdır. Kler Littlton rolu onun bütün dünyada populyarlığını təmin etmişdir. == Şəxsi həyatı == 2003-cü ildə aktyor Con Cenoviçlə ailə qurmuş, 2014-cü ildə boşanmışdır.
Model-View-Controller
Model-View-Controller (MVC, «model-görünüş-müfəttiş») — istifadəçi interfeysi qurmaq üçün proqram təminatının arxitekturasıdır. == Tarixi == İlk dəfə 1979-ci ildə bu arxitekturanı Trygve Reenskaug "Smalltalk-76"-da Xerox PARC ziyarət edəndə təqdim etmişdi. 1980-ci ildə, Cim Althof və başqaları MVC üçün Smalltalk-80 sinif kitabxanasını həyata keçirdilər. == Komponentlər == MVC modelinin əsas komponenti model - proqramın problemli hissəsini əhatə edir, istifadəçi interfeysindən asılı olmayaraq. Model qeyd-şərtsiz məlumatları, mənitiqi və tətbiq qaydalarını idarə edir. View - informasiyanın göstərilməsinə cavabdehdi. Çox vaxt pəncərə interfeysindən istifadə edilir. Controller - model və view arasınd əlaqəni təmin edir.
Diyar Rəbiə
Diyar Rəbiə (ərəb. دِيَارُ رَبِيعَةَ‎) — orta əsrlərdə Cəzirənin ən şərqdəki və ən böyük vilayətinin ərəbcə adı. Vilayətdən digər ikisi Diyar Bəkr və Diyar Mudar idi. Orta əsr coğrafiyaşünası Bəlazuri yazmışdır ki, hər üç vilayət VII əsrdə ərəb istilaları zamanı Müaviyə tərəfindən oraya köçürülən əsas ərəb qəbilələrin adı ilə əlaqəlidir. Diyar Rəbiədə Rəbiə qəbiləsi yaşayırdı. Diyar Rəbiə Xabur çayının yuxarı axarını və onun qollarını, yəni Tur-Abdin və Ərbayistan bölgələrini, eləcə də şimalda Cəzirət ibn Ömər yaxınlığından Dəclə çayının hər iki sahilini, cənubda Tikrit bölgəsində İraqla sərhədə, o cümlədən Yuxarı Zab və Aşağı Zabın aşağı axarlarını əhatə edirdi. Vilayətin əsas şəhəri Mosul idi və digər mühüm şəhər mərkəzləri Bаlаd, Cəzirət ibn Ömər, Sinnə, Bərqayid, Sincar, Nüseybin, Mardin və Rəsulayn idi. Vilayət Əməvilər və Abbasilər dövründə qərmətilərin basqınlarından əziyyət çəkmişdir. X əsrin ortalarında vilayət paytaxtı Mosul olan yerli Həmdanilər sülaləsinin nəzarəti altına keçmişdir. Həmdanilər əmirliyi 980-ci ildə Buveyhilər tərəfindən süquta uğradılmışdır, vilayət isə sonradan Ukeylilərin nəzarətinə keçmişdir, lakin onlar da XI əsrin sonlarında Səlcuqlular tərəfindən fəth edilmişdir.
Rəbiə (qəbilə)
Rəbiə — ərəb qəbiləsi. Ərəbləşmiş daha doğrusu arabı-müstaribe (ərəbləşmiş ərəblər) adlanan Adnanilərə mənsubdurlar. == Tarixi == === Rəbiə qəbiləsi Azərbaycanda === Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan Mudarın qardaşı Rəbiə bin Nizarın qurduğu Rəbiə qəbiləsindəndir. Şirvanşahların əslən İbrahim peyğəmbərin oğlu İsmayıl peyğəmbərin övladları olduğunu hesab edənlər də var. Rəbiə tayfasıdan olan Salman ibn Rəbiə əl-Bəhili xəlifə Osmanın (644-656) zamanında Aranı işğal etdi. Z. Bünyadovun fikrincə, Şirvan tarixində ərəb Rəbiə tayfasının Şeyban qəbiləsinin nümayəndələri böyük yer tutur. Bunlar əvvəlcə, mərkəzi Bərdədə olan yarımmüstəqil əmirlik, sonralar isə XI əsrədək yaşamış müstəqil Şirvanşahlar dövlətini yaratmağa müvəffəq olmuşlar. Məzyədilər kökcə Rəbiə adlı ərəb tayfasından idilər. Hələ xəlifə Osmanın (644-656) zamanında Aranı işğal edən Salman ibn Rəbiə bu tayfanın nümayəndəsi idi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər Azərbaycanda hələ o zamandan yerləşməyə başlamışdılar.
Rəbiə Bala Xatun
Rabia Bala Malhun Hatun (Osmanlı türkcəsi : ربيعه بالا خاتون; 1258 – yanvar 1324, Söğüt, Biləcik ili) — Osmanlı imperiyasının qurucusu Osman Qazinin həyat yoldaşı və Şeyx Ədəbalinin qızıdır. O, Osmanlı İmperiyasının birinci vəziri Ələddin Paşanın anasıdır imperiyanın ikinci sultanı I Orxanın anası. "Osman Qazinin yuxusu" əfsanəsinin qəhrəmanı. == Həyatı == Ədəbəlinin qızı mənbələrdə müxtəlif adlarla çağırılır. Şeyx Ədəbalinin qızı Uric tarixində "Rabia", Aşıkpaşazadə, Neşri, Rüstəm paşa və Lütfi Paşanın əsərlərində "Mal/Malhun" kimi.İlk Osmanlı tarixçilərindən biri olan Âşıkpaşazadə, Mal/Malhun Hatunu Şeyx Ədəbalinin qızı kimi təsvir edir və Osmanın yuxusunu böyük bir dövlətin doğulmasının müjdəçisi kimi yozan Şeyx Edebalinin ona qızını verdiyini qeyd edir; O, Orxan bəyin də onun oğlu olduğunu bildirir. O, həmçinin əlavə edir ki, Şeyx Edebali və Mal Hatun bir-iki ay içində öldülər və onlardan üç ay sonra öləcək Osman bəy hər ikisini öz əli ilə Biləcikdə dəfn etdi. Bu məlumat doğrudursa, Orxanın anasının ölüm tarixi 1324-cü ilə uyğun gəlir.Ancaq Şeyx Ədəbəlinin qızının adını fərqli şəkildə Rəbiə və Bala Hatun kimi qeyd edən tarixçilər var. Lakin Bala Hatun adının yazılışı Mal Hatun yazısının (Kitâb-ı Tevârîh-i Âl-i Osman, vr. Bala Hatun 29b, Mal Hatun 39a) köçürülməsi zamanı edilən səhvə əsaslanır. Orxanın Şeyx Ədəbalinin qızı olan anasının adını Oruç bəy Âşıkpaşazade Tarixini görsə də, israrla Rabia Hatun olaraq yazmışdır (Oruç Beğ Tarixi, s.
Salman ibn Rəbiə
Salman ibn Rabiə al-Bəxili (ərəb. سلمان بن ربيعة الباهلي‎‎) (doğ.:naməlum - 650-ci ildə ölüb) Azərbaycanı işğal edən ərəb qoşunlarından birinə başçılıq edib. Xəlifə Ömərin dövründə, 633–644-ci illərdə Xilafətin Azərbaycan və Ərməniyyədəki qoşunlarının hərbi komandanı. Bələncər döyüşündə xəzərlər tərəfindən öldürülən qardaşı Əbdürrəhman ibn Rəbiə ilə birlikdə Şimali Qafqaz və Xəzər çöllərində ərəblərin hərbi əməliyatlarında iştirak edir. Rəbiə tayfasının nümayəndəsidir.
Ütbə ibn Rəbiə
Ütbə ibn Rəbiə (567, Məkkə – 624, ərəb. عتبة بن ربيعة‎) — İslam peyğəmbəri Məhəmmədə tabe olmaqdan imtina edən Qureyş qəbiləsinin başçılarından biri. Əbu Süfyanın qayınatası. Bədr döyüşündə öldürülmüşdür. == Bioqrafiya == Onun tam adı Əbu-l-Valid Ütbə ibn Rəbiə ibn Əbd-Şəms ibn Əbd-Mənaf əl-Kürəşidir. Məhəmmədin çoxlu sayda tərəfdarı olduğunu görən Ütbə, Qüreyşin digər rəhbərləri ilə məsləhətləşdikdən sonra Peyğəmbərin yanına gedir və istədiyi hər şeyi təklif edir. Sadəcə onun təlimlərinin təbliğindən əl çəkməsi istənilir.O, Bədr döyüşü ərəfəsində də Əmr ibn əl-Xədrəminin müsəlmanlar tərəfindən öldürülməsinə görə təzminat ödəməyi təklif edərək, Qureyşi müsəlmanların əleyhinə getməməyə inandırmağa çalışmışdır. Ütbənin özü döyüşdə ölümcül yaralanmış, cəsədi isə ümumi bir çuxura atılmışdır. Məhəmməd onun hədiyyələrini yüksək qiymətləndirdiyini bildirib. İslam ənənəsi onun üçün bəlkə də bir az daha əlverişlidir, çünki o, Üməvi deyil, Əbd-Şəms cinsinə mənsub idi.
Əbdürrəhman ibn Rəbiə
Əbd ür-Rəhman ibn Rəbiə ərəb: (عبدالرحمن بن ربيعة‎) erkən Xilafət dövrü ərəb sərkərdəsi. Ehtimal ki, xəlifə Ömərin vaxtında Xilafətin Azərbaycanda hərbi canişini Salman ibn Rəbiə əl-Bəhilinin qardaşıdır. Təbəriyə görə 642-643-cü ildə xəlifə Ömər Dərbəndə Surakə ibn Əmri göndərdi. Surakə ordusunun qabaq dəstəsi Əbdürrəhman ibn Rəbiə əl-Bəhilinin komandanlığı ilə şəhərin hasarları yanında Bukeyr ilə birləşdi. Surakənin ölümündən sonra xəlifə Dərbənd yaxınlığındakı sərhəd xəttinə Əbd-ür-Rəhman ər-Rəbiəni təyin etdi və ona əmr etdi ki, xəzərlərə qarşı çıxsın. Ərəb atlıları əl -Beyda şəhərinə çatıb onu işğal etdilər. Lakin Bələncər yaxınlığında xəzərlər ərəbləri məğlub etdi və onların komandanı Əbd-ür-Rəhman ər-Rəbiəni öldürdülər.
Rəvişt-i Böyük (Bünab)
Rəvişt-i Böyük (fars. روشت بزرگ‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,616 nəfər yaşayır (642 ailə).
Rəvişt-i Kiçik (Bünab)
Rəvişt-i Kiçik (fars. روشت كوچك‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,492 nəfər yaşayır (346 ailə).
Salman ibn Rəbiə əl-Bəhili
Salman ibn Rabiə al-Bəxili (ərəb. سلمان بن ربيعة الباهلي‎‎) (doğ.:naməlum - 650-ci ildə ölüb) Azərbaycanı işğal edən ərəb qoşunlarından birinə başçılıq edib. Xəlifə Ömərin dövründə, 633–644-ci illərdə Xilafətin Azərbaycan və Ərməniyyədəki qoşunlarının hərbi komandanı. Bələncər döyüşündə xəzərlər tərəfindən öldürülən qardaşı Əbdürrəhman ibn Rəbiə ilə birlikdə Şimali Qafqaz və Xəzər çöllərində ərəblərin hərbi əməliyatlarında iştirak edir. Rəbiə tayfasının nümayəndəsidir.