xəyal

is. rêve m, illusion f ; spectre m ; dəhşətli ~ terribile apparition f ; ~ dəryasına qərq olmaq rêver à

xətti-hərəkət
xəyalat
OBASTAN VİKİ
Xəyal
Yuxu və ya röya — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"unun bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişlər. Fərqli psixologiya, parapsixoloqların və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişlər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyibdir. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz.
Xəyal velosipedi
Xəyal velosipedi və ya White Cycle — Velosipedçinin adətən avtomobilin sürücüsü tərəfindən öldürüldüyü və ya ağır yaralandığı yerə qoyulan yol kənarındakı velosiped abidəsidir. Xatirə olmaqdan başqa, adətən yoldan keçən sürücülərə yolu bölüşmək üçün xatırlatma kimi nəzərdə tutulur. Xəyal velosipedləri adətən ağ rəngə boyanmış, bəzən plakat yapışdırılmış və qəza yerinə yaxın uyğun bir obyektə kilidlənmiş köhnə velosipedlərdir. Velosipedlərin ağ rəngə boyanması ideyası 1960-cı illərdə Amsterdamda ikitəkərli nəqliyyatı azad etmək üçün anarxist bir layihə olaraq ortaya çıxdı — ağ velosipedlər pulsuz idi, özünüzə kömək edin və sonra başqasına buraxın. Oxşar layihələr 2004-cü ildə Nyu-York şəhərində, 2005-ci ildə, Albuquerque, və 2006-cı ildə Torontoda başladı. 2005-ci ilin avqustunda Sietldə təxminən 40 xəyal velosipedi yerləşdirildi. qəzaların, qaçırılmaların və pis yol şəraitinin yerləri barədə məlumatlandırmaq. Dupont Circle, Vaşinqtonda 2008-ci ildə zibil maşını tərəfindən öldürülən atlının xatirəsinə həsr olunmuş xəyal velosipedi tam bir il qaldı. Şəhər işçiləri tərəfindən çıxarıldıqda, sürücünün dostları onu hər işıq dirəyindən bir 22 xəyal velosipedi ilə əvəz etdilər. London Ghostcycle 2005 və 2006-cı illərdə aktiv idi.
Xəyal İdrisov
Xəyal Şəkərov
Xəyal İman oğlu Şəkərov (1 oktyabr 1998, Əsrik Cırdaxan, Tovuz rayonu – 13 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyal Şəkərov 1998-ci il sentyabrın 1-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Xəyal Şəkərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Şəkərov oktyabrın 13-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
İlqar Xəyal
İlqar Xəyal (15 sentyabr 1966, Bakı) — Azərbaycanlı müğənni, televiziya aparıcısı və Karvan qrupunun keçmiş solistidir. 1966-cı il sentyabr ayının 15-də Bakıda anadan olmuşdur. İlqar Xəyal orta təhsilini 190 nömrəli orta məktəbdə, ali təhsilini isə Azərbaycan Texniki Universitetində almışdır. Tar üzrə musiqi təhsili vardır. Gənclik illərindən müasir musiqiyə və geyimlərə meyl göstərmişdir. "Bakı payızı" müsabiqəsinin birincisi olandan sonra 1988-ci ildə Sevinc Kərimova İlqarı "Karvan" qrupuna dəvət elədi və o zaman "Qərib Durnalar" mahnısı təqdim olundu. "Karvan" qrupu daxilində isə ilk mahnısı "Sarı Güllər" oldu. Bu mahnıya çəkilən klip Azərbaycanda çəkilən ilk rəsmi klip idi. 1990-cı illərin əvvəlində məşhur Karvan qrupunun tərkibində məşhurlaşmışdır. Ailəlidir, üç oğlu var.
Xəyal qırıqlığı
Xəyal qırıqlığı — Hisslərin gözləniləndən daha çox olması, lakin qarşılığının olmaması, uğrunda çalışılan şeyə nail ola bilməmə halıdır. Bu bəzən ümidsizliyə də yol aça bilir. Bu səbəblə bu iki ifadə dəyişəcəkli olaraq istifadə oluna bilir.
Xəyal Nəcəfov
Xəyal Nazim oğlu Nəcəfov (19 dekabr 1997, Sumqayıt) — Azərbaycanlı futbolçu. "Turan Tovuz" klubunda yarımmüdafiəçi mövqeyində çıxış edir. Xəyal Nəcəfov karyerasına "Sumqayıt" klubunun yetirməsidir və peşəkar karyerasına da bu klubda başlayıb. 2021-ci ilin yayında Xəyal Nəcəfov "Neftçi" PFK ilə müqavilə bağlayıb. Xəyal 2022-ci ilin yayında "Turan Tovuz" klubu ilə müqavilə bağlayıb. Xəyal Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət və əsas milli komandasının heyətində çıxış edib.
Xəyal Abdullayev
Xəyal Adası
Xəyal Adası — "Azərsun Holdinq" Şirkətlər Qrupunun layihəsi. Bu, yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatə edən layihədir. Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşir. Ərazisi 320 hektardır. 12 yanvar 2015-ci il tarixə olan məlumata görə, yaşayış sahəsində müasir tələblərə cavab verən yüksək keyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur.
Xəyal Aslanov
Xəyal Ağaməmmədov
Xəyal Balakişiyev
Xəyal Cəbrayılov
Xəyal Cəfərli
Xəyal Həsənov
Xəyal Həziyev
Xəyal Mustafayev
Xəyal Əvəz oğlu Mustafayev — Azərbaycan futbolçusu. Xəyal Mustafayev futbol oynamağa 1990-cı ildə Türkmənistanın Büzmennqress şəhərində başlayıb. 1992-ci ildə ailəliklə Gəncəyə köçüblər. Burada məşqçisi əvvəlcə atası, sonra isə Fuad İsmayılov olub. Azərbaycan çempionatlarının güclülər dəstəsində 2006-2007-ci il mövsümünədək 93 dəfə meydana çıxıb və 5 qol vurub. 15-ci Azərbaycan çempionatından "İnter"in (Bakı) müdafiəçisidir.
Xəyal Məmmədov
Xəyal Namazov
Xəyal Xudaverdi oğlu Namazov (23 may 1986; Füzuli, Azərbaycan SSR — 3 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyal Namazov 23 may 1986-cı ildə Füzuli şəhərində anadan olmuşdur. Əslən Xocavənd rayonunun Muğanlı kəndindən idi. Əvvəlcə, İsmayıllı rayon Aşıqbayramlı kənd tam orta məktəbində təhsil almışdır. Xocavənd rayon Tuğ kənd tam orta məktəbində təhsilini davam etdirmiş, 11-ci sinfi Xocavənd rayon 4 saylı tam orta məktəbdə tamamlamışdır. 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin neft-qaz fakültəsinə qəbul olmuşdur. 2006-cı ildə təhsilini donduraraq hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət fərdi əməklə məşğul olmuşdur. Ailəli idi. 2 övladı yadigar qaldı.
Xəyal Nuri
Xəyal Şakir oğlu Nuri (12 fevral 1997, Ağayrı, Biləsuvar rayonu – 4 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyal Nuri 1997-ci il fevralın 12-də Biləsuvar rayonunun Ağayrı kəndində anadan olub. 2002–2013-cü illərdə Ağayrı kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Nuri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Nuri noyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Ağayrı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Xəyal Əhmədov
Xəyal Əhədzadə
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Xəyal Əliyev
Xəyal Əlizadə
Xəyal Əsgərzadə
Alisa xəyal güzgüsündə
Alisa xəyal güzgüsündə (cizgi filmi, 1982)
Alisa xəyal güzgüsündə (film)
Alisa xəyal güzgüsündə (cizgi filmi, 1982)
Alisa xəyal güzgüsündə (film, 2016)
Alisa güzgü arxasında — rejissor Ceyms Bobinin, ssenari müəllifi Lind Vulverton və prodüser Tim Börtonun fentezi, macəra janrında çəkdiyi amerikan filmi. Film Luis Kerrollun eyniadlı əsərinin personajlarının motivləri əsasında çəkilmişdir. "Alisa möcüzələr ölkəsində" filminin davamıdır. Əsas rolları Mia Vasikovska, Conni Depp, Helena Bonem Karter, Ene Hetevey və Saşa Baron Koen oynayıb. Filmin ABŞ-də premyerası 27 may 2016-cı ildə baş tutdu. Film Alan Rikmanın xatirəsinə həsr olunmuşdur. Kəpənək Absolemin səsləndirilməsi onun kinodakı son fəaliyyəti olmuşdur. == Məzmun == Qəzəbli fırtına. Kapitanı Alice Kinqsli olan "Möcüzə" gəmisi quldurlardan uzaqlaşır. Alice hiylə ilə, düşmən gəmilərini quruya yan almağa məcbur edir və onları Londona istiqamət götürməyi əmr edir.
Alisa xəyal güzgüsündə (kitab)
Alisa xəyal güzgüsündə (ing. Through the Looking-Glass, and What Alice Found There; "Xəyal güzgüsündə, və Alisa orada nə tapdı") — uşaq kitabı ingilis riyaziyyatçısı və yazıçısı Luis Kerrollun 1871-ci ildə yazdığı "Alisa möcüzələr ölkəsində" kitabının davamı. Bu halda olsun ki, Alisanın eyni adda bir yox iki prototipi var: yazıçının tanışı Alisa Liddell (rus.) və onun uzaq qohumu Alisa Reyks (Alice Raikes). == Sujet == Balaca qız Alisa güzgünün içərisindən keçir və güzgünün arxasında şahmat taxtasından ibarət olan dünyaya düşür. Kitabda öncədən şahmat diaqramı (rus.), şahmat notasiyasının (rus.) elementlərindən istifadə edilən süjet və ağ və qara fiqurlar kimi təqdim olunan personajların siyahısı verilir. Güzgü arxasındakı otaqdan Alisa danışan çiçəklərin (rus.) güzgü arxası bağına düşür. Burada O, Qara Şahzadə ilə qarşılaşır və Ağ Piyadaya çevrilir. Daha sonra o qatarla 3-cü xananı keçir və bütün adların yox olduğu meşəyə çatır. Orada Trulala və Tralala əkizlərindən öyrənir ki, bütün baş verənlər Qara Padşahın yuxusudur. O Bəstəboy-gombul (rus.) dönmüş halda dükkanda yumurta alarkən Ağ Şahzadə ilə tanış olur.
Amerika xəyalı
Amerika xəyalı (American Dream) həyat tərzinin seçim azadlığı və iqtisadi çiçəklənməyə bərabər imkanlar kimi ümumiyyətlə müəyyənləşdirilir. Lakin həmin anlayış tez-tez cürbəcür olur.
Amerikan xəyalı
Amerika xəyalı (American Dream) həyat tərzinin seçim azadlığı və iqtisadi çiçəklənməyə bərabər imkanlar kimi ümumiyyətlə müəyyənləşdirilir. Lakin həmin anlayış tez-tez cürbəcür olur.
Enes Batur: Xəyal mı Gerçək mi? (film, 2018)
Enes Batur: xəyalmı gerçəkmi? — Rejissor Kamil Çətinin, Enes Batur, Ənvər Sülük və Büşra Nur Qaraxanın ssenarisi əsasında 2018-ci ildə ekranlaşdırdığı komediya filmi. Film 11 həftə kinoteatrlarda nümayişdə olmuş, 1,4 milyon nəfər tərəfindən izlənilmiş və bu müddət ərzində 17 milyon Türk lirəsi əldə etmişdir. Film bir uşağın özünü inkişaf etdirərək dünya ulduzu olmasından bəhs edir. Bu inkişafda onun xarakter dəyişiklikləri, etdiyi seçimlər və psixologiyası əsas yer tutur. Saf xarakter dünya ulduzu olduqdan sonra bu yaxşı xüsusiyyətlərini itirir. == Məzmun == Personajın adı Enes Baturdur. Enesin atası polis, anası tibb bacısı olduğundan o, davamlı tənha qalır. Ailəsi tərəfindən sevgi görmədiyindən özünə qapalı uşaqdır. Atası o, altı yaşında olarkən ona kompüter alır və filmin əsas hissəsi buradan başlayır.
Enes Batur: Xəyalmı Gerçəkmi? (film, 2018)
Enes Batur: xəyalmı gerçəkmi? — Rejissor Kamil Çətinin, Enes Batur, Ənvər Sülük və Büşra Nur Qaraxanın ssenarisi əsasında 2018-ci ildə ekranlaşdırdığı komediya filmi. Film 11 həftə kinoteatrlarda nümayişdə olmuş, 1,4 milyon nəfər tərəfindən izlənilmiş və bu müddət ərzində 17 milyon Türk lirəsi əldə etmişdir. Film bir uşağın özünü inkişaf etdirərək dünya ulduzu olmasından bəhs edir. Bu inkişafda onun xarakter dəyişiklikləri, etdiyi seçimlər və psixologiyası əsas yer tutur. Saf xarakter dünya ulduzu olduqdan sonra bu yaxşı xüsusiyyətlərini itirir. == Məzmun == Personajın adı Enes Baturdur. Enesin atası polis, anası tibb bacısı olduğundan o, davamlı tənha qalır. Ailəsi tərəfindən sevgi görmədiyindən özünə qapalı uşaqdır. Atası o, altı yaşında olarkən ona kompüter alır və filmin əsas hissəsi buradan başlayır.
Fosterin xəyali dostlar evi
Fosterin xəyali dostlar evi ("Fosterin evi" olaraq da tanınır) — Creyk Makkreyken tərəfindən "Cartoon Network" üçün yaradılmış amerikan animasiya serialı. == Süjet == "Fosterin xəyali dostlar evi" uşaqların xəyali bir dost xəyal edən kimi həmin dostun fiziki forma alaraq canlandığı bir dünyadır. Uşaqlar böyüyəndən sonra xəyali dostlar başqa uşaqlar tərəfindən sahiblənməsi üçün bir növ sığınacağa — Fosterin evinə aparılır. Ev yaşlı, sevimli və mehriban qurucu madam Foster tərəfindən idarə olunur. Onun xəyali dostu dovşan mister Herriman sərt təbiətli ev meneceridir, nəvəsi Firanki isə günlük işlərlə məşğuldur. Anası onun xəyali dost üçün çox böyük olduğunu düşündüyü üçün səkkiz yaşlı oğlu Maka xəyali dostu Blunu tərk etməsi üçün təzyiq göstərir. Mak bir televiziya reklamında gördükdən sonra Blunu Fosterin evinə aparanda öyrənir ki, əgər Blu burada yaşasa, başqa bir uşağa verilə bilər. Mak daha sonra Franki, mister Herriman və madam Foster ilə uzun danışıqlardan sonra onları razı sala bilir ki, Mak hər gün buranı saat 3-də ziyarət etdiyi müddətcə heç kəs Blunu buradan apara bilməz. Beləliklə, Mak hər gün dərsdən sonra Fosterin evini ziyarət etməyə başlayır. Bu ziyarətlər əsnasında çox maraqlı macəralar yaşanır.
Fosterin xəyali dostlar evi (teleserial, 2004)
Fosterin xəyali dostlar evi ("Fosterin evi" olaraq da tanınır) — Creyk Makkreyken tərəfindən "Cartoon Network" üçün yaradılmış amerikan animasiya serialı. == Süjet == "Fosterin xəyali dostlar evi" uşaqların xəyali bir dost xəyal edən kimi həmin dostun fiziki forma alaraq canlandığı bir dünyadır. Uşaqlar böyüyəndən sonra xəyali dostlar başqa uşaqlar tərəfindən sahiblənməsi üçün bir növ sığınacağa — Fosterin evinə aparılır. Ev yaşlı, sevimli və mehriban qurucu madam Foster tərəfindən idarə olunur. Onun xəyali dostu dovşan mister Herriman sərt təbiətli ev meneceridir, nəvəsi Firanki isə günlük işlərlə məşğuldur. Anası onun xəyali dost üçün çox böyük olduğunu düşündüyü üçün səkkiz yaşlı oğlu Maka xəyali dostu Blunu tərk etməsi üçün təzyiq göstərir. Mak bir televiziya reklamında gördükdən sonra Blunu Fosterin evinə aparanda öyrənir ki, əgər Blu burada yaşasa, başqa bir uşağa verilə bilər. Mak daha sonra Franki, mister Herriman və madam Foster ilə uzun danışıqlardan sonra onları razı sala bilir ki, Mak hər gün buranı saat 3-də ziyarət etdiyi müddətcə heç kəs Blunu buradan apara bilməz. Beləliklə, Mak hər gün dərsdən sonra Fosterin evini ziyarət etməyə başlayır. Bu ziyarətlər əsnasında çox maraqlı macəralar yaşanır.
Həsən Xəyallı
Həsən Xəyallı (Həsən Məhərrəm oğlu Hacıyev; 1902, Daşkənd, Yeni Bəyazid qəzası – 10 aprel 1966, Daşkənd, Basarkeçər rayonu) — Azərbaycan şairi. == Həyatı == Həsən Xəyallı 1902-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Kiçik yaşlarından dayısı Hacı Rəhimdən, anası Başxanım Şəfiqızından dini təhsil almış və eyni zamanda saza-sözə çox böyük maraq göstərmişdir. Göyçə ədəbi mühitində böyüyən Həsən Xəyallı hazırcavablığı ilə erkən yaşlarından hamının diqqətini cəlb etmişdir. Həsən Xəyallı öz zəngin yaradıcılığı ilə Göyçə ədəbi mühitinə yeni nəfəs, yeni çalar gətirmiş sənətkarlardan olmuşdur. Müxtəlif sənət adamları ilə dostluq etmiş, (xüsusən Aşıq Ələsgər ocağından Növrəs İman, Aşıq Nəcəf, Aşıq Musa ilə) deyişib dərdləşmişdir. Bədii yaradıcılıqla məşğul olmaqla bərabər, dinin mükəmməl bilicisi kimi də el arasında böyük şöhrət qazanmışdır. 1942-ci ildə Böyük Vətən müharibəsinə getmiş və Krım cəbhəsində döyüşmüşdür. Qüdrətli söz sənətkarı, ustad şair ömrünün 64-cü baharında, 10 aprel 1966-cı ildə əbədiyyətə qovuşmuşdur, məzarı doğma Daşkənd kəndindədir. Ölümündən sonra şeirləri mərkəzi qəzet və jurnallarda çap olunmuş, haqqında radio və televiziyada verilişlər hazırlanmışdır.
Kiyevin xəyaləti
Kiyevin kabusu (ukr. Привид Києва) — 24 fevral 2022-ci ildə Kiyev döyüşlərində Rusiyaya məxsus 6 döyüş təyyarəsini vuran ukraynalı hərbi pilota verilən ləqəb. Bu, böyük ehtimalla bir şəhər əfsanəsidir. MiQ-29 pilotu olan Kiyevin xəyaləti Rusiyanın Ukraynaya hücumunun ilk 30 saatında Kiyev üzərində 2 Su-35. 2 Su-25, 1 Su-27 və 1 MiQ-29 təyyarəsini vurmuşdur. Ukrayna Müdafiə Nazirliyi bildirmişdir ki, əgər bu hərbi pilot haqqında deyilənlər təsdiqlənsə, Kiyevin xəyaləti işğalda Ukrayna Silahlı Qüvvələrinin sıralarına vuruşan ən təcrübəli hərbi pilotlarından biri ola bilər. Ukraynanın eks-prezidenti Petro Poroşenko sonradan bir hərbi pilotun fotosunu paylaşaraq onun gerçək bir şəxsiyyət olduğunu qeyd etmişdir.
Mirzə İsa Xəyali
Mirzə İsa Xəyali (1850, Cənubi Azərbaycan – 1917, Lənkəran, Lənkəran qəzası) — XIX əsr Azərbaycan şairi. Mirzə İsa Hacı Məhəmmədrəhim oğlu təxminən 1850-ci ildə Ərdəbildə doğulmuşdur. Təhsilini orada almış, 1891-ci ildə Lənkərana köçmüşdür. Bir məddət Lənkəranda müəllimlik etmişsə də əsas peşəsi ticarət olmuşdur. O, 1917-ci ildə Lənkəranda vəfat etmişdir, Xəyali "Fövcül-füsəha " ədəbi məclisinin fəal üzvlərindən idi. Onun bədü irsindən bir neçə qəzəl və digər şeirləri qalmışdır. XIX əsr Azərbaycan ədəbiyyatının ilk mənbələrindən bəhs edərkən Mirzə İsa Xəyalinin (1850–1917) "Təzkireyi — Ziyai" əsəri haqqında danışmamaq mümkün deyil. Onun təzkirəsində Ərdəbil və Təbriz şairlərindən Molla Qulaməli Həsrət, Mirzə Əsəd Şəms Ərdəbili, Molla Məhəmməd Mücriм, Mirzə Abdulla Sağəri və başqalarının həyat və yaradıcılığı toplanıb. Burada Ъənubi Azərbaycan şairləri ilə birlikdə, S. Ə. Şirvani, M. Ə. Növrəs, M. R. Fəna, F. Kəminə кими Şimali Azərbaycanda yaşayan sənətkarların bədii irsinя də ayrıca diqqət yetirilib. Bunu da qeyd edək ki, Mirzə İsa Xəyalinin bu təzkirəsi çap olunmayıb.
Qara xəyalət tetra
Hyphessobrycon megalopterus (lat. Hyphessobrycon megalopterus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin hifessobrikon cinsinə aid heyvan növü.
Sitarə: Qızlar xəyal edəcək (film, 2020)
"Sitarə: Qızlar xəyal edəcək" filmi (ing. Sitara: Let Girls Dream) — Şərmin Obeyd-Çinoyun 2020-ci ildə çəkdiyi Pakistan 3D cizgi filmi. Qısametrajlı film köhnə Lahor şəhərindən bəhs edir. Burada 14 yaşlı qız olan Sitarə pilot olmağı arzulayır. Onun Mehr və Pəri adlı bacıları var. Lakin, onun bütün xəyalları uşaq evliliyi ilə uçub gedir. Bu film qızların hələ də xəyallarını tam reallaşdırmaq üçün mübarizə apardıqları bir mədəniyyətin təsirini vurğulayan səssiz bir filmdir. "Sitarə: Qızlar xəyal edəcək" filmi 2020-ci ilin 8 martı Beynəlxalq Qadınlar Günü münasibətilə Netflix-də yayımlanmışdır. Film ilk Pakistan-Netflix istehsalıdır. Film 2019-cu ilin 8 dekabrında Los-Anceles Animasiya Festivalında Ən yaxşı İstehsal edilən Ssenari, Ən Yaxşı Musiqi və Humanitar Mükafat nominasiyaları üzrə 3 mükafat qazanmışdır.
Zirehdəki xəyalət
Zirehdəki xəyalət və ya Yaponiyada tanınan adı ilə Ghost in the Shell (攻殻機動隊, Ko:kaku Kido:tai) Masamune Şironun 1991-ci ildə yaratdığı elmi-fantastik manqa. Adın İngilis dilinə müəllif özü tərcümə edib. Manqa Production I.G kompaniyası və rejissor Mamoru Oşii tərəfindən iki tam metrajlı film kimi ekranizasiya olunmuşdur: «Ghost in the Shell» (1995) və «Ghost in the Shell 2: Innocence» (2004). Həmçinin, Production I.G anime-serialı da çəkmişdi: «Ghost in the Shell: Stand Alone Complex» (birinci mövsüm 2002-ci ildə, ikinci mövsüm «2nd GIG» postfiksi ilə — 2004-cü ildə, rejissor Kenci Kamiyama). 1 sentyabr 2006 tarixində Production I.G-nın serialı bitirən «Ghost in the Shell: Stand Alone Complex - Solid State Society» adlı tam metrajlı anime-filmi ekranlara çıxıb. 2002-ci ildə manqanın sikvelı çıxdı - «Ghost in the Shell 2: Man/Machine Interface» (攻殻機動隊 : 2 ManMachine Interface). 22 iyun 2013-cü ildə 4 seriyadan ibarət olan «Ghost in the Shell: Arise» serialı çıxdı, hər seriya 50 dəqiqə çəkirdi. 31 mart 2017-ci ilə bədii filmin premyerası planlaşdırılıb, mayor Makoto Kusanaqinin rolunu Skarlet Yohansson, Daysuke Aramakinin rolunu isə Takeşi Kitano ifa edəcəklər. İctimai təhlükəsizlik nazirliyi adından fəaliyyət göstərən Yaponiya DİN-nin bir bölməsi. Faktiki olaraq isə xoşagəlməz şəxslərin və polisin bacara bilmədiyi işlərin həll dilməsi üçün yaranan taktiki kəşfiyyat təşkilatı.
Sitarə: Qızlar xəyal edəcək
"Sitarə: Qızlar xəyal edəcək" filmi (ing. Sitara: Let Girls Dream) — Şərmin Obeyd-Çinoyun 2020-ci ildə çəkdiyi Pakistan 3D cizgi filmi. Qısametrajlı film köhnə Lahor şəhərindən bəhs edir. Burada 14 yaşlı qız olan Sitarə pilot olmağı arzulayır. Onun Mehr və Pəri adlı bacıları var. Lakin, onun bütün xəyalları uşaq evliliyi ilə uçub gedir. Bu film qızların hələ də xəyallarını tam reallaşdırmaq üçün mübarizə apardıqları bir mədəniyyətin təsirini vurğulayan səssiz bir filmdir. "Sitarə: Qızlar xəyal edəcək" filmi 2020-ci ilin 8 martı Beynəlxalq Qadınlar Günü münasibətilə Netflix-də yayımlanmışdır. Film ilk Pakistan-Netflix istehsalıdır. Film 2019-cu ilin 8 dekabrında Los-Anceles Animasiya Festivalında Ən yaxşı İstehsal edilən Ssenari, Ən Yaxşı Musiqi və Humanitar Mükafat nominasiyaları üzrə 3 mükafat qazanmışdır.
Xəyal Əliyev (idmançı)
Xəyal Fəxri oğlu Əliyev (15 mart 2006) azərbaycanlı muay tay döyüşçüsü. 2022-ci il gənclər arasında Dünya və Avropa çempionu, 2023 Avropa Oyunlarının bürünc mükafatçısıdır. == Həyatı == Xəyal Fəxri oğlu Əliyev 2006-cı il martın 15-də anadan olub. Bakının Binəqədi rayonundakı 283 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi olarkən Avropa Muaytay Federasiyasının təşkil etdiyi turnirdə 34 kq çəki dərəcəsində birinci olub. 2016 və 2018-ci Türkiyədə təşkil olunan Gənclərin Dünya Kubokunun qalibi olub. 2019-cu ildə İranda təşkil edilən beynəlxalq bir turnirdə birinci olub. Xəyal Əliyev 2019-cu ilin sonunda Türkiyənin Antalya şəhərində keçirilən gənclər arasında dünya çempionatında üçüncü olub. 2022-ci ilin fevral ayında 283 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi olaraq Türkiyənin İstanbul şəhərində keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanmışdır. Həmin ilin avqustunda Malayziyanın paytaxtı Kuala-Lumpurda Xəyal Əliyev 60 kq çəki dərəcəsində gənclər arasında dünya çempionu olub. 2023-cü ilin iyununda Krakovda keçirilən III Avropa Oyunlarında iştirak edib.

Digər lüğətlərdə