Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Joy Division
Joy Division 1975-ci ildə Salford şəhərində yaradılan ingilis rok qrupudur. İlk əvvəl "Warsaw" adlandırılan bu qrup ifaçı Yan Körtis, gitarist Bernard Samner, bassist Piter Huk və barabançı Stiven Moris tərəfindən təşkil olunmuşdur. Uşaqlıq dostları Samner və Huk tərəfindən "Sex Pistols" konsertindən sonra yaradılan "Joy Division" qrupu öz pank kökünü aşıb post-punk hərəkatının aparıcılarından oldu. Onların hazırladığı birinci çıxış EP albomu "An Ideal for Living" Mançester televiziyasının və şəxsən Toni Vilsonun diqqətini çəkdi. Onların seçdiyi alman adı qrupun siyasi düşüncələri haqqında spekülyasiyalara və tənqidlərə yol açdı və bu qrupun adını dəyişməsindən sonra da dəyişmədi. "Joy Division"-ın debüt albomu 1979-cu ildə Vilsonun müstəqil leybl şirkəti Factory Records da çıxarıldı. Martin Hannetin köməyi ilə bu albom Britaniya musiqi mətbuatında ciddi uğur əldə etdi. Bu uğurlara baxmayaraq, Körtis ağır depressiyadan, epilepsiya və boşanma kimi şəxsi problemlərdən əziyyət çəkirdi. Xüsusi olaraq o canlı ifa zamanı əziyyət çəkirdi və sudurğa tuturdu. 1980-ci ilin mayında, qrupun Amerika qastrolu zamanı Körtis 23 yaşında intihar etdi.
Reaksion əvəzlənmə
Reaksion əvəzlənmə - ilkin və ya əvvəlcə əmələ gəlmiş minerallarla məhlullar arasında gedən metasomatik reaksiyalar nəticəsində yeni mineralların və eləcə də "sülb məhlulların" (dəyişkən tərkibli mineralllar) əmələgəlmə prosesi. Bu reaksiyalarda həm əvəzlənən mineralların kimyəvi komponentləri, həm də məhlullar vasitəsilə gətirilən-çıxarılan kimyəvi elementlər iştirak edir. Bu zaman ilkin mineralların reaksion minerallarla əvəzlənməsi eyni zamanda sülb halında baş verir. == Həmçinin bax == Mineral Sülb məhlul Kimyəvi element == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Piter Devison
Piter Devison (ing. Peter Davison, anadan olanda adı — Piter Moffet ing. Peter M. G. Moffett; 13 aprel 1951, London) — İngilis aktyor. Ən çox 1981 və 1984-cü illər arasında "Doktor Kim" serialında beşinci Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Çarlz Evison
Çarlz Evison (d. 16.2.1709, Nyukasl apon Tayn, Britaniya İmperiyası - ö. 10.5.1770, Nyukasl apon Tayn, Britaniya İmperiyası) — Barokko və Klassik dövrlərində yaşayıb yaratmış ingilis bəstəkarıdır. O, həmçinin kilsə orqançısı idi.
Precision və recall
Dəqiqlik və tanıma (ing. Precision and recall) — informasiyanın alınması (en:informational retrieval) və obyektlərin tanınmasında, precision alınan informasiyanın nə qədərinin uyğun (relevant) olmasını, recall isə uyğun nümunələrin nə qədərinin alındığını göstərən nisbətdir. Misal üçün, fərz edək ki, proqram göstərilən şəkildən 7 it şəklini tanıyır. Şəkildə isə 9 it və bir neçə pişik şəkli var. Proqramın 4 şəkli doğru tanıyıb, 3 şəkil isə pişikdir. Onda proqramın precisionı 4/7, recall isə 4/9 olur.
Lyuin Devisin daxilində
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüsserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüsserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-də limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.
Vision TV (Azərbaycan)
Vision TV — 1 may 2013-cü ildən Azərbaycanda fəaliyyət göstərən internet televiziya kanalı. Yayım Azərbaycan və Türk dilində həyata keçirilir. Vision TV internet televizyasının rəsmi saytı həm də Azərbaycan Mətbuat Şurasının üzvüdür. == Haqqında == İnternet televiziyasının rəsmi saytı visiontv.az ölkədə ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Portal siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Portalın yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, özəl şirkətləri ,siyasi partiyaları, QHT-ləri aktiv əməkdaşlıq edir. Vision TV Azərbaycanda fəaliyyət göstərən internet televiziyasıdır. Vision TV internet televiziyası 1 may 2013-cü il tarixindən fasiləsiz olaraq fəaliyyət göstərir. Həmçinin 2019-cu il tarixindən Türkiyə Respublikasının "Kocaeli TV" adlı televiziya kanalı ilə həftəlik "Qardaş Saatı" və Könül bağı" adlı verilişlərlə ortaq yayım saatları başladıb.
Lyuin Devisin daxilində (film, 2013)
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüsserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüsserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-də limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.
Lyuin Devisin daxilində (film musiqisi)
Lyuin Devisin daxilində 2013-cü ildə, Koen qardaşlarının ssenari müəllifliyi və rejissorluğu ilə çəkilmiş, baş rollarını Oskar Ayzek, Keri Malliqan, Con Qudmen, Caret Hedlund və Castin Timberleykin canlandırdığı eyni adlı ABŞ filminin musiqi albomudur. 1960-cı illər Nyu-York mühitinin təsvir edildiyi film musiqisinin prodesserliyini T Bon Börnet etmiş, həmin dövrün folk musiqisi tərzindən istifadə olunmuşdur. Bob Daylanın "Farewell" və Deyv Van Ronkun "Green, Green Rocky Road" mahnıları istisna olmaqla, filmdə səslənən bütün musiqilər müasir dövrdə yazılmışdır.
Lyuin Devisin daxilində filminin qazandığı mükafatların siyahısı
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüsserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüsserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-da limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.