Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Evoken
Evoken — Amerikadan olan funeral doom metal qrupu. == Haqqında == Qrup gitaraçı Nick Orlando və Rob Robichaud tərəfindən 1992-ci ildə yaradılmışdır. İlk öncə oqrupun adı Funereus adlanırdı. Daha sonra yeni üzvlər daxil oldu. Beləliklə Rob (Bas/Vokallar); Nick (Gitara); Phil (Gitara) & Vince (Baraban)-da ifa etməyə başladı. Daha sonra 1992-ci ildə onlar Funereus adın da ilk demo albomlarını nəşr etdilər. Bu demo-dan sonra qrupda üzv dəyişikliyi və ad dəyişikliyi həyata keçirildi. Və qrup yeni adı ilə yəni Asmodeus olaraq fəaliyyət göstərməyə başladı. Çox keçməmiş 1994-cü ildə onlar funeral doom metal üslubunun yaradıcalarından olan Thergothon qrupunun demo albomu olan Fhtagn nagh Yog-Sothoth (1991) Evoken adlı trekin adını qoyaraq, Evoken olaraq çıxış etməyə başladılar. Daha sonra onlar 1994-cü ildə “Shades of Night Descending” və 1996-cı ildə “Promo 1996” eləcə də 1997-ci ildə “Promo 1997” adlı üç demo albom nəşr etdilər.
Revak
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Revue Archéologique
Parisdə nəşr olunan La Revue Archéologique, ən qədim, ən uzunmüddətli elmi jurnallardan biridir. İlk dəfə 1844-cü ildə ortaya çıxan bu jurnal nə bir institutun, nə də hər hansı bir məktəbin orqanı deyil, hazırkı redaktoru Marie-Christine Hellmannın rəhbərliyi altında tam müstəqilliyə malikdir. La Revue Archéologique ildə iki dəfə nəşr edilir. Maraq mərkəzi köklərindən bəri Klassik qədim dövr olaraq qalır, ancaq maraq dairəsi Qədim Yaxın Şərq, Anadolu, Etrusk İtaliyası və Orta Asiyaya qədər uzanır.
Reyke-Eyse
Reyke-Eyse adaları (norv. Ryke Yseøyane) — Edj adasından şərqdə yerləşən arxipelaq. Adalar Vlilanddan olan frizli balina ovçusu Reyke-Eysenin şərəfinə adlandırılmışdır. O, adaları 1640—1645-ci illərdə kəşf etmişdir. Arxipelaq ilk dəfə 1663-cü ildə Hedrik Donkerin tərtib etdiyi xəritədə əks olunmuşdur. == Mənbə == Conway, W. M. 1906. No Man’s Land: A History of Spitsbergen from Its Discovery in 1596 to the Beginning of the Scientific Exploration of the Country. Cambridge: At the University Press.
İohann Yakob Reyske
İohann Yakob Reyske (alm. Johann Jacob Reiske‎; 25 dekabr 1716 - 14 avqust, 1774)—Şərqşünaslığın öncülərindən, İslam nümizmatlığının qurucusu, yunan və Bizans üzrə mütəxəssis. == Həyatı == İohann Yakob Reyske 25 dekabr 1716-cı ildə Saksoniyanın Zörbig qəsəbəsində yoxsul bir ailənin övladı olaraq dünyaya gəldi və bir yetimxanada büyüdü. Zörbig və Halledə ilk və orta təhsilini bitirdikdən sonra 1733-cü ildə girdiyi Leypsiq Universitetində klassik dillər və Yunan ədəbiyatı oxudu; öz imkanlarıyla Ərəb dilini öyrəndi. Tələbəliyi sırasında Şəhabəddin İbn Ərəbşahın Əmir Teymur bioqrafiyası (Əcaibül-məqdur fi nəvaibi [əxbari] Teymur) üzərində çalışdı, bir Hermes risaləsini (Risalətü Hermes fi muazələtin-nəfs) və Həririnin "əl-Məqamat"ından 26-cı məqamı Latıncaya çevirdi. 1738-ci ildə diplomunu alınca Leydenə getdi. 1746-cı ildə "Miscellanəaə aliquot obsərvationəs mədicaə əx Arabum monuməntis" (Qədim Ərəb əsərlərində yer alan bəzi tıbbi mülahizələr) başlıqlı dissertasiyasıyla doktorluğunu müdafiə edərərək Leypsiqə döndü. Ancaq əsərində işlətdiyi bəzi ifadələr üzündən dönəmin öndə gələn teoloqları tərəfindən materialist olmaqla suçlandı və universitetdə vəzifə alması əngəlləndi. Bir müddət Latınca və Yunanca dərsləri verərək və Latın dilinə tərcümələr edərək güzəranını sürdürdü. Ardından "İslam tarixinə giriş" adlı əsəri Prodidagmatanı Saksoniya kralının oğlu Friedrix Xristiana təqdim etdi və bu sayədə professor ünvanıyla birlikdə 1755-ci ilə qədər davam edəcək bir burs qazandı.
Vitor Roke
Vitor Huqo Roke Ferreyra (28 fevral 2005, Braziliya) — Vitor Roke kimi də tanınan, Braziliya A Seriyası təmsilçilərindən olan "Atletiko Paranaense" klubunda və Braziliya millisində hücumçu kimi çıxış edən peşəkar Braziliya futbolçusu. O, 2024-cü ilin yanvar ayında La Liqa təmsilçilərindən olan "Barselona" klubuna transfer olacaq. == Klub karyerası == === Erkən illəri === Vitor Minas-Jerays ştatının Timoteo şəhərində anadan olmuşdur. 10 yaşı olarkən o, "Amerika Mineyro" klubunun akademiyasına qəbul olmuşdur. 2018-ci ildə akademiyanın əsas oyunçusu vəziyyətinə gəlmişdir. 2019-cu ilin mart ayında Vitor "Kruzeyro" akademiyası ilə müqavilə imzalamışdır. Bu keçid keçmiş komandasının yeni komandasını Dövlət Əmək Departamentində məhkəməyə verməsinə səbəb olmuşdur. Hər iki klub yalnız may ayında razılığa gələ bildi. "Kruzeyro" klubu oyunçunun səhmlərinin 65%-ni, keçmiş klubu isə yerdə qalan 35%-ni əlində saxlamış oldu. === Kruzeyro === 25 may 2021-ci ildə Vitor "Kruzeyro" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır.
Rəvanə Qurbanova
Rəvanə Qurbanova (Rəvanə Söhrab qızı Ərəbova, 21 iyun 1988, Şəki) — solo-ifaçı, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti. == Həyatı == 21 iyun 1988-ci il tarixində Şəkidə anadan olub. Azərbaycan teatr rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü — Söhrab Ərəbovun qızıdır. 2002-ci ildə Şəki şəhər 2 saylı uşaq musiqi məktəbinin xanəndəlik sinfini, 2006-cı ildə Şəki şəhər 19 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsində bakalavr pilləsi üzrə, 2011–2013-cü illərdə isə magistr pilləsi üzrə təhsil alıb. Təhsil illərində xalq artistləri Canəli Əkbərov və Səkinə İsmayılovadan dərs alıb. 2011-ci ildə tarzən Rövşən Qurbanovla ailə həyatı qurub. Bir qızı və bir oğlu var. 2019-cu ildən Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir. == Fəaliyyəti == 2007-ci ildə keçirilən Muğam Televiziya Müsabiqəsində III yeri tutub.