Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • rezidentlər

    a) Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikası hüdudlarından kənarda müvəqqəti qalan fiziki şəxslər;

    Tam oxu »
    Terminlər lüğəti
  • qeyri-rezidentlər

    a) Azərbaycan Respublikası hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti qalan fiziki şəxslər;

    Tam oxu »
    Terminlər lüğəti
  • REZİDENTLİK

    сущ. 1. должность и работа резидента 2. резиденция (место постоянного пребывания главы государства, правительства и др

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • rezidentlik

    rezidentlik

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • dövlət borcalması

    ...Respublikası adından Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri tərəfindən qaytarılma şərtləri borcverənlə razılaşdırılmaqla müəyy

    Tam oxu »
    Terminlər lüğəti
  • daxili dövlət borcu

    Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc

    Tam oxu »
    Terminlər lüğəti
  • xarici dövlət borcu

    Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc

    Tam oxu »
    Terminlər lüğəti
  • CEREMONIAL

    ...mərasimə / adətə aid olan, etiketə uyğun; ~ call protokol görüşü (səfirin prezidentlə və s.); to bud ~ welcome rəsmi olaraq salamlamaq (hörmətli qona

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
OBASTAN VİKİ
Qeyri-rezidentlər
Qeyri- rezidentlər— aşağıdakı şəxsləri əhatə edir. Müəyyən ölkəyə münasibətdə onun hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən bu ölkədə müvəqqəti qalan fiziki şəxslər; Müəyyən ölkəyə münasibətdə xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış və bu ölkənin hüdudlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar; Ölkədə yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları; Müəyyən ölkəyə münasibətdə qeyri-rezidentlərin bu ölkədə yerləşən filialları və nümayəndəlikləri (büro və agentlikləri). Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri; Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri; məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs; Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri; == Qeyri-rezidentin gəlirləri == Daimi nümayəndəliklə bilavasitə bağlı olmayan gəlirləri və daimi nümayəndəlik vasitəsilə əldə olunan gəlirləri özündə cəmləşdirir. 2-ci halda Azərbaycan mənbəyindən alınan gəlirlər üzrə vergi öhdəliklərini daimi nümayəndəlik özü yerinə yetirir və yalnız xalis mənfəətindən qeyri-rezidentə ödəmələr aparılarkən həmin ödəmədən 10 faiz dərəcə ilə vergi tutulur. Qeyd olunmalıdır ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunması nəzərdə tutulduğu halda, xüsusi olaraq hazırlanmış inzibatçılıq qaydalarına əsasən müvafiq şəkildə təsdiqlənmiş formalar təqdim olunmaqla dividend, faizlər və royaltilər ödəmə mənbəyində vergiyə cəlb olunmadan azad edilə, vergiyə cəlb olunmuş digər gəlir növləri isə vergi tutulduqdan sonra qeyri-rezidentin vergi orqanına müraciətinə əsasən Nazirlər Kabineti müəyyən etdiyi qaydada geri qaytarıla bilər. == Rezident şəxslər == Aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs rezident sayılır. təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan; təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;. vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır: daimi yaşayış yeri; həyati mənafelərinin mərkəzi; adətən yaşadığı yer; Azərbaycan Respublikasının vətəndaşlığıFiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun; === Rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər. === Vergi ödəyicisinin ailə üzvləri: ər-arvadlar; valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər; vərəsələr; doğma (ögey) bacılar (qardaşlar); bacı və qardaş övladları; ər-arvadların bacıları, qardaşları və valideynləri; bacıların ərləri və qardaşların arvadları; valideynlərin bacıları (qardaşları); qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.
ABŞ prezidentləri
Amerika Birləşmiş Ştatlarının prezidenti — ABŞ icraedici hakimiyyətinin başçısı. Vəzifə Konstitusiya konventinin (məclis) 1787-ci ildə qəbul etdiyi ABŞ Konstitusiyası tərəfindən təsis edilib. 1789-cu ildəCorc Vaşinqton ABŞ-nin ilk prezidenti seçildi. Onun bu vəzifəni tutmasından öncə, "prezident" sözü "Kontinental konqresin prezidenti" birləşməsində istifadə olunurdu. Amerika Birləşmiş Ştatlarında prezidentlər 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur (məsələn, 2 dəfə ardıcıl olaraq seçilən Corc Vaşinqton 1-ci və 2-ci deyil, yalnız 1-ci prezident hesab olunur), hazırda ABŞ tarixində fasilə ilə prezident vəzifəsini tutmuş yeganə şəxs Qrover Klivlend olmuşdur və o, 22-ci və 24-cü prezident hesab olunur. Franklin Ruzvelt 4 dəfə ABŞ Prezidenti seçilmiş yeganə şəxsdir, həmçinin o, bu vəzifəni 12 il (1933-cü ildən 1945-ci ilə qədər) tutaraq prezident postunda ən uzun müddət qalan şəxs sayılır. Ən qısamüddətli prezidentlik dövrü isə Uilyam Harrisona məxsusdur (1841-ci ilin mart–aprel ayları). Amerika prezidentlərinin səkkizi vəzifədə olarkən vəfat etmişdir. Onlardan dördü səlahiyyətlərinin icrası zamanı təbii səbəblərdən (Uilyam Henri Harrison, Zakari Teylor, Uorren Hardinq və Franklin D. Ruzvelt) vəfat etmişdir, dördü isə qətlə yetirilmişdir: Linkoln (1865-ci ildə teatrda Konfederativ Ştatlarının tərəfdarı tərəfindən), Qarfild (1881-ci ildə vağzalda ruhi xəstə tərəfindən), Mak-Kinli (1901-ci ildə sərgidə anarxist tərəfindən) və Kennedi (1963-cü ildə Li Harvi Osvald tərəfindən).
Amerika prezidentləri
Amerika Birləşmiş Ştatlarının prezidenti — ABŞ icraedici hakimiyyətinin başçısı. Vəzifə Konstitusiya konventinin (məclis) 1787-ci ildə qəbul etdiyi ABŞ Konstitusiyası tərəfindən təsis edilib. 1789-cu ildəCorc Vaşinqton ABŞ-nin ilk prezidenti seçildi. Onun bu vəzifəni tutmasından öncə, "prezident" sözü "Kontinental konqresin prezidenti" birləşməsində istifadə olunurdu. Amerika Birləşmiş Ştatlarında prezidentlər 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur (məsələn, 2 dəfə ardıcıl olaraq seçilən Corc Vaşinqton 1-ci və 2-ci deyil, yalnız 1-ci prezident hesab olunur), hazırda ABŞ tarixində fasilə ilə prezident vəzifəsini tutmuş yeganə şəxs Qrover Klivlend olmuşdur və o, 22-ci və 24-cü prezident hesab olunur. Franklin Ruzvelt 4 dəfə ABŞ Prezidenti seçilmiş yeganə şəxsdir, həmçinin o, bu vəzifəni 12 il (1933-cü ildən 1945-ci ilə qədər) tutaraq prezident postunda ən uzun müddət qalan şəxs sayılır. Ən qısamüddətli prezidentlik dövrü isə Uilyam Harrisona məxsusdur (1841-ci ilin mart–aprel ayları). Amerika prezidentlərinin səkkizi vəzifədə olarkən vəfat etmişdir. Onlardan dördü səlahiyyətlərinin icrası zamanı təbii səbəblərdən (Uilyam Henri Harrison, Zakari Teylor, Uorren Hardinq və Franklin D. Ruzvelt) vəfat etmişdir, dördü isə qətlə yetirilmişdir: Linkoln (1865-ci ildə teatrda Konfederativ Ştatlarının tərəfdarı tərəfindən), Qarfild (1881-ci ildə vağzalda ruhi xəstə tərəfindən), Mak-Kinli (1901-ci ildə sərgidə anarxist tərəfindən) və Kennedi (1963-cü ildə Li Harvi Osvald tərəfindən).
Azərbaycan prezidentləri
Azərbaycan Prezidenti — Azərbaycan Respublikasının ali dövlət vəzifəsi. Azərbaycan Prezidenti dövlətin başçısı hesab olunur. Azərbaycan Prezidenti vəzifəyə seçki yolu ilə təyin olunur. Azərbaycan vətəndaşları seçki yolu ilə bir nəfəri yeddi il müddətinə Azərbaycan Prezidenti vəzifəsinə seçir. 2003-cü il oktyabrın 31-dən Azərbaycan Prezidenti səlahiyyətlərini İlham Əliyev icra edir. O, 2003-cü ildə 75,38 % səs, 2008-ci ildə 88,74 % səs, 2013-cü ildə 84,54 % səs, 2018-ci ildə isə 86,02 % səs topladı və seçkilərdə qalib gəlib. Onun səlahiyyət müddəti 2025-ci il aprelin 17-də başa çatır. 2025-ci ilin aprel ayında Azərbaycanda növbəti Prezident seçkilərinin baş tutması gözlənilir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, eyni şəxs limitsiz sayda prezident vəzifəsində ola bilər. == Seçilmə qaydaları == === Prezidentliyə namizədə aid tələblər === Azərbaycan Konstitusiyasının 101-ci maddəsi Azərbaycanın Prezidentliyinə namizədlərə aid tələblərdən ibarətdir.
Gürcüstan prezidentləri
Gürcüstan prezidenti — Gürcüstan xalqı tərəfindən seçilmiş dövlət başçısı.
Honkonq prezidentləri
Honkonqda ölkə başçısına "suaşxi" - yəni, padşah deyilir. Amma Şərq ölkələrinin bir çoxundan fərqli olaraq burada diktatura rejimi yoxdur. Honkonq 1915-ci ildən Çindən azadlıq istəmişdir və 1922-ci ildən azad muxtariyyət olmuşdur. Burada seçkilər 10 ildən bir keçirilir.
Rusiya prezidentləri
Rusiya Federasiyasının Prezidenti — Rusiya Federasiyasının ən ali vəzifəsidir. Rusiya Prezidenti Rusiya dövlətinin başçısıdır və hakimiyyətin heç bir qoluna aid deyil, Rusiya konstutiyasının , Rusiya vətəndaş haqlarının və insan azadlığının qarantıdır. Rusiya Ali Baş Komandanıdır. 17 mart 1991 ci-ildə ümümxalq referendumun nəticəsi ilə dövlət idarəçiliyinin ən ali vəzifəsi kimi Rusiya Federasiyasının prezidenti postu yaradılmışdır.
Türkiyə prezidentləri
Türkiyə Cümhuriyyətinin Prezidenti Türkiyə Cümhuriyyətinin dövlət başçısıdır. 24 iyul 1923-cü ildə Lozanna sülh müqaviləsi imzalandıqdan və Türkiyə Böyük Millət Məclisinin beynəlxalq səviyyədə tanınmasından sonra, 1923-cü il oktyabrın 29-da Osmanlı İmperiyasının varisi olan Türkiyə Cümhuriyyətinin yaradılması elan edildi; elə həmin gün Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Kamal Paşa onun prezidenti seçildi. 3 mart 1924-cü ildə Osmanlı xilafəti tamamilə ləğv edildi.1950-ci ildən 9 iyul 2018-ci ilədək prezidentlik əsasən təntənə rolu daşıyırdı, eyni anda prezident Türkiyə Cümhuriyyətini təmsil edirdi və türk millətinin birliyini simvolizə edirdi, Konstitusiyanın həyata keçirilməsi və digər dövlət orqanlarının qarşılıqlı həmahəng fəaliyyətini təmin edirdi. 2017-ci ildə keçirilmiş referendumda hökumətin respublika prezidentinə tabe olmasını nəzərdə tutan parlament idarəetmə formasından prezident respublikasına keçid və baş nazir vəzifəsinin ləğvini ehtiva edən 18 dəyişiklik təsdiq edildi. Konstitusiyanın 101–106-cı maddələri namizədlərə qoyulan tələbləri, seçki proseduru, prezidentin vəzifə və məsuliyyətlərini müəyyən edir. Daha əvvəl prezident Türkiyə parlamentinin üzvləri tərəfindən seçilirdi; 2007-ci ildə Konstitusiyaya edilmiş düzəlişlərdən sonra prezident vətəndaşların birbaşa səsvermə yolu ilə seçilir (ilk birbaşa seçkilər 2014-cü ildə keçirildi). Prezident qanunverici işlərdə fəal iştirak etmək imkanına malikdir: parlamentin qəbul etdiyi qanun layihələrini yenidən baxılması üçün qərar vermək, qanun layihələrini müzakirəyə təqdim etmək, Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirmək, fərmanlar vermək (hansıları ki Konstitusiya ilə müəyyən edilmiş hallarda Baş nazir və müvafiq nazir təsdiq etməlidilər). Prezident parlament üzvlərinin ümumi sayının ən azı 1/3 hissəsi və onların ümumi üzvlərinin ən azı 3/4 qərarı ilə dövlətə xəyanət etdiyinə görə vəzifəsindən kənarlaşdırıla bilər.Cədvəlin ilk sütununda istifadə olunan nömrələmə şərtidir. İlk sütunda istifadə olunan rəngləmə də şərtidir, hansı ki partiya mənsubiyyətini əks etdirən sütuna baxmadan şəxslərin müxtəlif siyasi qüvvələrə mənsubiyyətininin daha sadə mənimsəməsinə xidmət edir. Dalbadal bir neçə dəfə seçilən prezidentin hər səlahiyyət müddəti ayrıca əks olunub (məsələn, ardıcıl dörd dəfə seçilən (1923–1938-ci illər) Mustafa Kamal Atatürkün səlahiyyət müddətləri).
Uqanda prezidentləri
Uqanda prezidenti — Uqanda Respublikasının dövlət başçısı.
İran prezidentləri
İran prezidenti — İran xalqı tərəfindən seçilmiş dövlət başçısı. İranda prezident 4 illiyə seçilir. Bir nəfər ard-arda iki dəfədən artıq prezident seçilə bilməz. İran prezidenti hökumətə başçılıq edir, vitse-prezidentləri, nazirləri təyin edir, onların istefasını qəbul və ya rədd edir, Nazirlər Kabinetinin iclaslarını keçirir, xarici ölkələrə səfirləri təyin edir, xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edir, dövlət büdcəsini, parlamentin qəbul etdiyi qanunları, dövlətlərarası müqavilələri təsdiqləyir, dövlət orden və medallarını verir. Prezidentin ikinci vəzifəsi ola bilməz. O, istefaya getmək istəyəndə dini rəhbərə müraciət etməlidir. Dini rəhbər istefanı qəbul edənədək prezident öz vəzifəsində qalmalıdır. Prezident istefaya gedəndə və ya başqa səbəbdən səlahiyyətlərinin icrasını davam etdirə bilməyəndə dini rəhbərin razılığı ilə onu müvəqqəti olaraq birinci vitse-prezident əvəz edir.
ABŞ vitse-prezidentləri
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti (ing. Vice President of the United States) — ABŞ federal hökumətinin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs. Vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, ABŞ prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında onu əvəz edir. ABŞ vitse-prezidenti həm də ABŞ Konqresinin yuxarı palatası olan Senata da rəhbərlik etdiyi üçün onun hakimiyyətin icraedici, yoxsa qanunverici qoluna mənsub olması mübahisəlidir. ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harrisdir. == ABŞ vitse-prezidentlərinin siyahısı == 7 vitse-prezident vəzifə başında vəfat etmiş (hamısı öz əcəli ilə, ən son 1912-ci ildə Şerman), 2-si istefa vermiş (Kelhun və Aqnyu), 9-u prezidentin ölümü və ya istefası nəticəsində prezident olmuş, 3-ü vəzifədə olduğu müddətdə keçirilən seçkilər nəticəsində prezident seçilmiş (Adams, Van Buren və ata Buş), biri isə (Nikson) — vitse-prezidentlik müddəti başa çatdıqdan 8 il sonra prezident seçilmişdir.
Azərbaycan Respublikasının vitse-prezidentləri
Azərbaycanın Birinci vitse-prezidenti — Azərbaycan Respublikasının ən ali ikinci dövlət vəzifəsi. Azərbaycanın Birinci vitse-prezidenti Prezidentdən sonra dövlətin başçısı hesab olunur. Azərbaycanın Birinci vitse-prezidenti vəzifəyə Azərbaycan Prezidentinin Sərəncamı ilə təyin edilir. 2017-ci il fevralın 21-dən Azərbaycanın Birinci vitse-prezidentinin səlahiyyətlərini Prezident İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva icra edir. == Tarixi == Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyul 2016-cı il tarixli nömrəli Sərəncamı ilə "Azərbaycanın Konstitusiyasında dəyişmələr edilməsi haqqında" Azərbaycanın Referendum Bəyannaməsi verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli 2684 nömrəli Sərəncamı ilə Mehriban Arif qızı Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edildi.
Real Madrid Futbol Klubunun prezidentləri
Real Madrid Futbol Klubu — İspaniyanın Madrid şəhərində yerləşən və İspaniyanın ən böyük futbol liqası olan La Liqada çempionat yarandığından bəri mübarizə aparan bir futbol klubudur. Yarandığı gündən bəri klubun 16 fərqli prezidenti olub. Məhdud məsuliyyətli cəmiyyət olan klub Real Madrid FK-nın üzvlərinə məxsusdur və səsvermə yolu ilə prezident seçilir. Oyunçular və işçilərlə rəsmi olaraq müqavilələr imzalamaq da daxil olmaqla klubun ümumi rəhbərliyində prezidentin məsuliyyəti var. İspaniyada prezidentin rəqib komandanın prezidenti ilə birlikdə əsas komandanın iştirak etdiyi oyunları izləməsi adətdir. Yarandığı gündən bəri Real Madrid, əksər Avropa futbol klublarından fərqli olaraq yalnız cəmiyyətlər adlanan üzvlərinə (hamısı ispanlardan ibarət olan) məxsusdur və onlar tərəfindən idarə olunur. Santyaqo Bernabeu klubun ən uzun müddət işləyən prezidenti olaraq qalır (35 ilə yaxın, 1943–1978-ci illərdə). Bundan əlavə, Bernabeunun prezidentliyi dövründə klub ən çox kubok qazandı (32). 2000-ci ilin iyul ayında keçmiş futbolçusu Alfredo Di Stefano klubun fəxri prezidenti təyin edildi (ölümünə qədər).
İran İslam Respublikasının prezidentləri siyahısı
İran prezidenti — İran xalqı tərəfindən seçilmiş dövlət başçısı. İranda prezident 4 illiyə seçilir. Bir nəfər ard-arda iki dəfədən artıq prezident seçilə bilməz. İran prezidenti hökumətə başçılıq edir, vitse-prezidentləri, nazirləri təyin edir, onların istefasını qəbul və ya rədd edir, Nazirlər Kabinetinin iclaslarını keçirir, xarici ölkələrə səfirləri təyin edir, xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edir, dövlət büdcəsini, parlamentin qəbul etdiyi qanunları, dövlətlərarası müqavilələri təsdiqləyir, dövlət orden və medallarını verir. Prezidentin ikinci vəzifəsi ola bilməz. O, istefaya getmək istəyəndə dini rəhbərə müraciət etməlidir. Dini rəhbər istefanı qəbul edənədək prezident öz vəzifəsində qalmalıdır. Prezident istefaya gedəndə və ya başqa səbəbdən səlahiyyətlərinin icrasını davam etdirə bilməyəndə dini rəhbərin razılığı ilə onu müvəqqəti olaraq birinci vitse-prezident əvəz edir.