Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rihanna
Robin Rihanna Fenti (ing. Robyn Rihanna Fenty; 20 fevral 1988[…]) — barbadoslu müğənni, aktrisa, dəb dizayneri və iş qadını. 22 fevral 2008-ci ildə keçmiş Barbados Baş naziri Devid Tompson ölkədə 22 fevral tarixini Rihanna günü elan etmişdir.
Rihey Sano
Rihey Sano (21 sentyabr 1912 - 26 mart 1992) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Riho Sakamoto
Riho Sakamoto (d. 7 iyul 1992) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Rich.
Lui Klod Rişar və ya Lui Klod Mari Rişar (fr. Louis Claude Richard və ya fr. Louis Claude Marie Richard, 19 sentyabr 1754 — 6 iyun 1821) — fransız botaniki. == Elmi əsərləri == Flora Borealis Americana, 1803. Analyse du Fruit, 1808. Demonstrations botaniques, Париж, 1808. De Orchideis Europaeis Annotationes, Париж, 1817. Observations on the Structure of Fruits and Seeds; en colab. con Lindley, John. 1819.
Rif
Rif (nid. rif- qabırğa, til) - dayaz su sahələrində sualtı və suüstü yüksəkliklər. Sualtı və sahil qayalıqlarının dağılması və ya mərcan polip koloniyalarının , yosunların və digər rifyaradıcı orqanizmlərin çoxalması və artması nəticəsində yaranır. == Geomorofloji termin == Rif - (rus. риф, ing. reef) Mərcan koloniyalarının, əhəngli yosunların, mamırların və rif əmələgətirən baş­qa orqanizmlərin sualtı əhəngli qur­ğuları. Ancaq isti dənizlərdə yayıl­mışdır. Rif müxtəlif tipləri ayrılır: çəpər, sahil, həlqəvi /atollar/ və b.
Rig
Rig və ya Bəndər Rig— İranın Buşehr ostanının Günavə şəhristanının Rig bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,257 nəfər və 1,169ailədən ibarət idi.
Ris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Riz
Riz— İranın Buşehr ostanının Cəm şəhristanının Riz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,802 nəfər və 415 ailədən ibarət idi.
Rsh
Rsh (Remote Shell) - terminal vasitəsi ilə uzaqdakı (remote) komputeri idarə etmək üçün alət. TCP protokolundan və 514-cü portdan istifadə edir. Əsas mənfi cəhəti, təhlükəsiz olmamısıdır. Çünki şəbəkədən məlumatı şifrələnməmiş halda göndərir. == Xarici keçidlər == rsh - remote shell Arxivləşdirilib 2004-12-05 at the Wayback Machine - rsh Bələdçi səhifəsi.
Ruh
Ruh — dilimizdə vətəndaşlıq haqqı qazanmış "ruh" anlamının fərqli mənaları var. İnsanın qəlbi, canı, ruhu bizdə eyni sözlə ifadə olunur- "ruh". Məsələn, rus dilində "dux", "duşa" sözləri bu fərqli anlamı ortaya qoya bilir. Biz bunları birləşdirib ümumilikdə hər ikisinə "ruh" deyirik. == İslamda ruh barədə == Quranda belə bir ayə var: «Səndən ruh barədə soruşsalar, de ki, Rəbbimin işindəndir bu. Sizə elmdən az verilmiş» (İsra- «Gecə aparılma» surəsi, 85-ci ayə). İnsan öz təfəkkürünün məkana və zamana görə müəyyənləşən sərhədləri çərçivəsində Allahı dərk etməyə, Ona ibadətdə olmağa borcludur. O sərhədlərdən kənarda olan məfhumlar- təfəkkürə sığmaz məfhumlardır. Onlardan biri də ruhdur. Quranda bu barədə açıqlama da verilir.
AİH
Azərbaycan İnvestisiya Holdinqi — Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədi ilə yaradılmış holdinq. 2020-ci il avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərmanına əsasən təşkil olunmuşdur. == Tarixi == "Azərbaycan İnvestisiya Holdinqi" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il avqustun 7-də imzaladığı fərmanla təşkil olunmuşdur. Fərmanla “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs kimi yaradılıb. “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”ndə bildirilir ki, Azərbaycan İnvestisiya Holdinqi - onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (dövlət müəssisələri) vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.“Azərbaycan İnvestisiya Holdinqi”nin nizamnamə fondu 10 milyon manatdır.Prezident İlham Əliyev 2021-ci il fevralın 12-də verdiyi sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsini təsdiqləyib.2021-ci il aprelin 27-də Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında 5 noyabr 2020-ci il tarixli fərmanına dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti“, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti (“Baktelecom”), holdinqin idarəetməsindən çıxarılıb. === Rəhbərlik === Prezidentin fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin (AİH) fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün Müşahidə Şurası və İdarə Heyəti yaradılmışdır.Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 (beş) üzvdən – Şuranın sədrindən və digər üzvlərdən ibarətdir.Müşahidə Şurasının sədri: Azərbaycan Respublikasının Baş NaziriMüşahidə Şurasının üzvləri: Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Azərbaycan Respublikasının Maliyyə naziri.İdarə Heyəti 5 (beş) üzvdən – İdarə Heyətinin sədrindən və digər üzvlərdən ibarətdir: İdarə Heyətinin sədri - Mətin Eynullayev İdarə Heyətinin üzvləri: Elnur Əliyev Azər Mursaqulov Ruslan Əlixanov (Baş icraçı direktor). == Tərkibi == Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə bir sıra dövlət şirkətləri və müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri daxil edilmişdir: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti “AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Azərsığorta “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti.
Rie
Rie — Yaponiya soyadı. Rie Matsubara — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Nakaşima — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Kimura — keçmiş Yaponiya qadın futbolçusu. Rie Usuy — Yaponiya qadın futbolçusu. Rie Yamaki — keçmiş Yaponiya qadın futbolçusu. Rie Azami — Yaponiya qadın futbolçusu.
Riu-Branku (Riu-Neqru)
Riu-Branku (port. Rio Branco) — Cənubi Amerikada yerləşən çay. Çay əsasən Braziliyanın Rorayma ştatı ərazisindən axır. Uzunluğu 584 km, sahəsi 195 km təşkil edir. İri qollara sahibdir. Mənsəbi Riu-Neqru çayıdır. Yağışlar mövsümündə Karakarai şəhərinə qədər gəmiçilik üçün əlverişli olur. Gursululuq dövrü oktyabrdan aprel — may aylarına qədər uzanır. == İstinadlar == == Mənbə == Branco River. (2009).
Adrienna Riç
Adrienna Riç (ing. Adrienne Cecile Rich; 16 may 1929[…], Baltimor, Merilend[…] – 27 mart 2012[…], Santa-Kruz[d], Kaliforniya) — Amerikalı şairə, publisist, feminizmin ikinci dalğasının nümayəndəsi. == Bioqrafiyası == Anası — pianoçu və bəstəkar, metodistlərə aid idi, atası bioloq və yəhudi əsilli həkim idi. Kembricdəki Radkliff Kollecini bitirib. O, 1951-ci ildə Hyu Oden şəxsi seçimi ilə Gənc Şairlər üçün Yel Mükafatını alan "Dünyanın Dəyişməsi" (ing. A Change of World) adlı şeirlər kitabı ilə debüt etdi (Oden kolleksiyanı ön sözlə müşayiət etdi). 1966-cı ildən əri və üç oğlu ilə Nyu-Yorkda yaşayırdı. O, yeni solçular ilə yaxınlaşdı, müharibə əleyhinə nümayişlərdə, vətəndaş hüquqları hərəkatında iştirak etdi. O, 1960-cı illərin sonunda ərindən boşanıb. 1976-cı ildən o, həyatını Yamayka əsilli yazıçı Mişel Klifflə (1946-cı il təvəllüdlü) bölüşür.
Bəndər Rig
Rig və ya Bəndər Rig— İranın Buşehr ostanının Günavə şəhristanının Rig bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,257 nəfər və 1,169ailədən ibarət idi.
Cimmi Rid
Ceyms "Cimmi" Rid (ing. James "Jimmy" Reid; d. 9 iyul 1932, Qlazqo, Şotlandiya — ö. 10 avqust 2010, Qrinok, Şotlandiya) — Şotlandiyalı həmkarlar ittifaqı fəalı, siyasətçi və jurnalist.
Din Rid
Din Rid (ing. Dean Cyril Reed; 22 sentyabr 1938, Denver, Kolorado – 13 iyun 1986) — SSRİ, Latın Amerikası və Şərqi Avropada çox məşhur olan Amerikalı müğənni, kino aktyoru, kino rejissoru və ictimai xadim. == Həyatı və təhsili == Din Rid Kolorado ştatının Denver şəhərində anadan olub. Atası liseydə riyaziyyat və tarix müəllimi, anası evdar xanım olub. Onun Dale və Vernon adlı iki böyük qardaşı olub. 1940-cı illərdə ailəsi Kaliforniya və Yuta ştatlarında müxtəlif şəhərlərdə yaşayıb və sonradan Koloradoya qayıdıblar. 1956-cı ildə orta məktəbini bitirib, trek komandasında ulduz idmançı olub. Atası Kiril, oğlunun hərbi akademiyada təhsil almasını istəyən, anti-marksist olub. Kolorado Universitetinin meterologiya fakültəsidə təhsil aldığı müddətdə barlarda musiqilər ifa edib.
Ferdinand Ris
Ferdinand Ris (d. 28.11.1784, Bonn, Almaniya - ö. 13.1.1838, Frankfurt-Mayn, Almaniya) — alman bəstəkarı və pianoçusu. Frans Antonin Risin böyük oğlu.
Kari Rid
Kari Rid (4 sentyabr 1970) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Kari Rid Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Kari Rid Olimpiadanın gümüş medalına sahib olub.
Kommand-Ric
Kommand-Ric — Naurunun ən hündür nöqtəsi. Hündürlüyü 71 metrdir (233 fut). == Yerləşməsi == Zirvə Nauru adasının cənub-qərbində yerləşir. Ayvo dairəsində, Buada dairəsi sərhəddinə yaxın qərarlaşır. Təpə uzanmış bir təpə formasındadır. Təpədən fosfat çıxarılır. Buradan dəmir yolu keçir. == Tarixi == İkinci dünya müharibəsi dönəmində yapon ordusu 1942-ci ildə adanı ələ keçirir. Onlar burada istehkamlar qurur və bunkerlər inşa etmişlər. Bun istehkamların bir qismi günümüzdə belə qalır.
Kristofer Riv
Kristofer Riv (ing. Christopher D'Olier Reeve; 25 sentyabr 1952 – 10 oktyabr 2004) — ABŞ aktyoru. == Həyatı == Riv 25 sentyabr 1952-ci ildə New York şəhərində anadan olub. Christopher Reeve, 1978–1987 arasında dörd dəfə çəkilən Superman film seriyasında Clark Kent rolunu, daha sonra isə fövqəladə güclərə sahib Xalq Qəhrəmanı Superman rolu ilə tanınır.Reeve, 1992-ci ilin aprelində Dana Morosini ilə evləndi. Bu evlilikdən William adlı bir oğlu var idi. Reeve'nin əvvəlki münasibətlərindən 2 övladı (Matta və Aleksandra) var. Riv 27 may 1995-ci ildə Virginia ştatının Culpeper şəhərində keçirilən bir atçılıq yarışında atdan yıxıldı və iflic oldu. Qəzadan sonra əlil arabasında yaşamaq məcburiyyətində qaldı və ömrünün sonuna qədər nəfəs almaq üçün portativ bir ventilyatora ehtiyac duydu. Onurğa beyni zədələnmələri ilə insan embrion kök hüceyrə araşdırması üçün lobbiçilik etdi, Christopher Reeve Vəqfi və Reeve-Irvine Araşdırma Mərkəzini qurdu.Qəzadan sonra bütün pərəstişkarlarının dəstək mesajları illərlə həyata bağlı olsa da, televiziya müsahibəsində bəzən intihar etməyi düşündüyünü bildirdi. Əlil arabasına bağlı olduqdan sonra qatıldığı görüşlər və qurduğu təməl ilə kök hüceyrə təcrübələrini dəstəklədi və bu təcrübələrdə istifadə üçün milyonlarla dollar topladı.
Lindon Riv
Lindon Riv (ing. Lyndon Rive; 22 yanvar 1977, Pretoriya) — CAR sahibkarı. Riv SolarCity-nin həmtəsisçisi və 2016-cı ilə qədər baş icraçı direktoru olmuşdur. 2006-cı ildə qardaşı Piter ilə birlikdə SolarCity-ni təsis etmişdir. == Mükafatları == Riv 2013-cü ildə "Ernst & Young Entrepreneur of the Year Award" mükafatına layiq görülmüşdür.
Mayn Rid
Mayn Rid (ing. Thomas Mayne Reid) İrland yazıçısı. Ən məşhur əsəri 1865-ci ildə yazılmış "Başsız atlı" romanıdır. Vəhşi Qərb mövzusunda yazılmış roman dünya miqyaslı şöhrət qazanmışdır. Corc Bayronun əsərlərindən təsirlənən Mayn Ridin yaradıcılığında Bayronun üslubu geniş yer tutur. == Haqqında == Mayn Rid Tomas 1818-ci il aprel ayının 4-də İrlandiyanın Ballironi kəndində anadan olmuşdur. Belfast şəhərində orta təhsil almış və 1840-cı ildə Amerikaya getmişdir. 1846–1848-ci illərdə jurnalist kimi Amerika-Meksika müharibəsində iştirak etmişdir. 1849-cu ildə Şimalı İrlandiyaya getmişdir. Yaralandığı üçün 1850-ci ildə Londona qayıtmış və Meksika müharibəsindən bəhs edən "Azad atıcılar" adlı ilk romanını yazmışdır.
Müqəddəs Ruh
Müqəddəs Ruh və ya Rəbbin Ruhu, Allahın Ruhu — xristianlıqda Üç üqnumun üçüncü sifəti. Bibliyanın ilk sətirlərində Allahın Ruhu ifadəsinə rast gəlinir. Tövratın birinci hissəsi olan Yaradılış Kitabı belə başlanır: "Başlanğıcda Allah göyləri və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. Allah dedi: "Qoy işıq olsun". İşıq oldu". Xristian inancına görə, Ata Allah hər şeyin mənbəyi, Oğul Allah İlahi Kəlam olaraq hər şeyi var edən Şəxsdir, Allahın Ruhu isə Kainatın mövcudluğunu davam etdirir, həyatla təmin edir. Buna görə də Müqəddəs Ruh şəxssiz qüvvə deyil, İlahi Şəxs kimi qəbul olunur.
Rid Din
Din Rid (ing. Dean Cyril Reed; 22 sentyabr 1938, Denver, Kolorado – 13 iyun 1986) — SSRİ, Latın Amerikası və Şərqi Avropada çox məşhur olan Amerikalı müğənni, kino aktyoru, kino rejissoru və ictimai xadim. == Həyatı və təhsili == Din Rid Kolorado ştatının Denver şəhərində anadan olub. Atası liseydə riyaziyyat və tarix müəllimi, anası evdar xanım olub. Onun Dale və Vernon adlı iki böyük qardaşı olub. 1940-cı illərdə ailəsi Kaliforniya və Yuta ştatlarında müxtəlif şəhərlərdə yaşayıb və sonradan Koloradoya qayıdıblar. 1956-cı ildə orta məktəbini bitirib, trek komandasında ulduz idmançı olub. Atası Kiril, oğlunun hərbi akademiyada təhsil almasını istəyən, anti-marksist olub. Kolorado Universitetinin meterologiya fakültəsidə təhsil aldığı müddətdə barlarda musiqilər ifa edib.
Rid FK
Rid – Avstriyanın futbol klubu.
Rid Hofman
Rid Hofman (ing. Reid Garrett Hoffman; 5 avqust 1967) — Amerikalı sahibkar, vençur kapitalist; dünyada məşhur olan "LinkedIn" işgüzar əlaqələrin qurulması üçün sosial şəbəkənin yaradıcısı. == Həyatı == Hofman 5 avqust 1967-ci ildə Kaliforniyanın Stenford şəhərində dünyaya gəlib. Hofman Putni məktəbində (ing. The Putney School) oxuyub sonra Stenford Universitetinə daxil olub. O, burada Marşall təqaüdü və "Dinkelspiel Award"a layiq görülüb. Koqnivistika sahəsində ixtisaslaşma üzrə təbiət elmləri bakalavr dərəcəsi ilə 1990-cı ildə universiteti bitirib. Hofman Oksfordda təhsilini davam etdirib, 1993-cü ildə fəlsəfə sahəsində magistr dərəcəsinə sahib olub, lakin daha sonra sahibkar olmağı elm adamı olmaqdan üstün tutdu. Hofmanın sözlərinə görə, akademik karyera onu "təsir" göstərmək imkanı ilə cəlb edirdi, amma sonra o anladı ki, sahibkar karyerası daha çox perspektivlidir. Hofman yazır: "Mən Stenfordu bitirib, professor və ictimai xadim olmağa hazırlaşırdım, amma anladım ki, professorların yazdığı kitabları 50–60 insan oxuyur, amma mən böyük təsirlər istəyirdim".
Rie Azami
Rie Azami (d. 11 yanvar 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
RIP
RIP (ing. Routing Information Protocol) — Kiçik şəbəkələr üçün nəzərdə tutulmuş dinamik marşuritizasiya protokoludur. Marşrutlar haqqında informasiyaları UDP 520 portundan istifadə etməklə paylaşır. == Anlayışlar == RIP ən yaxşı marşrutu sıçrayışlara əsasən (hop count) təyin edir. Burdakı hər sıçaryış bir router mənasına gəlir. Maksimum gedə biləcəyi router sayı 15-dir. Yəni göndərilən paketlər 16-cı routerdə itir. RIP protokolu hər 30 saniyədə update-lər yayınlayır(öz cədvəlində olan diapazon siyahısı). == RIP versiya 1 == İlk dəfə 1988-ci ildə yaradılmışdır. RIP versiya 1 classful routing protokol hesab olunur yəni bu protokol şəbəkə adreslərin düzgün anons olunmasını əks edə bilmir.