RAĞİB
RAHBAN
OBASTAN VİKİ
Rah Danə (Sulduz)
Rah Danə (fars. اهدانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 681 nəfər yaşayır (177 ailə). Qacarlar və Pəhləvilər dövründə bu bölgənin sahibi və hökmdarı Heydər xan nəslindən olan Əhməd Əli Zeynali (Əhməd bəy) olmuşdur. Qara-Papaq türklərindən Əhməd bəy Zeynali ən böyük Böyük Sulduz idi.
Boeing–Sikorsky RAH-66 Comanche
RAH-66 Comanche, Amerika Ordusu üçün hazırlanmış Boeing/Sikorsky ilə ortaq olaraq 4 yanvar 1996-cı ildə sınaq uçuşunu yerinə yetirən bir hücum/patrul helikopteridir. AH-64 Apacheni əvəz edəcəyi gözlənilirdi. Radarda görsənməyəcək bir texnologiya ilə təchiz edilmişdi. Lakin, yüksək xərcinə görə, proqram 2004-cü ildə ləğv edildi. Bu günə qədər 2 prototip istehsal edilmişdir. 14 metr uzunluğundadır və 3.37 metr hündürlükdədir. Onun maksimal sürəti 324 km-dir. Dolu yanacaqla 485 km mənzilə sahibdir. Amerikalıların fikrincə, ABŞ-nin F-22 ilə İraq müharibəsindən sonrakı ən böyük israfçılığı olacaqdı. Xüsusi texnologiyaya sahib olmasına baxmayaraq, AH-64 Apachelər bu helikopterin radarlarda tutulmamaqdan başqa demək olar ki, bütün xüsusiyyətlərinə malik idi.
Emomali Rahmon
Emomali Rahmon və ya İmaməli Rəhman (tac. Эмомалии Раҳмон, 21 mart 2007-ci ilədək — Emomali Şaripoviç Rahmonov, tac. Эмомалӣ Шарӣпович Раҳмонов; 5 oktyabr 1952) — Tacikistan Respublikasınının 3-cü Prezidenti. == Həyatı == Emaməli Rəhman 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Eyni zamanda Tacikistan Demokratik Xalq Partiyasının lideridir. 1971–1974-cü illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib. 1982-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə dövlət universitetindən məzun olub. 1976–1988 illərdə Kölab rayonu Dənğərə bölgəsində kollektiv təsərrüfat ittifaqı komitəsinin sədri olub. Həmçinin o zamanın hakimiyyət qurumlarında müxtəlif vəzifələrdə çalışmışıb.
Eyno Rahya
Eyno Abramoviç Rahya (20 iyun 1885, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d] – 26 aprel 1936, Leninqrad) — 1903-cü ildə Rusiya Sosial Demokrat İşçi Partiyasına üzv olmuş və onun Bolşevik fraksiyasına qoşulmuş fin kökənli rusiyalı inqilabçı. Rahya 1917-ci ilin yayında Leninin müvəqqəti olaraq Finlandiyaya qaçmasını təşkil etmişdir. Finlandiya vətəndaş müharibəsi ərzində Rahya qırmızıların ən bacarıqlı hərbi liderlərindən biri idi. Qırmızılar müharibəni uduzduqdan sonra o, ömrünün qalan hissəsini yaşayacağı Rusiya SFSR-yə qaçmış və Qızıl orduda korpus komandiri olaraq xidmət etmişdir. Eyno Rahya 1927-ci ildə Finlandiya Kommunist Partiyasının Mərkəzi Komitəsindən xaric edilmişdir. O, 1920-ci illərin əvvəllərində siyasi olaraq Qriqori Zinoviyevə yaxınlaşmışdı. Eyno Yukka Rahya və Yaakko Rahyanın qardaşı idi. Onun qardaşı Yaakko 1920 31 avqust tarixində baş verən Kuusinen Klub insidentində yaralanmışdı. Rahya 1935-ci ildə alkoqol aludəçiliyinə görə ordudan qovuldu və 1936-cı ildə haqqında ölüm hökmü çıxarıldı. Buna baxmayaraq o, edam edilmədən əvvəl, 1936-cı ilin aprelində vərəm və alkoqoldan sui-istifadəyə görə öldü.
Ferrarisini satmış rahib
Liderlik fəsəfəsinin dünya şöhrətli siması və yazıçı Robin Şarmanın şəxsiyyətin inkişafı barədə yazılmış Ferrarisini satmış rahib əsəri müasir dünya ədəbiyyatı incilərindəndir. == Nəşri == “Ferrarisini satmış rahib” əsərinin ilk nüsxəsi 1997-ci ildə Harper Collins Publishers nəşriyyatı tərəfindən çap olunmuşdur. Əsər bütün dünyada oxucular tərəfindən yüksək qiymətləndirilmiş, 2013-cü ilədək bütün dünyada üç milyondan çox nüsxəsi satılmışdır. 70-dən çox dilə tərcümə olunan kitab 50-dən çox ölkədə nəşr olunmuşdur. Əsər Çennai, Kəlkətə kimi böyük Hindistan şəhərlərində ən çox satan özünü inkişaf kitablarından biri olmuşdur. “Ferrarisini satmış rahib” kitabının uğurları müəllifi menecment və şəxsiyyətin inkişafı mövzusunda yazılmış digər bir özünü inkişaf kitabı olan “Qırmızı ferrarisini satan rahibin gizli məktubları” əsərini yazmağa ruhlandırmışdır. == Məzmun == Uğurlu hüquqşünas Culian dəbdəbəli həyata, tropik adada villaya və hətta qırmızı “Ferrari”yə sahib olan az insanlardan biridir. Bütün gününü işdə keçirən, özünü işinə sərf edən Culian məhkəmələrin birində qəfldən infarkt keçirir və bununla da bütün həyatı dəyişir. Sağaldıqdan sonra hər şeyini, hətta sevimli "Ferrari"sini belə satıb Hindistana gedən Culian orada yaşadığı müddətdə müdrik insanlarla tanış olur və müdriklərin ona verdiyi dəyərli məsləhətləri yerinə yetirərək o qədər dəyişir ki, hətta illərdir onu tanıyan dostu Con belə qayıdanda onu tanımır. Əsərin sujet xətti Culian Mentl və Con arasında keçən söhbət, Culianın mənəvi inkişaf zamanı öyrəndiklərini dostlu Conla danışması şəklində davam edir.
Hafiz Rahim
Hafiz Rahim (19 noyabr 1983 - 9 iyul 2020) - Sinqapur peşəkar futbolçusu. == İlk illəri == Hafiz Rəhim 19 noyabr 1983-cü ildə Sinqapurda anadan olub. == Futbol karyerası == 2011-2020 illəri arasında Sinqapur Milli Futbol Komandasında və 2006-2011 illəri arasında Geylang International futbol komandasında oynayıb. == Ölüm == Hafiz Rəhim 9 iyul 2020-ci ildə Sinqapurda baş verən yol qəzası nəticəsində 36 yaşında öldü.
Jurahon Rahmonov
Jurahon Rahmonov (tam adı: Jurahon Rahmonberdiyeviç Rahmonov, özb. Жўрахон Раҳмонбердиевич Раҳмонов; 18 avqust 1917, Oş, Fərqanə vilayəti – 7 aprel 1977, Oş) — Qırğızıstan aktyoru və teatr xadimi, Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının qurucusu, Özbəkistan SSR əməkdar artisti (1974), Böyük Vətən müharibəsi veteranı. == Həyatı == Jurahon Rahmonov 18 avqust 1917-ci ildə Oş şəhərində anadan olmuşdur. O, (indi Babur adına) Kirov adına Oş özbək dram teatrının banilərindən biridir. Atası Rahmonberdi Madazimov Qırğızıstan teatr hərəkatının təsisçisi və təşkilatçısı, Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının qurucusu və ilk bədii direktoru, yazıçıdır. == Filmoqrafiya == 1971-"Zaxar Berkut" (Dovzhenko film studio) 1972-"Küçə" (Kөchө) ("Qırğızfilm") "Pələng" (Zholbors) ("Qırğızfilm") "Azamat" ("Özbəkfilm") == Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrında yaradıcılıq fəaliyyəti == 1937 — F. Şiller "Məkr və məhəbbət", Hurşid "Fərhad və Şirin". 1938 — K. Qoldoni "İki ağanın bir nökəri", Sabir Abdullah "Özbəkistan qılınc". 1946 — Muxtarov "Qadına qürur" 1947 — Uyğun "Bahar", Hurşid "Fərhad və Şirin". 1948 — K. Trenyov "Qırmızı qalstuk", Uyğun "Həyat mahnı", Uyğun "Oltinkol". 1949 — Fatkhullin "Ləçəklər", Həmid Alimcan "Simurq".
Mariano Rahoy
Meriano Rahoi Brei (isp. Mariano Rajoy Brey; 27 mart 1955[…], Santiaqo de Kompostela) — İspaniyanın eks Baş Naziri (21 dekabr 2011 – 1 iyun 2018), İspaniya Liberal Demokrat Partiyasının sədri.
Matyu Ben Rahu
Meriano Rahoi
Meriano Rahoi Brei (isp. Mariano Rajoy Brey; 27 mart 1955[…], Santiaqo de Kompostela) — İspaniyanın eks Baş Naziri (21 dekabr 2011 – 1 iyun 2018), İspaniya Liberal Demokrat Partiyasının sədri.
Məmməd Rahim
Məmməd Rahim Abbas oğlu Hüseynov (təxəllüsü: Məmməd Rahim; 7 (20) aprel 1907, Bakı – 6 may 1977, Bakı) — azərbaycanlı şair, dramaturq, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1964), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), Ermənistan SSR əməkdar mədəniyyət xadimi (1970), Stalin mükafatı laureatı (1949). Məmməd Rahim 1907-ci il aprelin 20-də Bakıda kiçik sahibkar ailəsində doğulmuşdur. 1917-ci ildə atası ölmüş, dəmiryolu xidmətçisi olan böyük qardaşının himayəsində yaşamışdır. Bakı şəhər məktəblərində təhsil alıb APİ-nin Şərqşünaslıq fakültəsinə daxil olmuş (1928-ci ildə), eyni zamanda Azərnəşrdə tərcüməçilik etmişdir (1928-1931). Pedaqoji fəaliyyətə 1-ci Bakı beşillik sovet məktəbində başlamışdır (1931-1935). 1926-cı ildə ilk şeiri "Gördüm", 1930-cu ildə isə ilk şeir kitabı — "Arzular" çap olunmuşdur. Dövri mətbuatda fəal çıxış etmişdir. Yazıçılar İttifaqında şeir bölməsinin rəhbəri və təşkilat katibi(1938-1940) müdafiə bölməsinin rəhbəri (1941-1946), həm də İranda xüsusi ezamiyyətdə olmuşdur. 1946-cı ildən yalnız ədəbi yaradıcılıqla məşğul olduğuna görə işləməmişdir. Müəyyən fasilədən sonra yenidən Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir (1947-1950; 1951-1952).
Rahal (Xoy)
Rahal (fars. ‎‎رهال‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Rahat
Rahat (şəhər) — İsrailin cənubunda yerləşən bir şəhər. Rahat Əliyev — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri. Rahat Xan (d.1940) — Banqladeşli jurnalist.
Rahat (şəhər)
Rahat, (İsrailcə: רַהַט, Ərəbcə: راهط‎) İsrailin cənubunda yerləşən bir şəhərdir. Şəhər, İsrailin Cənub bölgəsində yerləşir. 10 mart 2014-cü il statistikasına əsasən şəhərin əhalisi 60,400-dür. Şəhər 1972-ci ildə qurulmuşdur. Şəhərə 1994-cü ildən Respublika tabeli şəhər statusu verilmişdir.
Rahat bayraqlar
Rahat bayraqlar — dövlət bayraqları. Vergilərə, əmək haqqına, sosial sığortaya və s. çəkilən xərcləri aşağı salmaq məqsədilə bir sıra inkişaf etmiş ölkələrin sahibkarları öz gəmilərini dövlət bayraqları altında üzdürürlər. Məsələn, gəmilərin ingilis bayrağı altında üzməsi əlavə olaraq vergi güzəştləri əldə etmək deməkdir. Bundan ötrü gəmi şirkətlərinin gəmilərini Qibraltar, Men adası kimi Britaniya limanlarında qeydiy-yata salması kifayətdir.
Rahat Əliyev
Rahat Muxtar oğlu Əliyev (qaz. Raxat Muxtarulı Älïyev; 10 dekabr 1962, Almatı – 24 fevral 2015, Yozefştadt məhkəmə həbsxanası[d]) — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri; Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni. Rahat Əliyev 10 dekabr 1962, Alma-Atada anadan olmuşdur. 1980-ci illərdə 2-ci Moskva Tibb İnstitutunda klinika ordinatoru işləmişdir. Qazaxıstandakı karyerası 1990-cı illərin əvvəlindən inkişaf etməyə başlayıb. Müxtəlif vaxtlarda Qazaxıstan Səhiyyə Nazirliyi Xarici İqtisadi Əlaqələr İdarəsinin müdir müavini, iki ticarət şirkətinin baş direktoru və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır. 2002-ci ildə Qazaxıstanın Avstriya səfiri vəzifəsinə təyin olunmuşdur. 2005-ci ildə vətənə qayıtdıqdan sonra Əliyev karyerasını Xarici İşlər Nazirliyində davam etdirmiş, lakin 2007-ci ildə yenidən Avstriyaya ezam edilib. Rahat Əliyev Qazaxıstanda iki yüksək rütbəli bank menecerini oğurlatdıraraq qətlə yetirilməsi sifarişini verməkdə ittiham olunub. Belə ki, 2007-ci ildə ölkənin ən iri kredit idarələrindən biri olan "Nurbank"la bağlı yaranmış qalmaqalda onun rolunun olduğu iddia edilmişdir.
Rahatdır, əlverişlidir, etibarlıdır (film, 1949)
Elmi-kütləvi filmdir. Kinolent əmanət kassalarının fəaliyyətindən bəhs edir.
Rahib
Rahib — dini mərasimləri icra edən din xadimi. Ərəbcə rahib kəlməsi ruhban, rahbə, keşiş, kökündən gəlir. Rahbə "qorxub çəkinmə", keşiş "dərin dini qorxu ilə özünü dinə vermə" mənasındadır; rahib də Allahdan qorxan və fasilə ilə ibadət edən şəxsə deyilir. Quranda ruhbanlığın Allah tərəfindən fərz olmadığını,xristianların bunu uydurduğu bildirilmişdir. Təfsirlərdə deyilir ki, ruhbanlıq bir qrup xristianın dində ortaya çıxan fitnədən uzaqlaşıb dağlara çəkilərək ibadət etmə, mağaralarda və tək yerlərdə yaşama,qadınlardan uzaq durmaq kimi məşəqqətli bir həyat tərzinə qatlanmaqdır. Həmçinin qeyd olunur ki,ruhban ümumilikdə "Allahdan qorxanlar, özlərini ibadətə vermiş kimsələr", "İsanın davətinə itaət etmə və ona tabe olub şəriəti üzrə olanlar"və özəldə Xristian din adamları hesab olunur. Ümumilikdə ruhban sinifi sadəcə xristianlığa məxsus deyil, hər dinin öz tərzində ruhbanı ola bilər. Çünki Allahın əmri üzrə Ondan qorxan hər hansı şəxsə rahib deyilə bilər. İnsanların çoxu Allahdan qorxub inandıqları "din adamı" olaraq qəbul etdikləri bu adamlara din adına bir çox səlahiyyətlər verər və beləcə yoldan çıxarlar. Bu insanlar haqqında Allah buyurmuşdur: "Onlar öz alimlərini və ruhanilərini özləri ilə Allah arasına qoyub Rəbb tutublar.
Rahib Abbasov
Abbasov Rahib Yusif oğlu (23 fevral 1939, İrəvan – 1 dekabr 2022) — Tibb xidməti polkovniki, ali dərəcəli terapevt. Professor, “Poema zdorovya” ailə klinikasının kliniki rəhbəri. "Rusiya Federasiyasının Əməkdar Həkimi" (2002). Abbasov Rahib Yusif oğlu 1939-cu il fevralın 23-də İrəvanda anadan olub. 1962-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-diaqnostika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1967-ci ildən Sankt-Peterburqda yaşayır. R.Abbasov tələbəlik illərində institutun yuxarı kurslarında oxumaqla bərabər, Bakıdakı kliniki xəstəxanalardan birinin terapevtik şöbəsində kiçik tibb işçisi kimi çalışıb. R.Abbasov institutu bitirdikdən sonra Sovet Ordusu sıralarında hərbi xidmətə çağırılır və o vaxtdan, həyatının təxminən otuz ilini bu işə həsr edir. 1962-ci ildən hərbi hissələrdə tibb məntəqəsi lazaretinin rəisi və raket qoşunları tədris mərkəzinin tibbi xidmət rəisi olub. 1967-ci ildə R.Abbasov Leninqradda S.M.Kirov adına Hərbi Tibb Akademiyasının kliniki ordinaturasına daxil olub.
Rahib Azəri
Rahib Azəri — İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi. Televiziya və radio verilişlərinin aparıcısı. Müxtəlif televiziya və radio verilişlərinin müəllif və tərtibçisi. Əməkdar mədəniyyət işçisi (2016). Rahib Azəri 1962-ci ildə Bakı şəhərində ziyalı bir ailədə dünyaya gəlib. Atası mühəndis, anası isə uşaq həkimi işləyib. 1969-cu ildə Bakı şəhəri 132 nömrəli orta məktəbə daxil olub. 1979-cu ildə orta məktəbi bitirib. Özü jurnalist olmaq istəsə də həmin il atasının istəyi ilə M. Əzizbəyov adına Neft Kimya İnsitutunun, energetika fakultəsinə daxil olub. 1984-cü ildə institutu bitirb və 10 il ixtisası üzrə energetik kimi çalışıb.
Rahib Babayev
Rahib Bəylərov
Rahib Böyükağa oğlu Bəylərov (25 oktyabr 1985, Siyəzən rayonu) — 2007-ci ildə Avropa Həvəskar Boks Assosasiyasının açıqladığı reytinq cədvəlində 75 kq çəki dərəcəsində Azərbaycan boksçuları arasında ən yüksək, ümumdünya boksçuları sırasında isə adı 2-ci yerdə olan idmançı. Rahib Bəylərov 1985-ci il oktyabrın 25-i Siyəzən rayonunda anadan olub. İdmana 7 yaşından başlayıb.
Rahib Cəbrayılov
Rahib Fətəliyev
Rahib Hacıismayılov
Rahib Hüseynov

Digər lüğətlərdə