Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Runiz
Runiz – İranın Fars ostanının İstəhban şəhristanının Runiz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,991 nəfər və 1,466 ailədən ibarət idi.
Kubik Rubik
Rubik kubu (danışıq variantı Kubik Rubik, ilk vaxtlar Sehrli kub kimi tanınırdı) — daha kiçik ölçülü 27 kubdan ibarət, xaricdən görünməyən oxlar ətrafında fırlana bilən plastmas kub. Hər bir tərəfdəki 9 kvadrat 6 rəngdən biri ilə boyanır. Adətən qarşı-qarşıya dayanan rənglər: ağ-sarı, göy-yaşıl, qırmızı-narıncı olur. Ümumilikdə 54 rəngli kvadratdan ibarətdir. Kubun tərəflərinin döngəsi rəngli kvadratları müxtəlif üsullarla düzməyə imkan yaradır. Oyunçunun vəzifəsi kubun tərəflərini fırladarkən onu elə bir vəziyyətə qaytarmaqdır ki, hər bir tərəf eyni rəngli kvadratlardan ibarət olsun. Rubik kubu 1974-cü ildə macar heykəltəraşı və arxitektura müəllimi Ernö Rubik tərəfindən ixtira edilmiş mexaniki tapmacadır. 1975-ci ildə HU170062 nömrəli Macar patentini alan Rubik beynəlxalq patent üçün müraciət etməyib. 1977-ci ilin sonunda ilk yoxlama istehsalı edilmiş və Budapeştdəki oyuncaq mağazalarına paylanılmışdır. Bu gün Rubik kubu və Ernö Rubikin digər tapmacalarının hüquqları Ernö Rubikin dostu – Tom Kremerin artıq 40 ildir ki, sahib olduğu Seven Towns Ltd.
Ernö Rubik
Ernö Rubik və ya Rubik Ernö (mac. Ernő Rubik, 13 iyul 1944[…], Budapeşt) – macar mühəndis, heykəltaraş. O, Rubik kubu da daxil olmaqla, Rubik sehiri, Rubik ilanı kimi mexaniki tapmacaların kəşfi ilə məşhurdur. Ernö Rubik 1944-cü il iyul ayının 13-də Macarıstanın paytaxtı Budapeştdə anadan olmuşdur. Atası mexanik və təyyarə mühəndisi, anası isə yazıçı idi. Bu səbəbdən o, ailədən gələn ənənələrə sadiq qalaraq əvvəl memarlıq və mühəndis, daha sonra sənət memarlığı , heykəltaraşlıq təhsili almışdır. 1958–1962-ci illərdə Budapeşt İncəsənət məktəbində heykəltaraşlıq ixtisasına yiyələndikdən sonra, 1962–1967-ci illərdə Budapeşt Texnologiya Universitetində dərs almağa başladı. 1967-ci ildə Macarıstan Tətbiqi İncəsənət Universitetinin "interyer və dizayn" fakülətsinə daxil oldu. 1971–1975-ci illərdə memar olaraq fəaliyyət göstərmişdir. Daha sonra Budapeşt Tətbiqi İncəsənət Universitetinin professoru oldu.
Ranik Halle
Ranik Halle (və ya Andronik Saradşef, norv. Ranik Halle, 24 avqust 1905, Bakı – 20 may 1987, Oslo)—rus əsilli norveçli jurnalist və bric oyunçusu. Ranik Halle 20 ildən çox Norveçin sağ mətbuat orqanının rəhbəri idi. Həmçinin, ölkənin ən məşhur bric oyunçularından olan Ranik, bric üzrə 12 qat Norveç çempionu və bir çox kitabların müəllifi olmuşdur. Əsl adı Andronik Saradşef olan Ranik 1905-ci ildə avqust ayının 24-də Bakıda gürcü neftçi Sergey Saradşefin ailəsində dünyaya gəlmişdir. 11 il Bakıda yaşayan Ranikin anası həyat yoldaşının neft qəzasında ölməsindən sonra onun dostu norveçli Halfdan Halle ilə ailə həyatı qurmuşdur. Ranik Halfdan Halle tərəfindən övladlığa götürüldükdən sonra 1916-cı ildə ailəsi ilə birlikdə Norveçə köçmüş və Ranik Halle adını almışdır. Ranik Halle Osloda orta məktəbə başladı. 1923-cü ildə məzun olduqdan sonra Oslo Universitetində hüquq və sosial iqtisad ixtisası üzrə 3 il təhsil almışdır. Sonralar jurnalistikaya və siyasətə olan marağına görə universitetin tələbə birliyinə qoşulmuş və 1924-1927-ci ildə birliyin sədri olmuşdur .
Renik Ceyms
Renik Ceyms (21 avqust 1987) — Belizli cüdoçu. Renik Ceyms Belizi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Renik Ceyms birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Naurunun nümayəndəsi Ovini Uera ilə üz-üzə gəldi. Həmin görüşdə Renik Ceyms rəqibinə 0:100 hesabı ilə uduzdu.
Rubik Kubu
Rubik kubu (danışıq variantı Kubik Rubik, ilk vaxtlar Sehrli kub kimi tanınırdı) — daha kiçik ölçülü 27 kubdan ibarət, xaricdən görünməyən oxlar ətrafında fırlana bilən plastmas kub. Hər bir tərəfdəki 9 kvadrat 6 rəngdən biri ilə boyanır. Adətən qarşı-qarşıya dayanan rənglər: ağ-sarı, göy-yaşıl, qırmızı-narıncı olur. Ümumilikdə 54 rəngli kvadratdan ibarətdir. Kubun tərəflərinin döngəsi rəngli kvadratları müxtəlif üsullarla düzməyə imkan yaradır. Oyunçunun vəzifəsi kubun tərəflərini fırladarkən onu elə bir vəziyyətə qaytarmaqdır ki, hər bir tərəf eyni rəngli kvadratlardan ibarət olsun. Rubik kubu 1974-cü ildə macar heykəltəraşı və arxitektura müəllimi Ernö Rubik tərəfindən ixtira edilmiş mexaniki tapmacadır. 1975-ci ildə HU170062 nömrəli Macar patentini alan Rubik beynəlxalq patent üçün müraciət etməyib. 1977-ci ilin sonunda ilk yoxlama istehsalı edilmiş və Budapeştdəki oyuncaq mağazalarına paylanılmışdır. Bu gün Rubik kubu və Ernö Rubikin digər tapmacalarının hüquqları Ernö Rubikin dostu – Tom Kremerin artıq 40 ildir ki, sahib olduğu Seven Towns Ltd.
Rufik İsmayılov
Rufik Afis oğlu İsmayılov (azərb. İsmayılov Rufik Afis oğlu‎; 25 iyun 1982, Nərimanlı, Vardenis rayonu) — Azərbaycan jurnalisti. Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) üzvü (2017). Rufik İsmayılov 25 iyun 1982-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında — Vardenis rayonunun Nərimanlı (indiki: Şatvan) kəndində anadan olub. Ailəsi 1988-ci ildə Ermənistan siyasi rəhbərliyinin deportasiya siyasətinə məruz qalıb, Azərbaycanın Bakı şəhərində məskunlaşıb. 1998-ci ildə Bakı şəhəri Nəsimi rayonu Milli Qəhrəman Yusif Mirzəyev adına 44 saylı tam orta məktəbi bitirib. 1999–2003-cü illərdə Müstəqil Azərbaycan Universitetində (MAU) Jurnalistika ixtisası üzrə ali təhsil alıb. 2005–2007-ci illərdə Naxçıvan Dövlət Universitetində (NDU) "Mətbuat tarixi" istiqaməti üzrə magistr təhsili alıb. 12.07.2007–01.07.2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2011–2015-ci illərdə Bakı Dövlət Universitetində (BDU) doktorantura ("Mətbuat tarixi və ideoloji iş" kafedrası) təhsili alıb.
Rurik sülaləsi
Rurik (d. 879, Novqorod Rusı) – rus salnəmələri və sükançı kitablarlı görə, Şimal-Qərbi Rus hökmdarı Varangyan Novqorod knyazı və sonralar padşah olmuş rus kynazlığın banisi, Rurikoviçlər sülaləsi.
Spenser Tunik
Spenser Tunik (ing. Spencer Tunick; d. 1 yanvar 1967) — yəhudi əsilli ABŞ fotoqrafı.
Ueyn Runi
Mark Runi (ing. Wayne Mark Rooney; 24 oktyabr 1985, Liverpul) — İngiltərə futbolçusu. İngiltərənin Everton" klubunun oyunçusu və İngiltərə milli futbol komandasının kapitanıdır. Runi, futbola 10 yaşındaykən Liverpool Schoolboys adındakı yerli bir klubda başladı. 1996-cı ildən 2002-ci ilə qədər karyerasına Everton-un futbol məktəbində davam etdi. 2002-ci ildə ilk peşəkar matçına çıxdı. 17-ci doğum günündən 5 gün öncə Premyer Liqada atdığı ilk qol, onu liqa tarixində qol atan ən gənc futbolçu etdi. Qısa zamanda komandasının dəyişilməz oyunçularından oldu və klubu ilə 2 sezon keçirdi. 2004-05 sezonu başlamadan öncə Mançester Yunaytedə 25.6 milyon £ qarşılığında transfer oldu. Mançester Yunayted forması ilə beş Premyer Liqa, bir UEFA Çempionlar Liqası, iki İngiltərə Liqa Kuboku, üç FA Community Shiled və bir Dünya Klublar Kuboku çempionluğu ilə bərabər həmçinin iki dəfə Premyer Liqa və Çempionlar Liqası ikinciliyi qazandı.
Runi Eva
Runi Eva (25 dekabr 1996, Duala) — Azərbaycan Premyer Liqasında çıxış edən Turan-Tovuzun futbolçusu.
Rürik
Rürik (rus. Рюрик; 830 – təq. 879, Veliki Novqorod) — salnamələrə əsasən Rusun banisi. Varyaq, Novqorod knyazı. Knyaz gələcəydə isə çar olan Rüriklər sülaləsinin qurucusu. Rürikin milliyəti sual altındadır. Rürikın çox vaxt Danimarkalı Konunq Rörikla eyni adam olduğnu bildirirlər. Digər versiyaya görə Rürik slavyan əsilli addır və qartal deməkdir. A.Çernov Rürik haqqında Kirpiçnikov: İlk skandinav yazıları. 1997.
Sünik
Sünik və ya Sisakan (erm. Սյունիք, Սիսական) – Cənubi Qafqazda tarixi-coğrafi region. I Artaşesin hakimiyyəti dövründə (e.ə. 189 – 160) ermənilər tərəfindən ələ keçirilən Sünik albandilli tayfalar olan ərazi sayılırdı və b.e. 387-ci ilində Ermənistanın Bizans və Sasanilər arasında bölünməsinə kimi Ermənistan krallığının işğal etdiyi doqquzuncu vilayətini təşkil etmiş, 387-ci ildən sonra Sasanilərin tərkibində gah Qafqaz Albaniyasından, gah da Atropatenadan asılı olmuşdur. “VII əsr Ermənistan coğrafiyası”na görə Sünik 12 vilayətdən ibarət olmuşdur. Sünikin cənubu mənbələrdə həm də Zəngəzur kimi qeyd edilir. 387-ci ilə kimi Ermənistan ordusuna başçılıq edən bdeşx-sərkərdə vəzifələrini Sünik knyazları daşımışlar. Mərzban Ermənistanı dövründə Sünik knyazları İberiyaya da nəzarət etmişlər. Artıq VI əsr mənbələrində Sünikin nestorian mövqeyi tutan Ermənistandan siyasi və dini baxımdan ayrılması qeyd edilir.
Pünik FK
Pünik – Ermənistannın futbol klubu.
Sünik (dəqiqləşdirmə)
Sünik — Albaniyanın əyaləti. Sünik (sülalə) Sünik knyazlığı Sünik (kənd) — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayon ərazisində kənd.
Sünik (kənd)
Syunik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayon ərazisində kənd olmuşdur. Toponim si (>syu) qədim türk tayfasının adına urartu dilində «xanədan, sülalə» mənası ifadə edən «uni» sözünün birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Burada erməmlərlə yanaşı 1897-ci ildə 13 nəfər 1926-cı ildə 5 nəfər, 1931-ci ildə 21 nəfər Azərbaycanlı yaşamışdır. Sonralar, 1940-cı illərin əvvəllərində Azərbaycanlılar qovulmuşdur.
Sünik (sülalə)
Sünik, Süni, Syuni, Sisakan sülaləsi (erm. Սյունի, Սիսակյաններ) – antik və orta əsrlər dövründə Sünik vilayətində hakimiyyət sürmüş alban sülalə. Qafqaz Albaniyası tarixinin ən güclü sülalələrindən biri kimi dəyərləndirilən Sünik sülaləsi eyni zamanda. Sünik sülaləsi Ermənistanın hökmdar sülalələri ilə qohumluq əlaqələrinə malik olmuşdur. Sünik sülaləsi nümayəndələrinin inşa etdirdiyi bir çox dəyərli tarixi-memarlıq abidələri dövrümüzə çatmışdır. Əfsanəvi şəcərə cədvəlinə görə Sünik sülaləsi Yafətin nəslindən gələn və erməni xalqının "əfsanəvi ilk hökmdarı sayılan" Haykın nəslindən (Hayk – Aramanyak – Aramais – Amasiya – Qeqam – Sisak) gəlmişdir. Moisey Xorenli bu sülalənin hakimiyyətə gəlməsini erməni hömdarı Valarşakın adı ilə bağlayır: "Erməni dilinin Şərqdəki son sərhəddlərinə isə yerli sülalələrdən Sisakanlar və Kadmeanlar hakim təyin edildilər." VIII əsr müəllifi Stefan Sünikli qeyd edir ki, "Sünikdə və Artsakda Sünik və Artsak dillərində danışmışlar." R. A. Açaryan belə hesab edir ki, ermənilərin formalaşmasında urartululardan başqa öz qədim dili və yazısı olan 18 xalq yaxından iştirak etmişdir. Stefan Sünikli və digər müəlliflərin məlumatlarına əsaslanan R. A. Açaryan VIII əsrə qədər həmin dillərdən yeddisinin yaşadığını və Sünik dilinin də həmin dillərdən biri olduğunu qeyd edir. Н. N. Adonts isə qeyd edir ki, Sünik həm mülki, həm də kilsə baxımından Ermənistandan az asılı olmuşdur və bu həmin ərazinin etnik fərqliliyi ilə bağlı idi. O, qeyd edir ki, "Ermənistanın alban ucqarı olan Sünik əhalisinə görə Ermənistanın digər ərazilərindən fərqlənirdi.
Sünik mərzi
Sünik mərzi (erm. Սյունիք) — Ermənistan Respublikasının 10 mərzindən (əyalətindən) biri. Ölkənin cənubunda, tarixi Zəngəzur mahalı ərazisində yerləşir. Mərkəzi Qafan şəhəri olan mərz şimaldan Vayoc dzor mərzi, cənubdan İran, qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları ilə həmsərhəddir. 7 noyabr 1995-ci ildə Ermənistan Respublikası Milli Məclisinin qərarı ilə Qafan,Sisiyan,Meğri, Gorus rayonları ləğv edilmiş və onların hesabına Sünik mərzi təşkil edilmişdir. Mərz Ermənistanın cənubunda dağlıq ərazidə yerləşir, qərbdən Zəngəzur dağları ilə əhatə olunub. Oxçuçay, Bazarçay, Meğri çayları əsas çaylarıdır.
Sünik üsyanı
1722–1730-cu illər Sünik üsyanı və ya Davud bəy üsyanı — David bəyin başçılığı ilə indiki Zəngəzur, Qarabağ və Naxçıvan Muxtar Respublikası ərazisində ermənilərin İran hakimiyyətinə qarşı üsyanı. Onlar 8 il ərzində regionda Hotaki hökmranlığını devirməyə nail olmuşdur. Xronoloji ardıcıllıqla Artsaxın azadlıq mübarizəsi (1724-1731) ilə üst-üstə düşür. Şərqi Ermənistanı o zamanlar Pakraduni, Sünik və Arranşahlar sülalələrindən olan zadəgan ailələrinin nümayəndələri, o cümlədən Həsən Cəlalyanlar, Dopyanlar, Proşyanlar, Orbelyanlar, Vaçutyanlar, Zəkəryanlar və Kürikilər idarə edirdilər. Onlar İranda "məlik" (ərəb. ملك‎; hökmdar). adlandırılırdılar. Raffi, "David bəy" (roman). Sero Xanzadyan, "Mxitar Sparapet" (roman). "David bəy" filmi, 1943, rejissor Amo Beəy Nəzəryan.
Sünik çarlığı
Sünik çarlığı (erm. Սյունիքի թագավորություն), həmçinin Bağk çarlığı və ya Qafan çarlığı — Zəngəzur və qismən də Qarabağda, həmçinin indiki Geğarkunik mərzinin ərazisində orta əsrlərdə kukla dövlət olan erməni çarlığı. Sünik sülaləsi tərəfindən idarə olunan Qafan şəhəri çarlığın paytaxtı idi.
Şəki qalası (Sünik)
Şəki qalası – Ermənistan respublikası ərazisində qala-şəhər. Qala Qarakilsə rayonu (dəyişdirilmiş adı Sisiyan) ərazisində, Bazarçayın sahilində, Darvaztəpə dağının zirvəsində yerləşir. Şəki qalası Azərbaycanda eramızdan əvvəl VII–V əsrlərdə məskunlaşan Saka (Şaka, Saklar) adlı türk tayfasının adını qoruyub saxlayıb və qalanın da əsasının saklar tərəfindən qoyulması faktını da sübut edir. Son tədqiqatlar göstərmişdir ki, vaxtilə həmin ərazidə mərkəzi Şəki qalası olan vilayət mövcud olmuşdur. Şəki qalası Qafqaz albanlarından olan knyaz Səhl ibn Sunbatın əsas iqamətgahı kimi, Babək Xürrəmidinin də süqutunun şahididir. Şəki qalası həm də Qızıl Arslanla Nizami Gəncəvinin görüş yeridir.
Butik
Butik (fr. Boutique) — şık geyim, zərgərlik və ya digər adətən lüks əşyaları satan kiçik mağaza.
Dunit
Dunit — demək olar ki, təmamilə olivindən (>90%) ibarət, olivinitlər – dunit ailəsindən olan tam kristallik ultraəsasi dərinlik süxuru. Tərkibində adətən 3–12% fayalit komponenti olur. Aksessor minerallardan yüksəkxromlu idiomorf xrom-şpinelid (5%-dək) iştirak edir. Adətən qismən serpentinləşmiş olur. Panidiomorf dənəvər, serpentinləşmiş növü isə ilgəkvari quruluşda olur. Qırışıqlıq əyalətlərdə dunit – qarsburkit və dunit – piroksinit-qabbro komplekslərində, qədim platformalarda isə təbəqələşmiş intruzivlərdə və həlqəvi qələvi-ultraəsasi komplekslərdə yayılmışdır. Növ müxtəlifliyi: tərkibinə görə – hortonolitli, qranatlı, xromitli, enstatitli dunit, ferrodunit; əmələgəlmə şəraitlərinə görə – törəmə dunitlər. Olivin Süxur Aksessor minerallar Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Konik
Konik və ya Polşa koniki — Polşada yetişdirilən elə də iri olmayan atlar cinsinə daxildir. Belə hesab edilir ki, Polşa konikləri daha çox XIX əsrdə nəsli kəsilmiş Tarpanların təsirinə məruz qalmışdır. Polşada 20-ci əsrin əvvəllərində təsərrüfat işlərində "Konik" adlı cinsdən istifadə edilirdi. Hansı ki, bu cinsin ərsəyə gəlməsinə qədər Tarpandan istifadə olunmuşdur. Bu cins struktur baxımından (Fenotip) Tarpana bənzər idi. Tarpanın yox olmasından sonra, Polşanın Belovejskaya Puşa adlı bölgəsində kəndli təsərrüfatlarından atlar yığılırdı (onların çoxu ya Tarpan idi və ya onun törəmələri olurdu). Süni şəkildə də olsa belə demək olarsa Tarpanoid at cinsi bərpa edilir. Birinci Dünya müharibəsi dövründə bu atlar rus və alman qoşunları üçün mühüm nəqliyyat heyvanları hesab edilirdi və Panje atları adlandırılırdı. Onlar xarici görünüş baxımından Tarxanlara bənzəyir və Avropanın meşə-çöl şəraitinə uyğunlaşdırılmışdılar. Nümunələrin bir hissəsi təbiətə buraxılmışdır.
Krunk
Krunk (erm. Կռունկ - durna) — Abxaziyada yaradılan erməni mədəni və xeyriyyə cəmiyyəti. Krunk Suxumi və şərqi Abxaziyada erməni maraqlarını təmsil edən əsas təşkilat idi. 1989-cu ildə Krunk hərəkatının fəalları Ermənistana səfər edib və Ermənistan dini lideri katolikos I Vazgen tərəfindən qəbul edilib. Siyasi partiyalar Erməni İnqilabi Federasiyası (Daşnaksütun) ilə əlaqələri yaradıb, öz növbəsində Daşnaksütun də strukturlarını qurmaq üçün Krunka dəstək verib. Məhz bundan sonra Krunk yaradılıb. 1990-cı il yanvarın 27-də təşkilat ilk təsis qurultayını keçirib. 1991-ci il fevralın 21-də Krunk Soyuz ictimai-siyasi təşkilatlar blokunun qurucu üzvü idi. 2004-cü il 15 apreldə, Krunk Ermənistan Mədəniyyət Mərkəzi və Maştots cəmiyyəti ilə birləşib, Abxaziya erməni cəmiyyətini yaratmışdır. Abxaziyada Krunk erməni mədəni və xeyriyyə cəmiyyəti kimi sosial, hüquqi və digər ictimai sahələrdə erməni icmasına qarşı ayrı-seçkilik fonunda narazı cəmiyyət formalaşdırırdı.
Abnik
İznik
İznik — Bursanın ilçəsi. İzniklə bağlı əfsanələrdən ən ünlüsü gözəllər gözəli Nikeya ilə bağlıdır. Əfsanəyə görə, Sakarya çayı ilə Tanrıça Kibelanın qızları olan Nikeya, heç vaxt ərə getməməyə and içir. O, meşədə yaşayır və ov edirmiş. Bir gün Himnes adlı bir çobanla qarşılaşır gözəl Nikeya. Çoban bir könüldən min könülə ona aşiq olur. Fəqət Nikeya çobana üz vermir və onu oxla vuraraq öldürür. Məhəbbət tanrısı Eros bu davranışdan çox məyus olur və Nikeyadan intiqam almaq üçün şərab tanrısı Dionisə müraciət edir. İşə baxın ki, Dionis də gözəl Nikeyanı çayda çimərkən görür və ona aşiq olur. Öz aqibətinin də çoban Himnesinki kimi olacağından qorxan Dionis, Nikeyanın su içdiyi çaya şərab qarışdırır və sərxoş olan Nikeyanı yoldan çıxarır.
Brunia
Bruniya (lat. Brunia) — bitkilər aləminin bruniyaçiçəklilər dəstəsinin bruniyakimilər fəsiləsinə aid bitki cinsi.
Barmaqvari finik
Barmaqvari finik və ya xurma Şimali Afrika, Ərəbistan yarımadası, Cənubi İran, Əfqanıstan və Pakistanın quraqlıq, subtropik vilayətlərində təbii halda yayılmışdır. Hündürlüyü 20-30 metrə çatır. Gövdəsi hamar, düz olmaqla 30 sm diametirindədir. Üzəri yarpaq saplaqlarının qflıqlarıilə örtülmüşdür. Torpağın səthində güvdədən çoxlu pöhrələr verir. Yarpaqları lələkvari olub, gövdənin yuxarı hissəsində toplanır.Finik gövdəsinin ən açağı yarpaqlarının kənarlarında iynələr vardır; lələkvari yarpaqlarının uzunluğu 6 m-ə qədər olub, təxminən 5 ildən sonra formalaşır. Yarpaqcıqlar möhkəm, xətvari, neştərvari, 20- 30 sm uzunluğundadır. Yarpaq saplağı uzun, nazik boz- yaşıl rəngdədir.Çiçəyi qoltuq çiçək qrupunda toplanmışdır. Çiçək saplağının uzunluğu 1-1,2 m-dir.Meyvəsi 2.5-dən 5-6 sm uzunluğunda, ətli, uzunsov yumurtavari formadadır.Toxumu tünd qəhvəyi rəngdə, 1,5-2 sm uzunluğundadır.Toxumla asanlıqla çoxalır. Finik çox işıq tələb edir.
Barmaqvarı finik
Barmaqvari finik və ya xurma Şimali Afrika, Ərəbistan yarımadası, Cənubi İran, Əfqanıstan və Pakistanın quraqlıq, subtropik vilayətlərində təbii halda yayılmışdır. Hündürlüyü 20-30 metrə çatır. Gövdəsi hamar, düz olmaqla 30 sm diametirindədir. Üzəri yarpaq saplaqlarının qflıqlarıilə örtülmüşdür. Torpağın səthində güvdədən çoxlu pöhrələr verir. Yarpaqları lələkvari olub, gövdənin yuxarı hissəsində toplanır.Finik gövdəsinin ən açağı yarpaqlarının kənarlarında iynələr vardır; lələkvari yarpaqlarının uzunluğu 6 m-ə qədər olub, təxminən 5 ildən sonra formalaşır. Yarpaqcıqlar möhkəm, xətvari, neştərvari, 20- 30 sm uzunluğundadır. Yarpaq saplağı uzun, nazik boz- yaşıl rəngdədir.Çiçəyi qoltuq çiçək qrupunda toplanmışdır. Çiçək saplağının uzunluğu 1-1,2 m-dir.Meyvəsi 2.5-dən 5-6 sm uzunluğunda, ətli, uzunsov yumurtavari formadadır.Toxumu tünd qəhvəyi rəngdə, 1,5-2 sm uzunluğundadır.Toxumla asanlıqla çoxalır. Finik çox işıq tələb edir.
Benik Ovçiyan
Beniamin (Benik) Ohanesoviç Ovçiyan (28 noyabr 1918, Əxlətyan, Zəngəzur qəzası – 25 avqust 2005, Xankəndi) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1973). 28 noyabr 1918-ci ildə anadan olmuşdur. 1939-cu ildə Bakı Teatr Texnikumunu bitirmiş, həmin ildən Bakı erməni teatrında işləmişdir. 1947-ci ildən Xankəndi Dövlət Dram Teatrının aktyoru olmuşdur. Bır sıra filmlərdə rol almış, 2005-ci ildə vəfat etmişdir.
Butik otel
Butik otel (kiçik mehmanxana) - otaq sayısı 10 ilə 100 arasında olan kiçik mehmanxanalar üçün Şimali Amerika və Birləşmiş Krallıqda işlədilən termindir. Xüsusilə, son illərdə, olduqca məşhur olan, bir çox insan tərəfindən seçilən və hər keçən gün sayları artan, butik otellər, həm 5 ulduzlu otellərdən, həm istirahət yerlerindən, pansion və həm də motellərdən, fərqli bir anlayışa malikdir. Butik otellərdə, otaq sayısı azdır, 5 ulduzlu otellərdə, ya da istirahət yerlərindəki kimi, yüzlərlə otağı olmur. Belə otellər kiçik olmalarına baxmayaraq hər bir şəraitə malik olurlar və keyfiyyətli xidmət göstərirlər. Bu otellər, qonaqlarına lüks və bənzərsiz, unikal bir yaşayış mühiti təqdim etməyi hədəfləyən, müəssisələrdir. Butik otelləri, digər böyük otellərdən fərqli edən, ünsürlər: lüks və fərdi yaşayış, xidmət və xüsusi fəaliyyət imkanı təmin etmələridir. Buna görə, butik otellər: struktur xüsusiyyəti, memarlıq layihələndirilməsi, mebel, dekorasiya, bəzək və istifadə materialları ilə xarakterizə olunan, orijinallığı ərz edən, müəssisə və xidmət cəhətdən üstün standart və yüksək keyfiyyətdə, təcrübəli, mövzusunda təhsilli işçi heyəti və ya təlim keçmiş kadr ilə, şəxsə xüsusi xidmət verilən müəssisələrdir. Butik qonaqlama sektorunun, ortaya çıxışı, yaranması və sürətlə artmasının səbəbləri, bir-birini dəstəkləyən xüsusiyyətdə, iki fərqli fikirlə, açıqlanmaqdadır. Bunlardan ilki, zəncir otellərin yayılması, yerləşmənin sistematik olaraq, standartlaşdırılması, müştərilərin daha xüsusi, orijinal və yaradıcı xarakterə sahib olmasını, yerləşmə xidmətlərinə yönəlməsini təmin etmişdir. Digər fikir isə, cəmiyyətlərin sosial, ictimai və mədəni inkişafına, əsaslanır.
Danik Snelder
Danik Snelder (d. 22 may 1990) — Niderlandı təmsil edən həndbolçu. Danik Snelder Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Duniq (Sərab)
Duniq (fars. دونيق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 341 nəfər yaşayır (81 ailə).
Etnik azlıq
Azlıqlar — etnik azlıqlar ayrı-ayrı xalq və millətləri təşkil edən etnik birlikdən qopmuş, etnik proseslər zamanı xüsusi forma və məzmun kəsb etmiş ayrıca etnik qurumlardan ibarət olur. Hər bir etnik azlığın öz dili, öz adət-ənənəsi və mənəvi birliyi mövcuddur. Etnik azlıq adətən müəyyən bir ərazidə kompakt halında yaşayır. Etnik azlıq üçün səciyyəvi olan bu xüsusiyyətlər onun başqa xalq və millətlərlə qaynayıb-qarışmasına heç də mane ola bilməz. Eyni zamanda, etnik azlıqlar tarixən baş verən etnik proseslər nəticəsində öz keçmiş etnik əlamətlərini saxlamaqla bərabər qonşu xalq və millətlərdən də müəyyən əlamətlər və xüsusiyyətlər əxz edə bilər. Bu mənada respublikamızda yaşayan etnik azlıqlar da istisna təşkil etmirlər. Azərbaycanda ruslar, ermənilər, ukraynalılar, beloruslar, gürcülər, avarlar, ləzgilər, başqırdlar, tatarlar, yəhudilər, kürdlər, osetinlər, laklar kimi milli azlıqlar; talışlar, udilər, dağ yəhudiləri, saxurlar kimi azsaylı xalqlar; Ahısxa türkləri, tatlar, lahıclar, buduqlular, qrızlılar, haputlular, ceklilər, xınalıqlılar, əliklilər, yergüclülər, ingiloylar, Krım tatarları, gürcü yəhudiləri, kazaklar, tabasaranlar kimi etnik azlıqlar yaşayırlar.
Güzik
Güzik (Şepiran)