Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sufilik
Sufilik (ərəb. صوفية‎) və ya Təsəvvüf (ərəb. تصوف‎) – İslamda mənəviyyatın inkişaf yollarını göstərən xüsusi təlimdir. Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. Mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun yalnız qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin də qarşısını alır. Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Onlara görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə problemlərin yalnız zahiri tərəflərini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, ona Allaha içdən gələn sevgi duyğularını aşılayır.
Sünnilik
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Dəsuqilik
Dəsuqilik və ya dəsuqiyyə — sufi təriqəti. === Yaranması === Onları Bürhanilər də adlandırırlar. Təriqətin qurucusu Bürhanəd-Din İbrahim ibn Əbu Məcd Dəsuqidir (vəfatı: 1277 il). O, əslən misirlidir və uzun müddət Misirin Dəsuq kəndində yaşamışdır. Burada ibtidai təhsilini almış, Qurani-Kərimi və şafii hüququnu dərindən öyrənmişdir. Sonra isə təcrübəli müəllimlərin rəhbərliyi altında sufiliklə məşğul olmuşdur. Abid olub iyirmi il tərkidünya həyat-tərzi sürmüşdür. Daha sonra fəal şəkildə özünün təsəvvüf yolunun təbliğinə başlamışdır. Dəsuqilər təriqəti Misir, Sudan və Şimali Afrikada daha geniş yayılmışdır. Misirdə bu təriqət mənsublarının sayına görə, şazili və bədəvi təriqətlərindən sonra üçüncü yerdə gəlir.
Sufrilik
Sufrilik — xariciliyin təriqətlərindən biridir. Digər təriqət və məzhəblərdən fərqli olaraq, sufrilər dinsizlərin və xaricilərin təşkil etdiyi üsyanlarda fəal iştirak etməyən şəxslərin və onların ailə üzvlərinin qətlə yetirilməsinin əleyhinə çıxırdılar. Hər bölgənin öz imamı olmasını qəbul edən sufrilər Xilafətə qarşı mübarizə aparan, özünəməxsus ehkam və ayin, habelə siyasi tələblər ilə çıxış edən qüvvəyə çevrilmişdilər.
Üsulilik
Üsulilik — Məktəbin adı lüğətdə “ əsas ” mənasını verən əsl sözünün cəmi olan üsûl sözündəndir. Üsuliyyə, İmamiyyə şiəsinin ənənəsində, qeybdən sonra nəzəriyyə və əməli şərh edərkən məzhəb mənsubları tərəfindən məqbul hesab edilən nəqllərə fiqhin, xüsusilə də ictihadın rasional prinsiplərinin tətbiqinin tərəfdarı olanlara aiddir.islamın ilahiyyat və dini-hüquqi məsələlərində dörd başlıca mənbəyə(Quran, sünnə, icma və əql) əsaslanan üsulilər rasionalistlər kimi tanınmışlar. Cəfəri şiələrin dini-hüquqi təlimi əsasən üsulilərin irəli sürdükləri dini-əxlaqi və hüquqi normalar üzərində qurulmuşdur.
Şazilik
Şaziliyyə — sufi yönümlü islam təriqəti. Bu təriqət, Əbul-Həsən Şazili tərəfindən qurulmuşdur. Əbul-Həsən Əli ibn Abdullah əş-Şazili 593/1196-cı ildə Afrikada Tunusun Cəbəli Zafran bölgəsində Şazilə adı verilən yerdə anadan olmuşdur. Seyyid nəslindən olan alimin, elmə xüsusi bir marağı olmuşdur. Hətta elmə və elmi əsərlərə olan marağına görə gözlərinin kor olduğu rəvayət edilir. Əbdüssalam ibn Məşiş adında bir şeyxdən təsəvvüf və təriqət tərbiyəsi almışdır. O, 657/1258-ci ildə həccə gedərkən Misirin Hümeysıra adıyla tanınan yerində vəfat etmiş və orada dəfn edilmişdir. Dövrün Məmluk Sultanı onun qəbrinin üstünə qübbə tikdirmişdir. Şaziliyyə təriqəti, silsilə etibarilə Cüneydi olmaqla yanaşı, ruhani təlim və tərbiyəyə əhəmiyyət verən bir təriqətdir. Belə ki, Şeyx Əbül-Həsən əş-Şazili müridlərinə Allah üçün fani varlıqdan uzaq durmağı, hər saat, hər yer və hər şərtdə zikri tövsiyə edər, riyazət və xəlvətdə, ibadət və cəm şəklində zikrə çox rəğbət göstərməzlərdi.
Şuubilik
Sulik (Urmiya)
Sulik (fars. ‎‎‎سوليك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (41 ailə).