Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarağan
Sarağan (lat. Cotinus) - sumaqkimilər fəsiləsinə aid bitki cinsi.Cotinus coggygria Scop. - Sarağan, vəlgə - Скумпия коггигрия- Coggygria sumach, smoke treeKol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. Sarağanı dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün xammal kimi istifadə etmək üçün becərirlər. == Botaniki təsviri == Hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür.
Sıravan
Sıravan (fars. سیراوند‎, (az.-əbcəd سێراوان‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Coğrafiya == Sıravan kəndinin yolu Əsədabad - Sonqur yolunun 8-ci kilometrində ayrılaraq Dehnuş kəndindən keçir.Hündürlüyünə görə kəndin iqlimi Əsədabaddan daha soyuqdur.Kəndin qışları soyuq və kəskin qarlı keçərək, yayları isə mötədil olur.Sıravanın üç yanında dağlar, başqa tərəfində isə sulu bulaqlar və geniş bağlar var.Kənd quzeydən Sıyar dağı, şərqdən Çıqçığa dağı, qərbdən Yekədağ(Böyük güney dağı) və güneydən bol ağaclı geniş bağlar ilə əhatə olunub. === Bulaqlar === Lavcı bulağı, Xorxora, Bağ Türkiyə, Kövsər bulağı, Neyqələm, Pışpış, Əlibulağı, Cühüdbaulağı, Leysanbulağı və Göl. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 531 nəfər yaşayır (163 ailə). === Milli tərkibi === Burada yaşayan insanların hamısı Azərbaycan türklərinin, Əfşar, Bayat və Ustaclı boylarının törəmələridir. Kənddə Bəşirlilər tayfası üstünlük təşkil edir ki Türk kökənli Əfşar boyunun törəmələsidirlər.Adı çəkilən tayfa kəndin Əmir məhəlləsi adlanan hissəsində yerləşib.Bəşirlilərdən başqa Sıravanda Bayat boyunun törəmələri olan Şiri tayfası kəndin qərbində, Bəyli tayfası isə kəndin Bəy məhəlləsində yaşayırlar. Şıxlar tayfası Ustaclı boyunun törəməsi olub ki vaxtıilə Fəridən bölgəsindən bu kəndə köçüblər.Bundan başqa Sıravanda Tahirlilər (Bayatların qolu), Küranilər (Əfşarların qolu) və vaxtıilə indiki Azərbaycan Respublikasından bu kəndə köçən insanlar da yaşamaqdadır. == İqtisadiyyat == Sıravanlıların gəliri əsasən bağçılıq və əkinçilikdən əldə edilən gəlirdir.Kənddə yetişdirilən ən önəmli bağ məhsulu qozdur.Eləcə kənddə çox sayda ərik, badam, alma, alça, gavalı, göyəm, gilas, şaftalı, nar, üzüm, tut, əncir, sumaq, zirinc və armud ağacları var.
Adi sarağan
Parik ağacı (lat. Rhus cotinus) - sumaq cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1–4 m olan, qabığı xırda çatlı kol,bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür. Meyvəsi tərs yumurtavari, quru meyvəyanlıqlı çəyirdəkdir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvə verir. == Mənşəyi və yayılması == Sarağan kserofil coğrafi tipinin aralıdənizi sinfinin aralıq dənizi qrupuna aiddir.Apalıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Çin, Himalay, Yaponiya və Qafqazda yayılmışdır.Azərbaycanda sarağan Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Kür düzənliyində və Naxçıvanda arandan aşağı dağ qurşağına kimi(dəniz səviyyəsindən 900 m qədər) bitir. == Ekoloji qrup və bitdiyi yerlər == Kserofitdir, dağ-kserofit bitkilik tipində rast gəlir.
Çırağan hadisəsi
Çırağan hadisəsi (Türkcə: Çırağan baskını) — Çırağan sarayında gözaltında tutulan Osmanlı sultanı V Muradı qaçırma təşəbbüsü. Əqli səhhətinin pozulması səbəbilə taxta çıxdıqdan 3 ay sonra devrilərək (31 avqust 1876) Çırağan sarayında yaşamağına icazə verilən V Murad müxtəlif zamanlarda buradan qaçırılmaq istənsə də, bunlar arasında ən qanlısı və şiddətlisi Əli Suavinin tərtiblədiyi Çırağan hadisəsi və ya Çırağan basqınıdır (20 may 1878). == Hadisənin arxa planı == V Muradın anası Şevkefza Qadınəfəndi oğlunun səhhətinin yaxşı olması və Sultan Əbdülhəmidin haqsız yerə taxtı ələ keçirməsi haqqında şayələr yaymağa başlamışdı. Sultan Əbdülhəmid bu şayələrə son qoymaq üçün qardaşını yerli və əcnəbi həkimlərə müayinə etdirərək həqiqətən də əqlən zəif olmasını və müalicəsinin mümkünsüz olduğunu sübut etsə də, 3 ay sonra sabiq padşahın Çırağan sarayından qaçırılması üçün bir cəmiyyətin qurulduğu meydana çıxdı (noyabr 1876). Belə ki, aralarında İngiltərə səfirliyinin keçmiş işçilərindən yunan əsilli İstavridislə polyak əsilli Julinin də olduğu cəmiyyət üzvləri qadın geyimində saraya daxil olarkən ələ keçirildilər. Aparılan məhkəmə prosesinin sonunda ələ keçirilənlərin hamısı ömür boyu sürgün məhkum edilsələr də, Sultan Əbdülhəmid tərəfindən bağışlandılar (27 aprel 1877). Onlarla eyni təşkilata mənsub olması baxımından Sultan Muradın səhhəti və aqibəti ilə yaxından maraqlanan massonların etimadını qazanan İbrahim Əthəm Paşanın sədrəzəmlikdən alınmasından sonra (11 yanvar 1878) İstanbuldakı masson təşkilatı tərəfindən V Muradla bağlı yeni bir gizli cəmiyyət quruldu. Komitənin qurucusu isə məşhur masson Kleanti Skaliyeri idi. Yunan əsilli bir tacir olan Kleanti Sultan Muradı hələ vəliəhdlik illərində 18-ci dərəcədən massonluğa qəbul etmiş, onunla sıx dostluq əlaqəsi qurmuşdu. Sultan Muradın kənizlərindən Naqşıbənd Kalfa, hökumət işçilərindən Əli Şöfkət bəy və Əziz bəy bu cəmiyyətin sonradan bilinən üzvləri idilər.
Çırağan sarayı
Çırağan sahilsarayı — İstanbulun Beşiktaş və Ortaköy rayonları arasında yerləşən Osmanlı sarayı. == Tarixi == 1910-cu ildə baş verən yanğın nəticəsində tamamilə yanıb, günümüzə sadəcə xarici cəbhəsi qalan Hünkar dairəsi sarayın əsas binalarından biridir. XVII əsrdə bu ərazi Qazançıoğlu bağçası adıyla tanınırdı. Övliya Çələbinin qeydlərinə görə, Osmanlı sultanı IV Murad (1623–1640) qızı Əsməhan Qaya Sultana hədiyyə etdiyi bu bağçada bir köşk inşa etdirmişdi. Daha sonra burada Nevşəhərli İbrahim Paşa, xanımı Fatma Sultan üçün böyük bir saray inşa etdirmişdir. Bağçasında, dövrün Osmanlı sultanı III Əhməd (1703–1730) və sədrəzəmi Nevşəhərli İbrahim Paşanın da iştirak etdiyi təntənəli şənliklər keçirilən saray əhali tərəfindən Lalə dövrü boyunca Çırağan (farsca işıq deməkdir) adlanmağa başlandı. Osmanlı sultanı I Mahmudun (1730–1754) ilk illərində gözdən düşən saray daha sonra padşahın əmriylə bərpa edilərək xüsusilə də, əcnəbi elçilərin qonaq edilməsi üçün təsis edildi. Saray, eyni əsrin sonlarında III Səlimin (1789–1807) bacısı Beyhan Sultana hədiyyə edilsə də, Beyhan Sultan sarayı bəyənməmiş, padşah isə sarayın strukturunu böyüdərək səltənətinin son 2 ilini burada keçirmişdir. II Mahmud dövründə də (1808–1839) yay sarayı olaraq istifadə edilən saray, 1836-cı ildə daha da böyüdüldü. Memar Karpet Balyanın taxtadan inşa etdiyi əlavə binalar mərmər saraya fərqli görünüş qazandırdı.
Qan sıçrama analizi
Qan ləkəsi analizi (QLA) (ing. Bloodstain Pattern Analysis) — qan ləkəsi və sıçrayış analizi ilə məşğul olan ədli tibbin şöbəsi. Elmi sahədə, xüsusən qan və DNT molekullarının analizində hər hansı bir irəliləyiş, detektivlər və kriminalistlər tərəfindən cinayətkarları araşdırmaq və tutmaq üçün geniş istifadə olunur. Buna görə qanın məhkəmə tibbi müayinəsinin çoxdan mövcud olmasına baxmayaraq, yeni texnologiyalar bu metoddan istifadə edərək daha yüksək nəticələr əldə etməyə və ədli tibbdə daha çox yayılmasına imkan yaratdı. Qan ləkəsi nümunələrini analiz etmək kimya, biologiya, fizika və həndəsə kimi elmlər haqqında geniş praktik bilik tələb edir. == QLA ilə nəticələr və nailiyyətlər == Bu elmin köməyi ilə qan sıçrama zamanı bir insanın hərəkəti və istiqaməti, yaralıların məkanda yeri, yaraların vurulduğu silah və ya obyekt, zərbədən sonra qan hərəkətinin trayektoriyası, kəsilmə və s. cinayətin törədilməsi zamanı baş verən hadisələrin ardıcıllığını qurur. Hadisələrin necə baş verdiyini bilirsinizsə, bundan sonra nə edəcəyinizi bilirsiniz. Qan tökülməsinin təhlili cinayətlərin istintaqında fəal və effektiv kömək üçün xüsusi təlim və təcrübə tələb edir. Potensial məhkəmə mütəxəssisləri Əsas Qan Sprey Analizi kurslarında təhsil alırlar.
Pirağan
Byurakan, Pirağan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur. == Tarixi == Kəndin əvvəl adı Pirağan olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı (133, 202). XIX əsrin sonlarından sonra adı çəkilmir. 1728-ci ilə aid mənbədə "Piraqan" kimidir [170,48]. Pir-Oğan dağının adındandır.
Şirakan (Mərgavar)
Şirakan (fars. ‎‎‎‎شيركان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 762 nəfər yaşayır (126 ailə).
Şirakan (Urmiya)
Şirakan (fars. ‎شيركان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 61 nəfər yaşayır (13 ailə).