Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Motsartın sığırçını
Volfqanq Amadey Motsartın Vyanada yaşadığı illərdə (1782-1786) yaradıcılığında əsasən fortepiano konsertləri üstünlük təşkil edirdi. Kompozitor bu tip 15 musiqi yazmışdır. Hansı ki, bunların çoxu Mostartın instrumental yaradıcılığının zirvəsi hesab olunur. Motsart heyvanları çox sevirdi və daha çox da quşlara diqqət ayırardı. Kompozitor Sol mojor (G -DUR) konsertini yazdıqdan sonra onun final hissəsini (Allegretto) şəhərdə olan bir quş mağazası önündə oxumuşdur. Abert Hermana görə, «sığırçın bu melodiyanı özünəməxsus dəyişərək yenidən təkrarlamışdır, bu Motsartın xoşuna gəlmiş və həmən sığırçını almışdır». Motsartın xərclər dəftərində bu barədə qeyd var: «27 may 1784-ci il. Sığırçın quşu - 34 kr (kreyser). Qeydin yanında sığırçının ifa etdiyi melodiya yazılmışdır: Motsart əlavə olaraq yazmışdır: «Bu çox əla idi!». Motsartın qeydlərinə əsasən məlum olur ki, sığırçın fermatanı (səsin, pauzanın davam etdirilməsini bildirir) doğru yerləşdirmirdi.
Sığırdili
Dirçək, sığırdili (lat. Ajuga) – dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Cenevrә dirçәyi, sığırdili