Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qan sıçrama analizi
Qan ləkəsi analizi (QLA) (ing. Bloodstain Pattern Analysis) — qan ləkəsi və sıçrayış analizi ilə məşğul olan ədli tibbin şöbəsi. Elmi sahədə, xüsusən qan və DNT molekullarının analizində hər hansı bir irəliləyiş, detektivlər və kriminalistlər tərəfindən cinayətkarları araşdırmaq və tutmaq üçün geniş istifadə olunur. Buna görə qanın məhkəmə tibbi müayinəsinin çoxdan mövcud olmasına baxmayaraq, yeni texnologiyalar bu metoddan istifadə edərək daha yüksək nəticələr əldə etməyə və ədli tibbdə daha çox yayılmasına imkan yaratdı. Qan ləkəsi nümunələrini analiz etmək kimya, biologiya, fizika və həndəsə kimi elmlər haqqında geniş praktik bilik tələb edir. == QLA ilə nəticələr və nailiyyətlər == Bu elmin köməyi ilə qan sıçrama zamanı bir insanın hərəkəti və istiqaməti, yaralıların məkanda yeri, yaraların vurulduğu silah və ya obyekt, zərbədən sonra qan hərəkətinin trayektoriyası, kəsilmə və s. cinayətin törədilməsi zamanı baş verən hadisələrin ardıcıllığını qurur. Hadisələrin necə baş verdiyini bilirsinizsə, bundan sonra nə edəcəyinizi bilirsiniz. Qan tökülməsinin təhlili cinayətlərin istintaqında fəal və effektiv kömək üçün xüsusi təlim və təcrübə tələb edir. Potensial məhkəmə mütəxəssisləri Əsas Qan Sprey Analizi kurslarında təhsil alırlar.
Saitama
Saytama (yap. さいたま市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Saytama prefekturasının eyniadlı paytaxtı.
Sisqala
Sisqala (gür.: g.ə. სისკალა, l.ə. siskala; 1991-ci ildən: gür.: g.ə. ბალახაური, l.ə. balaxauri) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Sayalıoğlu" adlandırırlar. Arıxlı, Qoçulu, Daşdıqullar, Hasanxocalı və Əsmələr kəndləri ilə birlikdə Arıxlı icma sakrebulosunu (rəsmi olaraq: gür.: g.ə. ნახიდურის თემის საკრებულო, l.ə. naxiduris temis sakrebulo) təşkil edir. Kənd şimali-qərbdə Samşvilde (Ağbulaq bələdiyyəsi) və Dağet-Xaçın (Ağbulaq bələdiyyəsi) kəndləri ilə, şimali-şərqdə Ağbulaq şəhəri, şərqdə Muxuti kəndi (Ağbulaq bələdiyyəsi), cənub-şərqdə Raçisubani kəndi, cənubda Bolnisi şəhəri, cənub-qərbdə isə Ratevani kəndləri ilə əhatələnib.
Şişqaya
Şişqaya — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == == Ərazisi == == Əhalisi == == Elm və din == == Tanınmışları == Şair Aydın (1825–1915) — el şairi. Yunis Rzayev — partiya və dövlət xadimi. Məhərrəm Musayev — pedaqoq, texnika elmləri namizədi. Əli Bayramov — Aqrolizinq Səhmdar Cəmiyyətinin sədri (2007–2014). Ənvər Rüstəmov — SSRİ Jurnalistlər İttifaqının üzvü, müəllim, jurnalist, mühəndis.
Sidama
Sidama — Efiopiyada yaşayan xalqlarından biri,sidamo dilində danışirlar. Sidamanın etnik ərazisi Efiopiyanın cənubunda, Avasa və Dilla şəhərlərin arasında yerləşir. Təxmini sayı - 3 milyon nəfərdir. Dindarların əksəriyyəti - monofizit xristiandır,qismən müsəlmandırlar. Əkinçilik və heyvandarlıqla məşğuldurlar.
Siqma
Σ, σ, ς (siqma, yun. σίγμα) — yunan əlifbasının 18-ci hərfi. Finikiya əlifbasındakı ("şin") hərfindən törənmişdir. Siqmanın iki cür əlyazması forması var: başlanğıcda və sözlərin ortasında σ kimi yazılır, sonda ς kimi yazılır. İbtidai təlim zamanı yunan kitablarında çətin nişanların yerinə Σ, σ, ς işarələrindən istifadə edilirdi. Bu siqmanın bədii şəkli-"sigma lunata" adlanır. == İstifadəsi == Σ hərfindən istifadə edilir: riyaziyyatda — Cəm. afrika əlifbasında 1928-ci ildən, həmçinin afrika etalon əlifbasında 1978-ci ildən 1982-ci ilə qədər Ʃ böyük simvolundan istifadə olunurdu ("eş", sətri variantı (əlyazma) — ʃ).σ əlyazması istifadə edilir: ehtimallar nəzəriyyəsi və riyazi statistikada — orta kvadrat kök (dispersiyadan kvadrat kök); ədədlər nəzəriyyəsində — ədədlərin bölənləri cəminin funksiyası σ ( n ) {\displaystyle \sigma (n)} . fizikadə — müəyyən keçiricilik qabiliyyəti, gərginliklərin tenzoru, səthi dartınmanın əmsalı və ya mexaniki gərginlik; kimyada — Qammet tənliyinin və kovalent birləşmənin sabiti.
Şişqaya kəndi
Şişqaya — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == == Ərazisi == == Əhalisi == == Elm və din == == Tanınmışları == Şair Aydın (1825–1915) — el şairi. Yunis Rzayev — partiya və dövlət xadimi. Məhərrəm Musayev — pedaqoq, texnika elmləri namizədi. Əli Bayramov — Aqrolizinq Səhmdar Cəmiyyətinin sədri (2007–2014). Ənvər Rüstəmov — SSRİ Jurnalistlər İttifaqının üzvü, müəllim, jurnalist, mühəndis.
Antoni Sitraka Ralefi
Antoni Sitraka Ralefi (10 iyul 1995) — Madaqaskarlı üzgüçü. Antoni Sitraka Ralefi Madaqaskarı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Antoni Sitraka Ralefi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 54.72 saniyəlik nəticəsi ilə 37-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Altı siqma
Altı siqma (6σ) proseslərin optimallaşdırılması və stabilləşdirilməsi yolları ilə, onun xətasız axarına imkan verən üsuldur. Əsas məqsədi keyfiyyətin artırılması və eyni zamanda maya dəyərinin aşağı salınmasıdır. Altı siqma anlayışı riyazi statistikadan məlumdur. Siqma-σ ilə dəyişən parametr kimi statistik toplumun orta kvadratik meyillənməsi işarə olunur. Mənası ona gətirilir ki, prosesin riyazi gözləməsi və müsaidə sahəsinin sərhədləri arasındakı məsafə altı siqmaya bərabər olduqda istehsal prosesi zaysız işləyir. Bu iddia istehsal proseslərinin araşdırlması zamanı əldə olunmuş biliklərə əsaslanır. Altı siqma Yaponiyada istehsal proseslərinin öyrənilməsində yaranmışdır. İlkin olaraq bu terminlə istehsal olunan məmulların böyük hisəssinin qoyulmuş tələbləri ödəməsi halı təsvir olunurdu. Keyfiyyət göstəriciləri uzun müddət altı siqma daxilində yerləşən proseslərdə məmulun zaylığının bir milyona düşən sayı 3,4-ü keçmir. Burada riyazi gözləmənin uzunluğu mərkəzdən hər iki tərəfə 4,5 civarıda yerləşir.