SIZILTI

is.
1. Xəfif və incə ağrı; göynərti, sızı, sızıldama. Dişin sızıltısı. Barmaqlarımın sızıltısından yata bilməmişəm.
– Yazıq muzdur bir tərəfdən qolunun sızıltısı, bir tərəfdən də ürəyinin ağrısı ilə özünü evə yetirdi. S.M.Qənizadə.
[Qazan xan] başında, bədəninin bəndlərində bir ağırlıq və sızıltı duydu. M.Rzaquluzadə.

2. məc. Taleyindən, həyatından, halından şikayətlənmə; inildəmə, ağlayıb-sıtqama.
// Yanıqlı, iniltili səs, çalğı.
Alıpaşa ağa bu sözləri dedikcə səsində acı bir məğlubiyyət və küdurətli bir sızıltı eşidilirdi. Çəmənzəminli.
Muxtar radionu söndürdü.
İndi sızıltı ona da xoş gəlmədi. B.Bayramov.

// Məc. mənada.
Peçdə yanan yaş odunun sızıltısı eşidildi. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SIZILTI sızıltı bax sancı
  • SIZILTI inilti — ah-vay — şikayət — ağrı — ağlama
  • SIZILTI qəm — qüssə — dərd
SIZILMAQ
SIZILTILI

Digər lüğətlərdə