Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sebatik adası
Sebatik adası (ind. Pulau Sebatik, malay Pulau Sebatik) — Kalimantan adası yaxınlığında yerləşir. İndoneziya və Malayziya adasında sərhəd bu adadan keçir. Adanın sahəsi 452,2 km². İki ölkə arasında dövlət sərhəddiu adanın tən ortasından keçir. Aadnın Malayziya hissəsində (Sabah ştatı) 25 000 nəfər (153 km²), İndoneziya (Şimali Kalimantan vilayəti) — 80 000 nəfər yaşayır (299 km²). Ada ilə Kalimantan arasında minimal məsafə 1 km-dir.
Səbail
Səbail rayonu (əvvəlki adı: 26 Bakı komissarı rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin 26 Bakı komissarı rayonu Səbail rayonu adlandırılmışdır. == Tarixi == Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir. Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Səbail rayonu adlandırılmışdır. Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s.
Səğayiş (Azərşəhr)
Səğayiş (fars. صغايش‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 660 nəfər yaşayır (159 ailə).
Səbail-2
Səbail (tanrı)
Səbail — qədim dövrlərdə Abşeron yarımadasında yaşayanların mifologiyasında dəniz tanrısı. O, yer və dəniz arasındakı balansı qoruyur, dəniz küləklərinə nəzarət edir. Səbail haqqında məlumat Əbubəkr ibn Xosrov əl-Ustad tərəfindən yazılmış, 365 səhifədən ibarət "Munisnamə" əsərində verilmişdir. Azərbaycanlı tədqiqatçı Cavid Ağa Bayıl qalasının adının eyniadlı tanrının adına əsaslanması, burada ona həsr olunmuş məbədin olma ehtumalını istisna etmir.
Səbail FK
"Səbail" Peşəkar Futbol Klubu — Bakı şəhərininin Səbail rayonunu təmsil edən eyniadlı futbol klubu. Klub 2016-cı ildə yaranıb. Səbail FK ev matçlarnı ASCO Arenada keçirir.
Səbail PFK
"Səbail" Peşəkar Futbol Klubu — Bakı şəhərininin Səbail rayonunu təmsil edən eyniadlı futbol klubu. Klub 2016-cı ildə yaranıb. Səbail FK ev matçlarnı ASCO Arenada keçirir.
Səbail bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Səbail rayonu
Səbail rayonu (əvvəlki adı: 26 Bakı komissarı rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin 26 Bakı komissarı rayonu Səbail rayonu adlandırılmışdır. == Tarixi == Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir. Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Səbail rayonu adlandırılmışdır. Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s.
Səmayi-Şəms
Səmayi-Şəms – zərbi muğamı "Şur" muğam və məqam kökünə əsaslanır. O, müstəqil bir zərbi muğam olmaqla yanaşı, həmçinin "Şur" dəstgahının kulminasiya şöbəsi sayılır. Belə ki, müasir "Şur" dəstgahında o, "Şikəsteyi – fars" və "Əşiran"dan sonra ifa olunur. Məhz ondan sonra isə "Hicaz" və "Sarənc" şöbələri gəlir. Adlarını çəkdiyimiz şöbələr "Şur" dəstgahının "Səmayi – şəms"ndə oxunmaqla yanaşı, Səmayi – şəms müstəqil zərbi muğam şəklində ifa olunan zaman da xanəndələr həmin şöbələri "Hicaz" və "Sarənc"i ona əlavə edirlər. Lakin bu zaman improvizə səciyyəli vokal partiya əvvəlki kimi dəqiq ölçüyə əsaslanan müşayiət fonunu davam etdirir. Deməli, Səmayi – şəms başqa zərbi muğamlara nisbətən daha iri həcmlidir. Çünki onun müstəqil şəkildə ifası zamanı "Hicaz" və "Sarənc"də toxunulur. Onu da qeyd edək ki, tarda müşayiət zamanı Səmayi – şəms güclü, dolğun mizrab işlətməklə çalınmalıdır. Səmayi –şəmsin mətni ancaq əruz vəznində yazılmış qəzəllər təşkil edir.
Səmayi–Şəms

Səbail-2 FK
"Səbail-2" — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Səbail" futbol klubunun əvəzedicilərdən ibarət komandası. Komanda hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir. == Tarixi == Komanda 2018-ci ildə yaradılmışdır[mənbə göstərin]. Hal-hazırda Azərbaycan Birinci Liqasında mübarizə aparır.
Səbail seçki dairəsi
Nəsimi-Səbail seçki dairəsi
29 saylı Səbail seçki dairəsi
23 saylı Nəsimi-Səbail seçki dairəsi
Selanik
Saloniki (yun. Θεσσαλονίκη, translit. Tessaloníki qulas as, translit. Saloniki) ya da Səlanik (osm. سلانیك, türk. Selanik) — Yunanıstanın ikinci böyük şəhəri. Əhalisi 363.987 nəfərdir. == Tarixi == Şəhərin əsası e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən qoyulmuşdur. O, Term körfəzi sahilində yerləşən 26 kiçik yaşayış məntəqəsini birləşdirərək yeni şəhərə öz həyat yoldaşı, Makedoniyalı İsgəndərin ögey bacısı Fessalonikanın adını vermişdir.
Şəmayı
Şəmayılar (lat. Chalcalhurnus) — cinsə Xəzər dənizində bir növ Kür şəmayısı və bir yarımnöv - Lənkaran şəmayısı formasında mövcuddur. Kür şəmayısı Xəzər dənizinin əsasən cənubi-qərb hissəsində sahildən 3–5 km aralı, 30 m-dək dərinlikdə yaşayır. Şəmayı keçici balıqdır, noyabrın əvvəllərində kürü tökmək üçün Kür çayına girir. Maraqlıdır ki, suda temperatur aşağı düşdükcə şəmayının çaya girməsi sürətlənir. Belə ki, suda temperatur 12 °C olduqda çaya girmə başlayırsa, 10 °C-də maksimum həddə çatır, 8 °C-də prosses başa çatır.Şəmayı çox da böyük olmayan dadlı balıqdır. Uzunluğu 24-30 sm, kütləsi 125-610qolur.Kür şəmayısi 3-4 yaşında cinsi yetişkənliyə çatır, erkəklər arasında 2 yaşlı yetkin balıqlara da təsadüf olunur.Suyun temperaturu 18-25 °C olduqda Şamayı kuru tökməyə başlayır. Kürülərin inkubasiya dövrü 18,5-21,5 °C temperaturda 70-72 saat çəkir. Kürüdən çıxmış körpələr çayda çox qalmayaraq suyun axarı ilə dənizə aparılır.Şəmayı çox həssas və zərif balıqdır, odur ki, suda temperaturun, oksigenin aşağı düşməsi, mexaniki təsirlər, xüsusilə çirklənmə ona öldürücü təsir edir.Xəzərin Azərbaycan sektorunda şəmayının Lənkəran yarımnövü və Mingəçevir su anbarında şirinsu şəmayısı mövcuddur.Kür şəmayısı qiymətli vətəgə balığıdır. Əvvəlki illərdə hər il 41-348 sentnerə qədər şəmayı ovlanardı.
Sebarok adası
Sebarok adası (malay Palau Sebarok) — Sinqapur dövlətinin ərazisinə daxil olan, Sinqapur boğazında yerləşən ada. Bəzən "Orta ada" olaraq anılır. Ada sənaye əhəmiyyətinə malikdir. Burad neft emalı zavodları vardır. Müəssisələrin böyük qismi Singaport Cleanseas şirkətinə məxsusdur. Şirkətin adada ofisi yerləşir. Adaya bərə ilə gəlmək mümkündür.. Adanın uzunluğu 1,5 km, eni isə 500 metrdir.
Sebazak-Konkures
Sebazak-Konkures (fr. Sébazac-Concourès, oks. Sebasac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Adi şəmayı
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Cəmil Bayık
Cəmil Bayık (kürd. Cemîl Bayik; 1951, Elazığ ili) — kürd hərbi xadimi. O, Kürdüstan Fəhlə Partiyasının (PKK) beş qurucusundan biridir və təşkilatın yüksək səviyyəli liderləri arasındadır. O, 12 nəfərdən ibarət Kürdüstan İcmalar İttifaqının (KCK) idarə şurasının üzvüdür. O, həmçinin özünün, PKK lideri vəzifəsini icra edən Murad Karayılan və Rojavadan olan PKK komandiri Fəhman Hüseynin də daxil olduğu, təşkilatın rəhbər orqanı olan PKK-nın üç nəfərdən ibarət İcraiyyə Komitəsinin üzvüdür. == Narkotik ticarəti == 20 aprel 2011-ci ildə Türkiyənin tələbi ilə ABŞ Maliyyə Departamenti PKK-nın qurucuları Cəmil Bayık, Duran Qalxanın və digər yüksək rütbəli üzvlərin Xarici Narkotiklərin Kinqpin Təyinatı Qanununa uyğun olaraq Xüsusi Təyin olunmuş Narkotik Alverçiləri kimi təyin olunduğunu elan etmişdir. Qanuna uyğun olaraq, təyinat təyin edilmiş şəxslərin ABŞ yurisdiksiyasında ola biləcək hər hansı aktivlərini dondurur və ABŞ şəxslərinin bu şəxslərlə maliyyə və ya kommersiya əməliyyatları aparmasını qadağan edir. Buna baxmayaraq, illər sonra Almaniya Konstitusiyanı Müdafiə Federal İdarəsi bildirmişdir ki, PKK-nın təşkilati strukturlarının Almaniyada narkotik ticarəti ilə birbaşa məşğul olduğuna dair heç bir sübut yoxdur.
Şebenik-Yablonisa Milli Parkı
Şebenik-Yablonisa Milli Parkı (alb. Parku Kombëtar Shebenik-Jabllanicë) — Albaniyanın Elbasan vilayətinin şərqində yerləşən milli park. Parkın sahəsi 339 km²-dir və Makedoniya Respublikasının sərhəddində yerləşir.. Ərazinin hündürlüyü 300 metrdən 2200 metrə qədər dəyişir. Ən hündür zirvəsi isə Şebenik və Yablonisadır. Məhs bu zirvələrin adları parka verilmiş. Milli Park Albaniyanın ən cavan parkdır. Park 21 may 2008-ci ildə qurulub. Park ərazisində müxtəlif növ heyvanlar məskunlaşıb ki, əksəriyyəti Albaniya üçün nadır növ hesab olunur:qonur ayı, qurd və balkan vaşağı. == Coğrafiyası == Milli park ərazisində iki böyük çay və onlarca kiçik çay var.
Oyo Bayık (İşembay)
Oyo Bayık (başq. Оло Байыҡ, rus. Большебаиково) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Bayquja kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 21 km, kənd sovetliyindən (Kinyəbulat): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 35 km.