SAHİL

Ərəbcədir, cəm forması “səvahel”dir (Səbail də bununla bağlı ola bilər). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SAĞSAĞAN
SAXNAQ
OBASTAN VİKİ
Diskordant sahil
Diskordant sahil- (lat.discordans-qeyri-uyğun) Qırışıq tektonik strukturlu, adətən çoxlu miqdarda körfəz və buxtalarla parçalanmış və mürəkkəb sahil xətti əmələ gətirən dəniz və ya okean sahilinə deyilir. Məsələn: Kiçik Asiyanın qərb sahili.
Lacivərd sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Laqunlu sahil
Laqunlu sahil (rus. лагунный берег, ing. lagoon coast) — sahil tipi, sahil xəttinin bütün girinti-çıxıntıları (körfəzlər, limanlar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Mavi sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Qərb Sahil
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
Sahil (ad)
Sahil — şəxs adı və təxəllüs. Sahil Qasımov — Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Məmmədov Sahil Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Sahil Məmmədov (Rasim oğlu) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (gizir) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (şəhid) — 2016-cı ildə şəhid olmuş əsgər.
Sahil (coğrafiya)
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Sahil (dəqiqləşdirmə)
Sahil — quru ilə kəsişmə xətti. Sahil qəsəbəsi — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Sahil (qəsəbə)
Sahil (əvvəlki adı: rus. Примо́рск; Primorsk; Dənizkənarı) — Azərbaycanın Qaradağ rayonunda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Qaradağ rayonunun Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Dənizkənarı şəhər tipli qəsəbə Sahil şəhər tipli qəsəbə, Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi Sahil qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Qəsəbə dəniz sahilində yerləşdiyi üçün belə adlandırılmışdır. Sahil qəsəbəsində 1949-cu ilə qədər balıq vətəgəsi olub. Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement Zavodunun tikintisi ilə bağlıdır. Belə ki, həmin dövrdə Keşlə qəsəbəsində yerləşən sement zavodunun Bakı şəhərinin mərkəzindən Qaradağ Dəmir Yolu stansiyasının yaxınlığına köçürülməsi qərara alınmışdır. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar dənizin kənarında ilk yaşayış evləri tikilmiş, 1951-ci ildə zavodun I və II texnoloji xəttləri işə salınmış və 1952-ci ildə Sahil qəsəbəsi inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur. Qəsəbə Xəzər dənizi sahilində yerləşir. Küləkli, az rütubətli havası var.
Sahil Alahverdovi
Sahil Alahverdovi (gürc. სახილ ალახვერდოვი) və ya Sahil Allahverdiyev (9 yanvar 1999, Soğanlıq) — Azərbaycan əsilli Gürcüstan boksçusu. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı. 5-ci sinifdə oxuyarkən boksla məşğul olmağa başlayıb. Boksçu kimi yetişməsində məşqçisi Füzuli Ələkbərovun böyük rolu olub. 2013-cü ildə tələbələr arasında, 2014 və 2015 illərdə isə gənclər arasında Gürcüstan çempionu olub. 2015-ci ildə Lvov şəhərində keçirilmiş yeniyetmələr arasında Avropa çempionatında 46 kq çəki dərəcəsində qalib olub. 2016-cı ildə Anapa şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında gümüş, 2017-ci ildə Antalya şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında isə qızıl medal qazanıb. 2019-cu ildə Minsk şəhərində keçirilmiş II Avropa Oyunlarında gümüş medal qazanıb. 2021-ci ildə Belqradda keçirilmiş dünya çempionatının yarımfinalında Tayland təmsilçisi Vuttiçay Yuraçaya məğlub olaraq, bürünc medalla kifayətlənib.
Sahil Atakişiyev
Sahil Babayev
Sahil Rafiq oğlu Babayev (1980, Bakı) — Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri. 1980-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər" sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb. İngilis, rus və türk dillərini əla, fransız dilini yaxşı səviyyədə bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1999–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi, daha sonra şöbə rəisi vəzifələrində çalışıb. Həmin dövrdə Hasilatın Pay Bölgüsü, həmçinin "Şahdəniz" təbii qazının satışı üzrə sazişlərin, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəməri üzrə müqavilələrin hazırlanmasında iştirak edib. 2006–2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib və Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin və Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin əlaqələndiricisi olub. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib. Eyni zamanda, 2009–2014-cü illərdə "Təmiz Şəhər" ASC-nin Müşahidə Şurasının sədri, Avropa İttifaqı — Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədri, Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri, "SOCAR Türkiyə Ege" Neft Emalı Kompleksinin (Star layihəsi) Direktorlar Şurasının üzvü kimi çalışıb.
Sahil Cəlilov
Sahil Oktay oğlu Cəlilov (17 may 1998; Dərvişlər, Şərur rayonu, Azərbaycan — 21 oktyabr 2020; Tuğ, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Sahil Cəlilov 17 may 1998-ci ildə Şərur rayonunun Dərvişlər kəndində anadan olmuşdur. Sahil Cəlilov Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsində müddətdən artıq həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Sahil Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə baş kəşfiyyatçı olaraq vuruşmuşdur. Sahil Cəlilov 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sahil Hüseynov
Sahil Habil oğlu Hüseynov (12 iyun 2001; Xocavənd, Ağcabədi rayonu, Azərbaycan — 11 oktyabr 2020; Aşağı Seyidəhmədli, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əsgər Sahil Hüseynov 12 iyun 2001-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində dünyaya göz açmışdır. Əslən Xocavənd rayonundandır. İlk təhsilini kəndin 1 saylı tam orta məktəbində almışdır. Subay idi. Sahil Hüseynov 2019-cu ildə həmin məktəbi bitirmiş və hərbi xidmətə yollanmışdır. 2020-ci ilin 12 iyulundan başlayan Tovuz döyüşlərində Sahil də iştirak etmiş, döyüş tapşırığını yerinə yetirərək fərqlənmişdir. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində də iştirak edən əsgər Sahil Hüseynov Füzulinin azad edilməsində vuruşaraq döyüş tapşırığını yerinə yetirmişdir. O, 11 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində düşmənin minaatandan açdığı güllə nəticəsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sahil Məmişli
Sahil Ağaverdi oğlu Məmişli (21 avqust 1991; Biləsuvar rayonu, Azərbaycan SSR — 11 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Sahil Məmişli 1991-ci il avqustun 21-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Sahil Məmişli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahil Məmişli noyabrın 11-də Şuşanın azad edilməsi zamanı şəhid olub. O, 12 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmişli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmişli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Məmişli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Sahil Məmmədov
Sahil Məmmədov (hərbçi) — Azərbaycanın Milli Qəhrəmanı. Sahil Məmmədov (Rasim oğlu) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (gizir) — II Qarabağ müharibəsi şəhidi.
Sahil Qasımov
Sahil Qasımov (7 aprel 1961, Hacıqabul rayonu) — Benilüks Azərbaycanlıları Konqresinin sədri, Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Sahil Məmmədyar oğlu Qasımov 1961-ci il aprelin 7-də Hacıqabul rayonunda anadan olmuşdur.1978-ci ildə orta məktəbi bitirdikdən sonra Volqoqrad şəhərindən Dovlət İnstitutunun tarix-filologiya fakultəsinə daxil olmuş və 1982-ci ildə bu fakultəni bitirmişdir. Omsk şəhərindəki Ali Polis Akademiyasının Cinayət İşləri uzrə fakultəsini bitirərək 2-ci ali təhsilini almış və Ali Huquq ixtisasına yiyələnmişdir. Marksizm Leninizm Univer sitetini Altay Vilayətinin Barnaul şəhərində qiyabi olaraq bitirmiş, Barnaul şəhərini Yeleznodorojnıy Rayon Komsomol Təşkilatının Buro uzvu və Altay Vilayəti Mərkəzi Komsomol Təşkilatının uzvu olmuşdur.90-cı illərin əvvəllərindən etibarən Hollandiyada əvvəlcə AzHol Kommersiya şirkətinin təsiscilərindən biri olmuş, sonralar isə Niderlandın Amsterdam şəhərində “Caspian International” Beynəlxalq Turizm şirkətini qeydiyyatdan kecirərək bu şirkətin prezidenti olmuşdur. 2000-ci ilin əvvəllərində Amsterdam şəhərində Azərbaycan Niderland Cəmiyyətinin təməlini qoyaraq Niderlandda ilk Azərbaycan təşkilatını qeydiyyatdan kecirmişdir.2003-cu ildən etibarən əvvəlcə "Azerbaijan - Netherlands News", sonralar isə "Azerbaijan Benelux News" qəzetinin təsiscisi və baş məsləhətcisi olmuşdur. 2006-cı ilin noyabr ayında Beniluks olkələrindəki 15 Azərbaycan təşkilatlarını bir araya gətirərək Beniluks Azərbaycanlıları Konqresini təsis etmiş və 2008-ci ilə qədər bu quruma sədrlik etmişdir. 2011-ci ildə yenidən Konqresin sədri secilmişdir. Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti, Dunya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür. 2010-cu ildən etibarən Brusseldə Avropa Parlamentində, Luksemburqda Avropa Komissiyasında və Strasburqda Avropa Şurasında Lobbist kimi akkreditə olunmuşdur. Hal-hazırda “Caspian İnternational Company” nin prezidentidir. “Qobustan” Beynəlxalq Mükafatına layiq görülmüşdür.
Sahil Rəsulov
Sahil Sərvan oğlu Rəsulov (24 iyul 1999; Səfikürd, Goranboy rayonu, Azərbaycan — 11 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Sahil Rəsulov 24 iyul 1999-cu ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuşdur. Sahil Rəsulov 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli hərbi xidmət qulluqçusu olmuşdur. Sahil Rəsulov 2020-ci ilin yayından eyni hərbi birləşmədə müddətdən artıq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Sahil Rəsulov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sahil Rəsulov Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 11 oktyabr 2020-ci ildə Goranboy rayonunun Səfikürd kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Rəsulov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Sahil Salmanov
Sahil Vüqar oğlu Salmanov (11 mart 2002; Düz Qırıqlı, Tovuz rayonu — 20 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Sahil Salmanov 2002-ci il martın 11-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 2008–2019-cu illərdə Düz Qırıqlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Sahil Salmanov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sahil Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahil Salmanov oktyabrın 20-də Füzulinin azad edilməsi zamanı Kürdlər kəndi istiqamətində şəhid olub. Tovuz rayonunun Düz Qırıqlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Salmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Salmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sahil Tahirli
Tahirli Sahil Abdulla oğlu (16 yanvar 1983, Cəhri, Babək rayonu) — "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri.[mənbə göstərin] 1983-cü il yanvar ayının 16-da Babək rayon Cəhri kəndində doğulub. 1989-cu ildə Cəhri kənd 1 saylı orta məktəbə daxil olub. 2001-ci ildə Bakı şəhər 248 saylı tam orta məktəbini bitirib. 2001-ci ildə Xəzər Universitetinin Humanitar fənlər fakültəsinin jurnalistika ixtisasına qəbul olub. 2003-cü ildə Naxçıvan Dövlət Universitetində təhsilini davam etdirib. 2005-ci ildə həmin universitetin jurnalistika ixtisası üzrə tam kursunu bitirərək bakalavr dərəcəsi alıb. 2004–2005-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında müxbir kimi əmək fəaliyyətinə başlayıb. 2005–2006-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. Ailəlidir, üç övladı var. Hərbi xidməti başa vurduqdan sonra "Şərq qapısı" qəzeti redaksiyasında İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri vəzifəsində işləyib.
Sahil adaları
Sahil adaları — Laptevlər dənizidə, Krasnoyarsk diyarı ərazidində yerləşən adalar qrupu. Şimal Torpağı arxipelaqının tərkibinə daxildur. Adalar Amba buxtasında Bolşevik adasının yaxınlığında yerləşir. . Adalar qrupu iki adadan ibarətdir: Bolşoy və Malıy. Adalar adasında bir kilometr məsafə vardır. Bolşoy adası (iri ada) cənubda, Malıy (kiçik ada) şimalda yerləşir.
Sahil akkumulyasiyası
Sahil akkumulyasiyası (rus. аккумуляция береговая, ing. coastal accumulation) — dalğaların və onları müşayiət edən axınların fəaliyyəti zamanı dalğa sahəsində çöküntülərin toplanması. Çöküntülərin sahilboyu hərəkəti və ya sualtı yamacın yuyulma materiallarının dibdən gətirilməsi və akkumulyasiyası nəticəsində baş verir. Suüstü və sualtı /dib/ Ssahil akkumulyasiyası ayrılır.
Yastı sahil
Yastı sahil (rus. берег отлогий, ing. flat coast) — dəniz cərəyanları sahildən gətirilən qırıntı məhsullarını apara bilmədikdə bu məhsullar çimərlikdə qeyri-bərabər formada çökərək əmələ gətirdiyi maili səth və dənizə doğru miqrasiya edən yastı akkumulyativ sahil.
Yüksək sahil
Yüksək Sahil (isv. Höga Kusten) — İsveçin şimal-şərqindəki Angermanland əyalətində, Kramfors, Harnosand və Örnsköldsvik bələdiyyələrinin ərazisində yerləşən İvaniya körfəzindəki İsveç sahillərinin bir hissəsi. Bu buzlaqların əriməsi nəticəsində torpaq yüksəlir, buzlaqdan sonrakı qalxma və izostasiya hadisəsi burada aydın nəzərə çarpır. Son buz dövründən bəri bölgə qeyri-adi hündür uçurumları əhatə edən 300 metr artmışdır. Yüksək sahil İsveç, Fin Şimali Kvarken boğazı Dünya İrsi Mirasının bir hissəsidir. Bu gün Hoqa Kusten kimi tanınan ərazi tarixən Angermanland sahili kimi tanınmışdır. 1974-cü ildə Yüksək sahil termini ərazidə bir məlumat ilə əlaqələndirilmişdir. 2000-ci ildə YUNESKO bölgəni Dünya İrsi Mirasina daxil etmişdir. Yüksək sahil ərazisi, yer səthinin buzlu və quru sahələrini meydana gətirən mühüm proseslərin başa düşülməsi üçün əla fürsətlər verir. 2006-cı ildə Yüksək sahil Şimali Kvarken boğazı əraziləri ilə birləşdirildi.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ― Azərbaycan Dövlət Sərhəd Xidmətinin Xəzər hövzəsi sularında DSX funksiyalarını yerinə yetirən bölməsi. Azərbaycan Respublikası Sahil Mühafizəsi 2005-ci ildə yaradılmışdır. Azərbaycan Sahil Mühafizəsinin missiyası dövlət sərhədini və ətraf mühiti qorumaqla yanaşı, ölkənin Xəzər dənizindəki iqtisadi maraqlarını təmin etməkdir. Azərbaycan Sahil Mühafizəsi dəniz qanunlarının icrası, dənizçilərə yardım, axtarış və xilasetmə işlərində iştirak edir.
Badd sahili
Badd sahili (ing. Budd Coast) — Şərqi Antarktidanın Uilks Torpağı ərazisində, 109°16' və 115°33' şərq uzunluğunda yerləşən bölgə.. Badd sahili dənizə daxil olan böyük bir yarımada formasındadır. Bölgə nəhən buz qatı altında yerləşir. Yarımadanın qərb sahilində Qrirson vahəsi yerləşir. Vahədə Avstraliyaya məxsus olan Uilks stansiyası fəaliyyət göstərir. Badd sahili 1840-ci ildə ABŞ ekspedisiyasının rəhbəri Çarlz Uilks tərəfindən kəşf edilmiş və ekspedisiyada iştirak edən gəmilərdən birinin kapitanı Tomas Baddın şərfinə adlandırmışdır.
Banzare sahili
Banzare sahili (ing. Banzare Coast) — Şərqi Antarktidanın Uilks Torpağında, 122°05' və 130°10' şərq uzunluğinda qəralaşır. Buzlaq enişində bir sıra hündür buzlaq dağlar vardır. Materikin daxilinə doğru buzlaq Voeykov şelf buzlağı ilə birləşir. Şimal-şərq hissədə iri aysberqlər mövcuddur. Sahil ilk dəfə 1931-cü ildə Britaniya-avstraliya-yenizelandiya antarktik aeaşdlrmacı ekspedisiyası tərəfindən kəşf edilmişdir. Sahikin adı ekspedisiyanın baş əriflərindən götülülmüşdür ing. British-Australian-New Zealand Antarctic Research Expedition).
Böyük sahilqağayısı
Böyük sahilqağayısı (lat. Catharacta skua) — Sahilqağayıları fəsiləsinə (Stercorariidae) aid olan dəniz quşu. Onun hündürlüyü 50 - 58 sm, qanadaları arasında məsafə 125 - 140 sm təşkil edir. Yetkin böyük sahilqağayılarında qırmızı zolaqlar və qara rəngli ləkələr vardır. Quyruqları tünd qonur rəngdə olur. Genetik araşdırmalar onların Qısaquyruq sahilqağayılarına (Stercorarius parasiticus) yaxın olmaları müəyyəjn edilmişdir. Bu canlıların ən böyük yumurtlama arealı İslandiya, Norveç, Şotlandiyanın adaları və Farer adalarında müşahidə edilir. Bu canlıların qidasının böyük hissəsini balıqlar təşkil edir. Bu balıqları isə digər dəniz quşlardan oğurlayırlar. Üstəlıik kiçik dəniz quşlarını da ovlayırlar.
Dalmasiya tipli sahillər
Doğma Sahillər (1989)
Film sərhədçilər, onların çətin və şərəfli əməyi haqqındadır. Sistemləri, ideologiyaları müxtəlif olan iki qonşu dövlət sərhəddə birgə iri su-elektrik stansiyası inşa etməyə hazırlaşır. Lakin bu əməkdaşlıq Qərb dairələrində müsbət qarşılanmır. Müxtəlif yollarla tikintini dayandırmağa çalışırlar. Sərhədçilərin təxribat törətməyə can atan düşmənlərlə mübarizəsi filmin əsas süjetini təşkil edir. Filmdə xalqımızın Cənubi Azərbaycanla bağlı dərdlərinə də toxunulmuşdur. Bu xətt Araz və Aşıq Həsrət obrazları vasitəsilə göstərilmişdir. Film ilk sərhədçi general Mustafa Nəsirova həsr olunub. Ssenari müəllifi : Əhmədağa Muğanlı Quruluşçu rejissor : Əbdül Mahmudov Quruluşçu operator : Kənan Məmmədov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Arif Məlikov Səs operatoru : Nataliya Nuriyeva (Natalya Nuriyeva kimi) Rejissor : Zəfər Murtuzov Operator : S. İsmayılov Montaj edən : Tamara Nərimanbəyova Geyim rəssamı : Tamilla Dağıstanlı Qrim edən rəssam : Firuzə İsmayılova Rejissor Assistentləri : Ə. Əhmədov, Xuraman Abbasova, R. Sadıqov Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev Operator Assistentləri : Ə. Məmmədov, T. Əlizadə Rəssam-fotoqraf : Fərhad Behbudov Rəssam assistenti : Elyaz Səfərov İnzibatçılar : Həsən Tağıyev, M. Səfərov, Ş. Balakişiyev İşıq ustası : Tahir Bağırov (T. Bağırov kimi) Redaktor : Aydın Dadaşov Çalır : İnstrumental Ansambl Oxuyan : Alim Qasımov Dirijor : Arif Məlikov Hərbi məsləhətçi : V. İ. Lilin (general mayor) Filmin direktorları : Akif Musayev, Aydın Hüseynov Tariyel Qasımov-Polkovnik Musa Nəsibov Həmidə Ömərova-Zivər Rasim Balayev-Polkovnik Həbibi Lev Prıqunov-Podpolkovnik Nesterenko Həsən Məmmədov-Nuru Gündüz Abbasov-Bəndalı Gümrah Rəhimov-Yekəpər Ömür Nağıyev-Bağban oğlu Oleq Belov-Polkovnik Kondratyev Ənvər Həsənov-Kapitan Nəzərov Ruslan Firov-Leytenant Solovyov Eldəniz Rəsulov-Kapitan Rəsulov Nüsrət Kəsəmənli-İranlı general Zemfira Əliyeva-Nina Təvəkkül İsmayılov-Təvəkkül Muxtar Maniyev-Kərim Algimantas Masyulis-Yaşlı əcnəbi Radivadis Muzikyaviçus-Cavan əcnəbi Ənvər Əbluc Mayak Kərimov-İranlı polis işçisi N. Abramenko Fərhad İsrafilov-Sürücü Fikrət Məmmədov-Gənc oğlan M. Musayev Ötkəm İsgəndərov-əsgər Vaqif Səmədov Arzu Ocaqverdiyev Səməd Heydərov Zilli Namazov-Serjant Kərimov Xəyyam Aslan(Xəyyam Aslanov kimi)-əsgər Vidadi Əliyev-Ovçu Bədəl Sadıq Hüseynov-Qoca kişi Əhməd Əhmədov-İranlı Nəcibə Hüseynova-Xidmətçi İlham Əsgərov-Zabit H. Mahmudova Nəbi Qədirov-Milis işçisi Tofiq Mirzəyev-Nəsibovun tanışı İntiqam Soltan-Kamaz sürücüsü(titrlərdə yoxdur) Əli Məmmədov(titrlərdə yoxdur) Əliabbas Qədirov-Polkovnik Nəsibov (Tariyel Qasımov) (titrlərdə yoxdur) Ramiz Məlikov-Kapitan Nəzərov (Ənvər Həsənov) (titrlərdə yoxdur) Fəxrəddin Manafov-Podpolkovnik Nesterenko (Lev Prıqunov) (titrlərdə yoxdur) Həsənağa Turabov-Yaşlı əcnəbi (Algimantas Masyulis) (titrlərdə yoxdur) Pərviz Bağırov-Cavan əcnəbi (Radivadis Muzikyaviçus) (titrlərdə yoxdur) Həsən Əbluc-Polkovnik Kondratyev (A. Belov) (titrlərdə yoxdur) Hamlet Xanızadə-General (Nüsrət Kəsəmənli) (titrlərdə yoxdur) Nəcibə Hüseynova-Nina (Zemfira Əliyeva) (titrlərdə yoxdur) Zaqafqaziya Sərhəd Qoşunları Dairəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Doğma sahillər (film, 1989)
Film sərhədçilər, onların çətin və şərəfli əməyi haqqındadır. Sistemləri, ideologiyaları müxtəlif olan iki qonşu dövlət sərhəddə birgə iri su-elektrik stansiyası inşa etməyə hazırlaşır. Lakin bu əməkdaşlıq Qərb dairələrində müsbət qarşılanmır. Müxtəlif yollarla tikintini dayandırmağa çalışırlar. Sərhədçilərin təxribat törətməyə can atan düşmənlərlə mübarizəsi filmin əsas süjetini təşkil edir. Filmdə xalqımızın Cənubi Azərbaycanla bağlı dərdlərinə də toxunulmuşdur. Bu xətt Araz və Aşıq Həsrət obrazları vasitəsilə göstərilmişdir. Film ilk sərhədçi general Mustafa Nəsirova həsr olunub. Ssenari müəllifi : Əhmədağa Muğanlı Quruluşçu rejissor : Əbdül Mahmudov Quruluşçu operator : Kənan Məmmədov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Arif Məlikov Səs operatoru : Nataliya Nuriyeva (Natalya Nuriyeva kimi) Rejissor : Zəfər Murtuzov Operator : S. İsmayılov Montaj edən : Tamara Nərimanbəyova Geyim rəssamı : Tamilla Dağıstanlı Qrim edən rəssam : Firuzə İsmayılova Rejissor Assistentləri : Ə. Əhmədov, Xuraman Abbasova, R. Sadıqov Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev Operator Assistentləri : Ə. Məmmədov, T. Əlizadə Rəssam-fotoqraf : Fərhad Behbudov Rəssam assistenti : Elyaz Səfərov İnzibatçılar : Həsən Tağıyev, M. Səfərov, Ş. Balakişiyev İşıq ustası : Tahir Bağırov (T. Bağırov kimi) Redaktor : Aydın Dadaşov Çalır : İnstrumental Ansambl Oxuyan : Alim Qasımov Dirijor : Arif Məlikov Hərbi məsləhətçi : V. İ. Lilin (general mayor) Filmin direktorları : Akif Musayev, Aydın Hüseynov Tariyel Qasımov-Polkovnik Musa Nəsibov Həmidə Ömərova-Zivər Rasim Balayev-Polkovnik Həbibi Lev Prıqunov-Podpolkovnik Nesterenko Həsən Məmmədov-Nuru Gündüz Abbasov-Bəndalı Gümrah Rəhimov-Yekəpər Ömür Nağıyev-Bağban oğlu Oleq Belov-Polkovnik Kondratyev Ənvər Həsənov-Kapitan Nəzərov Ruslan Firov-Leytenant Solovyov Eldəniz Rəsulov-Kapitan Rəsulov Nüsrət Kəsəmənli-İranlı general Zemfira Əliyeva-Nina Təvəkkül İsmayılov-Təvəkkül Muxtar Maniyev-Kərim Algimantas Masyulis-Yaşlı əcnəbi Radivadis Muzikyaviçus-Cavan əcnəbi Ənvər Əbluc Mayak Kərimov-İranlı polis işçisi N. Abramenko Fərhad İsrafilov-Sürücü Fikrət Məmmədov-Gənc oğlan M. Musayev Ötkəm İsgəndərov-əsgər Vaqif Səmədov Arzu Ocaqverdiyev Səməd Heydərov Zilli Namazov-Serjant Kərimov Xəyyam Aslan(Xəyyam Aslanov kimi)-əsgər Vidadi Əliyev-Ovçu Bədəl Sadıq Hüseynov-Qoca kişi Əhməd Əhmədov-İranlı Nəcibə Hüseynova-Xidmətçi İlham Əsgərov-Zabit H. Mahmudova Nəbi Qədirov-Milis işçisi Tofiq Mirzəyev-Nəsibovun tanışı İntiqam Soltan-Kamaz sürücüsü(titrlərdə yoxdur) Əli Məmmədov(titrlərdə yoxdur) Əliabbas Qədirov-Polkovnik Nəsibov (Tariyel Qasımov) (titrlərdə yoxdur) Ramiz Məlikov-Kapitan Nəzərov (Ənvər Həsənov) (titrlərdə yoxdur) Fəxrəddin Manafov-Podpolkovnik Nesterenko (Lev Prıqunov) (titrlərdə yoxdur) Həsənağa Turabov-Yaşlı əcnəbi (Algimantas Masyulis) (titrlərdə yoxdur) Pərviz Bağırov-Cavan əcnəbi (Radivadis Muzikyaviçus) (titrlərdə yoxdur) Həsən Əbluc-Polkovnik Kondratyev (A. Belov) (titrlərdə yoxdur) Hamlet Xanızadə-General (Nüsrət Kəsəmənli) (titrlərdə yoxdur) Nəcibə Hüseynova-Nina (Zemfira Əliyeva) (titrlərdə yoxdur) Zaqafqaziya Sərhəd Qoşunları Dairəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Dunay sahilindəki ayaqqabılar
Dunay sahilindəki ayaqqabılar və ya Dunay Ayaqqabıları (mac. Cipők a Duna-parton) — Macarıstanın paytaxtı Budapeştdə ucaldılan bir Holokost xatirəsidir. II Dünya müharibəsi zamanı Oxlu Xaç Partiyası izlədiyi siyasətlər nəticəsində ölən Yahudilər xatirəsinə Dunay çayının qərb tərəfinə yerləsdirilmək üzrə, rejissor Can Toqay ilə heykəltaraş Gyula Pauer tərəfindən hazırlanmış və 16 aprel tarixində açılmışdır. Budapeştdə yəhudilərin kütləvi icraatı II Dünya müharibəsi sonunda, 1944 -1945-ci illərin əvvəllərində Macarıstan Nazi Partiyasının "Çapraz Oklar" üzvləri tərəfindən həyata keçirildi. Məzarda qalmamaq üçün, faşistlər qurbanları çay sahilində vurdular. Yəhudilər Tuna yamacına yük maşını ilə gətirdilər, ayaqqabılarını çıxarmaq və bilinməyən bir istiqamətdə barjalardan götürülməyə əmr etdi. Rəfaət ayaqqabısı ayaqqabılarında satılan və ya Naziler tərəfindən öz ehtiyacları üçün istifadə edildi. Atılan adam sayı minlərlə oldu. Qurbanların tam sayı bilinmir - sular cəsədləri uzaqlaşdırdı. Budapeşt gettosu 1945-ci il yanvarın 18-də Sovet qoşunları tərəfindən azad edildi.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ― Azərbaycan Dövlət Sərhəd Xidmətinin Xəzər hövzəsi sularında DSX funksiyalarını yerinə yetirən bölməsi. Azərbaycan Respublikası Sahil Mühafizəsi 2005-ci ildə yaradılmışdır. Azərbaycan Sahil Mühafizəsinin missiyası dövlət sərhədini və ətraf mühiti qorumaqla yanaşı, ölkənin Xəzər dənizindəki iqtisadi maraqlarını təmin etməkdir. Azərbaycan Sahil Mühafizəsi dəniz qanunlarının icrası, dənizçilərə yardım, axtarış və xilasetmə işlərində iştirak edir.
Eyts Sahili
Eyts Sahili, (ing. Eights Coast) Keyp burnu və Froqnır nöqtəsi arasındakı Qərbi Antarktida sahillərinin Elsuort Torpağında yterləşən bir hissəsidir. Qərbində Meri Berd Torpağında Valqrin Sahili, şərqində Brayn Sahili var. Eyts Sahili Tarston Adası, Abbot Buz sahəsi və içindəki Şermen, Karpentr, Dastin, Conson, McNamara, Farell və Dendtlr adaları ilə həmsərhəddir. Eyts Sahili, qərbindəki böyük bölgə Meri Berd Torpağı kimi, hər hansı bir ölkə tərəfindən haqq iddia edilən bir yer deyil. Eyts Sahilinin 450 km şimalında, Piter I Adası isə Norveç tərəfindən haqq iddia edilən bir bölgədir. Eyts Sahilinin uzunluğu təxminən 500 kilometrdir. Sahil fevral 1940-cı ildə ABŞ Antarktida Proqramı üzvləri tərəfindən "USS Bear" gəmisindən edilən uçuşlarda görülmüşdür. Bu araşdırmalardan və ABŞ Dəniz Qüvvələri hava fotoşəkillərindən 1960-1966-ci illərdə ABŞ Geoloji Araşdırmalar Təşkilatı tərəfindən Eyts Sahili ətraflı olaraq xəritəyə alınmışdır. Eyts Sahili adı Antarktik Adları Məsləhət Komitəsi tərəfindən 1830-cu il Kəşf yürüşünün bir üzvü olan amerikalı geoloq Ceyms Eytsə istinadən verilmişdir.
Fil Dişi Sahili
Kot-d'İvuar (Fil Dişi Sahili və ya Fil Dişi Sahili Respublikası) (Fransız : Côte d' Ivoire [kot diˈvwaʀ]) — Afrika qitəsində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Mali, Burkina-Faso, Qana, Liberiya və Qvineyadır. Bundan başqa ölkənin cənubunda Atlantik okeanı yerləşir. Ölkənin paytaxtı Yamusukrodur. Ölkənin yerləşdiyi bölgələrdə sahib olduğu çox sayda fil səbəbiylə xvı əsrdə Portuqaliyalılar tərəfindən fil dişi əldə edə bilmək və ticarətini reallaşdırmaq adına fil ovlanmış və bir çox fil ovçular tərəfindən öldürülmüşdür. Bu hadisə səbəbi ilə ölkənin adı Fransızca Fil Dişi Sahili mənasını verən Côte d' Ivoire olaraq müəyən olunmuş, fil dişi uzun illər ölkənin ən əhəmiyyətli ixracat qaynaqlarından birini təşkil etmişdir. Ancaq ölkə adının hər bir dildə fərqli versiyalarda deyilməsi (Fil Dişi Sahili, Elfenbeinküste, Ivory Coast, Costa de Marfil və s.) və beynəlxalq sahələrdə qarışıqlıqlara səbəb olması ilə əlaqədar 1985-ci ildə dövrün dövlət başçısı Feliks Houphouët - Boigny aldığı qərar ilə ölkə adının bundan sonra yalnız Fransız halı ilə istifadə ediləcəyini və digər dillərə də çevrilməyəcəyini ifadə etmişdir. Ölkənin cəmdə sahib olduğu 3.458 km sərhədin 545 km-i Burkina Faso, 720 km-i Qana, 816 km-i Qvineya, 778 km-i Liberiya və 599 km-i Mali ilə olduğu halda, ölkənin həm də Qvineya Körfəzinin qərbində Atlantik okeanına 515 km-lik sahil çıxışı var. Ölkənin səth şəkilləri ümumi etibarilə yastı bir görünüşə sahib olmaqla birlikdə ölkənin səthi əksəriyyətlə yayla və düzənliklərdən ibarətdir. Ölkənin yalnız qərb hissələri dəniz səviyyəsindən orta hesabla 1.000 m daha yüksəkdə yerləşir.
Florida Körfəz Sahili Universiteti
Florida Körfəz Sahili Universiteti (ing. Florida Gulf Coast Universiteti) — ABŞ-nin Florida əyalətində yerləşən, 1991-ci ildə əsası qoyulmuş olan bir dövlət universitetidir. Florida Gulf Coast Universitetində bir çox sahə üzrə bakalavr, magistr və doktorantura təhsili verilir. Fort Myers şəhərində yerləşir. 2008 etibarı ilə 9,510 tələbə qeydə alınmışdır.
Gənclərin sahil filmi
Yeniyetmələrin çimərlik filmi — 2013-cü ildə çəkilən Disney Channel orijinal filmidir.
Kafka sahildə (roman)
Kafka sahildə — yapon yazıçısı Haruki Murakami tərəfindən 2002-ci ildə yazılmış romandır. Onun 2005-ci ildə ingilis dilinə tərcüməsi The New York Times -dan "2005-ci ilin 10 Ən Yaxşı Kitabı" arasında yeraldı və 2006-cı ildə Dünya Fantaziya Mükafatını aldı . Kitab qaçan 15 yaşlı kitabsevər gənc Kafka Tamuranın hekayələrindən bəhs edir. Onun Edipal lənətindən və pişiklərlə danışmaq üçün qeyri-adi qabiliyyəti olan yaşlı, əlil Satoru Nakata. Kitab kommunikativ kanal kimi musiqi mövzularını, metafizika, xəyallar, taleyi, şüuraltını özündə birləşdirir. Kitabın buraxılmasından sonra Murakami romanla bağlı sualların göndərilməsinə icazə verdi və bir çoxuna cavab verdi. Roman, John Updike və New York Times -dan müsbət rəylər alaraq, ümumiyyətlə, yaxşı qarşılandı. İki fərqli, lakin bir-biri ilə əlaqəli süjetdən ibarət olan povest hər iki süjet arasında irəli-geri gedir, hər bir süjet xəttini bir-birini əvəz edən fəsillərdə tutur. Tək nömrəli fəsillər 15 yaşlı Kafkanın Edipal lənətindən qurtulmaq üçün atasının evindən qaçması və anası ilə bacısını tapmaq üçün axtarışa başlaması hekayəsindən bəhs edir. Bir sıra sərgüzəştlərdən sonra o, Takamatsuda uzaq və uzaq Miss Saeki və ağıllı və daha qonaqpərvər Oşima tərəfindən idarə olunan sakit, şəxsi kitabxanada sığınacaq tapır .
Kemp sahili
Kemp sahili (ing. Kemp Coast) — Antarktidanın şərqində, Enderbi Torpağıında, 56°25' və 59°34' şərq uzunluqları arasında yerləşir. Kemp sahilini Birlik dənizinin suları yuyur. Sahilin böyük qismini materik buzlağı örtmüşdür. Burada iri buzlaq sıldırımları əmələ gətirmişdir. Sahil ilk dəfə 1833-cü ildə ingilis dəniz zabiti, «Maqnet» gəmisinin kapitanı Piter Kemp tərəfindən kəşf edilmişdir. Bir müddət sonra onun şərəfinə adlandırılmışdır.
Kerd sahili
Kerda sahili (ing. Caird Coast) — Qərbi Avstraliyada, Kots Torpağı ərazisində, 20°00' və 27°54' qərb uzunluğunda yerləşən ərazi. Kerda sahili 1915-ci ildə Britaniya Antarktida ekspedisiyasının rəhbəri Ernest Şeklton tərəfindən kəşf edilmişdir. Sahil ekspedisiyanı maliyyələşdirən Ceyms Kerdin şərəfinə adlandırilmişdir.
Kimvr tipli sahil
Kimvr tipli sahil (rus. берег кимврского типа, ing. kimvr type coast) — bəzən buzlağın iştirakı ilə parçalanmış və limanı çox olan, su basmış sahil. Baltik dənizi sahillərində Trave və Oder çayları arasında bu cür sahillər "bodden" adlanır. Körfəzlər adətən dənizdən dyun zonaları ilə ayrılır (Yutlandiya və Şimali Amerika qütb arxipelaqının yerləşdiyi Kimvr yarımadasının şimal hissəsi).
Kiçik sahil qaranquşu
Kiçik sahil qaranquşu (lat. Riparia paludicola) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin sahil qaranquşu cinsinə aid heyvan növü.
Klari sahili
Klari sahili (ing. Clarie Coast) — Antarktidanın şərqində, 130°10' və 136°11' şərq uzunluğunda yerləşən ərazi. Sahikin uzunluğu 350 km təşkil edir. Materik kənarında yerləşən buzlaq bir silsilə şəklində sahil boyunca uzanır. Materiiin daxilinə doğru buzlaq qalınlaşır. 60 km məsafədə qalınlıq 1000 metr təşkil edir. Sahil ilk dəfə 1840-cı ildə Fransa antarktik ekspedisiyasının rəhbəri Dyuman Dürvil tərəfindən kəşf edilmiş və ekspedisiyada iştirak edən «Zele» gəmisinin kapitanı Jakinonun şərəfinə adlandırılmışdır.
Konkordant sahillər
Konkordant sahillər- (yun.concordans-uyğun) Sahilə paralel uzanan sıra dağların istiqaməti ilə uyğun olan sahillərə deyilir.Məsələn:Amerikanın Sakit okean sahili.
Kozuay sahili
Kozvey-Kost (irl. Causeway Coast) və ya Nəhənglər keçidi — İrlandiyanın şimalında Antrim qraflığında, Başmills qəsəbəsindən təqribən 3 km şimalda yerləşən və İrlandiyanın şimal-şərqi sahili boyunca yayılmış olan vulkanik mənşəli bazalt geoloji quruluş. Vulkanik püskürmələr nəticəsində yaranmış olan, bir-birinə bağlı 40.000 bazalt sütununun yan-yana düzüldüyü bir yerdir. Bölgənin ən xarakteristik xüsusuyyəti olan bazalt sütunlar, 50–60 milyon il əvvəlki vulkanik fəaliyyətlərin nəticəsidir. Antrim tavası, təxminən 3800 km²-lik sahəsi ilə Avropanın ən böyük lava tavasıdır. Dənizdən yüksəkliyi orta hesabla 100 metr olan bu qayalıq bölgə, geoloji dönəmdən qalma bir neçə lava hərəkəti səbəbi ilə pilləkənli bir görünüşə sahibdir. Bazalt sütunlardan ən yüksəyi 12 metrdir. Sütunların üst hissəsi pilləkən şəklində olarkən, alt hissəsi isə dənizin altına enməkdədir. Böyük hissəsi altıbucaqlı şəklində olsa da bəzıları yeddi ya da səkkiz bucaqlıdır. Lavalar 28 metr qalınlığa çata bilməkdədir.
Lars-Kristensen sahili
Lars-Kristensen sahili (ing. Lars Christensen Coast) — Şərqi Antarktidanın Mak-Robertson Torpağında yerləşir. Qərbdən Mouson sahili və şərqdən isə Eymer şelf buzlağı ilə əhatələnir. Lars-Kristensen sahili materik buzlağının kənarını təşkil edir. Birlik dənizinin sahil zolağını təşkil edir. Bu bölgə ilk dəfə 1930-1931-ci illərdə Norveç balina ovçusu Lars Kristensen tərəfindən aşkarlanmışdır.

Digər lüğətlərdə