Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səməriyyə
Samariya (ivrit. שומרון Shomron; qədim yunan. Σαμάρεια; ərəb. السامرة as-Samira) Yəhudi dinində deyilir ki, qədim Fələstin ərazisində Samariya adlı bir şəhər olub və iki yüz il paytaxt kimi tanınan bu şəhər Suriya padşahı tərəfindən alınmış və dağıdılmışdır. == Populyar mədəniyyətdə yeri == Əfsanəyə görə Samariya şəhər sakinlərindən biri yolda quldurlar tərəfindən soyulub hər şeyi əlindən alınmış, bir səyyaha kömək etmiş və onun yaralarını sarmışdır. Bu əfsanəyə əsasən, Samariya sakinləri, ümumiyyətlə, xeyirxahlıq və şəfqət simvolu kimi məşhurlaşmışlar, bir sıra Avropa ölkələrində xeyriyyə, şəfqət cəmiyyətlərinə "Samariyalılar" adı verilirdi. (Almaniyada belə cəmiyyət XIX əsrin ikinci yarısında da mövcud idi). Yurdsuzlar evinin və xeyriyyə, şəfqət cəmiyyətlərinin möhürlərində başqasına yardım göstərən samariyalının silueti bir simvol kimi həkk olunurdu və bu bir ənənəyə çevrilmişdi.
Nəzəriyyə
Nəzəriyyə (yun. θεωρία — baxmaq, araşdırmaq və tədqiq etmək). Geniş mənada – müəyyən bir hadisənin şərhinə və izahına yönəldilmiş baxışlar, ideyalar, təsəvvürlər kompleksi. Dar, xüsusi mənada – gerçəkliyin nəzəriyyə obyekti olan sahəsinin qanunauyğunluqları və mühüm əlaqələri haqqında tam təsəvvür yaradan elmi biliyin ən yüksək, inkişaf etmiş təşkil forması. Təcrübəni, ictimai praktikanı ümumiləşdirən, təbiətin və cəmiyyətin obyektiv qanunauyğunluqlarını əks etdirən elmi baxışlar, ideyalar sistemi, təlim. Hər hansı bir elm sahəsinin nəticə və qaydalarının ümumiləşdirilməsi. Hər hansı bir şeyə şəxsi baxış. Nəzəriyyə ideya və prinsiplərin təlimi və təkmil sistemidir. Elmi təşkil edən ümumiləşdirilmiş qaydaların məcmusudur. O sintetik birlikdir, onun içərisində əvvəlki anlayışlar əvvəlki muxtariyyətlərini itirərək vahid pinsipin tərkib hissəsi olurlar..
Səfəviyyə
Səfəvi təriqəti və ya Səfəviyyə — XIV əsrdə Cənubi Azərbaycanın Ərdəbil şəhərində sufi Şeyx Səfi əd-Din tərəfindən əsası qoyulmuş İslami təriqət. Zamanında Cənubi Azərbaycan, Şərqi Anadolu və Cənubi Qafqaz ərazilərində böyük siyasi təsirə malik olmuş Səfəvi təriqətinin müridləri ilk öncә Sünniliyә etiqad etsәlәr dә, daha sonra XVI əsrin əvvəlində Şiə məzhəbini rəsmi din kimi qəbul etmiş Səfəvilər dövlətinin əsasında durmuşdur. Ərdəbildə böyümüş Şeyx Səfi əd-Din İshaq, Şiraz gəzintisindən sonra Gilanda yerləşmiş və burada Şeyx Zahid Gilaninin tələbəsi olmuşdur. Daha sonra Zahidin qızı ilə ailə quran Şeyx Səfi əd-Din Zahidiyyə təriqətinin baş müridi olmuş və 1291-ci ildə Şeyx Zahidin vəfatından sonra təriqətin piri olmuşdur. O zamandan etibarən, təriqət Səfəviyyə adını daşımışdır. == Səfəviyyə şeyxləri == Şeyx Səfi Şeyx Sədrəddin Ərdəbili Şeyx Xacə Əlaəddin Əli Şeyx İbrahim Şeyx Cüneyd Şeyx Heydər Şeyx Sultan Əli Şah İsmayıl Xətai Təsəvvüf – (ərəbcə: تصوف) və ya Sufizm (ərəbcə: صوفية) — İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyan. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi – dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir. Təriqət qurucusu olan başlıca sufilər bunlardır: Əbdülqədir Geylani (Qadiriyyə), Əhməd Yəsəvi (Yəsəvilik), Əhməd Rifai (Rifailik),Nəcməddin Kübra (Kübrəvilik), Şihabəddin Ömər Sührəverdi (Sührəvərdilik), Əbul-Həsən əş-Şazili (Şazilik), Hacı Bəktaş Vəli (Bəktaşilik), Mövlana Cəlaləddin Rumi (Mövləvilik), Bəhaəddin Nəqşibənd (Nəqşibəndilik), Hacı Bayram Vəli (Bayramilik), Nəimi Təbrizi (Hürufilik), Şeyx Səfiəddin Ərdəbili (Səfəvilik), Ömər Xəlvəti (Xəlvətilik).
Sələfiyyə
Sələfiyyə və ya Sələfilik — Lüğətdə- əvvəl gəlmək, keçmək mənasında olan “sələf” (ərəb. سلف‎) sözündən törəyən sələfiyyə, ilk İslam alimləri və keçmiş İslam böyükləri ilə onların yolunu tutanlar mənasına gəlir. Bəzən buna “yaxşı”, ”xeyirli” mənasında “salih” sözünü də əlavə edərək , “sələfi-salihin” ifadəsi ilə İslamın ilk dövrlərindəki İslam alimləri nəzərdə tutulur. Termin olaraq isə sələfiyyə- inanc mövzularına aid məsələlərdə ayə və hədislərdəki zahiri ifadə ilə kifayətlənib, bunları olduğu kimi qəbul edən fərqli izahlardan uzaq qalaraq təşbih və təcsimə düşməyən qruplar deməkdir. İlk İslam böyükləri səhabə və tabiindən çıxmışdır. Bu baxımından sələfiyyə, əshab və tabiinin yolunu tutanlar mənasına gələrək Əhli-sünnənin adı olaraq qarşımıza çıxmışdır. Ancaq sələfiyyə daha sonra “xələfiyyə” kimi bilinən Sünni kəlam məktəblərini əhatə etmədiyi üçün bəzi alimlər tərəfindən “Əhli sünnəyi-xassa” digərləri isə “Əhli sünneyi-ammə” şəklində tanınmışdır. == Sələfiyyənin yaranma tarixi == Hz.Peyğəmbərin vəfatından sonra inanc mövzuları və siyasi sahədəki ixtilaflar ətrafında firqələşmələr ortaya çıxdığı zaman, hər bir firqə özünəməxsus bir ad ilə bilinməyə başlamış, bunların xaricində müsəlmanların əksəriyyəti xüsusi bir ad almadan varlığını davam etdirmişdir. Ancaq h. II/m.VIII əsrlərdən etibarən xüsusuilə inanc mövzularında fikir yürüdən və mütaşabih ayələri təvil edən Mötəzilənin ortaya çıxıb inkişaf etməsi ilə birlikdə müsəlmanların əksriyyətinə bağlı alimlər bunlara etiraz etmiş, doğru yolun səhabənin və tabiinin yolunu izləmək olduğunu bildirmişdir.
Zəkəriyyə
== Zəkəriyya peyğəmbər == Qurani-Kərimin dörd surəsində Zəkəriyyanın (ə) adı zikr olunubdur. Həmin surələr "Ali-İmran", "Ənam", "Məryəm" və "Ənbiya" surələridir. "Ənam" surəsində yalnız o Həzrətin başqa peyğəmbərlərin adları arasında gətirilib. Lakin qalan üç surədə Zəkəriyyanın (ə) bəzi əhvalatı haqqında da ayələr nazil olubdur. "Ali-İmran" surəsində İmranın qızı və İsanın (ə) anası Məryəmi öz öhdəsinə götürməsi, Allahdan övlad istəməsi, Yəhyanın dünyaya gəlməsini mələklər ona müjdə verməsi və buna aid başqa məsələlər belə zikr olubdur: "Zəkəriyya Məryəmin himayədarlığını öz üzərinə götürdü. Zəkəriyya mehraba Məryəmin yanına getdiyi zaman onun yanında naz-nemətli ruzilərin olduğunu görürdü. Ona deyirdi: -"Ey Məryəm, bu ruzi sənin üçün haradandır?" Məryəm deyirdi: -"Allah tərəfindəndir. Allah istədiyi hər kəsə hesabsız ruzi verir." Burada Zəkəriyya Pərvərdigarını çağırıb dedi: -"Pərvərdigara, mənə öz tərəfindən pak bir övlad bağışla. Sən duaları eşidənsən (istəkləri qəbul edənsən)." Allahın mələkləri ona mehrabda namaz qıldığı zaman səslədilər: -"Allah sənə Yəhya adında övlad müjdəsini verir və o, Allah kəlməsini təsdiqləyəndir. Layiqlilərdən olan peyğəmbər, dözümlü və ağadır." Zəkəriyya (təəccüblə) dedi: -"Pərvərdigara!
Səhiyyə
Səhiyyə — dövlət fəaliyyətinin bir istiqaməti. Məqsədi əhaliyə hərtərəfli tibbi xidməti təşkil etməkdir. Siyasət, iqtisadiyyat, sosial, hüquq, elm, tibb, gigiyena, epidemiologiya və mədəni sahədə görülən işlərin cəmi sayəsində mümkün olur. Hər bir insanın fiziki və psixi sağlamlığının qorunmasına və möhkəmlənməsinə, onun uzunömürlülüyünün təmin edilməsinə, sağlamlılığında problem yaranarsa ona təcili tibbi yardım gəstərilməsinə xidmət edir. Bunub üçün xüsusi təyinatlı poliklinika, klinika və digər tibb müəssisələri yaradılır.
Elmi nəzəriyyə
Elmi nəzəriyyə – reallığın birbaşa deyil, idealizə olunmuş inikası; abstrakt anlayış və müddəa-fikirlər sistemi. Elmi mövzu – elmi tədqiqatların aparılmasını tələb edən elmi xarakterli məsələ. Elmi-tədqiqat işinin əsas plan-hesabat göstəricisidir. Elmi qabaqgörənlik – müşahidə edilməyən, yaxud təcrübədə hələlik təsdiq olunmamış təbiət və cəmiyyət hadisələrinin qabaqcadan söylənilməsi. Bu, nəzəri və eksperimental məlumatların ümumiləşdirilməsinə və inkişafın objektiv qanunauyğunluğunun nəzərə alınmasına əsaslanır. Elmi qabaqgörənlik elm qanunlarının dərk edilməsi əsasında həmin qanunlara tabe olan hadisələrin gələcəyi haqqında söylənilən bilikdir. Elmi qabaqgörənlik elmdə məlum olan qanunlar və nəzəriyyələr zəminində həyata keçirilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Geosentrik nəzəriyyə
Dünyanın geosentrik sistemi — dünyanın quruluşu haqqında ilk təlimlərdən biri. Bu təlimə görə Yer dünyanın mərkəzində tərpənməz durur və bütün göy cisimləri onun ətrafında fırlanır. Bu sistemi Ptolomey "Almagest" əsərində müntəzəm şərh etmişdir. Təlim XVI əsrə qədər hökm sürmüşdür. Dinin müqavimətinə baxmayaraq, bu təlimi dünyanın heliosentrik sistemi təlim ilə əvəz olunmuşdur.
Kitabi-Əsgəriyyə
"Kitabi-Əsgəriyyə" — Azərbaycanlı alim və maarifçi Abbasqulu ağa Bakıxanovun 1837-ci ildə yazdığı hekayə. Bu Bakıxanovun Riyazül-Qüdsdən sonra ikinci nəsr əsəridir. Hekayə fanatik cəmiyyətin təqib etdiyi əsgər və kiçik rütbəli ruhani qızın qarşılıqlı məhəbbəti haqda bəhs edir. "Kitabi-Əsgəriyyə" hekayəsində Bakıxanov sevgi azadlığı haqqında yazırdı və xurafata qarşı çıxırdı. Hekayə ilk dəfə Mirzə Əbülhəsən bəy Vəzirovun 1861-ci ildə Peterburqda çap olunan "Qəvaidi-Zöviyyə ("Zövi qaydaları") adlı türk dili dərsliyində ixtisarla və bəzi hissələri sadələşdirilərək verilmişdir. Hekayənin Quba şəhərindəki Ərdəbillilər məscidindən tapılıb. AMEA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Əlyazmalar fondunda saxlanılan nüsxəsinin mükəmməl tənqidi mətni ilk dəfə Həmid Araslının transfonoliterasiyası ilə 1946-cı ildə İnstitutun əsərlərinin birinci cildində nəşr olunmuşdur.
Liberal nəzəriyyə
Liberalizm — azadlıq, idarə edilənin razılığı və qanun qarşısında bərabərlik anlayışlarına əsaslanan siyasi və mənəvi fəlsəfə. Liberallar müxtəlif fikirləri müdafiə edir, ancaq onlar əsasən azad bazar, azad ticarət, məhdud dövlət, fərdi hüquqlar (mülki hüquqlar və insan hüquqları buna daxil olmaqla), kapitalizm, demokratiya, sekulyarizm, gender bərabərliyi, irqi bərabərlik, internasionalizm, söz azadlığı, mətbuat azadlığını və din azadlığını dəstəkləyirlər. Liberalizmə ən çox uyğun gələn siyasi rəng sarıdır. Liberalizm Maarifçilik dövründə ayrı bir siyasi hərəkata çevrilmişdir. Bu, həmin dövrün Qərb filosofları və iqtisadçıları arasında olduqca populyar idi. Liberalizm Zadəganlıq Sosial normalarını, dövlət dinini, mütləq monarxiyanı, kralların ilahi hüququnu və mühafizəkarlığı aradan qaldırmış, əvəzinə isə nümayəndəli demokratiya və hüququn aliliyini təqdim etmişdir. Liberallar həmçinin, merkantilist siyasətə, kral monopoliyalarına və ticarətə qoyulan digər maneələrə son qoymuş, azad bazar və azad ticarəti populyarlaşdırmışdır. Filosof Con Lokk adətən liberalizmin banisi hesab edilir. O, sosial müqavilə anlayışında irəli sürmüşdür ki, hər bir şəxsin həyat, azadlıq və mülk haqqında təbii hüququ var və dövlətlər bu hüquqları tapdalamamalıdır. Böyük Britaniya liberal ənənəsi demokratiyanın genişləndirilməsini vurğulasa da, Fransa liberalizmi avtoritarizmin rəddini vurğulayır və milliyətçilik ilə yaxından əlaqəlidir.
M-nəzəriyyə
Kainatın yaranmasında zamanı müxtəlif qüvvələr böyük rol oynamışdır. Kainatın tamamlanmasını müəyyən etmək üçün nəzəriyyə müvcud olmalıdır. Məhz bu nəzəriyyə M-nəzəriyyədir. Bu nəzəriyyə A.Eynşteynin nəzəriyyəsində sonra əldə edəlmiş ilk böyük nailiyyətdir. Bu nəzəriyyə özündə kvant mexanikasını və nisbilik nəzəriyyəsini birləşdirir. Ona görə də bu yeganə belə nəzəriyyə sayılır. Kainatın yaranmasını M-nəzəriyyə sayəsində ifadə olunan strun nəzəriyyəsi də verir, belə ki, əslində bu iki nəzəriyyə eynidir. Burada "M"-sehrli, ana, matrisa mənalarında işlənilir. Nəzəriyəyə görə kainat subatomlardan təşkil olunub. Ümumi nisbilik nəzəriyyəsinə görə Kainat Qara dəliklərdən, Böyük partlayışdan ibarət olduğu halda, Kvant nəzəriyyəsi bunun tam əksinədir.
Səfəviyyə təriqəti
Səfəvi təriqəti və ya Səfəviyyə — XIV əsrdə Cənubi Azərbaycanın Ərdəbil şəhərində sufi Şeyx Səfi əd-Din tərəfindən əsası qoyulmuş İslami təriqət. Zamanında Cənubi Azərbaycan, Şərqi Anadolu və Cənubi Qafqaz ərazilərində böyük siyasi təsirə malik olmuş Səfəvi təriqətinin müridləri ilk öncә Sünniliyә etiqad etsәlәr dә, daha sonra XVI əsrin əvvəlində Şiə məzhəbini rəsmi din kimi qəbul etmiş Səfəvilər dövlətinin əsasında durmuşdur. Ərdəbildə böyümüş Şeyx Səfi əd-Din İshaq, Şiraz gəzintisindən sonra Gilanda yerləşmiş və burada Şeyx Zahid Gilaninin tələbəsi olmuşdur. Daha sonra Zahidin qızı ilə ailə quran Şeyx Səfi əd-Din Zahidiyyə təriqətinin baş müridi olmuş və 1291-ci ildə Şeyx Zahidin vəfatından sonra təriqətin piri olmuşdur. O zamandan etibarən, təriqət Səfəviyyə adını daşımışdır. == Səfəviyyə şeyxləri == Şeyx Səfi Şeyx Sədrəddin Ərdəbili Şeyx Xacə Əlaəddin Əli Şeyx İbrahim Şeyx Cüneyd Şeyx Heydər Şeyx Sultan Əli Şah İsmayıl Xətai Təsəvvüf – (ərəbcə: تصوف) və ya Sufizm (ərəbcə: صوفية) — İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyan. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi – dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir. Təriqət qurucusu olan başlıca sufilər bunlardır: Əbdülqədir Geylani (Qadiriyyə), Əhməd Yəsəvi (Yəsəvilik), Əhməd Rifai (Rifailik),Nəcməddin Kübra (Kübrəvilik), Şihabəddin Ömər Sührəverdi (Sührəvərdilik), Əbul-Həsən əş-Şazili (Şazilik), Hacı Bəktaş Vəli (Bəktaşilik), Mövlana Cəlaləddin Rumi (Mövləvilik), Bəhaəddin Nəqşibənd (Nəqşibəndilik), Hacı Bayram Vəli (Bayramilik), Nəimi Təbrizi (Hürufilik), Şeyx Səfiəddin Ərdəbili (Səfəvilik), Ömər Xəlvəti (Xəlvətilik).
Teleqoniya (nəzəriyyə)
Teleqoniya (q.yun. τῆλε — "uzaq" və γόνος — "doğuş" sözlərindən, yəni "uzaqda doğulmuş") — XIX əsrdə mövcud olan və hal-hazırda rədd edilmiş köhnə bioloji konsepsiya. Bu nəzəriyyəyə görə, əvvəlki, xüsusilə də ilk seksual partnyorla əlaqə qadının sonrakı seksual partnyorları ilə əlaqəsindən olan övladlarının irsi xüsusiyyətlərinə təsir edir. Müasir elmə görə, bu cür yanaşma — eksperimental tədqiqatlara əsaslanmayan mövhumat və yanılma olmaqla, məlum irsiyyət mexanizmlərinə uyğun deyil. Halbuki, 2013-də Cənubi Uells Universitetindən tədqiqatçı bir qrup milçək növləri üzərində telegenik fenomeni sübut etmişlər. == Tarixi təsəvvürlər == Teleqoniya haqda ilk fikirlər Aristotelin əsərlərində rast gəlinir və ona əsaslanır ki, fərdin xüsusiyyətləri təkcə onun valideynlərindən keçmir, həm də fərdin anasının əvvəllər başqa kişidən uşağının olması da rol oynayır. XIX əsrdə və XX əsrin əvvəllərində teleqoniyaya inam ev heyvanları ilə işləyən seleksiyaçılar arasında yayılmışdı. Geniş populyarlıq qazanan hadisələrdən biri isə lord Mortonun atı ilə baş verən və Çarlz Darvinin cərrah ser Everard Homa istinadən qeydə aldığı aşağıdakı hadisədir: 1815-ci ildə atların dözümlülüyünü artırmaq məqsədilə zavod sahibi lord Morton 7/8 ərəb və 1/8 ingilis qanı olan madyanını kvaqqa (nəsli kəsilmiş zebr növü) ilə cütləşdirir. Amma döl alınmır. 1817, 1818 və 1823-cü illərdə həmin madyan öz cinsindən olan ayğırla cütləşdirilir və nəticədə doğulan dayçalar bəzi xüsusiyyətlərinə görə, sanki 1/16 kvaqqa qanı daşıyırmış kimi görünürdülər.
Təbəriyyə gölü
Təbəriyyə gölü (Qalilə Dənizi, Qalilə Gölü ya da Kinnərat Gölü (İbranicə ים כנרת) — İsraildə olan bir göldür. Livandan gələn Litani çayı tərəfindən bəslənməkdədir. İsrailin su ehtiyacı böyük nisbətdə bu göldən qarşılanmaqdadır. Təxminən 53 km sahilə sahib və qarşılıqlı uzaq nöqtələrindən 21 km / 13 km genişlikdəki İsrailın ən böyük şirin su gölü. Gölün cəmi sahəsi 166 km2-dir və ən dərin yeri təxminən 43 m.dir. Xəritələrdə dəniz səviyyəsindən 209 metr aşağıda göstərilən gölün səthi, Lut gölündən sonra dünyanın ən alçaq 2-ci nöqtəsi və eyni zamanda dünya üzərində ən dərində olan şirin su gölüdür. == Söz mənşəyi == Təbəriyyə adı, orginal olaraq Ərəbcədə (طبريا بحيرة ) olaraq keçir. Mənası, Tibərya gölüdür. Gölün bu adı, dərhal sahilindəki Tiberiya şəhərindən ötrüdür.
Tənqidi nəzəriyyə
Tənqidi nəzəriyyə (ing. critical theory) — sosial və humanitar elmlərin biliklərinə, habelə artan transdissiplinarlığa və refleksiv siyasiləşməyə əsaslanaraq, emansipasiya məqsədləri üçün cəmiyyəti və mədəniyyəti nəzərdən keçirən və tənqid edən yanaşmalar, cərəyanlar və (nəzəri) diskurslar məcmusu. Hərfi mənada "tənqidi nəzəriyyə" termini özündə tənqidə və biliyə və ya hər hansı bir sahədə mövcud vəziyyətə refleksiv münasibətə əsaslanan müxtəlif yanaşma və bilikləri toplayır, həmçinin "öz biliklərinin obyektlərinin meydana gəlməsini izah etməyə" çalışır. == Ədəbiyyat == Фурс В. Н. Социальная философия в непопулярном изложении. — Вильнюс: ЕГУ, 2006. — 184 с. — ISBN 9985-9878-0-2. на других языках Green M. Cultural studies // A Dictionary of Cultural and Critical Theory / Eds. M. Payne, J. R. Barbera. — Oxford, UK; Cambridge, USA: Wiley-Blackwell, 1998.
Zəkəriyyə Balaxlinski
Zəkəriyyə Ramazan oğlu Balaxlinski və ya Zaxar Roman oğlu Balaxinski (7 iyun 1898, Zaqatala – 3 iyul 1938, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi. Azərbaycan SSR xalq yerli sənaye komissarı (1937), ZSFSR xalq fəhlə-kəndli müfəttişliyi komissarının müavini, Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasının sədri kimi vəzifələrdə çalışmış, Zaqatala qəzasının rəhbərlərindən və burada kommunizmin qurucularından olmuşdur. Siyasi repressiyaya uğramışdır. == Həyatı == Zəkəriyyə Ramazan oğlu Balaxlinski 1898-ci ildə Zaqatala mahalının Caro-Muxax nahiyəsinin Tala kəndində, kəndli ailəsində anadan olmuşdur. Zaqatala sənət məktəbini bitirmişdir. 1914-cü ildə Bakıya gəldikdən sonra mexaniki zavodda çilingər işləmiş və inqilabi fəaliyyətə qoşularaq 1917-ci ilin mart ayında bolşeviklər partiyasına daxil olmuşdur. 1918-ci ilin mart qırğınları zamanı müsavatçılara qarşı vuruşmuş, Bakı Kommunası qurulduqdan sonra Fəhlə-Kəndli Qırmızı Ordusunda səfərbərliyə alınmışdır. Kommunanın süqutundan sonra Bakıda qalaraq gizli partiya işi aparmış, Mir Bəşir Qasımov və digər bolşeviklərlə birlikdə baş dəmiryol emalatxanasında kommunist özəyini yaratmışdır. 1919-cu ilin may ayında partiya tərəfindən Nuxa qəzasına göndərilən Zəkəriyyə Balaxlinski burada gənclər arasında təşviqat və təbliğat işləri görmüş, 1919-cu ilin ortalarına yaxın Zaqatala mahalının Qax, Balakən və Əliabad nahiyələrində partiya özəklərinin yaradılmasına rəhbərlik etmişdir. Gizli çağırılan Zaqatala partiya konfransında o, bolşeviklərin mahal komitəsinə sədr seçilmişdir.
Zəkəriyyə Mehman
Məmmədov Zəkəriyyə Məhəmməd oğlu (Zəkəriyyə Mehman) — Azərbaycanın məşhur yaradıcı aşıqı. == Həyatı == Zəkəriyyə Mehman (Zəkəriyyə Məhəmməd oğlu Məmmədov) 1938-ci il 27 martda Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Ustadı Aşıq Göyçə olmuşdur. Aşıq Zəkəriyyə Mehman 1999-cu ildə Aslanbəyli kəndində vəfat edib. Aslanbəyli kəndində dəfn olunmuşdur. == Yaradıcılıq fəaliyyəti == Yaradıcı aşığın mindən artıq qoşma, gəraylı, təcnis, cığalı təcnis, müxəmməs və divaniləri və beş dastanı var.
Zəkəriyyə Məmmədov
Zəkəriyyə Məhərrəm oğlu Məmmədov (29 iyun 1937, Ordubad – 21 iyul 2020) — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru. == Həyatı == Zəkəriyyə Məhərrəm oğlu Məmmədov 1937-ci ildə Ordubad rayonunda anadan olmuşdur. Anası Məmmədova Səkinə Zəkərya qızı evdar qadın olub. Atası Məmmədov Məhərrəm Böyük Vətən müharibəsində həlak olub. 1964-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. 1960-cı ildən AMEA Zoologiya İnstitutunda işləyir. 1965-ci ildə "Entomologiya" ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspirantı olmuş, 1969-cu ildə "Naxçıvan MR şəraitində meyvə bitkiləri zərərvericilərinn parazitləri" mövzusunda namizədlik dissertasiyasını (Bakı), 1994-cü ildə isə "Azərbaycanda meyvə bitkilərinə zərərverən pucuqluqanadlıların parazitləri və onlardan bioloji mübarizədə istifadə olunma yolları" mövzusunda doktorluq dissertasiyasını (Bakı) müdafiə etmişdir. 1968–1971-ci illərdə "Bioloji mübarizə" laboratoriyasında kiçik elmi işçi, 1971–2006-cı illərdə həmin laboratoriyada böyük elmi işçi olmuş, 2006–2007-ci illərdə "Faydalı həşəratların introduksiyası və bioloji mübarizənin nəzəri əsasları" laboratoriyasının müdiri, 2007-ci ilin sentyabr ayından Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib. Hal-hazırda laboratoriyada baş elmi işçi kimi fəaliyyət göstərir. 2020-ci il iyul ayının 21-i dünyasını dəyişmişdir.
Zəkəriyyə Paliaşvili
Zaxari Paliaşvili (gürc. ზაქარია ფალიაშვილი; 16 avqust 1871, Kutaisi – 6 oktyabr 1933[…], Tiflis) — gürcü əsilli bəstəkar. Gürcüstan Filarmoniya Birliyinin qurucusu, Tiflis Dövlət Konservatoriyasının rəhbəri. == Həyatı == Zaxari Paliaşvili 16 avqust 1871-ci ildə Kutaisi şəhərində anadan olmuşdur. Atasının adı Pitr İvanes dze Paliaşvili, anasının adı isə Mariya Pavles asuli Mesarkişilidir. O, on səkkiz uşaqlı ailənin üçüncü uşağı olmuşdur. Tiflisdəki Gürcü Katolik Kilsəsində işləməyə başlaması ilə Covanni Palestrina, Orlanda de Lassus, İohann Sebastyan Bax,Georq Fridrix Hendel, Volfqanq Amadey Motsart kimi sənətkarların fəaliyyəti ilə tanış olmuş və musiqi biliklərini genişləndirmək üçün fürsət qazanmışdır. 1886-cı ildə onun təşəbbüsü və tanınmış ictimai xadim Lado Aqniaşvilinin də dəstəyi ilə Gürcüstan Etnoqrafiya xorunun ilk tamaşası baş tutdu. Zaxari Paliaşvili 1891-ci ildə F.F. Parizekin "valtorn" məktəbinə daxil olmuşdur. Perizekin 1897-ci ildə məktəbdən çıxmasından sonra A.İ. Moskonun rəhbərliyi altında təhsilini davam etdirdi.
Zəkəriyyə Xiromanov
Xiromanov Zəkəriyyə Əbdülhəmid oğlu (22 noyabr 1899, Axtı – bilinmir) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1918-ci ildə Temirxan-Şura realnı məktəbini bitirmişdi. Parlamentin 1919-cu il sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Ştutqart (Almaniya) İnstitutuna göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi haqqında məlumat aşkar olunmamışdır.
Zəkəriyyə Əlizadə
Əlizadə Zəkəriyyə Mabud oğlu — geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru (1972–2014). == Həyatı == Zəkəriyyə Əlizadə 2 fevral 1936-cı ildə Azərbaycan SSR-nin Şəki Nuxa (Şəki) şəhərində anadan olmuşdur. Şəki şəhər 10 saylı orta məktəbində orta təhsil almış, sonra isə Azərbaycan Sənaye İnstitutunda daş mühəndisi-geoloq ixtisasına yiyələnmişdir. Litologiya, geokimya ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 55 elmi əsərin, 3 monoqrafiyanın müəllifidir. Xarici ölkələrdə 10-dan çox elmi əsəri çapdan çıxmışdır. 4 müəlliflik şəhadətnaməsi və patent almışdır. 1972-ci ildən 1995-ci ilədək Azərbaycan EA-nın Fizika institutunun nəzdində yaradılmış Şəki Zona elmi bazasının direktoru, 1995-ci ildə müəssisə Şəki Regional Elmi Mərkəzinə çevrildikdən sonra isə həmin müəssisənin direktoru olmuşdur. Z. Əlizadənin öz xahişi ilə tuduğu vəzifədən azad olunması barədə AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixdə keçirilmiş iclasında qərar qəbul olunmuşdur. == Əsas elmi nailiyyətləri == Qərbi Azərbaycanın ağcaqil çoküntülərində qələvi torpaq elementlərindən Ba və Sr, dəmir qrupu elementlərindən isə Mn, V, Cr, Ni, və Ti-nin ayrı-ayrı litoloji tərkibə malik çöküntülərdə miqdarı spektral analiz üsulu ilə öyrənilməsi, onların yayılma qanunauyğunluqları müəyyənləşdirilməsi, müvafiq geokimyəvi xətlərin tərtib edilməsi.
İqtisadi nəzəriyyə
İqtisadiyyat ("ekonomika") – yunanсa "oykos" (ev, təsərrüfat), "nomos" (təlim-qanun) sözlərindən əmələ gəlmiş, hərfi mənada ev təsərrüfatını idarə etmək deməkdir. Geniş mənada iqtisadiyyat bir-biri ilə bağlı olan üç sahəni əhatə edir: birinсisi, tarixən müəyyən istehsal üsuluna xas olan istehsal münasibətlərinin məсmusu, сəmiyyətin iqtisadi bazisi; ikinсisi isə сəmiyyətin həyatını zəruri maddi nemət və xidmətlərlə təmin edən xalq təsərrüfatı sahələrinin məсmusu, insanların başlıсa fəaliyyət sahəsi; üçünсüsü, iqtisadiyyatın müxtəlif tərəflərini, iqtisadi münasibətləri müxtəlif sahələrdə və istiqamətlərdə öyrənən elmi sistem. Bu sahələrin hər biri ayrı-ayrılıqda iqtisadiyyat kimi başa düşülür. İqtisadiyyat müxtəlif səviyyələrdə öyrənilir: I. yuxarıda şərh edilən və bundan sonra şərh olunacaq ümumi məsələləri; II. "mikroiqtisadiyyat"ı, yəni, bazar və ev təsərrüfatını; III."makroiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülmüş milli iqtisadiyyat və dövlətin bu səviyyədə iştirakı məsələlərini; burada "mezoiqtisadiyyat" deyilən bir səviyyə də var ki, bu ayrı-ayrı kompleksləri, inhisar birliklərini öyrənir; IV. "meqoiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülən dünya iqtisadiyyatını; V. "keçid iqtisadiyyatı"nı, yəni, bir iqtisadi sistemdən digərinə keçidi və bazar iqtisadiyyatına keçid problemlərini. İqtisadiyyata aşağıdakı təriflər vermək olar: İqtisadiyyat — ev təsərrüfatını idarə etmək qabiliyyətidir; İqtisadiyyat — tarixən müəyyən istehsal üsulunda iqtisadi münasibətlərin məсmuudur, сəmiyyətin iqtisadi bazisidir; İqtisadiyyat — ölkə ərazisində iсtimai istehsal, bölgü, mübadilə və istehlakı əhatə edən fəaliyyət sferasıdır. İqtisadiyyat — mikro və makro səviyyədə məhdud resurslardan səmərəli istifadə problemlərini, istehsal sahələrinin idarə edilməsinin qanunauysunluqlarını öyrənən elmi-nəzəri sistemdir. == Nemət: məzmunu və növləri. Təbii və iqtisadi nemətlər == Nemət – insanların müəyyən tələbatlarını ödəyən, mənafe və məqsədlərinə сavab verən təbiət maddəsi və əmək məhsullarıdır. Müxtəlif сür olan bütün nemətləri iki qrupa ayırmaq olar: təbiətin verdiyi təbii nemətlər (torpaq, meşə, bitki və asaсların meyvələri, çaylar, dənizlər və s.). Ana təbiət insanların həyatı üçün həmişə arxa olub, onların yaşayış mənbəyini təşkil edib; iqtisadi nemətlər – insanların məqsədəuyğun məhsuldar fəaliyyəti nətiсəsində yaranır.
Marksist nəzəriyyə
Marksizm — sinif münasibətləri və sosial konflikti anlamaq üçün tarixi inkişafın materialist interpretasiyasını istifadə edən sosioiqtisadi analiz metodudur, həmçinin sosial transformasiyanı təhlil etmək üçün dialektik perspektivdir. 19-cu əsr Alman filosofları Karl Marks və Fridrix Engelsin əsərlərindən başlanğıcını götürür. Marksizm zaman keçdikcə müxtəlif qollara və düşüncə məktəblərinə çevrildiyinə görə hazırda qəti bir marksist nəzəriyyə yoxdur. Bəzi marksist düşüncə məktəbləri klassik marksizmin digər aspektlərini rədd edərkən və ya dəyişdirərkən müəyyən cəhətlərinə daha çox diqqət yetirir. Bəzi məktəblər ziddiyyətli nəticələrə gətirib çıxardan marksist anlayışları və qeyri-marksist anlayışları birləşdirməyə çalışdılar. Tarixi və dialektik materializmin bütün marksist düşüncə məktəblərinin təməl konsepsiyaları kimi tanınmasına doğru bir hərəkətin olduğu iddia edilmişdir. Bu fikir tarixin yalnız istehsal üsulu ilə deyil, həm də şüur və iradə ilə müəyyənləşdiyini iddia edən Ernesto Laklau və Şantal Muf kimi bəzi postmarksistlər tərəfindən rədd edilir. Marksizm antropologiya, arxeologiya, sənət nəzəriyyəsi, kriminologiya, mədəniyyətşünaslıq, iqtisadiyyat, təhsil, etika, kino nəzəriyyəsi, coğrafiya, tarixşünaslıq, ədəbiyyatşünaslıq, media tədqiqatları, fəlsəfə, siyasi elm, elm, psixologiya, elm araşdırmaları, sosiologiya, şəhərsalma və teatr da daxil olmaqla bir çox sahəyə nüfuz edərək qlobal akademiyalara böyük təsir göstərmişdir. == İcmal == Marksizm insanın maddi ehtiyaclarını ödəmək üçün tələb olunan maddi şərtləri və iqtisadi fəaliyyətləri təhlil edərək hər hansı bir cəmiyyət daxilindəki sosial fenomeni izah etməyə çalışır. Marksizm görə, iqtisadi təşkilat forması və ya istehsal üsulunu daha geniş ictimai münasibətlər, siyasi qurumlar, hüquq sistemləri, mədəni sistemlər, estetik və ideologiyalar daxil olmaqla bütün digər sosial fenomonlərə təsir göstərir.
Aqulisli Zəkəriyyə
Aqulisli Zəkəriyyə (1630 – 1691) — erməni tacir. O, müxtəlif ölkələrə səyahətləri haqqında geniş yazıları ilə tanınır. Zəkəriyyə ziyarət etdiyi yerlərin mədəni, sosial və iqtisadi aspektlərini diqqətlə sənədləşdirmişdir. Onun yazıları alimlər və tarixçilər üçün dəyərli mənbə olaraq qalır. == Həyatı == Aqulisli Zəkəriyyə 1630-cu ildə indiki Naxçıvanda yerləşən Aqulisdə anadan olmuşdur. Zəkəriyyə daha çox müxtəlif ölkələrə, o cümlədən İran, Hindistan, Rusiya və Türkiyəyə səyahətləri zamanı diqqətlə yazdığı səyahət jurnalları ilə tanınır. Onun yazılarında səfər etdiyi bölgələrin mədəni, sosial və iqtisadi şəraiti, habelə yerli adət-ənənələr, adət-ənənələr və inanclar haqqında müşahidələri haqqında nadir məlumatlar verilir. Zəkəriyyənin jurnalları təkcə onun şəxsi təcrübələrinin qeydi deyildi, həm də digər tacirlər və tacirlər üçün dəyərli məlumat rolunu oynayırdı. O, ticarət yolları, məhsullar və qiymətlər haqqında ətraflı məlumat paylaşmışdır. Bu, öz tacir yoldaşlarına əsaslandırılmış biznes qərarları qəbul etməyə kömək etmişdir.
Zəhiriyyə Kitabxanası
Zəhiriyyə Kitabxanası (ərəb. مكتبة الظاهرية‎), həmçinin Mədrəsə əz-Zahiriyyə (ərəb. مَدْرَسَة الظَّاهِرِيَّة‎) kimi də tanınır. İslam kitabxanası, mədrəsə və Suriyanın Dəməşq şəhərindəki məqbərədir. 1277-ci ildə, adını bu yerdə dəfn edilən Məmlük sultanı Baybars əz-Zahirdən (h.  1260-1277) götürərək yaradılmışdır. == Əl-Zahir Baybarsın cənazə kompleksi == === Baybarsın məqbərəsinin otağı === Sultan Əl-Zahir Baybars, eyni zamanda Rukn Uddin Baybrus (tam adı: əl-Malik al-Zahir Rukn al-Din Baibars al-Bunduqdari) kimi tanınan böyük tarixi əhəmiyyətə malik siyasi və hərbi lider idi. O, Qahirədə Məmlük Sultanlığı (1250-1517) kimi tanınan uzun müddət Misir və Suriyanı idarə edəcək yeni məmlük əsaslı rejimin qurulmasında mühüm rol oynamışdır.1260-cı ildə Ayn Cəlut döyüşündə monqolların irəliləyişinin dəf edilməsində mərkəzi rol oynadıqdan sonra (çox vaxt tarixdə dönüş nöqtəsi kimi qeyd olunur) sultan vəzifəsinə yüksəldi.) Hökmdarlığı dövründə o, Levantda qalan səlibçi dövlətlərinə qarşı bir sıra təsirli kampaniyalar apararaq, Antakya və məşhur Krak des Chevaliers kimi bir sıra mühüm şəhərləri və qalaları fəth etdi və bu, Xaçlının sonrakı son məhvinə yol açdı. Baybars 1277-ci ilin iyulunda Dəməşqdəki sarayında (əl-Qəsr əl-Ablaq adlanır) başqası üçün nəzərdə tutulmuş zəhərli stəkanı içdikdən sonra gözlənilmədən öldü. Onun ölümü sirr olaraq saxlanıldı və o, müvəqqəti olaraq Dəməşq qalasında dəfn edildi, bu zaman onun daimi dəfni və hakimiyyətin 18 yaşlı oğlu əl-Səid Bərəkəyə keçməsi üçün tədbirlər görülə bilərdi.Xəbər verildiyi kimi, Baybarsın Dərəyya şəhəri yaxınlığında dəfn olunmaq istəyini ifadə etmişdi, lakin oğlu onun böyük məscidin yaxınlığında və məşhur Əyyubi sultanlarının məqbərələrinin yanında, o cümlədən Salah əd-Din məqbərəsinin yanında daha prestijli bir yerdə dəfn edilməsinə qərar verib.Səidin göstərişi ilə Dəməşq valisi əmir Aydəmur Böyük Əməvi məscidi yaxınlığındakı əl-Əmara məhəlləsində Adiliyyə mədrəsəsi ilə üzbəüz bir ev aldı.Dar əl-Əqiqi adlanan ev əvvəlcə Salahəddin (Səlahəddin) atasına məxsus idi və Salahəddin özü uşaqlığının bir hissəsini orada keçirmişdi.Mədrəsə və dəfn kompleksinə çevrildi.