Xiromanov Zəkəriyyə Əbdülhəmid oğlu (22 noyabr 1899, Axtı – bilinmir) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Zəkəriyyə Xiromanov | |
---|---|
Zəkəriyyə Əbdülhəmid oğlu Xiromanov | |
Doğum tarixi | |
Doğum yeri | Axtı, Dağıstan, Rusiya imperiyası |
Vəfat tarixi | ? |
1918-ci ildə Temirxan-Şura realnı məktəbini bitirmişdi.
Parlamentin 1919-cu il sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Ştutqart[1] (Almaniya) İnstitutuna göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi haqqında məlumat aşkar olunmamışdır.[2]