Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sənsiz
Sənsiz (romans)
Sənsiz (1968)
== Məzmun == Film görkəmli dövlət xadimi, istedadlı yazıçı-dramaturq, alim Şıxəli Qurbanova ithaf olunmuşdur. Qısa, lakin mənalı həyat yolu keçmiş unudulmaz Şıxəli Qurbanov haqqında kino materialları nisbətən azdır. Buna baxmayaraq tamaşaçılar kino vasitəsilə onun yazdığı kitablarla tanış olur, müxtəlif ictimai tədbirlərdə etdiyi çıxışları eşidir, ünsiyyət bağladığı bəzi adamları görürlər. Filmdə Ş. Qurbanovun "Sənsiz" və "Milyonçunun dilənçi oğlu" əsərlərindən parçalar da verilmişdir.
Sənsiz (1991)
== Məzmun == Film dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ömrünün son günlərini və dəfn mərasimini ekranda canlandırır. == Film haqqında == Film Üzeyir Hacıbəyovun Ev Muzeyinin sifarişi ilə çəkilmişdir.
Sənsiz (albom)
== Albom haqqında == "Sənsiz" albomu – Zülfiyyə Xanbabayevanın dördüncü solo albomudur. İctimaiyyətə 2004-cü ilin dekabrında təqdim olunan albom satışa 2005-ci il yanvarın 2-si CD olaraq, yanvarın 5-i audiokaset olaraq çıxdı. Bu albomun, demək olar ki, bütün mahnıları məşhur oldu, çox dinlənildi. Albomla eyni adı daşıyan Sənsiz mahnısı radiolarda hələ 2003-cü ilin oktyabrından səslənməyə başladı. ATV telekanalında yayımlanan 10lar verilişi 2004-cü ilin sonu Sənsizi ilin mahnısı seçdi, belə ki, 2004-cü ildə 52 həftə efirə çıxan verilişin onluğunda 45 həftə məhz Sənsiz mahnısının videosu birinci oldu. Mahnı 2005-ci ildə də bir çox hitparadlarda zirvədə yer aldı. Bu mahnı nəinki, ATV, ümumiyyətlə, bütün telekanalların, radioların hitparadlarında 2003-2004-cü illər boyu ilk yerlərdə oldu. 2004-cü ildə Zülfiyyə Xanbabayeva Tarkanla birgə Tofiq Bayramov adına Respublika stadionunda konsert verdi. Albomun başqa bir hit parçası Azərbaycan mahnısı ilk dəfə bu konsertdə səsləndi. Konsert 28 May Respublika Gününə həsr olunmuşdu.
Sənsiz (romans)
Sənsiz — 1941-ci ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin Sənsiz qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans. == Yazılma tarixi == Bəstəkar bu əsəri yazmağı II Dünya Müharibəsindən əvvəl düşünmüşdü. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı, lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Sənsiz romansını öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər. == Sözləri == Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz, Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz! Sənin ol cəlb eləyən vəslinə and içdim, inan, Hicrinə yandı canım, yox daha taqət sənsiz! Başqa bir yarı necə axtarım, ey nazlı mələk, Bilirəm, sən də dedin: "Yox yarə hacət sənsiz!" Sən mənim qəlbimə hakim, sənə qul oldu könül, Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz! Nə gözüm var – arayım mən səni, bəxtim də ki yox, Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!
Səssiz Film
Səssiz film — sinxron səs yazılışı olmayan, sadəcə dialoqlardan ibarət olan film. == Tarixi == Belə filmlərin texnologiyası 1860-cı illərdə ixtira olunmuşdur. İlk səssiz film 1888-ci ildə çəkilmişdir. Amerikalı məşhur kinorejissor və prodüsser Qriffis kinonu əyləncə səviyyəsindən yüksəldərək insanlarla başlıca ünsiyyət yaratma, ifadə etmə vasitəsinə çevirdi. Sözlər və yazılardan istifadə etmədən yalnız kinonun izahverici imkanları ilə tamaşaçını təsirləndirən, hiss və düşüncələri ən çarpıcı formada ekranda əks etdirən Qriffis indiki dövrdə artıq klassikləşmiş olan kino texnikalarını tətbiq etdiyi kimi, film çəkmə müddətinin də təməl mərhələlərini inkişaf etdirdi və bütün bu mərhələləri uyğun formada davam etdirən rejissorun nə qədər vacib biri olduğunu göstərdi. Birinci dünya müharibəsi sonrası yorğun və dağınıq Avropada kino sahəsindəki ən önəmli inkişaflardan biri savaşdan məğlub ayrılmış Almaniyada oldu. Müharibədən sonra xüsusi nəzarət altına alınmış "UFA" adlı şirkət alman kinosunu Veymar Cumhuriyyəti dövründə (1919-1933) ən üst səviyyəyə çatdırdı. UFA-nın ilk çəkdiyi "Ernst Lubitsch’in Madame Du Barry" (1919) və "Anna Boleyn" (1920) kimi baxımlı, xüsusi kostyumlardan istifadə edilmiş tarixi filmlər idi. Amma Almaniya kino sənətinə ən böyük xidmət Robert Vienenin "Doktor Kaliqarinin müayinəxanası" (Das Kabinen des Dr.Caligari) (1919) filmi oldu. Bu filmdə səhnələr qəhrəmanların iç dünyalarını əks etdirə biləcək şəkildə uyğunlaşdırılmış, dekor, işıq və başqa elementlər filmin mövzusunu və duyğu tonlarını göstərəcək formada, sanki plastik bir ləvazimat kimi yoğrulmuşdu.
Səssiz ev
Səssiz ev — Orxan Pamukun Cövdət bəy və oğullarından sonra yayımlandığı ikinci romanı(1983).Roman 3 nəfərin nənələrini ziyarət etmək üçün İstanbul yaxınlığındakı Cənnəthisar qəsəbəsində keçirdikləri həftəni anlatır. == Ümumi == Səssiz ev romanı 32 fəsildən ibarətdir. Hər bir fəsil bir obrazın dilindən izah edilir. Roman qurğusunda göründükləri sıra ilə beş anlatıcının adları belədir: Rəcəb, Böyükxanım, Həsən, Fərrux, Metin. İlk fəslin anlatıcısı Rəcəb, son fəslin anlatıcısı isə Böyükxanımdır. Anlatıcıların hər birinı düşən fəlis sayı, çoxdan aza doğru belədir: Həsən (8bölüm), Böyükxanım (7bölüm), Rəcəb (6bölüm) , Fərrux (6bölüm), Metin (5bölüm). İzah etdikləri fəsillər əsasında obrazlar: == Yer və zaman == Yer: Cənnəthisar Zaman: İyul 1980. Hadisələr 12 sentyabr 1980 hərbi çevrilişindən təxmini bir ay əvvəl baş verir. Ona görə də roman böyük bir siyasi gərginliyin izlərini daşıyır. == Süjet == Behcet Necatigil "Ədəbiyyatımızda əsərlər sözlüyü" kitabında səssiz evin süjetini belə ümumiləşdirir: •Roman Gebzeyə bağlı Cənnəthisarda köhnə, böyük, səssiz bir evdə başlayır.
Səssiz zona
Səssiz zona (isp. La Zona del Silencio) – Meksikanın Duranqo ştatının Mapimi bölgəsində yerləşən səhra ərazisi. Mapimi biosfer qoruğunun ərazisindədir. Ərazi radio siqnallarının qəbul edilə bilməməsi və istənilən rabitə vasitəsinin işləməməsi ilə bağlı olan şəhər əfsanələri ilə məşhurdur. Bermud üçbucağı ilə müqayisə olunur. == Tarix və əfsanələr == Ərazi qədim dövrdə Tetis okeanının dibini təşkil edirdi. Ona görə də ərazidə bir çox qədim dəniz canlısının qalıqları və duz ehtiyatları var. Bu duz ehtiyatları müasir dövrdə də istifadə olunur.1970-ci ilin iyulunda ABŞ-nin Yuta ştatındakı Qrin-River kompleksindən Nyu-Meksiko ştatına göndərilmiş Athena RTV sınaq raketi idarəetməni itirmiş və bu əraziyə düşmüşdür. Raketin içində radiokativ element kobalt-57-nin olduğu iki kiçik konteyner var idi. NASA raket mühəndisi Vernher fon Braun hadisəni öyrənmək üçün əraziyə göndərilmişdi.
Rəhmsiz (film, 1952)
Rəhmsiz — 1952-ci ildə məhəbbət janrında çəkilmiş hind filmidir. Film Şarlotta Brontenin yazdığı "Ceyn Eyr" əsərinin əsasında çəkilmişdir. == Rollarda == == Xarici keçidlər == Rəhmsiz — Internet Movie Database saytında.
Həkim səhvi
Həkim səhvi — həkimin və ya hər hansı digər tibb işçisinin peşə fəaliyyəti zamanı bilmədən səhv etməsi. Səhlənkarlıq buna aid deyil. == Hüquqi tərəfi == Qanunda "Həkim səhvi" termini yoxdur, buna görə də vəkillər, ümumiyyətlə, bundan istifadə etmirlər. Əsasən, tibbi ədəbiyyatda yayılmışdır, lakin hətta burada bu terminin ümumi qəbul edilmiş konsepsiyası yoxdur. == Təsir == Qlobal olaraq, 2013-cü ildə tibbi müalicənin mənfi təsirlərindən 142.000 insanın öldüyü təxmin edilir, 1990-cı ildə bu rəqəm 94.000 idi. 2000 Tibb İnstitutunun hesabatında tibbi səhvlər nəticəsində 44.000 ilə 98.000 arasında ölüm və ABŞ xəstəxanalarında hər il 1.000.000-dan artıq yaralanma təxmin edildi. İngiltərədə 2000-ci ildə edilən bir araşdırma hər il təxminən 2 milyard funt sterlinqə başa gələn 850.000 tibbi səhvin meydana gəldiyini aşkar etdi. 2002-ci il Səhiyyə Tədqiqatları və Keyfiyyət Agentliyi hesabatına görə, dərman səhvlərindən hər il təxminən 7000 insanın öldüyü təxmin edilmişdi. Tibbi səhvlər dünyada 10 xəstədən birinə təsir göstərir. Digər hesablamada isə hər il 180.000 insanın yatrogen zədə nəticəsində öldüyü bildirilir.
Gecələr sənsiz (mahnı)
Gecələr sənsiz — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri müğənni Elnarə Xəlilovaya, musiqisi isə İsa Məlikova aiddir. Mahnı R&B janrındadır. Azərbaycan musiqisində R&B janrında ifa olunan ilk mahnılardan biridir. Mahnı təqdim olunduğu zaman dinləyicilərin diqqətini çox da cəlb etməmişdir. Bunu nəzərə alan Aygün Kazımova mahnını Pop janrında 2007-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda verdiyi "Öpsən" adlı konsertində ifa etmişdir.
Sənsiz (film, 1968)
== Məzmun == Film görkəmli dövlət xadimi, istedadlı yazıçı-dramaturq, alim Şıxəli Qurbanova ithaf olunmuşdur. Qısa, lakin mənalı həyat yolu keçmiş unudulmaz Şıxəli Qurbanov haqqında kino materialları nisbətən azdır. Buna baxmayaraq tamaşaçılar kino vasitəsilə onun yazdığı kitablarla tanış olur, müxtəlif ictimai tədbirlərdə etdiyi çıxışları eşidir, ünsiyyət bağladığı bəzi adamları görürlər. Filmdə Ş. Qurbanovun "Sənsiz" və "Milyonçunun dilənçi oğlu" əsərlərindən parçalar da verilmişdir.
Sənsiz (film, 1991)
== Məzmun == Film dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ömrünün son günlərini və dəfn mərasimini ekranda canlandırır. == Film haqqında == Film Üzeyir Hacıbəyovun Ev Muzeyinin sifarişi ilə çəkilmişdir.
Səssiz pasiyent (roman)
Səssiz pasiyent və ya The silent palient — 2019-cu ildə ingilis-kipr yazıçısı Aleks Michaelides tərəfindən yazılmış psixoloji triller romanıdır. Debüt romanı Macmillan Publishers-in bölməsi olan Celadon Books tərəfindən 5 fevral 2019-cu. == Haqqında == Məşhur rəssam Alisiya Berenson əri, fotoqraf Qabriel Berenson un qətlində təqsirli bilinir. Məsuliyyətin azaldılması iddiası ilə o, Grove adlı təhlükəsiz məhkəmə-tibb bölməsinə qəbul edilir. Berenson işinə böyük maraq göstərən məhkəmə psixoterapevti Teo Faber, Grove-da bir vəzifə üçün uğurla müraciət edir. Onun xahişi ilə o, qətl günündən bəri danışmayan Alisiyaya rəhbərlik edir. Terapiya seansları zamanı lal qalmasına baxmayaraq, Alicia Teoya gündəliyini verir. O, qətldən bir neçə həftə əvvəl evində maskalı bir adam tərəfindən izlənildiyini təsvir edir. Bu arada Teo arvadı Ketinin naməlum bir şəxslə nikahdan kənar münasibətdə olduğunu öyrənir. Alicia haqqında daha çox öyrənmək üçün Teo onun əmisi oğlu ilə əlaqə saxlayır.
Səssiz sinema (mahnı)
Səssiz sinema — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri şairə Leyli İsrafilovaya, musiqisi türkiyəli bəstəkar Hakan Erola aiddir. Mahnıya klipi türk rejissor Murat Küçük çəkmişdir. Klipi Türkiyədən 22 nəfərlik peşəkar heyət 2011-ci ildə lentə alınmışdır. Çəkilişlər beş müxtəlif kamera ilə Bakıdakı Kukla Teatrı və onun yaxınlığındakı keçiddə gerçəkləşmişdir.
Səssiz şahid (roman)
Səssiz şahid — britaniyalı yazıçı Aqata Kristi tərəfindən ilk dəfə 5 iyul 1937-ci ildə Böyük Britaniyada Collins Crime Club və ABŞ-da Dodd, Mead və Company tərəfindən daha sonra Puaro adı ilə nəşr edilmiş detektiv fantastika romanıdır. == Haqqında == Emili Arundell adlı varlı, Berkşirdəki evində yıxıldıqdan sonra qətlə cəhdin qurbanı olduğu inancı ilə Herkul Puaroya məktub yazır . Bununla belə, ailəsi və ailəsi onun tülkü teriyeri Bob tərəfindən qoyub getdiyi topu aşdıqdan sonra təsadüfən yıxıldığını düşünür. Puaro məktubu alanda onun artıq öldüyünü öyrənir; onun həkimi Dr. Grainger onun ölümünün xroniki qaraciyərdən olduğunu bildirir problemlər. Əvvəlki payızdan sağalarkən, etdiyi yeni vəsiyyət onun böyük sərvətini və evini yoldaşı Miss Minnie Lawsona vəsiyyət edir. Emilinin kiminsə onu öldürmək istədiyinə dair inancını araşdırmaq istəyən Puaro, dostu Artur Hastinqsin müşayiəti ilə qeyd edir ki, onun əvvəlki vəsiyyətinə əsasən, qardaşı oğlu Çarlz Arundell, qardaşı qızları Tereza Arundell və Bella Taniosla birlikdə miras alacaqdı. Hər üçü iradəyə qarşı çıxmaq istəyir, lakin bu hərəkəti davam etdirmir. Evi almaq bəhanəsi ilə ziyarət edən Puaro, pilləkənlərin yuxarı hissəsində lak ilə örtülmüş bir mismar tapır və ona ipin bağlandığını düşünür. Emilinin son sözləri ilə o, Bobun bütün gecəni çöldə keçirdiyini və buna görə də onun tıxac nəticəsində pilləkənlərdən yıxıldığını və Emily-nin həqiqətən də öldürülmə ehtimalının olduğunu başa düşür.
Səssiz Gecələr Festivalı
Səssiz gecələr (ukr. Німі ночі) və ya Səssiz Film və Müasir Musiqi Festivalı – hər il iyun ayının üçüncü həftəsonunda Ukraynanın Odessa şəhərində keçirilən film festivalı. İvan və Yuri Lipa Xeyriyyə Fondu və Ukrayna Dövlət Film Agentliyi tərəfindən təşkil olunur. İlk festival 18 iyun 2010-cu ildə Korobçinski adına İncəsənət Mərkəzində baş tutmuşdur. == Məqsəd == Festival avropalı sənətçilər və ukraynalı musiqiçilər tərəfindən ifa olunan müasir musiqi parçaları vasitəsilə beynəlxalq səssiz kino klassiklərini populyarlaşdırmaq və Aleksandr Dovjenko, Dziqa Vertov, İvan Kavaleridze, Heorhiy Stabovyi və s. kimi ukraynalı şəxslərin avanqard filmlərinin müasir incəsənət kontekstini bərpa etmək məqsədilə keçirilir. == Festival == Festival açıq hava altında keçirilir və iki gün boyunca Odessa yaxta-klubunun limanında keçirilir. Festivalın məkanı kimi Odessa şəhərinin seçilmə səbəbi ilk Ukrayna filmlərinin bu şəhərdə çəkilməsidir.
Mənim səhvim (film)
Mənim səhvim (isp. Culpa mía) – 2023-cü ildə çəkilmiş ispan romantik dram filmi. Dominqo Qonzalesin rejissor kimi ilk işidir və baş rollarda Nikol Volles və Qabriel Qevaradır. Film Mersedes Ronun eyniadlı Wattpad hekayəsinə əsaslanır. == Məzmun == Noy anasının yeni ərinin malikanəsinə köçmək üçün şəhərini, sevgilisini və dostlarını tərk etməlidir. Orada o, yeni ögey qardaşı Nik ilə tanış olur və onların şəxsiyyətləri əvvəldən toqquşur. Lakin aralarında istəmədikləri şəkildə məhəbbət münasibətləri başlayır. == Rollar == Nikol Volles Noy rolunda. Qabriel Gevara Nik rolunda. Marta Azas Rafaella rolunda.
Sənsiz (Zülfiyyə Xanbabayeva albomu)
== Albom haqqında == "Sənsiz" albomu – Zülfiyyə Xanbabayevanın dördüncü solo albomudur. İctimaiyyətə 2004-cü ilin dekabrında təqdim olunan albom satışa 2005-ci il yanvarın 2-si CD olaraq, yanvarın 5-i audiokaset olaraq çıxdı. Bu albomun, demək olar ki, bütün mahnıları məşhur oldu, çox dinlənildi. Albomla eyni adı daşıyan Sənsiz mahnısı radiolarda hələ 2003-cü ilin oktyabrından səslənməyə başladı. ATV telekanalında yayımlanan 10lar verilişi 2004-cü ilin sonu Sənsizi ilin mahnısı seçdi, belə ki, 2004-cü ildə 52 həftə efirə çıxan verilişin onluğunda 45 həftə məhz Sənsiz mahnısının videosu birinci oldu. Mahnı 2005-ci ildə də bir çox hitparadlarda zirvədə yer aldı. Bu mahnı nəinki, ATV, ümumiyyətlə, bütün telekanalların, radioların hitparadlarında 2003-2004-cü illər boyu ilk yerlərdə oldu. 2004-cü ildə Zülfiyyə Xanbabayeva Tarkanla birgə Tofiq Bayramov adına Respublika stadionunda konsert verdi. Albomun başqa bir hit parçası Azərbaycan mahnısı ilk dəfə bu konsertdə səsləndi. Konsert 28 May Respublika Gününə həsr olunmuşdu.
Şəhriz
Şəhriz — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Sevan rayonunda, indiki Ermənistan Respublikası Geğarkunik mərzində kənd == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə, Göyçə gölünün yaxınlığında, İrəvan - Sevan yolunun üstündə, Zəngi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, XIX əsr rus mənbələrində qeyd edilmişdir. Kəndin digər adı «Kərimkənd» olmuşdur. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 26. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Geğamavan qoyulmuşdur. == Əhalisi == Ermənilər buraya 1828-1829 - cu illərdə Türkiyənin Alaşkert vilayətindən köçürülmüşdür.
Evsiz futbolçuların dünya çempionatı
Evsiz futbolçular arasında dünya çempionatı 2009-cu ildə 7-ci dəfə keçirilib. İtaliyanın Milan şəhərində başa çatan turnirdə Ukrayna yığması finalda Portuqaliya üzərində çətin qələbə qazanıb – 5:4. Dünya kubokunun yeni sahibi bununla da rəqibindən əvəz çıxıb. Məsələ ondadır ki, Ukrayna turnirdə yeganə məğlubiyyəti ikinci qrup mərhələsində məhz Portuqaliyada alıb (5:8). Milana beş qitədən 48 komanda gəlib. Növbəti belə dünya çempionatı 2010-cu ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək.