Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kərpicli
Kərpicli və ya Geğadir — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə, İrəvan şəhərindən 11 km şərqdə yerləşir. Toponim kərpicli tayfasının adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Geğadir qoyulmuşdur. == Əhalisi == Kənddə 1873 -cü ildə 141 nəfər, 1886-cı ildə 172 nəfər, 1897-ci ildə 250 nəfər, 1904 - cü ildə 188 nəfər, 1914 - cü ildə 316 nəfər, 1916-cı ildə 307 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş, Türkiyənin Van, Rştu, Xizan, Abağa, Mokus vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Sərnic
Sərnic – qədim mis qаb оlub, hər iki tərəfdən qulpu оlаrdı. Sərnicdən dаhа çох mаldаn südü sаğmаq üçün bir qаb kimi istifаdə оlunurdu. Sərnic tаm mənаsı ilə sənətkаrlıq nümunəsi оlub, özünün zərif nахışlаrı və üstündəki yаzılаrı ilə şöhrət qаzаnmışdı. Sərnic misgərlik məhsulu idi və vеdrə mеydаnа çıхdıqdаn sоnrа məişətdəki rоlunu itirmişdir.
Şərili
Şərili — aşıq havası. == Haqqında == Naxçıvan Muxtar Respublikası Şərur rayonun adı (Şərur,-Şərir,Şəril) ilə bağlıdır. "Ağır şərili", "Ora şərili","Yüngül şərili", "Qarabağ şərili" adlı havalar mövcuddur. Şərili havalarının məqam əsası segah, musiqi ölçüsü 6/8-dir. Sazda "Şah pərdə" kökündə çalınır. İnstrumenatal variantları da var.
Ksaveri Çerniçki
Ksaveri Çerniçki (16 oktyabr 1882 – 1940, Katın[d], Smolensk vilayəti) — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı. == Həyatı == 1905-ci ildə rus donanmasında miçman rütbəsində qulluq etməyə başladı. Birinci dünya müharibəsinin sonuna qədər gəmi kapitanı rütbəsinə qədər yüksəlir. 1917-ci ildə rus ordusundakı vəzifəsindən istehfa etdi. 1919-cu ildə könüllü olaraq Polşa donanmasında xidmət etməyə başladı. Polşa donanmasının Baltik dənizinin sahillərini yenidən əldə etməsində xüsusi xidmətlər sərgilədi. Sovet-Polşa müharibəsində Modlin dəniz istehkamının komandanı olaraq iştirak etdi. 1938-ci ilə qədər donanma admiralı rütbəsinə qədər yüksəlməyi bacardı. 1939-cu ildə Polşanın işğalından sonra NKVD tərəfindən əsir götürüldü. 1940-cı ilin aprel ayında 14 yüksək rütbətli polyak zabiti ilə birlikdə Katın qırğınının qurbanı oldu.
Məmmədəli Şərifli
Məmmədəli Xəlil oğlu Şərifli (20 mart 1909-5 oktyabr 1969) – Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, 1950-1951-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitu­tu­nun direktoru, 1952-1969-cu illərdə Tarix İnstitutu­nun “Orta əsrlər tarixi” şöbəsinin müdiri. == Həyatı və elmi fəaliyyəti == Məmmədəli Xəlil oğlu Şərifli 1909-cu il mart ayının 20-də Göyçayda anadan olmuşdur. Orta məktəbdə təhsilini başa vurduqdan sonra, 1924-cü ildən 1935-ci ilədək uzun müddət ərzində maarif sahəsində işləmiş, Azərbaycanın bir çox rayonlarında (Göyçay, Qonaqkənd, Şuşa) müəllimlik etmişdir. 1931-ci ildə Ali Pedoqoji İnstitutun tarix fakültəsinə daxil olmuş, 1935-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində fars, ərəb, türk dillərini öyrənmiş M.X.Şərifli elmə böyük maraq göstərmiş, Azərbaycanın orta əsrlər tarixi ilə daha çox maraqlanmışdır. Elmi-tədqiqat fəaliyyətinə həvəsi, tarixə ciddi marağı sonralar onun bütün həyatının əsas işinə çevrilmişdir. 1938-ci ildə o, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix İnstitutunda aspiranturaya daxil olmuş, Azərbaycan tarixi üzrə ixtisaslaşmışdır. Aspiranturanı 1941-ci ildə Leninqradda bitirmiş, elə həmin ilin mayında Tarix İnstitutunun elmi əməkdaşı olmuş və burada ömrünün axırınadək fasiləsiz işləmişdir. 1944-cü ildə M.X.Şərifli “Azərbaycan Qazan xanın hakimiyyəti dövründə” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almış, Ali Attestasiya Komissiyasının (Moskva şəhəri) qərarı ilə “Azərbaycan tarixi” kafedrasının dosenti vəzifəsinə təsdiq edilmişdir. Professor M.X.Şərifli təkcə tarix sahəsində deyil, həm də ədəbiyyat, dilçilik, poeziya, astronomiya sahəsində geniş bilikləri olan alim idi.
Şərifli (Məlikan)
Şərifli (fars. شريفلو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 963 nəfər yaşayır (234 ailə).
Şərifli nəsli
Şərifli soyu — Azərbaycan xalqının tanınmış soylarından biri. == Tarixi == Şərifli soyu Seyidli oymağının sayılıb-seçilən bəy nəslidir. Şərifli soyu kök etibarilə Seyidli oymağına mənsubdur. Bu soya Hüseyn bəyin övladları da deyilir. Soyun bəzi övladları Şərifli soyunun nümayəndələri kimi tanınır. Hüseyn bəy XVIII əsrdə yaşamış, Seyidli oymağının adlı-sanlı bəyi olmuşdur. Seyidli oymağında anadan olmuş Hüseyn bəy, XVIII əsrin sonlarında vəfat etmişdir. Hüseyn bəyin Şirin bəy, Şərif bəy adlı oğlanları var imiş.Hüseyn bəyin böyük oğlu Şirin bəyin Əsəd bəy, Məmmədqasım bəy, Şükür bəy adlı övladları Seyidli oymağında yaşamışlar. Şirin bəyin nəslinin övladları tarixin müxtəlif zamanlarında Qarabağın sayılan hörmətli şəxslərindən olmuşlar.Hüseyn bəyin ikinci oğlu Şərif bəydir. Şərif bəy Seyidli oymağında anadan olmuşdur.
Şərifli soyu

Titanic serialı
Titanik — Vayt Star Layn (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Titanik (film, 1915) — film. Titanik (film, 1943) — film. Titanik (film, 1954) — film. Titanik (miniserial, 1996) — miniserial. Titanik (film, 1997) — rejissor Ceyms Kemeronun filmi.
Titanik serialı

Şərikli çörək
Şərikli çörək — rejissor Şamil Mahmudbəyovun eyniadlı filmi. == Məzmun == Kinopovestdə İkinci dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda uşaqların çətin, fərəhsiz həyatından danışılır. == Festivallar və mükafatlar == 1) 1970-ci ildə Rejissor Şamil Mahmudbəyova və ssenarist Alla Axundovaya filmə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı verilmişdir. == Film haqqında == Film ssenarist Alla Axundovanın kinoda ilk işidir. Film aktyor Fərhad İsrafilovun kinoda ilk işidir. Filmin çox hissəsi İçərişəhərdə, “Böyük qala” küçəsində çəkilib. Ümumilikdə, kinostudiyanın pavilyonlarında, Kubinka, Nalçikdə də lentə alınıb. Uşaqların yun çırpdığı, vedrənin yuxarıdan aşağı çırpıldığı, qonşuların olduğu məhəllə indiki Səadət sarayı yaxınlığında yerləşir. Məşhur “O boyda Çörçill bundan geyinib, bu hələ fikirləşir" frazasının olduğu bazar Nalçik şəhərindədir. Filmdə adı keçən “Quba meydanı” isə Kubinkada lentə alınmışdı.
Super Sentai Serialı
Super Sentai Seriyası (yap. スーパー戦隊シリーズ, tərcüməsi: Super Eskadra Seriyası, oxunuşu: Supa Sentai Shirizu) — Toei və Bandai-nin istehsal etdiyi və TV Asahi-nin yayımladığı, uzun müddətdir davam edən Yaponiyanın "superqəhrəman komandası" janrına verilən addır. ("Super" mecha istifadə etmələrini ifadə edir və "Sentai" Yapon dilində "işçi qüvvəsi" və ya sözün əsl mənasında "döyüş eskadronu" mənasını verir və eyni zamanda II Dünya Müharibəsində Yapon eskadronları üçün istifadə edilən bir termin idi.) Bu seriya Ultra Seriyası, Kamen Rider Seriyası və Metal Hero Seriyası ilə yanaşı, Yaponiyanın ən məşhur tokusatsu istehsallarından biridir. Power Rangers-ə uyğunlaşdırılan ilk Sentai, bütün 50 bölümün görüntülərindən istifadə edilən Kyoryu Sentai Zyuranger oldu. ildönümü, onları xatırlamaq üçün xüsusi loqotiplərdən istifadə edirlər. İndiyə qədər bunlardan beşi seriyanı xatırlamaq üçün bundan istifadə etdi: 25-ci Hyakuju Sentai Gaoranger, 30-u Gogo Sentai Boukenger, 35-i Kaizoku Sentai Gokaiger, 40-ı Doubutsu Sentai Zyuohger və 45-i Kikai Sentai Zenkaiger. Mövsüm ərzində Doubutsu Sentai Zyuohger-in 29-cu bölümü, Super Sentai Seriyasının 2.000-ci bölümüdür. 6 Noyabr 2020-ci ildə Toei Tokusatsu World Youtube kanalında bir neçə Sentai Seriyası (Himitsu Sentai Goranger-dən) yayımlanır. Bununla birlikdə, Toei Tokusatsu World Youtube kanalında olan bütün Sentai seriyaları lisenziyaya görə bir neçə ölkədə bloklanır. == Ümumi Baxış == Bu seriya Toei tərəfindən istehsal olunan və TV Asahi-də yayımlanan, xüsusi effektli bir super qəhrəman proqramıdır.
Frikazoid! (cizgi serialı, 1995)
Frikazoid (ing. Freakazoid!) — Warner Bros. kino şirkəti tərəfindən 1995-1997-ci illərdə istehsal olunan cizgi serialdır. Cizgi filminin baş qəhrəmanı super qəhrəman Frikazoyddur. Frikayd personajını Pol Ruqq səsləndirir. == Hekayə == Dekster Duqlas kompüter oyunlarıyla maraqlanan gənclərdən biridir. Günlərin birində kompüter klaviaturasının üzərinə pişik çıxaraq, gəzməyə başlayır. Bu zaman kompüterin monitorunda "@[=g3,8d]\&fbb=-q]/hk%fg" kodu yazılır. Dekster "Enter" klavişini basan zaman kompüter monitorunun içinə girərək, "Frikazoid" adında super qəhrəman olur. Cizgi seriyasındakı hekayələr Vaşinqton şəhərində baş verir.
Kayu (cizgi serialı, 1997)
Kayu (fr. Caillou) — Kanadaya çəkilən cizgi teleserialdır. Télétoon və Teletoon kanalında 1997-ci ilin sentyabr ayından göstərilir. == Cizgi filmi haqqında == Cizgi filmi Kayu adlı 4 yaşındakı bir oğlan uşağın insanlarla münasibətlərini və gündəlik həyatından bəhs edir. Orijinal dili fransızca olan cizgi filmi, fərqli dillərə, eyni zamanda Azərbaycan dilinə tərcümə edilib. ABŞ-dən Almaniyaya, İngiltərədən Türkiyəyə, Türkiyədən Azərbaycana qədər bir çox ölkədə yayımlanır.
Kim Possibl (animasiya serialı)
Kim Possibl (ing. Kim Possible) — 2002-2007-ci illərdə istehsal olunmuş, Emmi mükafatına layiq görülmüş ABŞ animasiya serialı. Əslində 65 hissə olan seriala tamaşaçıların istəyi ilə daha 22 hissə əlavə olunmuş və epizodların sayı 87-ə çatmışdır. İlk dəfə 7 iyun 2002-ci il tarixində ABŞ-nin Disney Channel kanalında yayımlanmışdır. Serialda ABŞ-nin uydurulmuş Middlton şəhərində yaşayan Kim Possibl adında 13 yaşlı gənc bir qız, ən yaxın dostu Ron Stoppabl və Ueyd Load ilə birgə dünyanı pisliklərdən qurtarmalarından söhbət açılır. "Kim Possibl" sözü "Impossible" sözündən götürülmüşdür. Mənası İngiliscədən "Mümkün olmayan" deməkdir. Yəni Kim Possibl mümkün olmayan tapşırıqları məsuliyyətlə yerinə yetirir. == Yaradılış == "Kim Possibl" animasiyasının prodüserləri olan Bob Şuli və Mark MakKorklun sözlərinə görə, animasiya haqqında informasiya ilk fikirlər, onların liftdə qalması zamanı yaranmışdır. Prodüserlərin fikrincə, bu elə qəhrəman olmalıdır ki, gördüyü işin əvəzində pul almasın.
Kim Possible (animasiya serialı)

Konanın macəraları (animasiya serialı)
Konanın macəraları (ing. Conan the Adventurer) — 1992-1993-cü illərdə yayımlanan serialdır. İlk dəfə cizgi serialı 1 oktyabr 1992-ci ildə yayımlanmış, sonuncu seriyası 22 oktyabr 1993-cü ildə yayımını bitirmişdir. == İstinadlar == == Xarici keçidlər == Konanın macəraları — Internet Movie Database saytında.
Kəloğlan (cizgi serialı, 2009)
Kəloğlan türk. Keloğlan — TRT ÇOÇUK kanalında yayımlanan cizgi filmi. == Haqqında == Cizgi filmində düzgünlüyün, dürüstlüyün və yaxşılığın simvolu Kəloğlan və dostlarının başına gələn macəralardan bəhs olunur. Cizgi filminin ilk mövsümü "Biri varmış, biri yoxmuş. Kəloğlanın nağılları", 2-ci mövsümü "Kəloğlan", 3-cü mövsümü isə "Kəloğlan otağımda gizləndi" adı ilə yayımlanmışdır. Kəloğlan Mövsüm sayı— 3 Hissə sayı— 107Quruluş Yayım şirkəti— AnimaxYayım Məlumatları Kanal— TRT ÇOCUK Yayım Tarixi—2009-2013 Vəziyyəti— Keçmiş hissələri Televiziyada yayımlanır.
Osvaldo (cizgi serialı, 2017)
Ozvaldo (port. Oswaldo) — "Birdo Studio" və "Symbiosys Entertainment" tərəfindən hazırlanan Braziliya cizgi serialı. Cizgi serialı Pedro Eboli tərəfindən yaradılmışdır və ilk dəfə olaraq, 11 oktyabr 2017-ci il tarixində Braziliyada, "Cartoon Network" telekanalında, daha sonra 29 oktyabr 2017-ci il tarixində isə "TV Cultura" telekanalında yayımlanmışdır.23 sentyabr 2017-ci il tarixindən bəri cizgi serialının distrubusiyası "Kid Glove" şirkətinin məsuliyyətindədir. == Məzmun == Cizgi serialının süjeti Osvaldo adlı, 12 yaşlı bir pinqvinin və onun dostları – Tobias ilə Leyanın macəralarını əhatə edir. Tobias və Leya birlikdə Osvaldonu onun ən böyük çətinliyi, yəni soyuq evindən çıxıb Rio-de-Janeyro şəhərinin isti ekologiyasında məktəbə getməklə üz-üzə gətirirlər.
Şirinlər (cizgi serialı, 1981)
Şirinlər (ing. The Smurfs) - Amerika-Belçika cizgi filmi.
Şərikli çörək (film, 1969)
Şərikli çörək — rejissor Şamil Mahmudbəyovun eyniadlı filmi. == Məzmun == Kinopovestdə İkinci dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda uşaqların çətin, fərəhsiz həyatından danışılır. == Festivallar və mükafatlar == 1) 1970-ci ildə Rejissor Şamil Mahmudbəyova və ssenarist Alla Axundovaya filmə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı verilmişdir. == Film haqqında == Film ssenarist Alla Axundovanın kinoda ilk işidir. Film aktyor Fərhad İsrafilovun kinoda ilk işidir. Filmin çox hissəsi İçərişəhərdə, “Böyük qala” küçəsində çəkilib. Ümumilikdə, kinostudiyanın pavilyonlarında, Kubinka, Nalçikdə də lentə alınıb. Uşaqların yun çırpdığı, vedrənin yuxarıdan aşağı çırpıldığı, qonşuların olduğu məhəllə indiki Səadət sarayı yaxınlığında yerləşir. Məşhur “O boyda Çörçill bundan geyinib, bu hələ fikirləşir" frazasının olduğu bazar Nalçik şəhərindədir. Filmdə adı keçən “Quba meydanı” isə Kubinkada lentə alınmışdı.
Ələddin (cizgi serialı, 1994)
Ələddin (ing. Aladdin) — 5 sentyabr 1994 və 4 noyabr 1995-ci illər ərzində Disney Channel-də yayımlanan cizgi serialdır. == İstinadlar == == Xarici keçidlər == Ələddin — Internet Movie Database saytında.
Birlikdə qalaq (televiziya serialı)
Birlikdə qalaq —Edmonds Kofer tərəfindən yaradılmış Amerika romantik komediya serialıdır. 11 yanvar 2011-ci ildə Qara Əyləncə Televiziyasında premyerası olmuşdur. Serialın adı Al Grinin 1972-ci ildə eyni adlı mahnısına istinad edir. Serialın premyerası 4,4 milyon tamaşaçı çəkdi. Başlanğıcda Ruh Qidası ulduzu Malinda Vilyams baş rola çəkildi. Açıqlanmayan səbəblərdən onu Nadin Ellis əvəz etdi. Kristal, Karles və Kitanın əmisi oğlunu canlandıran aktyor heyətinə yeni aktyor heyəti üzvü Kila Pratt qoşuldu. 13 aprel 2012-ci ildə şounun üçüncü mövsüm üçün yeniləndiyi məlum oldu. Üçüncü sezonun premyerası 26 mart 2013-cü ildə baş tutdu. == Konspekt == Gəlin Birlikdə qalaq, mətbəxini təmir etmək üçün işə götürdüyü podratçı Çarliz Vitmor ilə (Bert Belasko) nişanlı olan pediatr Steysi Lorensin (Nadin Ellis) hekayəsidir.
Amerikan ata! (cizgi serialı, 2005)
"Amerikan ata!" (ing. American Dad!) — «Anderdoq» (Underdog Productions) və «Fazzi Dor» (Fuzzy Door Productions) studiyaların istehsalı və 20th Century Foxun sifarişi olan komediya janrında amerikan cizgi serialı. Tərtib üzrə işlər «Qriffinlərin» yaradıcısı Set Makfarleyn tərəfindən işlənib hazırlanmışdı. == Məzmun == Amerikan ata! multserialı tipik amerikan ailəsinin həyatından bəhz edir. Əsas süjet xətti 4 insan, bir yadplanetlini və danışan qızıl balığı birləşdirən Smit ailəsi ətrafında cərəyan edir. Cənubi Park və Simpsonlara analoji olaraq, multserialda əsasən din, siyasət, pop-mədəniyyət və cəmiyyətdə baş verən digər əhəmiyyətli hadisələri də nümayiş etdirilir. Serialda tez-tez "lağ" və tipik amerikan yumoru göstərilir. Məsələn «Pilot» epizodunda Tanrı ABŞ prezidenti Corc Buşa zəng edərək, ondan bir şey xahiş etmək istəyir. Lakin elə o anda Tanrıya daha bir zəng gəlir; bu dəfə ABŞ vitse-prezidenti Riçard Çeynidən.ABŞda serialın ilk pilot buraxılışı 6 fevral 2005-ci ildə Fox telekanalında baş tutmuşdu.
Ben 10 (cizgi serialı, 2005)
Ben 10 (həmçinin Ben 10 Classic kimi tanınır) — Man of Action (Dunkan Ruliu, Coy Kasey, Coy Kelli, və Stivn Siql) tərəfindən yaradılan və Cartoon Network Studios tərəfindən istehsal olunan amerikan cizgi serialıdır. Serial, "Omnitriks" adlı saata məxsus olan və bu saatla müxtəlif yadplanetlilərə çevrilə bilən Ben Tennizon adlı 10 yaşlı bir oğlan haqqındadır. Biləyinə bağlanmış bu saat tərzli cihaz ona müxtəlif yadplanetlilərə çevrilmək imkanı verir. O bu güclərdən Yerdə və Kosmosdakı düşmənləri ilə mübarizə aparmaq üçün istifadə edir. Serial ilk dəfə olaraq 27 dekabr 2005-ci ildə "Sneek Peek" həftəsinin bir hissəsi kimi Cartoon Network-də yayımlandı. Cizgi serialı daha sonra 14 yanvar 2006-cı ildə efirə başladı və 15 aprel 2008-ci ildə başa çatdı. Serial tədricən populyarlaşdı və "Animasiyada Fərdi Müvəffəqiyyət"ə görə 2 Emmi Mükafatına layiq görüldü. == Məzmun == Serial, yay tətilinin ilk gecə düşərgəsində başlanır. Meks, Quin və Ben Tennizonlar düşərgədə olarkən Ben göydən düşən "Omnitriks" adlı saat tərzli cihaz tapır. Cihaz öz-özünə Benin biləyinə atılır və ona müxtəlif yadplanetlilərə transformasiya edə bilmək qabiliyyətini yaradır.