Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mustafa Sarıgül
Mustafa Sarıgül (15 noyabr 1956, İliç, Ərzincan ili) - Türkiyə biznesmeni və siyasətçisi, İstanbul şəhər Şişli bölgəsinin bələdiyyə başqanı (1999-cu ildən). == Həyatı == 15 noyabr 1956-cı ildə doğulub. === Uşaqlıq və gənclik dövrü === Atası Haqqı Sarıgül, anası Ayşə Sarıgüldür. Erzincandan İstanbula köçmüşlər. Güngören kənd ibtidai məktəbində təhsilə başlamış, İstanbula köçdükdən sonra Liseyi Zincirlikuyu İsov Yapı litseyində oxumuş, Məslək litseyini bitirmişdir. Mərmərə Universitetinin pedaqoji fakültəsini bitirmişdir. === Ailəsi === İlk həyat yoldaşı 1980-ci ildə öldürülən millət vəkili Abdurrahman Köksaloğlunun yeganə qızı idi. Bu evlilikten Abdurrahman Emir adında bir oğlu vardır. Yoldaşı 1985-ci ildə vəfat etdikdən sonra 8 il sonra 1993-cü ildə Aylin Kotil ilə evləndi. Evləndiklərində Sarıgül 36, Kotil isə 22 yaşında idi.
Ərgül Avcı
Ergül Avcı Əroğlu – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının blokçusudur. == Karyerası == Ergül Avcı karyerasına 2008-ci ildə Yaşılyurdda başlamışdır. Karyerası boyu Türkiyə Qadınlararası Voleybol Çempionatında fərli-fərqli komandalar da oynamışdır. Ən yaxşı günlərini isə VakıfBankda keçirimişdir. Bu komanda da CEV Qadınlar Çempionlar Liqasının da sahibi olmuşdur. 2009-cu ildən bəri çağrıldığı milli komandada debüt ilində Avropa liqasında gümüş medal qazanmışdır. 2013-cü ildə Aralıq dənizi oyunlarında iştirak edən Türkiyə voleybol yığmasının heyətində yer almışdır. Mersində keçirilən "Kiçik Olimpiya Oyunları"nda qazanılan gümüş medal Ergül üçün hələ ki, bu səviyyədə ən böyük nailliyyət idi.
Ərgül Ovçu

Səripul
Səri-Pul vilayəti, Sər-i-pul və ya Səripul (fars. سرپل‎, puşt. سرپل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 15.999 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata görə əhalisi 505.4 min nəfər, inzibati mərkəzi Səri-Pul şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən, puştunlardan və həzaralardan, həmçinin az sayda ərəblərdən və taciklərdən ibarətdir. Özbəklər vilayətin ən böyük etnik qrupu olub bütün rayonlarda məskunlaşıblar. Vilayət əhalisinin 56%-i daricə, 19%-i (149 kəndin əhalisi) özbəkcə danışır. Vilayət inzibati cəhətdən Balxab, Kohistanat, Səngçaraq, Sazma Qala, Sər-i Pul və Səyyad rayonlarına ayrılır.
Gərgul
Yuxarı Gərgul (Piranşəhr)
Serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Vergül
Vergül (,) – sözləri, birləşmələri və cümlələri sərhədləndirmək üçün işlədilən durğu işarəsidir. Vergül cümlənin həmcins üzvləri və sadalanan sözlər arasında (Məsələn: Nizaminin, Füzulinin, Vaqifin), tabeli və tabesiz mürəkkəb cümlələrin komponentləri arasında (Məsələn: gələn gəldi, gedən getdi), cümlələrdə əlavə və xüsusiləşmələri ayırmaq üçün (Məsələn: süfrəyə bal qoyuldu, əsl beçə balı), cümlə üzvləri ilə qrammatik cəhətdən bağlanmayan sözləri (ara sözü, xitab, nida, təsdiq, inkar sözləri) ayırmaq üçün (Məsələn: O, əlbəttə, mən Cəmili deyirəm hələ özünə gəlməyib) istifadə olunur. Durğu işarələrinin mətndə işlənməsi qaydalarından vergül işarəsini durğu işarələri arasında ən geniş istifadə olunan və ən lazımlı vasitələrdən biri kimi götürülən qrafik işarə sayılır. Vergül fransız sözü olub semantik mənası qol-budaq, hissə deməkdir. Vergül rəngarəng məqamlarda özünü göstərən və cümlə sərhədi ilə bağlı olmayan durğu işarəsidir. == Azərbaycan dilində vergülün işlənməsi == Qrammatika kitablarında eyni suala cavab verən, eyni bir cümlə üzvü ilə bağlı olan (eyni cümlə üzvünə aid olan) bərabərhüquqlu üzvlər həmcins üzvlər kimi səciyyələndirilir. Məsələn, Dağlar, dərələr, düzlər pambıq kimi qarla örtülmüşdür. Ehtiyac, aclıq, zülm qoymadı göz açam. Bu cümlələrdə həmcins mübtədalar arasında (dağlar, dərələr; ehtiyac, aclıq) vergül qoyulmuşdur. Biz də şirin söhbət edərdik, yeyərdik, danışardıq, gülərdik.
Şərazul (Məlikan)
Şərazul (fars. شرازول‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (47 ailə).
Leptailurus serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Nöqtəli vergül
Nöqtəli vergül (;) - durğu işarəsi. Mürəkkəb və ya geniş sadə cümlələrin nisbətən müstəqil hissələrini bir-birindən ayırmaq üçün işlədilir. Nöqtəli vergül nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir. Sadə cümlənin həmcins üzvləri qrup-qrup sadalandıqda və ya tabesiz mürəkkəb cümlənin tərkib hissələrindən birində vergül olduqda daha geniş fasilə olan tərkib hissələr arasına nöqtəli vergül qoyulur. Nöqtəyə yaxın fasilə olduqda da (həmcins üzvlər olmadan) tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında nöqtəli vergül qoyula bilər.
Sevgil Musayeva
Sevgil Musayeva (ukr. Севгіль Мусаєва, krımtat. Sevgil Musayeva 18 iyun 1987) — Ukraynalı jurnalist, "Ukrayna həqiqəti" onlayn nəşrinin baş redaktoru. 2011-2013-cü illərdə "Forbes Ukrayna" jurnalının müxbiri, 2014-cü ildə "Hubs" onlayn biznes dərcinə başlamış və onun baş redaktoru olmuşdur. Neft və qaz və yanacaq-enerji kompleksi mövzularında ixtisaslaşmışdır. Serqey Kurçenkonun biznesi, Nestor Şufriç və Nikolay Rudkovskinin neft və qazla bağlı işləri və Yuri İvanyuşçenkonun gəlirləri barədə öz araşdırmalarını aparmışdır. Beş dəfə "PRESSzvanie Business mükafatı" almışdır. == Bioqrafiyası == Sevgil Musayeva 18 iyun 1987-ci ildə Çümə şəhərində (Özbəkistan) anadan olub. 1989-cu ildə Krım tatarlarının Krıma qayıtmasına icazə verildikdə, ailəsi Kerçə köçür. Məktəbdə oxuyarkən 9-cu sinifdən yerli jurnalistika məktəbində oxuduğu Sevgil respublika mətbuatında dərc olunmağa başlayır.
Şervud Anderson
Şervud Anderson (13 sentyabr 1876[…] – 8 mart 1941[…]) — ABŞ yazıçısı. == Həyatı == Şervud Anderson 7 uşaqlı ailənin üçüncü uşağı olaraq 1876-cı ilin 13 sentyabrında Ohayo ştatının Kamden şəhərində gözlərini dünyaya açıb. 1883-cü ildə ailə Ohayo ştatının Klayd şəhərinə köçür. Sonralar bu şəhər Anderson yaradıcılığında Uaynsburqun prototipi rolunu oynayır. Ailə kasıb olduğundan Anderson tam orta təhsil ala bilməyib. Uşaq yaşlarında atasını itirən Anderson, uşaqlıq illərindən ağır fiziki əməklə məşğul olub və müxtəlif sənətlərdə özünü təsdiq etməyə çalışıb. 1898-1900-cü illər arasında Kubada ispan-amerikan müharibəsində iştirak edib. Ordudan tərxis olunduqdan sonra Vittenberq kollecində leksiyalara qatılıb, sonra Çikaqoya yola düşüb. Çikaqoda ilk hekayələrini və esselərini yazmağa başlayıb. 1904-cü ildə Kornelli Leynlə evlənib və bu nikahdan 3 uşağı olub.
Şervud meşəsi
Şervud meşəsi İngiltərənin Nottingemşir qraflığında yerləşən meşədir. Robin Qud əfsanəsinin burada yaşandığı barədə şayiələr vardır. Şervud meşəsi 423 hektar ərazini əhatə edir. Şervud meşəsindəki nəhəng palıd ağacı Edvinstou kəndinin yaxınlığındadır. Ağacın yaşının 800 ilə 1000 il arasında olduğu təxmin edilir. Ağacın çəkisi 23 ton, diametri 10 metrdir.
Əlisahib Əroğul
Əlisahib Əroğul (tam adı: Əlisahib İsrafilzadə Qiyas oğlu; d.10 sentyabr 1948, Dağ Tumas, Cəbrayıl, Azərbaycan) — nasir, publisist, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == 1948-ci il sentyabr ayının 10-da Qarabağda, Cəbrayıl bölgəsinin Dağtumas kəndində anadan olub. Burada kənd səkkizillik məktəbini bitirdikdən sonra 1963-1966-cı illərdə Bakı şəhərindəki 56 saylı axşam fəhlə-gənclər məktəbində, 1967-ci ildə Bakı politexnikumunun Hidromeliorasiya şöbəsində təhsilini davam etdirmişdir. 1966-1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsində təhsil almışdır. 1976-cı ildə isə Marksizm-Leninizm Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Qarabağ müharibəsi veteranıdır. Məcburi köckün kimi Bakı şəhəri, Nəsimi rayonu, Droqal döngəsi ev 4, mənzil 24-də məskunlaşmışdır. Ailəlidir, 3 övladı, 7 nəvəsi var. == Əmək və İctimai fəaliyyəti == Əmək fəaliyyətinə Bakıda inşaatçı fəhlə kimi başlamışdır. Sonra elmi işçi, müəllim, məktəb direktoru işləmişdir.
Ergül Avcı
Ergül Avcı Əroğlu – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının blokçusudur. == Karyerası == Ergül Avcı karyerasına 2008-ci ildə Yaşılyurdda başlamışdır. Karyerası boyu Türkiyə Qadınlararası Voleybol Çempionatında fərli-fərqli komandalar da oynamışdır. Ən yaxşı günlərini isə VakıfBankda keçirimişdir. Bu komanda da CEV Qadınlar Çempionlar Liqasının da sahibi olmuşdur. 2009-cu ildən bəri çağrıldığı milli komandada debüt ilində Avropa liqasında gümüş medal qazanmışdır. 2013-cü ildə Aralıq dənizi oyunlarında iştirak edən Türkiyə voleybol yığmasının heyətində yer almışdır. Mersində keçirilən "Kiçik Olimpiya Oyunları"nda qazanılan gümüş medal Ergül üçün hələ ki, bu səviyyədə ən böyük nailliyyət idi.
Aşağı Gərgul (Piranşəhr)
Aşağı Gərgul (fars. گرگول سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 620 nəfər yaşayır (101 ailə).
Nöqtə-vergül işarəsi
Nöqtəli vergül (;) - durğu işarəsi. Mürəkkəb və ya geniş sadə cümlələrin nisbətən müstəqil hissələrini bir-birindən ayırmaq üçün işlədilir. Nöqtəli vergül nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir. Sadə cümlənin həmcins üzvləri qrup-qrup sadalandıqda və ya tabesiz mürəkkəb cümlənin tərkib hissələrindən birində vergül olduqda daha geniş fasilə olan tərkib hissələr arasına nöqtəli vergül qoyulur. Nöqtəyə yaxın fasilə olduqda da (həmcins üzvlər olmadan) tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında nöqtəli vergül qoyula bilər.
Yuxarı Gərgul (Piranşəhr)
Yuxarı Gərgul (fars. گرگول عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 228 nəfər yaşayır (38 ailə).
Nöqtə, nöqtə, vergül...
Nöqtə, nöqtə, vergül… — rejissor Aleksandr Mitta tərəfindən 1972-ci ildə "Mosfilm" studiyasında çəkilmiş bir komediya və musiqili film janrında olan film. Filmin ilham aldığı Mixail Lvovskinin hekayəsi 1971-ci ildə Pioner jurnalında Hündürlüyə atla başlığı altında nəşr olunmuşdur. Premyerası 30 dekabr, 1973-cü ildə baş tutdu.. == Məzmun == 8 A sinfində Lyoşa Jiltsov təhsil alır. Sinifdə Lyoşadan başqa hər kəs özünü şəxsiyyət hesab edir. Bir gün sinifə yeni qız şagird Jenya Karetnikova gəlir. O, Lyoşa ilə dostlaşır. Onunla ünsiyyət quran Lyoşa, bütün çətinliklərini öz tənbəlliyindən və istəksizliyindən irəli gəldiyini başa düşür. O buna görə də çalışır və tədricən daha güclü, cəsarətli, daha çalışqan və bacarıqlı olur. Onun yeni keyfiyyətlərini göstərməsi üçün lazım olan gün gəlir.
Frank Şervud Rouland
Frank Şervud Rouland (28 iyun 1927[…], Delaver[d], Ohayo – 10 mart 2012[…], Nyuport-Biç[d], Kaliforniya) — Amerika kimyaçısı, Yer kürəsinin ozon təbəqəsinin tükənməsində qaz haloalkanların roluna dair işinə görə Nobel mükafatı laureatı, mükafatı Mario Molina və Paul Krutzen ilə paylaşan və atmosfer kimyası və kimyəvi kinetika sahəsində əsərlərin müəllifidir. Fəlsəfə doktoru (1952il), İrvaynedə Kaliforniya Universitetinin professoru. ABŞ Milli Elmlər Akademiyasının (1978il) və Amerika Fəlsəfə Cəmiyyətinin (1995il) üzvü, London Kral Cəmiyyətinin xarici üzvü (2004il). == Erkən illəri == Frank Şervud Rouland kiçik Delaver (Ohayo) şəhərində anadan olub. O, Sidney və Marqaret Roulandın üç oğlundan ikincisi idi. Atası Ohayo Uesleyan Universitetində (Ohio Wesleyan University) riyaziyyat professoru və riyaziyyat kafedrasının müdiri işləyib. Frank Rouland 12 yaşında orta məktəbə getmiş və 1943-cü ildə on altı yaşına bir neçə həftə qalmış oranı bitirən erkən uşaq idi. 18 yaşında məcburi hərbi xidmətə məruz qaldığı üçün dərhal Ohayo Uesleyan Universitetinə daxil olur. İki il sonra F. Rouland Hərbi Dəniz Qüvvələrinə radar operatoru stajçısı kimi qatıldı. İkinci Dünya Müharibəsi Çikaqo yaxınlığında əsas təlimdə olarkən başa çatdı.
Frenk Şervud Roulend

Lusius Sergu Catilina
Lusius Sergu Catilina (lat. Lucius Sergius Catilina, e.ə. 108, Qədim Roma – e.ə. 62, Pistoya, Qədim Roma) — Qədim Roma siyasi xadimi. == Həyatı == Konsul seçkilərində (e.ə. 64) məğlub olan Katilina e.ə. 63-cü ildə hakimiyyəti ələ keçirmək məqsədi ilə qəsd təşkil etmişdi. O, borcları ləğv edəcəyi və s. vədlərlə pleybeylərin bir hissəsini, var-yoxdan çıxmış əyanların nümayəndələrini öz tərəfinə çəkmişdi.Mark Tulli Siseron qəsdi ifşa etdi və xalq düşməni elan etdi. Katilina konsul ordusu ilə döyüşlərin birində məğlub oldu və öldü.
Şərül-Əsmai-səmaniyyə
Şərhi-əsmayi-səmaniyyə və ümmül-əsma – Seyid Yəhya Bakuvinin yazdığı məsnəvilərdən biri. Məsnəvi 610 beytdən ibarətdir. Allahın həyat, elm, səmi (duyma), bəsər (görmə), qüdrət, kəlam, iradə, bəqa kimi ad və sifətlərin mənaları təsəvvüfi olaraq açıqlanır.
Nöqtə, nöqtə, vergül... (film, 1972)