Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sərxoşluq
Alkoqolizm — spirtli içkilərin istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlikdir. == Ümumi məlumat == Ümumdünya Səhiyyə Təşkilatı alkoqol asılılığı diaqnozunun təyin olunmasının 6 meyarını müəyyənləşdirilib. Əsas və ilk meyar insanın içki qəbuluna nəzarət edə bilməməsidir. İkinci meyara görə, insan içki qəbul etmək istəyi hiss edir. Bu istək özünü həm açıq şəkildə büruzə verə, həm də gərginliyin aradan qaldırılması, istirahət bəhanəsi altında gizlənə bilər. Bu istək nəticəsində insan öz ailəsini, qanunları və sosial davranış normalarını unudur. Üçüncü əlamət isə orqanizmin spirtli içkiyə asanlıqla "dözməsi"dir. Əgər insan üç şüşə araq içsə və sərxoş olmaması ilə öyünürsə, bu, təhlükəli sindromdur. Məsələ burasındadır ki, orqanizm son gücünə qədər qana daxil olan etil spirtini emal etməyə çalışır, amma gec və ya tez son mərhələ çatır və mexanizm pozulur. Nəticədə alkoqol əqli zəifliyə səbəb olur.
Sərxoşluğa görə medalı
Sərxoşluğa görə medalı — Pyotrun qərarı ilə sərxoşluqla mübarizə çərçivəsində hazırlanmış xüsusi medal Rusiya dövlət başçılarının arağa münasibəti zamanla dəyişsə də, Rusiya spirtli içki istehlakında daimi "liderliyini" qoruyub. Yekaterina "sərxoş xalqı idarə etmək daha asandır" deyərək araq çəkməni (samoqon) tam sərbəst buraxmışdısa, I Pyotr tam əksini edib. Pyotrun qərarı ilə 1714-cü ildə sərxoşluqla mübarizə çərçivəsində xüsusi medal hazırlanır. Çuqundan tökülən "Sərxoşluğa görə" medalının kütləsi zəncir və boyuna taxma tərtibatı ilə birgə 1 pud (təqribən 16 kq) idi. Qorodovoylar küçədə sərxoş vəziyyətdə gördüyü şəxsləri polis idarəsinə gətirir, burada onun boynuna medal asılırdı. İndiki boyunbağılardan fərqli olaraq bu medal sərxoş şəxsin boynuna elə bərkidilirdi ki, açmaq mümkün olmasın. Günahkar bu medalı 1 həftə gecə-gündüz üzərində daşımalı idi.