Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həsənabad (Silvaneh)
Həsənabad (fars. حسن اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (21 ailə).
Təzəkənd (Silvaneh)
Təzəkənd (fars. تازه كند‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (40 ailə).
Svanet itburnusu
Svanet itburnusu (lat. Rosa oplisthes) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Gürcüstanda, Azərbaycanda, Cənubi Asetiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Botaniki təsviri: Hündürlüyü 1-1,5 m-ə qədər çatır. Yarpaqları ellipsvari, kənarları tikanlı, çıxıntılı qarşıqarşıya düzülmüş, uzunluğu 2,6 sm, eni 3,2 sm-ə çatır. Yarpaqları üst tərəfdən tünd yaşıl, alt tərəfdən açıqdır. Çiçəkləri ağ və ya açıq qırmızı rəngdə olur, 4-8 ləçəkdən ibarətdir. İldə bir dəfə, yazda və ya yayda çiçəkləyir. Meyvələri iyul, avqust aylarında yetişir. Meyvəsinin uzunluğu 1,8-2,3 sm, eni 1,4-1,6 sm-ə çatır, ellipsvari üzəri açıq qırmızıdan, tünd qırmızıyadək dəyişir.
Sevan
Sevan (Ermənistan)
Capoeta sevangi
Sevan xramulyası (lat. Capoeta sevangi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin xramulya cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Sevan xramulyası adi xramulyadan belinin basıq, bel üzgəcinin haçalı olmaması, bədənin uzunsovluğu, bel üzgəcindəki tikan şüalarının zəif inkişaf etməsilə fərqlənir. Uzunluğu 45.0 sm-ə, kütləsi 1012 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığıdır, başlıca olaraq çaylarda, bulaq sularında və kəhrizlərdə yaşayır, nisbətən sakit axan və dibi daşlı olan suları daha çox sevir. Ömrün uzunluğu orta hesabla 5-6 il olub, 2-3 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur. == Yayılması == Azərbaycanda 3 növlə (C.capoeta, C.sevangi, C.gracilis) təmsil olunmuşdur. Yarımnövləri yoxdur.
Levanev adası
Levanev adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelaqın şimalında, Harli adasından 1.8 km cənubda yerləşir. Ada uzunsov formaya malikdir. Uzunluğu 1,7 km, eni isə 500 metrdir. Bütünlüklə buzdan azaddır. Maksimal hündürlüyü 27 metrdir. == Tarixi == Ada Federik Cekson tərəfindən 1895-ci ildə kəşf edilmişdir. O adanı həkim Uilyam Nilin şərəfinə Nil adası adlandırır. 1950-ci ildə isə adaya Siqizmund Levanevin adı verilmişdir.
Sərvanə (Soyuqbulaq)
Sərvanə (fars. ساروانه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (10 ailə).
Səvarəq (Miyanə)
Səvarəq (fars. سورق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 172 nəfər yaşayır (35 ailə).
Səvarə (Meşkinşəhr)
Səvarə (fars. سواره‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 153 nəfər yaşayır (38 ailə).
Şəhanə Yusifova
Rəvanə Qurbanova
Rəvanə Qurbanova (Rəvanə Söhrab qızı Ərəbova, 21 iyun 1988, Şəki) — solo-ifaçı, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti. == Həyatı == 21 iyun 1988-ci il tarixində Şəkidə anadan olub. Azərbaycan teatr rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü — Söhrab Ərəbovun qızıdır. 2002-ci ildə Şəki şəhər 2 saylı uşaq musiqi məktəbinin xanəndəlik sinfini, 2006-cı ildə Şəki şəhər 19 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsində bakalavr pilləsi üzrə, 2011–2013-cü illərdə isə magistr pilləsi üzrə təhsil alıb. Təhsil illərində xalq artistləri Canəli Əkbərov və Səkinə İsmayılovadan dərs alıb. 2011-ci ildə tarzən Rövşən Qurbanovla ailə həyatı qurub. Bir qızı və bir oğlu var. 2019-cu ildən Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir. == Fəaliyyəti == 2007-ci ildə keçirilən Muğam Televiziya Müsabiqəsində III yeri tutub.
Semyonovka (Sevan)
Semyonovka — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, Sevan rayonunda kənd.
Sevan (Ermənistan)
Sevan (1935-ci ildən), Yelenovka (1842-1935) — Ermənistanda şəhər. Əvvəllər İrəvan quberniyasının İrəvan qəzasında, kənd olmuşdur. Sevan rayonunun mərkəzi. == Tarixi == Kənd 1842-ci ildə qurulmuşdur. I Pavelin qızı Yelena Pavlovnanın adı verilmişdir. 1935-ci ildə Sevan adı qoyulmuşdur.
Sevan (Qazaxıstan)
Sevan — Qazaxıstanın Qaraqanda vilayətinin Buxar-Jyrau rayonunda kənd.
Sevan (göl)
Göyçə gölü və ya Sevan gölü — XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri şirin sulu göl. Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisi) başlıca gölləri, qərbdə Göyçə gölü və şərqdə indiki Azərbaycan Respublikasının ərazisindəki Kəpəz dağının ətəyində yerləşən Göygöldür. Gölün şimal-qərbində mövcud olmuş ada suyun enməsi nəticəsində yarımadaya çevrilmişdir (Göyçə yarımadası). Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km2-dir. Göyçə gölü alabalıqları (forel balığı) ilə məşhurdur.
Sevan gölü

Sevan rayonu
Sevan rayonu, Göyçə — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə mahalı ərazisində rayon.
Sevan xramulyası
Sevan xramulyası (lat. Capoeta sevangi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin xramulya cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Sevan xramulyası adi xramulyadan belinin basıq, bel üzgəcinin haçalı olmaması, bədənin uzunsovluğu, bel üzgəcindəki tikan şüalarının zəif inkişaf etməsilə fərqlənir. Uzunluğu 45.0 sm-ə, kütləsi 1012 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığıdır, başlıca olaraq çaylarda, bulaq sularında və kəhrizlərdə yaşayır, nisbətən sakit axan və dibi daşlı olan suları daha çox sevir. Ömrün uzunluğu orta hesabla 5-6 il olub, 2-3 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur. == Yayılması == Azərbaycanda 3 növlə (C.capoeta, C.sevangi, C.gracilis) təmsil olunmuşdur. Yarımnövləri yoxdur.
Çırçır (Sevan)
Çırçır, Varser — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km məsafədə, Göyçə gölünün sahilində, Zəngi çayının yanında yerləşir. Sevan rayonu təşkil edilənədək, yəni 31 dekabr 1931-ci ilə kimi Axta (Razdan) rayonunun tərkibində olmuşdur. Kəndin digər adı Sutökülən olmuşdur. Erməni mənbələrində, Qafqazın 5 verstlik xəritəsində Çirçir formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində "kiçik şəlalə" mənasını ifadə edən şırşır sözünün dialekt variantı olan çırçır (çirçir) sözü əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin dialekt və şivələrində, türk dillərində ş~ç səs əvəzlənmələri qanunauyğun haldır. Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.