Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sıxlaşdırıcı sürtkülər
Sıxlaşdırıcı sürtkülər – boru kəmərlərinin bağlayıcı armaturlarının, müxtəlif birləşmələrin boşluqlarının – yivli, flans və s. hermetikləşməsi üçün işlədilir. Onlar maye, qaz, buxar, tozların sıx olmayan hissələrə girməsinin qarşısını almağa kömək edirlər. Onlardan texnikanın konservasiyası zamanı saxlanılan məmulatların, maşınların, mexanizmlərin daxilinə rütubətin və korroziyal-aktiv maddələrin düşməsinin qarşısını aımaq üçün də istifadə edirlər. == Funksiyası == Sıxlaşdırıcı sürtkülər kipləşmədən başqa hissələrin çoxunda antifriksion və mühafizə sürtküləri funksiyalarını yerinə yetirirlər. Sıxlaşdırıcı sürtkülərin bəziləri karbohidrogenli yanacaqla, raket yanacağı komponentləri ilə və başqa aqressiv mayelərlə, su ilə onların buxarları ilə və s. kontakt şəraitində istifadə olunur. == İrəli sürülən tələblər == Sıxlaşdırıcı sürtkülərə aşağıdakı tələblər irəli sürülür: – yüklənmənin təsiri altında temperatur artdıqda və başqa amillərin təsirindən dağılmamağı və sıxıcılardan axmaması; – saxlanma şəraitində və sıxlaşdırıcı qurğularda öz xassələrinin dəyişməməsi; – antifriksion və mühafizə sürtküləri funksiyalarını yerinə yetirərkən uyğun xassələrin zəruri səviyyəsinə malik olması. == Fiziki - kimyəvi xassələri == Sıxlaşdırıcı sürtkülər ən müxtəlif şəraitdə: qurğunun kipləşdirməyə qədər və sonrakı təzyiq dəyişmələrində, vakuum şəraitdə, temperaturun 50-dən 2000C-dək, ayrı-ayrı birləşmələrdə isə hətta 10000C və daha çox dəyişmələrində işlənə bilər. Sıxlaşdırıcı sürtkülərin elastiki plastiklik xassələri qurğuların sıxlaşdırılmasına qədərki və sonrakı təzyiq dəyişmələri şəraitində istifadə zamanı xüsusi əhəmiyyət kəsb edir.