FƏRƏHLİ

sif.
1. Sevindirici, fərəh gətirən, şadlıq gətirən; ürəkaçan, şadlandırıcı. Fərəhli hadisə. Fərəhli yaşayış.
[Eyvaz:] Bu sözlər bahar gecəsinin lal musiqisi kimi mənə fərəhli nəğmələr oxuyurdu. İ.Əfəndiyev.

2. Şad, şən, sevincək; fərəh, sevinc, şadlıq ifadə edən. Fərəhli sima. Üzündə fərəhli ifadə hiss olunurdu.
– Ömrün bağçasında ötəydi hər an; Fərəhli, nəşəli bu quş səsləri. N.Rəfibəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FƏRƏHLİ sevincli — şad — nəşəli

Antonimlər (əks mənalı sözlər)

  • FƏRƏHLİ FƏRƏHLİ – KƏDƏRLİ Burada həyat nə gözəl, fərəhlidir (S.Vəliyev); Daxmaya qəribə kədərli bir sükut çökdü (S
FƏRƏHLƏNMƏK
FƏRƏHSİZ
OBASTAN VİKİ
Fərəhli
Fərəhli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyində yerləşir. == Toponimikası == Fərəhli oyk, sadə. Qazax r-nunun Alpout i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi XIX əsrin II yarısında r-nun Ağköynək kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Bəzi tədqiqatçılar oykonimin əslinin Fəxrəli olduğunu güman edirler. XX əsrin əvvəllərində Qazax qəzasında Faxralı adlı qışlaq və Fərəhli adlı kənd qeydə alındığından bunlar ayrı-ayrı toponimlərdir. Türk dillərində fərəhli sözü "genişlik, açıq yer" mənasında işlənir. 1917-ci ildə Cavanşir qəzasında Fərəhqanlı adlı yaşayış məntəqəsi də qeydə alınmışdır.

Digər lüğətlərdə

биза́нь-ма́чта выбу́риваться заши́ть объясни́ться спекуля́нт тще́тный защеми́ться исла́ндка перевиса́ние раёшный различи́мо afforestation barrier certification elbow Gothamite lepidote peripatetic signalize zircalloy заквакать каёмчатый металлопрокатный сквер футеровка