Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şamisen
Şamisen (yap. 三味線 "üç sim") – baçi adlı bir mızrab ilə çalınan üç telli Yaponiya çalğı aləti. XVI əsrdə cənubi Yaponiyada yaranıb. Şamisen müxtəlif formalarda hazırlanır və teatr tamaşalarında istifadə olunur.
Xalisə
Xalisə və ya Xass — IX əsrdə yaranmış torpaq mülkiyyət forması. Azərbaycan xanlıqlarında da yaranmışdır. Xanlıqlarda torpaqların çoxu xanın mülkiyyətində idi. Bilavasitə xan və onun ailə üzvlərinə məxsus olan torpaqlar xass torpaqları adlanırdı. == İstinadlar == == Ədəbiyyat == Ənvər Çingizoğlu, Mаis Əmrаhоv, Habil Həsənоv. Qаrаbаğ хаnlığı. Bakı: "Mütərcim". 2008. 208 səh.
Salisil aldehidi
Salisil aldehidi (orto-hidroksibenzaldehid, 2-hidroksibenzaldehid) o-НОС6H4CHO – fenolun iyinə bənzər kəskin iyli, yandırıcı dada malik rəngsiz mayedir. 3-Hidroksibenzaldehid və 4-hidroksibenzaldehidlərlə birlikdə sadə aromatik oksialdehidlərə aiddir. Salisil aldehidi müxtəlif xelat agentləri üşün kimyəvi reagentdir. == Fiziki xassələri == Suda (100 ml, 8°С-də 1,72 q), benzolda (100 ml, 12°С-də 64,6 q), dietil efirində, etanolda həll olur. Su buxarı ilə qovulur[1].Dielektrik keçiriciliyi 17,09-dur. == Alınması == Salisil aldehidi qələvi mühitində fenol və xloroformdan alınır. Bu proses Raymer-Timan reaksiyası adlanır. Salisil turşusunun elektrolitik bərpası ilə; O-krezolun POCl3 və ya fosgen ilə 120-150 °C-də qarşılıqlı təsirindən əmələ gələn fosfatın və ya karbonatın hidrolizi ilə; Bor turşusunun iştirakı ilə fenolun urotropinlə reaksiyası ilə (Daff reaksiyası); Salisil aldehidinin alternativ üsulla alınması fenolun formaldehid ilə kondensləşməsindən alınan hidroksibenzil spirtinin oksidləşməsi reaksiyasıdır.Texnikada salisil aldehidi sulfat turşusu məhlulunda manqandioksiddən istifadə etməklə ortokrezol-sulfoturşuların aril efirlərinin müvafiq salisil aldehidinin efirləırinə oksidləşməsindən alınır. == Təbiətdə tapılması == Təbiətdə Spiraea ulmaria, Spiraea digitat efir yağlarının tərkibində rast gəlinir. Ayrıca, salisil aldehidi, qarabaşaq toxumunun qoxusunu təyin edən bir maddədir[2].
Xalisan (Sərdəşt)
Xalisan (fars. خليسان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (19 ailə).
Alison Carroll
Alison Carroll (21 may 1985, Kroydon, London) — Tomb Raider oyunu üçün seçilən İngilis modeldir.
Alison Mailyar
Alison Mailyar (d. 5 avqust 1998) — Çilili suya tullanan. Alison Mailyar Çilini 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Alison Mailyar birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 207.85 xal toplayaraq 27-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Alison Pill
Alison Pill (27 noyabr 1985, Toronto) — Kanada aktrisası. == Filmoqrafiyası == === Film === 2002: Perfect Pie 2003: Fast Food High 2005: Dear Wendy 2007: Dan in Real Life 2008: Milk 2010: Scott Pilgrim vs. the World 2011: Goon 2011: Portraits in Dramatic Time 2014: Cooties 2015: Zoom 2017: Goon: Last of the Enforcers === Televiziya === 1998: Anatole 2006: The Book of Daniel 2012: The Newsroom 2016: The Family 2019: Devs === Telefilmlər === 1998: Degas and the Dancer 1999: Different 1999: What Katy Did 2000: Baby 2000: The Other Me 2000: Redwall: The Movie 2001: Midwives 2001: What Girls Learn 2002: The Pilot's Wife 2003: An Unexpected Love 2004: Plain Truth === Video filmlər === 2010: Scott Pilgrim vs. The World vs.
Alison Qreqorka
Alison Qreqorka (29 iyun 1985, Ann-Arbor, Miçiqan) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Alison Qreqorka, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Neoseiulus salish
Neoseiulus salish (lat. Neoseiulus salish) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Salidə Şərifova
Salidə Şəmməd qızı Şərifova (Salidə Şəmmədqızı; 12 yanvar 1971, Tbilisi) — ədəbiyyat nəzəriyyəçisi, ədəbiyyatşünas, yazıçı; Filologiya elmləri doktoru (2012), AMEA-nın professoru (2019), Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (2022); Azərbaycan Yazıçılar Birliyinin üzvü (2009), "Qızıl qələm" (2010) və "Rəsul Rza" mükafatı (2017) laureatı, Prezident təqaüdçüsü (2016–2017). == Həyatı == Salidə Şərifova 12 yanvar 1971-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1988-ci ildə A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinə daxil olmuş və 1993-cü ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasının "Azərbaycan ədəbiyyatı" ixtisası üzrə daxil olmuş və 1996-cı ildə aspiranturanı bitirmişdir. 1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin baş elmi işçisidir. == Elmi fəaliyyəti == 1993–1996-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. 1996-cı ildə "İlk Azərbaycan romanları" mövzusunda namizədlik (10.01.03 (5716.01)- Azərbaycan ədəbiyyatı) mövzusunda dissertasiya müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən filologiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşdü. 2012-ci ildə Rusiya Elmlər Akademiyası A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda "Теоретические аспекты жанрового многообразия азербайджанского романа (Azərbaycan romanlarının janr müxtəlifliyinin nəzəri aspektləri)" mövzusunda doktorluq (10.01.08 — Ədəbiyyat nəzəriyyəsi. Mətnşünaslıq) dissertasiyası müdafiə edərək Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi tərəfindən filologiya elmləri doktoru adına layiq görülmüşdü.
Salis Məmmədov
Salis Məmmədsani oğlu Məmmədov (1 iyul 1932, Nuxa – 29 yanvar 2009, Şəki) — "Şəkinin səsi" və "İpəkçi" qəzetlərinin həmtəsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (23.10.1991). == Həyatı == Salis Məmmədov 1 iyul 1932-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. 1948-ci ildə Nuxa radio məlumatları redaksiyasında məlumatçı kimi əmək fəaliyyətinə başlamış və 1951-ci ilə - Nuxa radio verilişləri redaksiyası ləğv edilənədək orada işləmişdir. 1952-ci ildən "Nuxa fəhləsi" qəzeti redaksiyasında, 1962-ci ildən isə Nuxa rayonlararası "Lenin bayrağı" qəzetində ədəbi işçi olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1965-ci ildə oranı bitirmişdir. Tələbəlik illərində onun vasitəçiliyi ilə Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması "Nuxa fəhləsi" qəzetində nəşr edilmişdir. 1965-ci ilin aprelində Nuxa şəhər partiya komitəsi bürosunun qərarı ilə Nuxa İpək Kombinatının "İpəkçi" qəzetinə redaktor təyin edilmiş və 2009-cu ilin yanvar ayına qədər - 44 il bu qəzetin redaktoru olmuşdur. 1990-cı ilin dekabrında "İpəkçi"nin ənənəvi təsisçilərindən imtina etmiş və bu qəzeti "Şəki İpəkçilərinin Açıq Tribunası" elan edərək, qəzetin başlığı üstündəki V.İ.Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan "Bütün ölkələrin proletarları birləşin!" şüarını yığışdırmışdır. Bu, həmin vaxta qədər Azərbaycanda analoqu olmayan, SSRİ-də isə yalnız nadir təsadüf edilən hadisə idi. Salis Məmmədov Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" bülleteninin redaksiya heyətinin üzvü idi.
Diezani Alison-Madueke
Diezani Alison-Madueke (6 dekabr 1960) — OPEK prezidenti (1 yanvar 2015-ci ildən). O, OPEK tarixində ilk qadın prezidentdir.
Salihə Sera Kadıgil
Salihə Sera Kadıgil (29 noyabr 1984, İstanbul) — Türkiyə Böyük Millət Məclisi 27-ci və 28-ci çağırış millət vəkili. Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırış İstanbul millət vəkili == Həyatı == Sera Kadıgil 29 noyabr 1984-cü il tarixində İstanbulda anadan olub. 2003-cü ildə Vəfa liseyini bitirmiş, 2007-ci ildə isə İstanbul Universitetinin Hüquq fakültəsindən məzun olmuşdur. 2010-cu ildə həmin universitetdə özəl hüquq ixtisası üzrə magistratura pilləsini bitirib. Sera Kadıgil London Kraliça Meri Universitetində apardığı tədqiqatlar nəticəsində kino əsərləri üzrə magistrlik dissertasiyasını tamamlayıb. Hal-hazırda Sera Kadıgil İstanbul Universitetində doktorantura təhsilini davam etdirir.Evlidir. İngilis dilini bilir. == İctimai-siyasi fəaliyyəti == Sera Kadıgil hüquq karyerasını mədəniyyət və incəsənət sahəsinə yönəltmiş, fəaliyyətə başladığı gündən bu yana bir çox teatr və incəsənət təşkilatları ilə yanaşı, Aktyorlar İttifaqı, Kino və Televiziya İşçiləri Həmkarlar İtifaqı kimi həmkarlar ittifaqlarının vəkilliyini də üzərinə götürüb. İstanbul Vəkillər Kollegiyasının Heyvan Hüquqları Komissiyasının İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.2018-ci il Türkiyə Parlament seçkilərində Türkiyə Böyük Millət Məclisinin 27-ci çağırışına İstanbul 1-ci seçki dairəsi üzrə millət vəkili seçilmişdir. Parlamentdə o, Qadın və Kişilər üçün Bərabər İmkanlar Komitəsinin üzvüdür.
Belişen
Belişen - XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında kənd adı. [150, 360].
Saruşen
Dağyurd (əvvəlki adı: Saruşen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Dağyurd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Saruşen kəndi Dağyurd kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dağyurd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == XIX əsrin 90-cı illərində İrandan köçüb gəlmış erməni ailələrinin Dağyurd kəndində məskunlaşmasından sonra SaruŞen/SoruŞen (dağkənd) adlandırılmış, 1992-ci ildən kəndin əvvəlki adı bərpa edilmişdir. Oykonim "dağda salınmış yurd" mənasındadır. == Əhalisi == Kəndin adı ermənilər tərəfindən dəyişdirilərək Saruşen qoyulub. Kəndin demək olar ki, bütün əhalisi ermənilərdən ibarətdir. Kənddə yalnız bir nəfər Gülzar Qriqoryan adlı azərbaycanlı qadın yaşayır. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağyurd kəndinin əhalisinin faktiki sayı 380 nəfər, qeydiyyatdakı əhalinin sayı 388 nəfər təşkil edirdi.
Şanışer
Şanışer (türk. Şanışer; əsl adı Sarp Palaur, türk. Sarp Palaur; d. 9 noyabr 1987, İstanbul, Türkiyə) — türk repçi. == Həyatı və karyerası == Əsl adı ilə Sarp Palaur olan bu repçi 9 noyabr 1987-ci ildə Türkiyənin İstanbul şəhərində dünyaya gəlib. İbtidai və tam orta təhsilini İstanbulda bitirdikdən sonra həyatını uzun bir müddət Antalyada davam etdirdi. 2005-ci ildə Muğla Universitetində Turizm və Otelçilik ixtisasında təhsil almağa başladı. Şehinşah adlı türk repçi ilə eyi məhəllədə yaşayan Şanışer bir çox müsahibəsində onun dinləyicilərindən biri olduğunu deyir. Bir yerdə qeyd etdikləri bir çox səsyazmalar vardır. İlk səsyazmasını 2000-ci ildə evində qeyd etmişdir.
Alişan
Alişan (19 iyun 1976, İstanbul) — Türkiyə müğənnisi Məşhur türkiyəli Kürd müğənni Alişan əsgər getməmək üçün maraqlı üsuldan istifadə edib. Sənətçi hərbi xidmətdən yayınmaq üçün futbolçu olmaq qərarına gəlib. Belə ki, 2008-ci ildə qəbul olunan qanuna əsasən 3 liqada çıxış edən peşəkar futbolçulara 38 yaşına qədər hərbi xidmətdən möhlət hüququ verir. Bu qanundan yararlanmaq istəyən 33 yaşlı Alişan 2-ci liqa təmsilçisi "Tepecikspor"la müqavilə imzalayıb. Özü də müğənni klubdan transfer haqqı almaq əvəzinə, özü transfer haqqı ödəyib. yəni müqaviləni pul qarşılığında imzalayıb. Lakin o, arxada qalan 14 tur ərzində bir dəfə də olsun "Tepecikspor"un formasını geyinməyib. Alişanın 33 yaşında olmasına rəğmən hərbi xidmətə getməməsi Türkiyədə böyük narazılıqlarla qarşılanıb. Hətta 2009-cu ildə "Facebook"da "Alişan əsgərliyə getsin" adlı kampaniya da başlayıb. İlk dəfə iki il öncə hərbi xidmətdən yayınmaqda Təqsirlənәn müğənni 2008-ci ildə dəyişdirilən hərbi qanundan yararlanmaq qərarına gəlib.
Alışan
Alışan (lat. Dictamnus) - sədokimilər fəsiləsinə aid çoxillik ot bitkisi.Latınca "Dictamnus" adlanır. Lüğəti mənası Dikte — Krit dağlarının birinin adı, Thamnos isə "kol" deməkdir. Qaratikan kolları arasında bitən bu bitkinin yayın qızmar günlərində öz-özünə alışıb yandığı haqqında rəvayətlər gəzir. Elə buna görə də bitkiyə xalq arasında "alışdım-yandım" da deyirlər. "Alışdım-yandım" quraqlığadavamlı olmaqdan ötrü öz ətrafında efir yağı ilə zəngin atmosfer yaradır. Kibriti yandırıb bu bitkiyə yaxın tutduqda o ani olaraq alovlanır. Bu bitkinin tərkibində diktamin alkalloidi, saponin və 0,5%-ə qədər efir yağı vardır. Çində sarılıq, öd kisəsi iltihabı xəstəliklərinin müalicəsində, qaşların tökülməsində və keçəlləşmənin qarşısının alınmasında istifadə edilir. Azərbaycan florasında 1 növü - Qafqaz alışan növü geniş yayılmışdır.
Baccharis saliens
Baccharis saliens (lat. Baccharis saliens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Ceyhun Şalıyev
Ceyhun Nüsrət oğlu Şalıyev (20 may 1994, Gəncə – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Ceyhun Şalıyev 20 may 1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Rusiya Federasiyasının Voronej şəhərində almağa başlamışdır və 7-ci sinfə qədər bu şəhərdə təhsil almışdır. 2008-ci ildə təhsilini Bakı şəhərində yerləşən 94 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2011-ci ildə "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "(hazırda Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinə qəbulla əlaqədar keçirilmiş imtahanda 600 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. == Hərbi xidməti == 2015-ci ildə universiteti bitirən Şalıyev həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində vuruşmuşdur. Hərbi xidməti başa vurduqdan sonra "Azercell"də çalışmışdır. Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Şalıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Liza saliens
Sivriburun kefal (lat. Liza saliens) — kefallar fəsiləsinə aid balıq cinsi. == Yayılması == Atlantik okeanın şərqində Biskay körfəzindən Cənubi Afrikaya qədər və Aralıq,Qara,Azov dənizlərində yayılıb.Xəzərdə, xüsusilə onun cənubi-şərqində və cənubi-qərbində, o cümlədən Qızılağac körfəzində geniş yayılmışdır. == Morfoloji əlamətləri == D IV, 1(8) 9, A III(8) 9 şüa var. Pilorik çıxıntıları 7-9 olur.Burun hissəsi nisbətən kütdür.Pulcuq örtüyü ön burun dəliyindən başlayır. Göz qapağı yoxdur. Quyruq gövdəsi nisbətən hündür və yastıdır. Uzunluğu 40 sm-ə, kütləsi 0,8 kq-a çatır, 11 ilə qədər yaşayır. İki bel üzgəci vardır. Döş üzgəcləri hündürdə, qarın üzgəcləri onlara yaxın yerləşmişdir.
Oskari Sallinen
Oskari Sallinen (22 iyun 2001-ci ildə Finlandiyada anadan olub) — JJK klubundan icarə əsasında da Erediviziya təmsilçilərindən olan Qroningen klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == === Villiketut === Sallinen Villiketut akademiyası vasitəsilə inkişaf etmişdir. Sallinen öz peşəkar karyerasında debütünü 7 may 2017-ci ildə TP-47 klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Villiketut liqa görüşündə rəqibinə 4-1 hesabı ilə məğlub olmuşdur. === JJK === Sallinen 2017-ci ilin yayında JJK klubuna transfer olmuşdur. O, klub ilə debütünü 15 iyun 2017-ci ildə HJK Helsinki klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Tommi Karini əvəz etmişdir. Həmin görüşdə JJK liqa görüşündə rəqibinə 4-0 hesabı ilə məğlub olmuşdur. === Qroningen === 19 iyul 2017-ci ildə Sallinen satın alma qarşılığında Erediviziya təmsilçilərindən olan Qroningen klubuna icarəyə verilmişdir.
Yasper Silesen
Yakobus Antonius Peter "Kasper" Sillessen - ( holladca: [ˈjɑspər ˈsɪləsə(n)] , d.: 22 aprel 1989) Holladiyalı qapıçı, İspaniyanın Barselona FK və Niderland milli futbol komandasının üzvü .
Əfsan Salıyev
Əfsan İlkin oğlu Salıyev (24 iyun 2002, İkinci Nügədi, Quba rayonu – 3 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — İkinci Qarabağ Müharibəsi şəhidi. == Həyatı == Əfsan Salıyev 24 iyun 2002-ci ildə Quba rayonu İkinci Nügədi kəndində doğulub. İlk təhsilini İkinci Nügədi kənd 3 saylı tam orta məktəbdə alıb, daha sonralar Quba şəhər Texniki Təmayüllü liseyin məzunu olub. Sumqayıt Dövlət Texniki Kollecdə orta ixtisas təhsilini alaraq Tərtərə, hərbi xidmətə yollanıb. == Hərbi xidməti == İkinci Qarabağ Müharibəsində fəal iştirak edib, Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. == Təltifləri == Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021, 17:10 Sərəncamı ilə (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) ilə təltif edilmişdir.
Eldar Şalıyev
Eldar Ağabala oğlu Şaliyev — (1974, Lerik rayonu – 5 aprel 1993, Ağdərə, Tərtər rayonu) Birinci Qarabağ döyüşlərində iştirak etmişdir. == Həyatı == 1974-cü ildə Lerik rayonunun Ancəqəv kəndində anadan olub. == Təhsili == 1981-ci il sentyabr ayının 1-də Bobla kənd illik məktəbinin 1-ci sinfinə daxil olub, 1989-cu ilin iyun ayında oranı bitirib. 1989 cu ilin sentyabr ayının 1-də Lerik rayonun 20-ci km. kənd orta məktəbinin 9-cu sinfinə daxil olub, 1991-ci ildə oranı bitirib. Həmin ilin sentyabr ayında Lerik rayon komissarlığının göndərişi ilə Lənkəran şəhərində yerləşən sürücülük məktəbinə daxil olub, 1992-ci ilin mayında oranı bitirib. == Hərbi xidməti == 1992-ci ilin sentyabr ayında həqiqi hərbi xidmətə yola salınıb.Hərbi xidmətə Perekeşküldə yerləşən hərbi toplanış məntəqəsindən başlayıb. Burada təlim keçdikdən sonra Ağdərə rayonuna göndərilmiş, ordakı döyüşlərində iştirak edib. 1993-cü il mart ayında Ağdərə döyüşlərində ağır yaralanaraq Mərkəzləşdirilmiş Hərbi Hospitala gətirilib, lakin həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, 1993 cü il aprel ayinin 5-də Eldar şəhidlik zirvəsinə ucalıb.
Sarışın biri
Sarışın biri (ing. The blonde one) - bir-birinə qarşı çox güclü cinsi istək bəsləyən iki oğlanın həyatından bəhs edən 2019-cu il məhsulu Argentina filmi. == Məzmunu == Qızlarla yaxşı münasibəti olan Cuanın otaq yoldaşı evdən ayrılır. Buna görə də Cuan iş yoldaşı Qabrielə bir yerdə yaşamağı təklif edir. Sakit təbiətli Qabrielin arvadı öləndən sonra onunla birlikdə yaşamayan balaca qızı da var. Birlikdə yaşana Cuan və Qabrielin arasında qısa zamanda güclü hislər yaranır. Münasibətləri həssas baxış və toxunuşlardan nizamlı cinsi münasibətə çevrilir. Qabriel eşq macərasına hazırdır, ancaq Cuan buna Qabriel qədər həvəsli deyil. Buna görə də münasibətləri qarışıq hal alır.
Manuel Ferras di Kampus Salis
Manuel Ferras di Kampus Salis (15 fevral 1841 — 28 iyun 1913) — Braziliya Respublikasının 4-cü prezidenti, qəhvə istehsalçısı, siyasətçi və vəkil. 1894-cü ildə San-Paulu icra başçısı və senatoru vəzifəsini tutub. Bundan başqa 3 dəfə dövlət başçısı katibi, ədliyyə naziri və millət vəkili olub. 15 noyabr 1898-ci ildə keçirilən seçkilərdə prezident seçilib. Prezidentliyi müddətində sərt maliyyə islahatları aparıb. Bununla da, ölkədə yaranan iqtisadi gərginliyi aradan qaldıra bilib. 28 iyun 1913-cü ildə San-Pauluda vəfat edib.
Alişan dağları
Alişan (çin. 阿里山) — Tayvanda, Yuşan dağından bir qədər aralıda yerləşən dağ sistemi. Dağ sistemi ərazisində Alişan Milli Təbiət Parkı, (çin. 阿里山國家風景區), istirahət zonası və təbiət qoruğu yerləşir. Park ümumilikdə 415 km² ərazini əhatə edir (45 ha). Parka qoruq dağları, dörd qəsəbə, şəlalələr və yüksək dağlıq ərazidə çay plantasiyalarıdaxildir. Szyai şəhəri ilə Alişan meşə dəmiryolu xətti, avtomobil yolu vastəsi ilə əlaqələnir. Park gəzinti yolları və çığırların kəsişdiyi ərazidədir Alişan dağlıq vilayətini çoxlu sayda turist və alpinist ziyarət edir. Bu dağ Tayvanın ən görməli yerlərindən biri hesab edilir və ölkənin milli rəmzlərindən biridir. Burada yerli çay və vassabi xüsusi məşhurluğa sahibdir.
Alişer Usmanov
Alişer Burhanoviç Usmanov (özb. Alisher Burxonovich Usmonov; 9 sentyabr 1953 və ya 1953, Çust[d], Nəməngan vilayəti[…]) — özbək əsilli Rusiya sahibkarı, milyarder, USM Holdingsin təsisçisi.1994-1998-ci illərdə Usmanov İnterfin Banklararası İnvestisiya-Maliyyə Şirkətinin rəhbəri olarkən qaza görə borclar yığırdı. 1990-cı illərin sonunda Usmanov Rem Vyakhirevlə tanış oldu; “Qazprom” və “İnterfin” öz səylərini və maliyyə vəsaitlərini birləşdirərək Oskol Elektrometallurgiya Zavodunda (OEMK) və Lebedinski Mədən və Emalı Zavodunda nəzarət səhmlərini əldə edərək, onları Qazmetall-da birləşdirdilər. 2002-ci ildə Usmanovun “İnterfin” şirkəti “Qazprom”un bu şirkətdəki payını alıb və yeganə nəzarət paketi sahibi olub. 2005-ci ildə Usmanov Vasili Anisimov ilə birlikdə Mixaylovski GOK-u Boris İvanişvilidən aldı.
Avisen gürzəsi
Avisen gürzəsi (lat. Cerastes vipera) — Buynuzlu gürzələr cinsinə daxil olan zəhərli ilan növü. Yarımnövlərə ayrılmır. == Təsviri == Bu növün ümumi uzunluğu 50 sm təşkil edir. Başları enli və düz, bədənləri isə kökdür. Göz ətrafında buynuzvarı pulcuqlara sahib deyildir. Bədəninin yan hissələrində olan pulcuqlar xırdadır. Bədəninin ümumi rəngi qumlu-qonurdur. Quyruğunun sonu qara rəngdədir. == Ekologiya == Ədsasən qumlu səhralarda yaşayır.
Ağ alışan
Ağ alışan (lat. Dictamnus albus) – alışan cinsinə aid bitki növü. == Sinonim == Dictamnus albus var. bucharicus N.A.Winter Dictamnus albus subsp. caucasicus (Fisch. & C.A.Mey.) N.A.Winter Dictamnus albus subsp. dasycarpus (Turcz.) N.A.Winter Dictamnus albus var. dasycarpus (Turcz.) T.N.Liou & Y.H.Chang Dictamnus albus subsp. dasycarpus (Turcz.) Kitag. Dictamnus albus subsp.