Ceyhun Şalıyev

Ceyhun Nüsrət oğlu Şalıyev (20 may 1994, Gəncə1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.

Ceyhun Şalıyev
Ceyhun Nüsrət oğlu Şalıyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Nüsrət Şalıyev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2015—2016 / 2020
Rütbə Əsgər
Döyüşlər
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

Ceyhun Şalıyev 20 may 1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur.[1] Orta təhsilini Rusiya Federasiyasının Voronej şəhərində almağa başlamışdır və 7-ci sinfə qədər bu şəhərdə təhsil almışdır. 2008-ci ildə təhsilini Bakı şəhərində yerləşən 94 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2011-ci ildə "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "(hazırda Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinə qəbulla əlaqədar keçirilmiş imtahanda 600 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2015-ci ildə universiteti bitirən Şalıyev həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində vuruşmuşdur. Hərbi xidməti başa vurduqdan sonra "Azercell"də çalışmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Şalıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 1 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Şalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Şalıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ceyhun Şalıyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-06. İstifadə tarixi: 06.11.2022.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  7. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-12. İstifadə tarixi: 06.11.2022.