Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saralan (Urmiya)
Saralan (fars. ‎‎سارالان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (89 ailə).
Şiraslan Gursəsli
Şiraslan Gursəsli — "Planet Parni iz Baku" KVN teatrının aktyoru Tahir İmanovun ifa etdiyi personaj == Təqdimatı == "Şiraslan Gursəsli" personajı ilk dəfə "Planet Parni iz Baku" KVN teatrının 2004-cü ildə Heydər Əliyev Sarayında keçirilmiş konsertində tamaşaçılara "Qızıl Diş" qrupunun solisti və onun bədii rəhbəri kimi təqdim olunmuşdur. Diskləri "Səbiş Rekords" studiyasında yazılır. == Mahnıları == O mənim gözümün qarası. Mama, mazgimi eləmə. Mama, uç burdan. Tualet. Qohumbazlıq. == Həmçinin bax == Parni iz Baku Planet Parni İz Baku Studiya Tahir İmanov == Xarici keçidlər == Mama, mazgimi eləmə [1] 10line yubileyi 10line yubileyi Şiraslan. Tualet Klip.Şiraslan. Qohumbazlıq Arxivləşdirilib 2012-09-17 at the Wayback Machine Mama, uç burdan.
Farasman
Farasman — eramızdan əvvəl IV əsrdə Xarəzmdə çar. == Həyatı == Miladdan əvvəl yəni eramızdan əvvəl 328-ci ildə, Makedoniyalı İsgəndərin Orta Asiyada yürüşü zamanı Farasman, İsgəndərin Bəlxdəki düşərgəsinə gəlmiş və onunla ittifaqa girmişdir. Bu anda onun dəstəsində 1500 atlı var idi. Farasman ayrıca İskəndərin Şimali Qara dəniz bölgəsinə və oradan Kolxidaya ortaq bir səyahət etməsini təklif etdi, lakin layihəsi qəbul edilmədi.
Paraplan
Paraplan – yumşaq qanadlı planer olub, qanadı hava axını hesabına hava tutucuları ilə şişən uçuş aparatıdır. Qaldırıcı qüvvə qanad profilinin qarşıdan gələn havanın bürüməsi hesabına yaranır. Paraplanın irəli hərəkəti ağırlıq gücün təsiri nəticəsində baş verir. Azərbaycanda Paraplanerçilik 2012-ci ilində inkişaf etmişdir. 2013-ci ildə Fairex (Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası) dəstəyi ilə beynəlxalq paraplanerçiliq festivalı keçirilmişdir . Azərbaycanda 2014-ci ildən bəri 31 may paraplanerçilər günü kimi qeyd olunur. Hazırda ölkədə 4 klub fəaliyyət göstərir - RockStone, Gilavar, Climb Club, CanFly.
Sarallar
Sarallar — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeliyində kənd. == Tarixi == Qarapapaqlar bugünkü Azərbaycan türklərinin əsas hissəsini təşkil edir. Qafqaza ilk dəfə XI əsrdə ayaq basan Qıpcaqların soyundan olan bu boy, Gürcü Çarının dəvəti ilə burada yaşamağa başlamışdır. Sonrakı illərdə daim Oğuzlarla savaş şəraitində yaşamış, bir neçə əsr içində onlarla qarışmışdır. Azərbaycanda qurulan Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi dövlətlərinin tərkibində yer alıb. XVI əsrdən etibarən formalaşan Azərbaycan xalqının özəyini təşkil edib. XIX əsrdə rus çarizminə qarşı mübarizə aparan qaçaqların bir çoxu Qarapapaq tayfasından çıxmışdir. XX əsrin əvvəllərində Qarapapaqlar, təkbaşına təşkilatlanaraq erməni daşnaqlarına və rus işğalçılarına qarşı müharibə aparmış. Nəticədə, Cənub-Qərbi Qafqaz Türk Cumhuriyyətini qurmuşlar. Daha sonra ləğv olunaraq Azərbaycan Demokratik Respublikasinin terkibinə qatılmışdır!
Saraylar
Saray — Saray böyük iqamətgahdır, xüsusən də kral iqamətgahı və ya dövlət başçısının və ya yepiskop və ya arxiyepiskop kimi digər yüksək vəzifəli şəxslərin evidir. Bu söz Romada İmperator iqamətgahlarının yerləşdiyi Palatine təpəsinin Latın adı palatiumdan götürülüb. == Etimologiya == Saray sözü qədim fransızca palais (imperator iqamətgahı), Romanın yeddi təpəsindən birinin adı olan Latın Palatium sözündən gəlir. Palatin təpəsindəki orijinal "saraylar" imperiya hakimiyyətinin oturacağı, Kapitoliya təpəsindəki "kapitol" isə Romanın dini nüvəsi idi. Şəhər yeddi təpəyə qədər böyüdükdən çox sonra Palatine arzu olunan yaşayış sahəsi olaraq qaldı. İmperator Sezar Avqust orada, yalnız Senat tərəfindən verilən zəfər əlaməti olaraq ön qapının yanında əkilmiş iki dəfnə ağacı ilə qonşularından ayrılan məqsədyönlü təvazökar bir evdə yaşayırdı. Onun övladları, xüsusən də Neron "Domus Aurea" (Qızıl Ev) ilə binanı və onun ərazisini təpənin zirvəsinə qalxana qədər dəfələrlə genişləndirdilər. Palatium sözü təpənin üstündəki məhəllə deyil, imperatorun iqamətgahı mənasına gəldi. "Hökumət" mənasını verən saray, Paul Deacon-un c yazısında qeyd edilə bilər. AD 790 və 660-cı illərin hadisələrini təsvir edir: "Qrimuald Beneventuma yola düşərkən sarayını Lupusa həvalə etdi" (Historia Langobardorum, V.xvii).
Saravan
Tərp, Terp, Saravan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == «Tərp kəndi, XIII əsrdə tarixi mənbələrdə adı çəkilən Derb kəndidir». Kənd XIV əsrdə xarabalığa çevrilmiş, XVII əsrdə yenidən bərpa edilmişdir. Tərpçayın yaxınlığında yerləşirdi. Toponim Azərbaycan dilində «kiçik təpə» mənasında işlənən tərp sözü əsasında əmələ gəlmişdir. Tərp sözü ərəb dilində dərb kimi «dağ keçidi, aşırım, dərə» mənasında işlənir. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 192 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 187 nəfər, 1904 - cü ildə 223 nəfər, 1914 - cü ildə 245 nəfər, 1916-cı ildə 281 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur.
Sarayan
Sarayan — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Sarayan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 11,098 nəfər və 2,933 ailədən ibarət idi.
Sarağan
Sarağan (lat. Cotinus) - sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Cotinus coggygria Scop. - Sarağan, vəlgə - Скумпия коггигрия- Coggygria sumach, smoke tree Kol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. Sarağanı dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün xammal kimi istifadə etmək üçün becərirlər. == Botaniki təsviri == Hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir.
Savalan
Savalan — Kişi adı və təxəllüs. Savalan Ocaqverdizadə — fizioloq, tibb elmləri doktoru Savalan Talıblı — Azərbaycan jurnalisti. Savalan Əmirov Təxəllüsü olanlar Xaqani Savalan — film direktoru, prodüser, Həsən Məcidzadə Savalan — şair, tənqidçi, ədəbiyyatşünas Mahmud Savalan — Ərdəbil şəhərində anadan olmuş kulturist. Rafiq Savalan — nasir, publisist, tərcüməçi, Digər Savalan (dağ) — İranın Ərdəbil ostanında dağ. Cənubi azərbaycanlıların mübarizə simvolu. Savalan (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Savalan bələdiyyəsi — Azərbaycan Respublikasının Qəbələ rayonunda bələdiyyə.
Sağalan
Sağalan (fars. سهلان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 1883-cü ildə Henrix Kipertin Osmanlı imperiyasının Asiya-Şərq vilayətlərini tərtib etdiyi ərazi xəritəsində, Sağalan Təbriz ilə Sufiyanın arasında yerləşir. Əski gilixan şəhəri, sağalanin yaxinliğindadir. == Əhalisi == 2016-cı ilin məlumatlarına əsasən kəndin əhalisi 3,664 nəfərdən ibarət idi.
Angela Sarafyan
Angela Sarafyan (30 iyun 1983, İrəvan) — ABŞ aktrisası.
Harasban (Hurand)
Harasban (fars. هرسبان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 95 nəfər yaşayır (19 ailə).
Miraslan Ağayev
Miraslan Bəkirli
Miraslan Bəkirli (azərb. Miraslan Məcnun oğlu Bəkirli‎; 17 mart 1955, Qızıl Şəfəq, Kalinino rayonu) — telejurnalist, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Miraslan Bəkirli 17 mart 1955-ci ildə Qərbi Azərbaycanın Kalinino rayonunda (keçmiş Varantsovka, qədim adı isə Daşır olmuşdur), Qəzəl Şəfəq kəndində (keçmiş Cücəkənd) anadan olub. 1969-cu ildə Qızıl Şəfəq 8 illik, 1971-ci ildə İlməzli kənd orta məktəbini bitirmişdir. Bir il Qızıl Şəfəq sovxozunda fəhlə işləmiş, 1972-1977-ci illərdə BDU-nun (keçmiş ADU) geoloji-coğrafiya fakültəsini bitirmiş, Cəlilabad rayonunun Eçara, Maşlıq kəndlərində dövlət göndərişi ilə müəllim işləmişdir. 1980-i ildən 1988-ci il hadisələrinə qədər doğulduğu rayonda “Zarya” qəzetində işləmiş, sonra Sumqayıt şəhərinə köçüb gəlməyə məcbur olmuşdur. Sumqayıtda əvvəl 8 sayli məktəbdə müəllim, sonra 18saylı məktəbdə dərs hissə müdiri, 1990-cı ildə ilk müstəqil qəzetlərdən olan “Vətən səsi” qəzetində ədəbi işçi, şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor kimi çalışır. "Halallıq", "El deyimləri", "Yurd", "Yurd yeri" kimi etnoqrafik, tarixi, publisistik; "Ağrı", "Vətən qürbətdə qaldı", "Həsrət", "Durnalar qayıdanda" kimi verilişlərlə Qərbi Azərbaycan və işgalda olan torpaqlarımızla bağlı; Qarabağ müharibəsində isə döyüş movqelərindən "Qılınc qolun davamıdır", "Cəbhədən qayıtmışıq" silsilə verilişlər hazırlayıb. 1984-cu ildən bədii yazllarla müntəzəm olaraq ədəbi orqanlarda çap olunur.
Parastan (Sərdəşt)
Parastan (fars. پاراستان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 354 nəfər yaşayır (58 ailə).
Sarhulan (Soyuqbulaq)
Sarhulan (fars. سرهولان‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (6 ailə).
Serj Sarqsyan
Serj Azati Sarkisyan (bəzi Azərbaycandilli mənbələrdə Serj Sərkisyan; erm. Սերժ Ազատի Սարգսյան – Serj Azati Sargisyan; 30 iyun 1954, Stepanakert) — Ermənistan siyasətçisi, Ermənistan Respublikasının Baş Naziri 11-ci (4 noyabr 1996–20 mart 1997) və 15-ci baş naziri (17 aprel–23 aprel 2018), Ermənistan Respublikasının 3-cü Prezidenti (9 aprel 2008–9 aprel 2018). == Həyatı == Serj Sarkisyan 30 iyun 1954-cü ildə Azərbaycan SSR-in DQMV paytaxtı olan Xankəndində doğulub. 1971-ci ildə İrəvan Dövlət Universitetinə qəbul olub, 1971–72-ci illərdə Sovet Ordusunda hərbi qulluqda olub və 1979-cu ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsindən məzun olub. 1983-cü ildə Rita Sarkisyan ilə ailə həyatı qurub, bu izdivacdan onların Anuş və Satenik adlı iki qızı dünyaya gəlib. Onların Məryəm, Rita, Ara və Serj adlı dörd nəvələri var. Sərkisyan həm də Ermənistan Şahmat Federasiyasının başçısıdır. İş karyerasına 1975-ci ildə İrəvanın Elektrik Qurğuları Zavodunda başlayıb. === Ailəsi === Sarkisyanın Anuş və Satenik adlı iki qızı var. Böyük qızı Anuş Sarkisyan ixtisasca hüquqşünasdır və Ermənistanın Vatikandakı səfiri Mikayıl Minansyanla evlidir.
Adi sarağan
Parik ağacı (lat. Rhus cotinus) - sumaq cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1–4 m olan, qabığı xırda çatlı kol,bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür. Meyvəsi tərs yumurtavari, quru meyvəyanlıqlı çəyirdəkdir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvə verir. == Mənşəyi və yayılması == Sarağan kserofil coğrafi tipinin aralıdənizi sinfinin aralıq dənizi qrupuna aiddir.Apalıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Çin, Himalay, Yaponiya və Qafqazda yayılmışdır.Azərbaycanda sarağan Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Kür düzənliyində və Naxçıvanda arandan aşağı dağ qurşağına kimi(dəniz səviyyəsindən 900 m qədər) bitir. == Ekoloji qrup və bitdiyi yerlər == Kserofitdir, dağ-kserofit bitkilik tipində rast gəlir.
Farasan arxipelaqı
Farasan arxipelaqı (ərəb. جزر فرسان‎) — Qırmızı dənizdə, Səudiyyə Ərəbistanına məxsus olan ada. Cizan adasından 40 km aralıda, ölkənin cənub-qərbində yerləşir. Arxipelaqın ən iri adaları — Farasan. Digər adalar — Sacid, Zufaf. Adalar qorunan ərazidir. Adalarda ərəbistan cüyürü yaşayır. Buraya Avropadan gələn köçəri quşlar qışlayır.
Mahmud Savalan
Rafiq Savalan
Ağayev Rafiq İmanqulu oğlu (1 dekabr 1940, Bakı – 29 oktyabr 2023) — nasir, publisist, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1976), Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1971) == Həyatı == Ağayev Rafiq İmanqulu oğlu 1940-cı il dekabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olub. İbtidai təhsilini Bakıda, orta təhsilini Neftçalada alıb. Eyni zamanda neft mədənlər idarəsinin elektrik quraşdırma sexində fəhlə işləyib (1956–1958). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1958–1964). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan radiosu təbliğat və xəbərlər baş redaksiyasında müxbir kimi başlayıb (1964–1966). Kiçik redaktor, böyük redaktor, siyasi icmalçı (1966–1975), radionun uşaqlar üçün proqram baş redaksiyasının baş redaktoru (1975–1996) vəzifələrində çalışıb. Teleşirkətdə "Səhər" proqramının baş redaktor müavini vəzifəsində işləyirdi (1996-cı ildən). Hər bazar günü uşaqların maraqla dinlədikləri "Biləyən" radio verilişinin yaradıcısı, müəlliflərindən biri və redaktoru idi (1975-ci ildən). Ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. Onun hekayələri, felyetonları, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap olunub, efirdə səslənib.
Sarayan şəhristanı
Sarayan şəhristanı- İranın Cənubi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sarayan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 34,636 nəfədən ibarət idi.
Sartlan gölü
Sartlan gölü- Rusiya ərazisində Barabins düzənliyində Novosibir ərazisində yerləşir. Novosibirdə sahəsinə görə üçüncü göl hesab edilir və Barabinsk və Zdvinsk rayonları ərazisində yerləşir. Dəniz səviyyəsindən 110 metr hündürlükdə yerləşir. Sahəsi-238 km²-dir. == Toponomikası == Sartlan adı bəzi məlumatlara görə "surtan" sözündən götürülmüşdür. == Coğrafiyası == Gölə bir neçə kiçik çay tökülür. Çayın bolsulu dövründə Sarayka çayı ondan başlanğıc götürür. Sahilləri qamışlarla örtülüdür. Gölün dibi çamurdur. Səviyyənin sürəti-1,7 m-dir.
Savalan (Qəbələ)
Savalan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Savalan mərkəzdən 30 km. kənarda, Ağdaş yolunun üstündə, ən qədim kəndlərdən biridir. İndi burada əhalinin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Evlərə qaz çəkilib, telefon xidməti göstərilir. Magistral yola yaxın olduqlarından ətraf ərazilərlə əlaqələri asanlaşır. Türyançayın kənarında yerləşdiyindən təhlükəsizliyi təmin etmək məqsədi ilə kəndlə çay arasında 100 metrlik möhkəm bəndin qurulması qərara alınıb. Torpaqları üzümçülüyə yararlı olduğundan 80 hektar sahədə iki növ üzüm, süfrə və şərabçılıq üçün məhsul yetişdirilir. Əhalinin yarıdan çoxu bu sahədə çalışır. Üçüncü ildir ki, tinglərə qulluq göstərilir.
Qaraşlar
Qaraşlar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd. == Tarix == Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaraşlar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qaraşlar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Saraşina Nikki
Saraşina Nikki (更級日記, azərb. Saraşina gündəliyi‎) – Heyan dövründə yaşamış bir saray xanımı tərəfindən 1059-cu ildən sonra yazılan nikki. Şəxsi adı naməlumdur, əsasən Suqavara no Takasuenin qızı və ya Xanım Saraşina kimi xitab edilir. O, alim, şair və saray rəsmisi olan Suqavara no Miçizanenin nəslindən idi. == Haqqında == "Saraşina Nikki" dövrün Heyan gündəliklərindən fərqlənir; həcm baxımından genişdir və müəllifin 12 yaşından 50 yaşına qədər olan həyatını təsvir edir. Müəllif atasının vitse-hakim olduğu Kazusa əyalətində böyümüşdür. 1020-ci ildə ailə ilə birlikdə Yaponiyanı səyahət edərək Kiotoya gəlmişdir. Gündəlikdə Fuci dağını, təbiət möcüzələrini və 3 aylıq səyahətində qarşılaşdığı insanları təsvir etmişdir. Daha sonra Kiotoda qalmış, lakin dini ziyarətlərə davam etmişdir. Qısa müddət ərzində imperatorluq şahzadəsinin xidmətçisi kimi fəaliyyət göstərdikdən sonra Şinano əyalətinin hakimi Taçibana no Toşimiçi ilə evlənmiş və 3 uşağı olmuşdur.
Sarmaşan doqquzdon
Sarmaşan doqquzdon (lat. Lonicera periclymenum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.