Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Badaşqan
Badaşqan (əvvəlki adı: Bədəşxan) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kənd inzibati ərazi dairəsi tərkibindəki Bədəşxan kəndi Badaşqan kəndi adlandırılmışdır. == Toponimikası == Tədqiqatçıların mülahizəsinə görə, badaşqan "qəlbən bir olanlar, yaxın, qohum" deməkdir. Lakin həmçinin kəndin adının hazırkı Əfqanıstanın şimal-şərqi və Tacikistanın şərqindəki tarixi dağlıq Bədəxşan bölgəsi ilə də əlaqəli ola bilər. Bu adda Əfqanıstanda Bədəxşan vilayəti, Tacikistanda isə Dağlıq Bədəxşan (Kuhistoni Badaxşon) Muxtar Vilayəti mövcuddur. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Naxçıvan düzündə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Samanqan
Orand — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Orand kəndi Pirəsora kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Orand kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Mənbələrin məlumatına görə, XIX əsrdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş orandlar 3 qoldan ibarət idilər. Onlar qışı Muğanda, yazı isə Talış dağlarında keçirirdilər. Orandların birinci qolu Ləzran, ikinci qolu Orand, üçüncü qolu isə Nuravud kəndlərini salmışdılar. Etnotoponimdir. == Tarixi == Talışların tayfalarından biri olan Orand tayfası tərəfindən salınmış rayondur. Bir qolu sürgün zamanı Cəlilabad rayonu Zərbəli kəndində məskən salmışdır == Coğrafiyası və iqlimi == Kənd Bilnəçayın sahilində, Peştəsər silsiləsinin yamacında yerləşir. == Əhalisi == Əhalisi 1534 nəfərdir.
Sayaqan
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Astarqan (Vərziqan)
Astarqan (fars. استرقان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 157 nəfər yaşayır (41 ailə).
Satılqan Gəray
Satılqan Gəray (ö. 1506) — Qasım xanlığının 4. xanı. == Həyatı == == Mənbə == Bulat Rakhimzi︠a︡nov (2009). Kasimovskoe Khanstvo : 1445-1552 : Ocherki Istorii. Kazan: Tatarskoe knizhnoe izd-vo. ISBN 9785298017213. Рахимзянов Б. Р. Крымская династия в Касимовском царстве // Точка зрения: Сборник научно-исследовательских статей. — Казань: Мастер Лайн, 2000. — С. 69—88.
Şeytanla savaşan Müqəddəs Mikayıl (Rafael)
Şeytanla savaşan Müqəddəs Mikayıl (it. San Michele sconfigge Satana) - İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Şeytanla savaşan Müqəddəs Mikayıl əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır.
Sağsağan
Sağsağan və ya adi sağsağan (lat. Pica pica) — qarğalar ailəsinin sağsağanlar fəsiləsindən olan quş növü. == Həyat tərzi == Ümumi sağsağanlar oturaq quşlardır. Kiçik meşələrdə, parklarda, bağlarda, tez-tez insan məskənlərinə yaxın yerlərdə məskunlaşırlar. Sıx meşələrdən adətən çəkinirlər. Sağsağan əkiz quşdur. Bir ortaq həyatın ilk ilində seçilir, ilk cütləşmə həyatın ikinci ilində baş verir və növbəti yazda cütlük yuva qurmağa başlayır və övlad sahibi olmağa çalışır. Tez-tez yüksək səslə ağacdan ağaca uçan quş sürülərində görülür. Balalarına sahib olan yetkin bir cütdür. Cütlük cəsarətlə ərazisini digər vəhşi quşlardan müdafiə edir.
Sarağan
Sarağan (lat. Cotinus) - sumaqkimilər fəsiləsinə aid bitki cinsi.Cotinus coggygria Scop. - Sarağan, vəlgə - Скумпия коггигрия- Coggygria sumach, smoke treeKol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. Sarağanı dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün xammal kimi istifadə etmək üçün becərirlər. == Botaniki təsviri == Hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür.
Sağsağan (dağ)
Sağsağan — Azərbaycan Respublikası Kəlbəcər rayonunda eyniadli dağ silsiləsinin zirvəsidir. Hündürlüyü 1705 m. Oronim eyniadlı quşun adı ilə adlandırılmışdır.
Sağsağan (dəqiqləşdirmə)
Sağsağan — qarğalar ailəsinin sağsağanlar fəsiləsindən olan quş növü. Sağsağan (pyes) — Abbas Zamanovun pyesi. Sağsağan — Qarabağın dağlıq hissəsində dağ silsiləsi. Sağsağan (dağ) — Kəlbəcər rayonunda eyniadli dağ silsiləsinin zirvəsidir. Hündürlüyü 1705 m.
Sağsağan (hekayə)
Sağsağan (pyes) — 1956-cı ildə Abbas Zamanov Azərnəşrdə çap etdirdiyi "Seçilmiş əsərləri" kitabına daxil edilmişdir. Yazıçı Əbdürrəhim Bəy Haqverdiyev "Sağsağan" pyesini 1931-ci ildə yazmışdır. İki pərdə və beş şəkildən ibarət olan "Sağsağan" müəllifin uşaqlara hədiyyə etdiyi ilk səhnə əsəridir. Müəllifin bu pyesi didaktikdir və köhnə düşüncəli insanları tənqid etmək üçün yazılmışdır. Pyesdə, Qədim adlı bir uşağın əvvəlcə anasının xurafatlarına inanıb atasının öldüyünü düşünərək əzab çəkməsindən, sonradan ətrafındakı təhsilli insanların köməyi ilə bu fikirlərindən dönməsindən bəhs olunur. O, dostlarının dəstəyi ilə atasının yaşadığına inanır və onu gözləyir. Atası qayıtdıqdan sonra onu məktəbə göndərməsini xahiş edir. Tamaşa Azərbaycan Sovet dövrü uşaq ədəbiyyatında yazılmış ilk və vacib əsərlərdən biridir. Əsər o dövrdə Azərbaycan teatr səhnəsində tez-tez nümayiş olunur. == Məzmunu == Əsərdəki hadisələr Tanrıqulunun evində başlayır.
Sağsağan (pyes)
Sağsağan (pyes) — 1956-cı ildə Abbas Zamanov Azərnəşrdə çap etdirdiyi "Seçilmiş əsərləri" kitabına daxil edilmişdir. Yazıçı Əbdürrəhim Bəy Haqverdiyev "Sağsağan" pyesini 1931-ci ildə yazmışdır. İki pərdə və beş şəkildən ibarət olan "Sağsağan" müəllifin uşaqlara hədiyyə etdiyi ilk səhnə əsəridir. Müəllifin bu pyesi didaktikdir və köhnə düşüncəli insanları tənqid etmək üçün yazılmışdır. Pyesdə, Qədim adlı bir uşağın əvvəlcə anasının xurafatlarına inanıb atasının öldüyünü düşünərək əzab çəkməsindən, sonradan ətrafındakı təhsilli insanların köməyi ilə bu fikirlərindən dönməsindən bəhs olunur. O, dostlarının dəstəyi ilə atasının yaşadığına inanır və onu gözləyir. Atası qayıtdıqdan sonra onu məktəbə göndərməsini xahiş edir. Tamaşa Azərbaycan Sovet dövrü uşaq ədəbiyyatında yazılmış ilk və vacib əsərlərdən biridir. Əsər o dövrdə Azərbaycan teatr səhnəsində tez-tez nümayiş olunur. == Məzmunu == Əsərdəki hadisələr Tanrıqulunun evində başlayır.
Sağsağan gülxətmisi
Sağsağan gülxətmisi (lat. Alcea sachsachanica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Məlumat azlığı" kateqoriyasına aiddir –DD. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu: DD. == Qısa morfoloji təsviri: == Çoxillik ot bitkisidir. Gövdələri 50-70 sm hündürlükdədir. Yarpaqlar ulduzvari, qısa tükcüklərlə örtülüb. Yarpaq ayası əncirin yarpaq ayasına bənzəyir, əsasında ürəkvari, 5-7 paylarla bölünür, enli, tərs-lansetli və ya uzunsov, tərs-yumurtavari şəkildədir. Çiçəkləri sıx tükcüklü ayaqcıqlarda tək-təkdir. Ksacıqaltı iki dəfə kasacıqdan qısadır. Qacı sarı rəngdə olub, eni 30-40 mm uzunluğundadır.
Sətargan dərəsi
Sətargan dərəsi (fars. دره ستارگان‎) — İranda dərə. Qeşm adasında yerləşir. Bərkəyi Xələf kəndinin şimalında yerləşir.
Adi sarağan
Parik ağacı (lat. Rhus cotinus) - sumaq cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1–4 m olan, qabığı xırda çatlı kol,bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür. Meyvəsi tərs yumurtavari, quru meyvəyanlıqlı çəyirdəkdir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvə verir. == Mənşəyi və yayılması == Sarağan kserofil coğrafi tipinin aralıdənizi sinfinin aralıq dənizi qrupuna aiddir.Apalıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Çin, Himalay, Yaponiya və Qafqazda yayılmışdır.Azərbaycanda sarağan Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Kür düzənliyində və Naxçıvanda arandan aşağı dağ qurşağına kimi(dəniz səviyyəsindən 900 m qədər) bitir. == Ekoloji qrup və bitdiyi yerlər == Kserofitdir, dağ-kserofit bitkilik tipində rast gəlir.
Yatağan dəmirtikan
Yatağan dəmirtikan (lat. Tribulus terrestris) — dəmirtikan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Birillik ot bitkisi olub, nazik, düz kökləri olur. Gövdəsi budaqlanan olub, uzunluğu 10-60 (120) sm-dir. Yarpaqları qarşı-qarşıya, cüt-cüt, mürəkkəb lələkvari, 6-8 olmaqla, cüt-cüt yerləşən uzunsov yarpaqcıqdan ibarət, uzunluğu 3-8 sm, eni isə 1,5-2 sm-dir. Çiçəkləri qoltuq yarpaqlarından ibarət, qısa ayaqcıqlı, tək, azsaylı, kiçık, 1,2 sm diametrində çiçək tacından ibarətdir. İkiqat çiçək yanlığı, düzgün, beşüzvlü olmaqla, 10 erkəkcikdən ibarətdir. Yetişən zaman meyvələri 5 ulduzşəkilli künclü və 4 ədəd uzun və sərt tikan və çoxsaylı qabarcıqlardan ibarətdir. Çiçəkləri yaşıl-sarı, yarpaqları yaşıl, meyvələri isə açıq-yaşıldır. Özünəməxsus zəif iylidir.
Yatağan ilanlar
Yatağ ilanlar, və ya Qum yatağan ilanları (lat. Eryx) – Yatağanlar fəsiləsinə aid ilan cinsi. == Xüsusiyyətləri == Bu cinsə daxil olan ilan növlərinin yalnız az qismi qumda yuxa qururlar. Digər qismi isə gilli, çınqıllı və daşlıqlı ərazilərdə yuxa qurur. Bədəni silindirik formaya malik olur və əzələ sistemi yaxşı inkişaf etmişdir. Quyruğu isə çox qısadır. Gözləri xırda olub yuxarı istiqamətlənmiş formadadır. Ön dişləri arxa dişlərinə nisbətən uzundur. Onlar əsasən öz ovunu əzələli bədəni ilə sıxaraq öldürürlər. Əsasən kərtənkələlərlə qodalanır.
Dar ağacı üzərində sağsağan
Dar ağacı üzərində sağsağan (nid. De ekster op de galg) — Flamand rəssam Pieter Brueghelin rəsm əsəridir. 1568-ci ildə ağac üzərində yağlı boya ilə işlənmişdir. Darmştadtda yerləşən Gessen Landes muzeyində sərgilənir. == Təsviri == Şəklin mərkəzində üzərində sağsağan oturmuş dar ağacı yerləşmişdir. Quş böhtana və xəyanətə aparan boşboğazlığı təcəssüm edir. Ehtimal ki, Kəndlilərin dar ağacının altında rəqs edən obrazları "Dar ağacına gedən yollar şən çəmənliklər vasitəsilə keçir" Flamand atalar sözünə işarədir. Şəkil Breygelin (1525/30 — 1569) yaradıcılığının son dövrlərinə təsadüf edir. Şəkil Breygelin ölümünə 1 il qalmış çəkilmişdir. Rəssam işi yüksək qiymətləndirmiş və onu öz arvadı Meyken Kuka vəsiyyət etmişdir.