Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ratitae
Dəvəquşukimilər (lat. Struthioniformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Dəvəquşukimilər dəstəsinə təkcə bir növ — müasir dəvəquş daxildir. O, Afrikada yarımsəhra və bozqızlarda yaşayır. El arasında ona Afrika dəvəquşu deyilir. Ukraynada, İranda, Monqolustanda və Çində qazıntı halında tapılır. Afrika dəvəquşu 100 kq olur. O, uça bilmir, lakin bərk qaçır.Qanad sümükləri qısalmış, körpücük sümükləri isə reduksiya etmişdir, döş sümüyündə til yoxdur. Arxa ətraflarında ancaq iki barmaq qalmışdır. Dərisinin hər yeri lələkdir (lələksiz hissəsi yoxdur).
Sadiatt
Sadiatt - Lidiyanın 28-ci çarı, Mermnadlar sülaləsindən olan üçüncü hökmdar (e.ə. 629-617). == Haqqında == Herodotun məlumatına əsasən Lidiya çarı Sadiatt 12 il hakimiyyətdə olmuşdur.. Sadiatta babası Qiqdən və atası II Ardisdən güclü dövlət miras qalmışdır. Hakimiyyətinin son 6 ilində Sadiatt İoniya vilayətinin Milet şəhəri ilə müharibələr aparmış, onun ölümündən sonra bu mübarizəni onun oğlu II Aliatt davam etdirmişdi. Bu müharibələrin əsas xüsusiyyəti ondan ibarət idi ki, lidiyalıların quru qoşunları güclü idi, miletlilər isə dənizdə hökmranlıq edirdilər. Lidiyalılar möhkəmlənmiş şəhəri ələ keçirə bilmədilər. Şəhərin mühasirəsi də miletlilərin hərbi donanmasının müntəzəm hücumları nəticəsində uğursuz oldu. Lidiyalıların əsas taktikası hər il biçin vaxtı hücum edərək əkin sahələrini yandırmaq idi.. == Mənbə == Barclay V. Head, «The coinage of Lydia and Persia» (Лондон, 1877); Radet, «La Lydie et le monde grec au temps des Merninade?» (П., 1893); Масперо, «Древняя история народов Востока» (М., 1895).
Satave
Satave (gürc. სათავე) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 580 metr hündürlükdə, Suxumidən 27 km uzaqlıqdadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 8, თბ., 1984. — გვ. 656.
Sative
Sative (gürc. სათივე) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 191 nəfər idi. 2014-cü ildə 188 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, VIII cild, səh.
Didi Sative
Didi Sative (gürc. დიდი სატივე) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 374 nəfər idi. 2014-cü ildə 293 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Elena Satine
Elena Satine (gürc. ელენა სატინი, 24 noyabr 1987, Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcü əsilli amerikalı aktrisa.
Karlos Sarate
Karlos Zareyt (ing. Carlos Zarate Santa; 23 may 1951) — Meksikalı boksçu. Karlos keçirtdiyi 70 döyüşün 63 döyüşünü nakautla qalib olmuşdur. Cəmi 4 dəfə məğlubiyyətə uğrayıb. Dünyada ən peşəkar boksçularından biridir. O, WBC çempionatında yüngül çəki üzrə 28 dekabr, 1976-cı ildə Norveçdə qalib gəlmişdir. WBC döyüşü 8 may 1976-cı ildə başlamış və 3 iyun 1979-cu ilə qədər davam etmişdir. O, Lup Pindora qalib gəlmiş lakin, finalda Con Ovenə uduzan Karlos son saniyələrdə vurduğu zərbələr nəticəsində hesab dəyişmiş və qalib olmuşdur. Zareyt 100 idmançı arasında, 1999-ci ildə Askeytid Press tərəfindən 20-ci əsrin 1 saylı idmançısı (Raben Alviz yanaşı) kimi seçilib.
Patara Sative
Patara Sative (gürc. პატარა სატივე) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 90 nəfər idi. 2014-cü ildə 68 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Satake Yoşiatsu
Satake Yoşiatsu (佐竹 義敦, 1748[…], Edo[d] – 1785[…]) və ya təxəllüsü ilə Satake Şozan (佐竹 曙山) – Akita hanının daymyosu və Qərb rəssamlığı üzrə Akita məktəbinin qurucusu. Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri işin müəllifidir. == Həyatı == Satake Yoşiatsu 1748-ci ildə Edo şəhərində doğulmuş, 1748-ci ildə Akitanın daymyosu olmuşdur.1773-cü ildə yerli mis istehsalına tövsiyələr verməsi üçün Hiraqa Qennayı Akitaya dəvət etmişdir. Qennay Akitada ikən Qərb rəssamlığı haqqındakı nəzəriyyələrini Yoşiatsu və Yoşiatsunun köməkçisi Odano Naotake ilə bölüşmüşdür. 1778-ci ildə Naotakenin köməkliyi ilə Yoşiatsu 3 esse yazmışdır: "Rəssamlıq sənəti", "Rəssamlığı və kompozisiyanı anlamaq" və "Qırmızı və göy". "Rəssamlığı və kompozisiyanı anlamaq" essesində xətti prespektivə dair diaqramlar, qarışıq spiral pilləkənlər və Qerard de Leress tərəfindən yazılmış "Böyük rəssamlar kitabı" (1707) əsasında fiqur çəkmək metodları təsvir etmişdir.Bu esselər bir eskiz dəftərində toplanmışdır və Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri iş hesab olunur. Yoşiatsu 3 eskiz dəftərinin müəllifi olmuşdur. Bu eskiz dəftərlərində onun cizgi çəkmə texnikası öz əksini tapmışdır. Eskiz dəftərlərində çiçəklər, quşlar, böcəklər və su canlılarının təsviri yer almışdır. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Satake Şozan
Satake Yoşiatsu (佐竹 義敦, 1748[…], Edo[d] – 1785[…]) və ya təxəllüsü ilə Satake Şozan (佐竹 曙山) – Akita hanının daymyosu və Qərb rəssamlığı üzrə Akita məktəbinin qurucusu. Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri işin müəllifidir. == Həyatı == Satake Yoşiatsu 1748-ci ildə Edo şəhərində doğulmuş, 1748-ci ildə Akitanın daymyosu olmuşdur.1773-cü ildə yerli mis istehsalına tövsiyələr verməsi üçün Hiraqa Qennayı Akitaya dəvət etmişdir. Qennay Akitada ikən Qərb rəssamlığı haqqındakı nəzəriyyələrini Yoşiatsu və Yoşiatsunun köməkçisi Odano Naotake ilə bölüşmüşdür. 1778-ci ildə Naotakenin köməkliyi ilə Yoşiatsu 3 esse yazmışdır: "Rəssamlıq sənəti", "Rəssamlığı və kompozisiyanı anlamaq" və "Qırmızı və göy". "Rəssamlığı və kompozisiyanı anlamaq" essesində xətti prespektivə dair diaqramlar, qarışıq spiral pilləkənlər və Qerard de Leress tərəfindən yazılmış "Böyük rəssamlar kitabı" (1707) əsasında fiqur çəkmək metodları təsvir etmişdir.Bu esselər bir eskiz dəftərində toplanmışdır və Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri iş hesab olunur. Yoşiatsu 3 eskiz dəftərinin müəllifi olmuşdur. Bu eskiz dəftərlərində onun cizgi çəkmə texnikası öz əksini tapmışdır. Eskiz dəftərlərində çiçəklər, quşlar, böcəklər və su canlılarının təsviri yer almışdır. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Jan Batiste Danvil
Jan Batiste Danvil — coğrafiyaşünas və kartoqraf olmuşdur və kartoqrafiyanın inkişafına böyük töhfələr vermişdir. Ehtiyatlı, dəqiq işləri ilə səciyyələnən və original tədqiqatlar əsasında yaradılan qədim coğrafi xəritələri xüsusilə qiymətlidir. O, qitələrin hələ kəşfolunmamış ərazilərini xəritədə boş saxlayırdı və sələflərinin xəritələrindən fərqli olaraq onun xəritələri daha boş görsənirdi. == Fəaliyyəti == Onun coğrafi araşdırmalara olan istəyi hələ gənc yaşlarından özünü büruzə verirdi:12 yaşında o, Latın müəllifləri üçün xəritələr tərtib edirdi. Onun ilk tərtib etdiyi xəritə olan Qədim Yunanıstan 15 yaşı olarkən dərc edilmişdi. 22 yaşında o, Danvil kralın coğrafiyaşünaslarından biri seçildi. Danvilin araşdırmaları dünya ədəbiyyatında coğrafi təbiətin onun haqqında məlumat toplaya biləcəyi hər bir xüsusiyyətini əhatə edirdi. O, sadəcə qədim və müasir tarixçiləri, səyyahları və yazıçıların deyil, həmçinin şair, natiq və filosofların da əsərlərini ətraflı olaraq tədqiq edirdi. Danvil köhnə xəritələrdən məzmununu köçürmək ənənəsinə son qoyaraq coğrafiyaya yeni bir istiqamət gətirdi. O, xəritələrdə olan yerlərin ümumi qəbul olunmuş mövqelərini ciddi tədqiqatlardan keçirdi və dəqiq olmayan adları kateqoriyalardan çıxardı.
Golden State Warriors
Qolden Steyt Uorriorz — NBA-da Sakit okean qrupunda yer alan Oklənd, Kaliforniyanı təmsil edən basketbol klubu. 1946-cı ildə Filadelfiya, Pensilvaniyada "Filadelfiya Uorriorz" adıyla qurulmuşdur. NBA-də 1947, 1956, 1975, 2015 və 2017-ci illərndə 5 dəfə çempion olmuşdur. Üç çempionluğun ardından 40 il sonra 2015-ci il finallarında "Klivlend Kavalers" üzərində qalib gələrək çempion olmuşlar. 2015-16 mövsümündə 73 qalibiyyət 9 məğlubiyyət alaraq NBA tarixinin normal mövsümündə ən çox qalib gələn komandası ünvanını almışdır. == Tarixi == === 1946–1962: Filadelfiya Uorriorz === Warriors, Peter A. Tyrrell tərəfindən 1946-cı ildə "Filadelfiya Warriors" adıyla quruldu. 1946-47 mövsümündə "Çikaqo Stags"i 4-1 məğlub edərək çempion oldu. Bu uğur NBA rəhbərliyi tərəfindən ilk çempionluq olaraq qəbul edilir. Bir il sonra 1947-48 mövsümündə də final oynamağa nail oldular, lakin Baltimor Bullets qarşısında 4-2 məğlub oldular. İkinci çempionluğu isə 1955-1956 mövsümündə oldu, Warriors bu dəfə "Fort Wayne Piston"s ilə 5 oyundan sonra 4-1 hesabı ilə qalib gəldilər.
Sainte-Périne - Rossini - Chardon-Lagache xəstəxanası
San Perin xəstəxanası (fr. hôpital Sainte-Périne - Rossini - Chardon-Lagache) — Paris-də yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet-xəstəxana kompleksidir. Assistance publique – Hôpitaux de Paris-in bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universitetinin tədris xəstəxanasıdır. 1807-cu ildə yaradılmışdır.
State University of New York Press
State University of New York Press və ya SUNY Press — Nyu-York Dövlət Universitetinə bağlı Amerikan universitet kitab nəşr şirkətidir. Olbani, Nyu-Yorkda yerləşir. 1966-cı ildə qurulub. Müxtəlif bilik sahələrində elmi əsərlərin nəşri ilə məşğul olur. Hər il təxminən 160-180 kitab nəşr edir və ABŞ-nin ən böyük universitet kitab nəşrçilərindən biridir.