Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seyidlikəndyeri
Seyidlikəndyeri — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Seyidlikəndyeri kənd inzibati ərazi vahidində kənd.
Seyidlikəndyeri bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Seyidli
Seyidli (Ağdam) — Ağdam rayonunda kənd. Seyidli-Ağsaxlı — İrəvan xanlığının 15 mahalından biri.
Seyidli-Ağsaxlı
Seyidli-Ağsaxlı — İrəvan xanlığının 15 mahalından biri.İki tayfanın adından götürülmüş mahal Talın mahalı sərhədlərindən başlayaraq Alagöz dağının cənub və şərq ətəkləri ilə Abaran mahalına qədər əraziləri əhatə edirdi. Şimal-dan Abaran, qərbdən Talın, cənub-qərbdən az bir hissəsi Sərdarabad-şərqdən isə tamamilə Qərbibasar mahalı ilə həmsərhəd idi [95, 444]. Mərkəzi Uşi (Üşü) olan bu mahal cəmi 20 kənddən ibarət idi. Bunlardan 11 kənd Seyidli tayfasına, 9 kənd isə Axsaxlı tayfasına məxsus idi. Burada dağıdılmış kənd qeydə alınmayıb .Bu mahalda Dian, Qaracalar, Avan, Maxta, Kum, Qoytul, Ucan, Persi, Dığır, Kotanlı, Nəzrəvan, Sarıgöl, Uşi, Babakişi, Kirəcli, Kələşkənd, Kiçikkənd, Qəzənfər kəndləri daxil idi. İrəvan xanlığı ləğv edildikdən sonra mahal da ləğv edilmişdir. Mahalın adı iki türk tayfasının adını (seyidli və axsaqlı) əks etdirir. Etnotoponimdir. Qurulşca mürəkkəb toponimdir.
Seyidli (Ağdam)
Seyidli — Azərbaycan Respublikasının Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-ci il iyulun 23-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Seyidli XVIII əsrdə Kəbirli tayfasının oymaqlarından sayılırdı. Qarabağ xanlığı zamanında Seyidli oymağının əhalisi xanlığın güvəndiyi igid, mərd insanlar sırasında idi.Çar Rusiyası zamanında Seyidli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi.Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu illərdə Seyidli 1930-cu ildə yaradılan Ağdam rayonunun kəndi olmuşdur. Hazırda Seyidli Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənddir. == Mədəniyyəti == Erməni işğalına qədər kəndin 2 orta məktəbi (Seyidli kənd orta məktəbi və Tillər kənd orta məktəbi), 1 musiqi məktəbi, mədəniyyət evi, kitabxanası, tibb məntəqəsi, rabitə qovşağı var idi. == Təhsil == Seyidli kənd orta məktəbi İkinci Dünya Müharibəsindən sonra 1946-cı ildə Ağdamın Seyidli kəndində yaranmışdır. == Coğrafiyası və iqlimi == Seyidli kəndi rayon mərkəzindən 1 km şimal şərqdə, Ağdam dəmir yol stansiyasından 5 km aralı, Qarabağ düzündədir. == Əhalisi == Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin siyahıya alınması sənədinə əsasən Çar Rusiyası dövründə müxtəlif illərdə Azərbaycan əhalisinin siyahısı aparılmışdır.
Seyidli (Mərənd)
Seyidli (fars. سيدلو‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 277 nəfər yaşayır (66 ailə).
Seyidli (Qışlaq)
Seyidli (fars. سيدلي‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Seyidli (Əhər)
Seyidli (fars. سيدلي‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 144 nəfər yaşayır (34 ailə).
Seyidli Məscidi
Seyidli məscidi — XVIII əsrdə Şuşanın Seyidli məhəlləsində tikilmiş məscid. == Haqqında == Məscid paytaxt Bakıdan təxminən 350 km məsafədə yerləşir. Məscid Şuşa şəhərinin Telman və Qaryağdıoğlu küçələrinin kəsişməsində yerləşir. Məscid iki mərtəbəli formada tikilmişdir.Seyidli məscidinin XVIII əsrdə tikildiyi ehtimal edilir. 30 illik erməni işğalı dövründə məscid xeyli ziyan görmüşdür. == Memarlıq üslubu == Məscid Cıdır yolunun üstündəki Seyidli məhəlləsində yerləşir. Bu kiçik məhəllə məscidi də özünün indiki durumu ilə digər məscidlərdən demək olar ki, fərqlənmir və yerli yaşayış mülklərini xatırladır. Düzbucaqlı formaya malik məscidin ibadət salonu Mamay və ya Saatlı məscidləri kimi üçnefli bölgüyə malik deyil.Məscidin qonşuluğunda Məşədi Qaranın evi adlı memarlıq abidəsi yerləşir. Yerli əhəmiyyətli abidələr siyahısında olan bu abidə də erməni işğalı dövründə xaraba qalmışdır.
Seyidli bulağı
Seyidli bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Tarixi == Seyidli məhəlləsində yerləşir. XIX əsrin 80-ci illərində qurulub. Belə ki, 1873-cü ilə qədər Şuşada bulaq mövcud deyilmiş. 120 ildən çox müddət ərzində içməli su mənbəyi mövcud olmayıb. Şuşanın hər iki tərəfindən çay axdığından buna ehtiyac duyulmayıb. Müxtəlif vasitələrlə həmin çaylardan su gətirib həm təsərrüfatda, həm də içmək üçün istifadə edilirdi.Şuşanın özündə su olmasa da onun hər iki yanından axan çaydan suyu tuluqlara doldurub gətirib şəhərdə satırdılar.Şuşaya ilk bulağı isə Xan qızı Natəvan saxsı borularla çəkib. Bu məşhur "Xan Qızı" bulağıdır. Xurşidbanu Natəvan həmin bulağın çəkilməsi üçün yüz min qızıl pul xərcləyib. Bundan sonra şəhərin müxtəlif yerlərinə bulaqlar çəkilir.
Seyidli məhəlləsi
Seyidli məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Cabbar Qaryağdıoğlunun evi bu məhəllədə yerləşir.
Seyidli-Axsaxlı mahalı
Seyidli-Ağsaxlı — İrəvan xanlığının 15 mahalından biri.İki tayfanın adından götürülmüş mahal Talın mahalı sərhədlərindən başlayaraq Alagöz dağının cənub və şərq ətəkləri ilə Abaran mahalına qədər əraziləri əhatə edirdi. Şimal-dan Abaran, qərbdən Talın, cənub-qərbdən az bir hissəsi Sərdarabad-şərqdən isə tamamilə Qərbibasar mahalı ilə həmsərhəd idi [95, 444]. Mərkəzi Uşi (Üşü) olan bu mahal cəmi 20 kənddən ibarət idi. Bunlardan 11 kənd Seyidli tayfasına, 9 kənd isə Axsaxlı tayfasına məxsus idi. Burada dağıdılmış kənd qeydə alınmayıb .Bu mahalda Dian, Qaracalar, Avan, Maxta, Kum, Qoytul, Ucan, Persi, Dığır, Kotanlı, Nəzrəvan, Sarıgöl, Uşi, Babakişi, Kirəcli, Kələşkənd, Kiçikkənd, Qəzənfər kəndləri daxil idi. İrəvan xanlığı ləğv edildikdən sonra mahal da ləğv edilmişdir. Mahalın adı iki türk tayfasının adını (seyidli və axsaqlı) əks etdirir. Etnotoponimdir. Qurulşca mürəkkəb toponimdir.
Şəhidlik Fatima
Fatimiyə günləri — şiələr tərəfindən Cəmadiyələvvəl və Cəmadiyəlaxır aylarında 20 gün ərzində Məhəmmədin qızı Fatimənin şəhid olmasının ildönümü münasibəti ilə mərasimlərin keçirilməsi.
Azərbaycanda şəhidlik
Azərbaycanda şəhidlik — Azərbaycan Respublikasında dini və hüquqi baxımdan "şəhid" anlayışının mənası. == Etimologiyası == "Şəhid" sözü Azərbaycan dilində ərəb dilində "شهيد" ([ʃahiːd], qad. شهيدة [ʃahiːdah], cəm. شُهَدَاء [ʃuhadaː]) sözündən keçmişdir. Sözün əsl mənası "şahid" və ya "tanıq" deməkdir. Bu, yunan dilində "martis" (μάρτυς, hərf. şahid) sözünün tərcüməsidir. Azərbaycan dilinin izahlı lüğətində "şəhid" sözünün mənası "yüksək amal, məslək, əqidə yolunda ölən, həlak olan, canını fəda edən adam" kimi verilmişdir. Həm isim, həm də "olmaq" sözünün əlavə edilməsilə fel kimi istifadə oluna bilir. Qadınlar üçün "şəhidə" işlənir. == Hüquqi baxımdan == === Tərif === Azərbaycan qanunvericiylində "şəhid" anlayışı ilk dəfə Birinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin imzaladığı 3 sentyabr 1993-cü il tarixli "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun ilə tənzimlənmişdir.
Seyidlər
Seyidlər (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Seyidlər (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Seyidlər (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Seyidlər (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Seyidlər (Salyan) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Seyidlər (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Seyidlər (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Seyidlər — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Seyidlər (Meğri) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd. Seyidlər (Qəzvin) Seyidlər (Əhər) Seyidlər (Miyanə) Seyidlər (Germi) Seyidlər (Astara, İran) Seyidlər-i Zəhra (Germi) == Oxşar == Aşağı Seyidlər (əvvəlki adı: Seyidlər) — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Zeydilik
Zeydilik (ərəb. زيدية‎) məzhəbi — İslamın Şiə məzhəbinin fiqhi məzhəblərindən biri. 4-cü imam İmam Əli ibn Hüseyn Zeynül Abidinin (ə) oğlu Zeyd ibn Əlinin davamçılarıdır. Zeydilər, 4-cü imam Zeynül Abidindən (ə) sonra Zeydi imam bilirlər. İndi də Yəmən və ətrafında zeydiyyə firqəsinə bağlı insanlar kifayət qədər sayca üstünlüyə malikdirlər. == Tarixi == Zeydilik təriqəti Zeydilik hərəkatının nəticəsində yaranmışdır. Zeyd Əməvilər tərəfindən qətlə yetirildikdən sonra onun vəfalı silah dostları və övladları Əməvi rejiminə qarşı daha da əzmkarlıqla mübarizə aparmağa başladılar. Zeydin şəhid olmasından sonra onun hərəkatını davam etdirən oğlanları Yəhya (Yəhya ibn Zeyd), İsa (İsa ibn Zeyd)və "Züddəmə" (gözüyaşlı) ləqəbli Hüseynin (Hüseyn ibn Zeyd) nəvəsi Yəhyanın (Yəhya ibn Hüseyn ibn Zeyd) və eləcə də ardıcılları İbrahimin, İmam Həsənin (ə) nəticəsi "Zunnəfsizzəkiyyə" (saf nəfs sahibi) ləqəbli Məhəmmədin (Məhəmməd ibn Abdullah ibn Həsən Mutəna ibn Həsən Müctəba) və başqalarının adlarını çəkmək olar. Məhz onların zərbələrindən sonra, onların qanları bahasına Əməvi hökuməti zəifləyib süquta uğradı. Zeyd hərəkatı uzun müddət yaşadı, gücləndi, Əməvi və Abbasi xəlifələrinə qarşı mübarizə apardı.
Aşağı Seyidlər
Aşağı Seyidlər (əvvəlki adı: Seyidlər) — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Zərdab rayonunun Şahhüseynli kənd inzibati-ərazi vahidinin tərkibindəki Seyidlər kəndi Aşağı Seyidlər kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Zərdab rayonunun Şahhüseynli kənd inzibati ərazi vahidinin Aşağı Seyidlər kəndi Şəftəhal kənd inzibati ərazi vahidinin tabeliyinə verilmişdir. == Toponimikası == Kəndin adı ərəb sözü "seyyid" sözündən olub, "ağa, cənab, tayfa başçısı" mənasını verir. "Seyid" mənşəcə Məhəmməd peyğəmbərin nəslindən (Qureyş tayfasından) olanların fəxri titulu olmuş, Ərəbistanda qəbilə və tayfa başçıları nümayəndələrinə deyilmişdir. Seyid komponentli kəndlər də seyidlərlə bağlıdır. Seyidlər adını Azərbaycan tayfalarından biri olan, şahsevən tayfa qrupuna daxil olan Seyidlilərlə də bağlayırlar. Seyidlilər Cənubi Azərbaycanın Meşkin və Muğan ərazilərində yaşamaqla, maldarlıq və əkinçiliklə məşğuldurlar. Azərbaycanda olan Seyidlər və Seyidli kəndləri adlarının Seyidlilərlə bağlı olduğu ehtimal da var. Yerli məlumatlara əsasən, seyidlilər əvvəlcə buraya Kürün qarşı sahilindən — İmişlinin Məmmədli kəndindən ayrılıb gəlmişlər.
Seyidlər (Meğri)
Seyidlər kəndi, Vardanazor (Vartanazur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşir. XIX əsrin əvəllərində kəndin adı Vardanazor kimi rəsmiləşdirilimişdir. Toponim seyidlər tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 36 nəfər, 1873cü üdə 316 nəfər, 1886-cı ildə 480 nəfər, 1897-ci ildə 506 nəfər, 1904 - cü ildə 439 nəfər, 1914 - cü ildə 1053 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, qırğınlarla sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 177 nəfər, 1926-cı ildə 180 nəfər, 1931-ci ildə 243 nəfər azərbaycanlı yaşamışdır.
Seyidlər (Miyanə)
Seyidlər (fars. سيدلر‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 139 nəfər yaşayır (34 ailə).
Seyidlər (Qəzvin)
Seyidlər (Qəzvin) yoxsa Yuxarı Səngan (fars. سنگان‌علیا‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 217 nəfər yaşayır (73 ailə).
Seyidlər (Saatlı)
Seyidlər (əvvəlki adı: Seyidoba) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Qaracalar kənd Sovetinin mövcud Seyidoba kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 18 dekabr 2007-ci il tarixli, 513-IIIQ saylı Qərarı ilə Saatlı rayonunun Seyidoba kənd inzibati ərazi dairəsi tərkibindəki Seyidoba kəndi Seyidlər kəndi adlandırılmış, Seyidoba kənd inzibati ərazi dairəsi Seyidlər kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == Əhalisinin sayı 1133 nəfərdir. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Seyidlər (Salyan)
Seyidlər — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 537 nəfərdir. == Toponimikası == Kənd seyidlər nəslinin məskunlaşması nəticəsində yaranmışdır.
Seyidlər (Samux)
Seyidlər — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Seyidlər (Türkmənçay)
Seyidlər (fars. سيدلر‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 18 nəfər yaşayır (12 ailə).
Seyidlər (Xaçmaz)
Seyidlər — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Şəhidlik zirvəsi (film, 2001)
== Məzmun == Film Azərbaycanın 1990-cı il 20 Yanvar şəhidlərinə həsr olumuşdur. Burada müxtəlif dövrlərdə ölkəmizin azadlığı uğrunda mübarizə aparıb şəhid olan xalqımızın oğul və qızlarından söhbət açılır. Filmdə 1828-ci ildən bizim günlərə qədər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr öz geniş əksini tapmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov Ssenari müəllifi: Xamiz Muradov, Eldar Quliyev, Oqtay Mirqasımov Operator: Sərdar Vəliyev, Nizami Abbas, Rəfael Salamzadə Musiqi tərtibatı : Rauf Əliyev Səs operatoru: Kamal Seyidov Məsləhətçi: Fatma Abdullazadə == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Seyidlər (Zəngilan)
Seyidlər — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şərikan kənd inzibati ərazi dairəsində kənd.Seyidlər kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi seyidlər nəslinin məskunlaşmasi nəticəsində yaranmışdır.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Seyidlər (Əhər)
Seyidlər (fars. سيدلر‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 73 nəfər yaşayır (23 ailə).
Seyidlər körpüsü
Seyidlər körpüsü — Laçın rayonunun Seyidlər kəndi ərazisində yerləşən körpü. Körpünün dəqiq tikilmə tarixi məlum deyil. Lakin tikintinin tarixi XVII-XVIII əsrə aid olduğu güman edilir. Körpü birtağlıdır. Həkəri çayının Şəlvə qolu üzərində inşa edilmişdir. Körpünün inşasında bozalt daşlardan və əhəng məhlulundan istifadə edilib.
Seyidlər kəndi
Seyidlər kəndi, Vardanazor (Vartanazur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşir. XIX əsrin əvəllərində kəndin adı Vardanazor kimi rəsmiləşdirilimişdir. Toponim seyidlər tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 36 nəfər, 1873cü üdə 316 nəfər, 1886-cı ildə 480 nəfər, 1897-ci ildə 506 nəfər, 1904 - cü ildə 439 nəfər, 1914 - cü ildə 1053 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, qırğınlarla sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 177 nəfər, 1926-cı ildə 180 nəfər, 1931-ci ildə 243 nəfər azərbaycanlı yaşamışdır.
Seyidlər piri
Seyidlər piri və ya Seyid Həsən piri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Göynük kəndinin şimalında yerləşən ziyarətgah. Naxçıvan Muxtar Respublikası ərazisində yerli xarakter daşıyan ziyarətgahlardan biri də Göynük piridir. Bu pir Babək rayonunun Göynük kəndində( kənd Azərbaycan Respublikası Milli Məclisinin 28 noyabr 2014-cü il tarixli qərarı ilə Culfa raqyonundan alınaraq inzibati cəhətdən babək rayonuna verilmişdir) yerləşir Xalq arasında Seyid Həsən piri adlanır. Aparılmış araşdırmalara əsasən Seyid Həsən pirininin yaranma tarixi XIV-XVIII əsrlərə aid etmək olar. Pir dağın yamacında bir-birinin yaxınlığında yerləşən üç ayrı binadan ibarətdir. Binaların girişi cənub tərəfdəndir. Onların içərisində müsəlman adəti ilə düzəldilmiş qəbirlər vardır. Pirlərin divarları islam dininin müqəddəsləri, dini yazılar, müxtəlif süjetli rəsmlərlə bəzədil mişdir. Ətraf kəndlərin əhalisi pirə qurban deyir, niyyətlərinin qəbul olunması üçün pirləri ziyarət edir, niyyət edərək pirə müxtəlif rəngli parçalar, yaylıqlar bağlayırlar. Pir binalarından şimal-qərb tərəfdə qaya daşlarının üst-üstə yığılması ilə dördkünc formada düzəldilmiş ziyarətgah da vardır.
Səfirlik
Hər hansı dövlətin səfirliyi başqa bir dövlətin hökumətinin, yaxud beynəlxalq təşkilatın yerləşdiyi şəhərdəki diplomatik nümayəndəliyi adlanır. Hüquqi olaraq səfirliyin ərazisi yerləşdiyi dövlətin ərazisi hesab olunmur. Səfirliyə əlavə olaraq həmin dövlətin digər mühüm əhəmiyyət kəsb edən şəhərlərində konsulluğu da ola bilər. Səfirlik və konsulluq kimi xarici təmsilçilər xarici işlər nazirliyinə tabe olur. Səfirliyə dövlət başçısı tərəfindən təyin edilən yüksək çinli diplomatik təmsilçi olan səfir, konsulluğa isə konsul rəhbərlik edir. Bəzən bir səfirlik eyni zamanda bir neçə ölkəni təmsil edir. Konsulluğun fəaliyyətinə ikitərəfli münasibətlərə dair məsələlər, vizaların verilməsi, vətəndaşların himayə edilməsi aiddir. Səfirliyin işinə isə dövlətlərarası münasibətlərə aid məsələlər aiddir. İranlılar dünyada xarici ölkələrin nümayəndələri üçün səfirlik yaradan ilk xalq olublar. Dünyada ilk səfirlik eramızdan əvvəl 445-ci ildə I Ərdəşirin əmri ilə Susada yunanlar üçün tikilmişdir.
Şeyinli
Şeyinli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şeyinli kəndi Qarabağ yaylasının ətəyindədir. Keçmiş adı Təkdam olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Laçın rayonunun Mirik kəndindən köçüb gəlmiş Şeyin adlı şəxs salmışdır. Hazırda oradakı nəsil də şeyinoğlular adlanır. Kəndin ərazisində bu nğsilin adi ilə bağlı bir neçə obyekt qeydə alınmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Böyük səfirlik
Böyük səfirlik (rus. Великое посольство) — Rusiya çarlığının hökmdarı I Pyotrun 1697–1698-ci illərdə Avropada diplomatik missiyası. Əsas məqsəd Qərb ilə hərbi-siyasi və mədəni-iqtisadi, eləcə də elmi əlaqələr yaratmaq olmuşdur. Pyotrun əmrinə əsasən Avstriya, Saksoniya, Brandenburq, Hollandiya, İngiltərə, Venesiya və Papalığa səfirlik göndərildi. Səfirliyin marşrutu Riqa və Köniqsberqdən keçərək Hollandiyaya, oradan İngiltərəyə getdi, İngiltərədən səfirlik yenidən Hollandiyaya qayıtdı, sonra Vyanaya getdi; səfirlik Venesiyaya çatmadı. == Məqsədləri == Böyük səfirlik bir sıra aşağıdakı mühüm vəzifələri yerinə yetirməli idi: Osmanlı imperiyasına qarşı mübarizədə Avropa ölkələrindən dəstək almaq (əsas məqsəd); Avropa dövlətlərinin dəstəyi sayəsində Qara dənizin şimal sahillərini əldə etmək; Azov kampaniyalarında qələbə ilə bağlı mesajlarla Rusiyanın Avropadakı nüfuzunu qaldırmaq;. İsveçlə qarşıdan gələn müharibədə Avropa dövlətlərinin dəstəyinə müraciət etmək; Xarici mütəxəssisləri Rusiyada xidmətə dəvət etmək, hərbi materialları, silahları əldə etmək; Çarın Avropa ölkələrinin həyatı və sərəncamları ilə tanışlığı.Onun praktiki nəticəsi İsveçə qarşı koalisiyanın təşkili üçün ilkin şərtlərin yaradılması oldu. == Ədəbiyyat == Дальберг Е. Оправдательное донесение Карлу XII-му Рижского губернатора Дальберга (по поводу посещения Риги Петром Великим в 1697 году) / Перевод и предисл. С. В. Арсеньева // Русский архив, 1889. — Кн.