Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Harpe
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Bidens sharpii
Bidens sharpii (lat. Bidens sharpii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bob Harper
Robert "Bob" Harper — amerikalı personal məşqçi. Amerika teleserialı The Biggest Loserdə iştirak etmişdi. == Həyatı == Bob Harper 18 avqust 1965-ci ildə Neşvill şəhərində anadan olmuşdu. Harper heyvandarçılıq fermasında böyüyüb, ancaq sonradan iddialı və ambisialı Bob Los Ancelesə, öz arzularının axtarışına qedir. O Klarksvilldəki Austin Peay Dövlət Universitetinə qəbul olmuşdu. Bob Skinny Bitch adlı kitabı oxuduqdan sonra ciddi şəkildə vegeterian olmağa qərar verir That same year, PETA voted him sexiest male vegetarian of the year. . PETA ona ilin ən seksual personal məşqçisi adını vermişdi. The Biggest Loser adlı teleproektin məşhurluğu inanılmaz dərəcədə böyükdür və başlıca olaraq, Bob da bu proektdə kənarda qalmadı. Proqrammın rəsmi treneri olduqdan sonra, o millionlarla kök insanların canlı efirdə arıqlamalarına kömək oldu. Maraqlısı odur ki, iştirakçılar etiraf edirdilər ki, Bob efirdə daim nəzakətli və hətta biraz yumşaq olmasına baxmayaraq, əslində idman zalında təmamilə başqa cürdü.
Ceyms Harden
Ceyms Eduard Harden Jr. (ing. James Edward Harden Jr.) — Amerika Milli Basketbol Assosiasiyasında mübarizə aparan Los-Anceles Klippers komandasında forma geyən amerikalı peşəkar basketbol oyunçusu. Harden, kollec basketbolunu "Arizona Steyt" komandasında oynamışdır.
Sarpet xardalı
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica argyi H.Lév. Brassica arvensis var. juncea (L.) Kuntze Brassica besseriana Andrz. ex Trautv. Brassica cernua (Thunb.) Matsum. Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl. Brassica cernua var. chirimenna Makino Brassica chenopodiifolia Sennen & Pau [Invalid] Brassica integrifolia (H.West) Rupr.
Sarsen Amanjolov
Sarsen Amanjolov (27 dekabr 1903, Semipalatinsk vilayəti[d], Bozqır general-qubernatorluğu – 28 yanvar 1958, Almatı — Sovet dilçi-türkoloqu, qazax dilçiliyinin banilərindən biridir. Filologiya elmləri doktoru (1948), professor (1948), Qazaxıstan SSR Elmlər Akademiyasının müxbir üzvü (1954). İbtidai, orta və ali təhsil müəssisələri üçün qazax dili qrammatikasının əsaslarını, qazax yazılarının əsaslarını (əlifba və orfoqrafiya), qazax terminologiyasının əsas prinsiplərini, kiril dilində qazax dialektologiyasının əsaslarını inkişaf etdirmişdir. Orfoqrafiya, rus-qazax, rus-qazax hərbi və rus-qazax kənd təsərrüfatı lüğətləri tərtib və redaktə edilmişdir. == Həyatı == Sarsen Amanjolov 27 dekabr 1903-cü ildə Şərqi Qazaxıstan vilayətinin Ulan rayonunun Eqinsu kəndində anadan olmuşdur. 1916-cı ildə Katon-Karaqaydakı Rus-Qazax məktəbini bitirib Ust-Kamenogorskdakı əsl məktəbə daxil oldu. Lakin maddi problemlər üzündən məktəbdən çıxdı. Bir müddət sonra Semipalatinskdə üç aylıq müəllimlər kursuna daxil oldu, sonra doğma kəndində müəllim işlədi. 1924-cü ildə Şərqi Qazaxıstan vilayətinin icraiyyə komitəsinin məsul katibi vəzifəsinə işə dəvət edildi. 1926-cı ildə Daşkənddəki Orta Asiya Dövlət Universitetinin pedaqogika fakültəsinin qazax dili və ədəbiyyatı şöbəsinə daxil oldu.
Sarten (rayon)
Sarten (fr. Sartène) — Fransanın Korsika regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Cənubi Korsika. Suprefektura — Sarten. Rayon əhalisi 2006-cı ildə 34 721 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 19 nəf / km². Rayon sahəsi — 1819 km².
Stiven Harper
Stiven Cozef Harper (ing. Stephen Joseph Harper; 30 aprel 1959, Toronto) — 6 fevral 2006-cı ildən Kanada baş naziri, 2006-cı il yanvarın 23-də növbədənkənar parlament seçkilərində qalib gələn Kanada Mühafizəkarlar Partiyasının lideri. == Həyatı == Stiven Harper 1959-cu ildə Torontoda doğulub. Alberta əyalətində Kalqari universitetində iqtisadiyyat fakültəsini bitirib. 1993-cü ildə ilk dəfə parlamentə seçilib, 2004-cü ildə isə sağ cərəyanın əvvəl mövcud olan iki qrupunun birləşməsi nəticəsində formalaşan Mühafizəkarlar Partiyasının lideri olub. Liberalların on iki il hakimiyyətdə qalması 2006-cı il yanvarın 23-də seçkidə müxalifət partiyası olan Mühafizəkar partiyanın seçilməsi ilə sona çatdı. Partiyanın lideri Stiven Harper baş nazir vəzifəsində Pol Martini əvəz etdi. Mühafizəkarlar parlamentdə mütləq çoxluq təşkil etmədiyindən, hakimiyyətdə yalnız müxalifət partiyalarının dəstəyi ilə qala bilərlər. Seçkiqabağı kampaniya dövründə mühafizəkarlar vergiləri aşağı salmaq, cinayətkarlıqla mübarizəni gücləndirmək, hərbi xərcləri çoxaltmaq və ABŞ-la münasibətdə yaranmış problemləri aradan qaldırmaq vədləri vermişdilər. Harper siyasi opponentlərinin onda ultrasağ ideologiyaya olan meyli barədə fikirlərini qəbul etmirdi.
Valeri Harper
Valeri Harper (ing. Valerie Harper; 22 avqust 1939, Saffern[d], Nyu-York ştatı – 30 avqust 2019, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Valeri Harper 1939-cu ildə 22 avqustda ABŞ-nin Nyu-York şəhərində dünyaya gəlmişdi. O, karyerasına 1959-cu ildə Broadway-də musiqili filmlərlə başlamışdı. Aktrisa karyerası boyu dörd dəfə “Emmi” mükafatına layiq gürülüb. V. Harper eyni zamanda komediya janrında çəkilən serialdakı roluna görə, oynadığı "Qızıl Qlobus" mükafatı qazaıb. Bundan əlavə, "Mary Tyler Moore Show" sitkomunda, "Colombo", "Ətrafdakı üç qız", "Çarəsiz evdar qadınlar" və digər filmlərdə rol alıb. Valeri Harper 30 avqust 2019-cu ildə vəfat edib.
Harper Li
Nell Harper Li (ing. Nelle Harper Lee; 28 aprel 1926 — 19 fevral 2016) — amerikalı yazıçı. Daha çox “Bülbülü öldürmək” romanının müəllifi kimi tanınır. == Həyatı == Nell Harper Li 28 aprel 1926-cı ildə Alabama ştatının cənub-qərbindəki kiçik Monrovill şəhərində anadan olub. O, Amas Kolman Li və Fransis Kanningem Finç Linin ən kiçik uşağı idi (ailənin dörd uşağı var idi). Onun atası, keçmiş qəzet sahibi və redaktoru, hüquqşünas olub və 1926-1938-ci illərdə dövlət xidmətində olub. Uşaq ikən Li oğlan kimi idi və erkən yaşda oxumağa başlamışdı. O, sinif yoldaşı və qonşusu - gənc Trumen Kapote ilə dost idi. 1931-ci ilin aprelində Alabama ştatının kiçik Skottsboro şəhərində iki ağdərili qadının doqquz gənc qaradərili kişi tərəfindən zorlanması iddiası ilə bağlı ilk məhkəmə prosesləri keçirilərkən Linin cəmi beş yaşı vardı. Məhkəmə hələ başlamamış az qala linç edilən təqsirləndirilən şəxslərə yalnız iş məhkəmədə başlayan andan vəkil xidməti göstərilməyə başlanır.
C Sharp
C# (C Sharp) – Microsoft.Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid obyekt yönümlü proqramlaşdırma dillərindən biridir. Sintaksis və platform olaraq ən çox Javaya yaxındır. Javadakı bir çox xüsusiyyət – sadəlik, tullantı avtomatik təmizləmə mexanizmi, virtual maşın (CLR) – bu dildə də mövcuddur. Yalnız C# 2.0 və 3.0 versiyaları dilə bəzi dinamik xüsusiyyətlər qazandırır. C# ən axırıncı versiyası 4.0 2010, Aprelin 12 çıxıb. Microsoft.Net(Visual Studio)-dən başqa Mono və DotGNU – kodu açıq olan C# kompilyatoru mövcüddur. Bu proqramlaşdırma dili Microsoft şirkəti tərəfindən Delphiyə rəqib olaraq hazırlanmışdır. Bu dil özünü tez bir zamanda tanıtdı və artıq demək olar ki ilk vaxtlarından Delphini sıxışdırmağa başladı. Javanın bir çox xüsusiyyətlərini özündə saxlayır.Bu dilin versiyaları C# 6.0, C# 7.0, C# 7.1, C# 7.2, C# 7.3, C# 8.0 axırıncı versiyası isə dotnet 5.0 ilə C# 9.0-dur. == Hello, World == Bu kiçik program konsolda "Hello, World!!!" çap edir.
Look Sharp!
Look Sharp! – İsveçin Roxette pop-qrupunun ikinci albomudur. Stokholmun EMI Studiosda 1988-ci ilin mart-avqust aylarında və Londonun Trident II Studiosda 1988-ci ilin iiyun ayında yazılıb. Dünyada albomun 9 millyon nüsxəsi satılıb.
Sharp Corporation
Sharp 1912-ci ildə Yaponiyanın Tokio şəhərində yaradılmış elektron məhsulların istehsalı ilə məşğul olan şirkətdir. Şirkət öz adını təsisçisinin ilk ixtiralarından birinin adından götürmüşdür. Şirkət xüsusi ilə də idman sahəsinə mühüm dəstək vermişdir. Şirkət, 1990-cı illərin ortalarında "Mançester Yunayted" klubunun forma, 2002–2005-ci illər arasında UEFA Çempionlar Liqasının əlavə, həmçinin də UEFA EURO 2012-nin rəsmi baş sponsoru olmuşdur. Onun texnologiya sahəsində fəaliyyətlərini davam etdirdiyi ölkədəki və dünyadakı ən böyük rəqibi Toshiba şirkəti hesab edilir.
Harper's Bazaar
Harper's Bazaar — Qlamur, moda haqqında aylıq qadınlar üçün jurnal. Əsası 1867-ci ildə ABŞ-də qoyulmuşdu. Jurnal dünyanın 20 ölkəsində çap olunur. == Tarix == ABŞ da tək moda jurnalı olaraq ilk nəşri 1867-ci ildə edilən Harper 's Bazaar; orta-yüksək və yüksək sinifə xitab edən tərzi ilə gözəllikdən modaya, geyimdən məşhur mədəniyyətə çox sahədə cəmiyyətə istiqamət verir. Harper & Brothers adlı şirkətə sahib Fletcher, James, John və Cozef qardaşları tərəfindən qurulan jurnalın adı Harper s Bazar idi. Jurnalın 1913-cü ildə Harper qardaşlar William Randolph Hearst'e satılması nəticəsində Hearst şirkətin təzyiqi edildi və adı Harper 's Bazaar olaraq qaldı. == Harper’s Bazaar dünyada == Jurnal dünyanın 28 ölkəsində çap olunur: == Redaktorlar == Mary L. Booth (1867–1889) Margaret Sangster (1889–1899) Elizabeth Jordan (1900–1913) William Martin Johnson (1913–1914) Hartford Powell (1914–1916) John Chapman Hilder (1916–1920) Henry Blackman Sell (1920–1926) Charles Hanson Towne (1926–1929) Arthur H. Samuels (1929–1934) Carmel Snow (1934–1957) Nancy White (1957–1971) James Brady (1971–1972) Anthony Mazzola (1972–1992) Liz Tilberis (1992–1999) Katherine Betts (1999–2001) Glenda Bailey (2001–indiyə kimi) == İstinadlar == == Xarici keçidlər == Harper's Bazaar official website Harper's Bazaar UK official website Harper's Bazaar Australia official website Arxivləşdirilib 2021-11-08 at the Wayback Machine Harper's Bazaar Russia official website "Harper's Bazaar Romania" official website Arxivləşdirilib 2013-08-15 at the Wayback Machine "Harper's Bazaar Vietnam's official Facebook page" Online archive Arxivləşdirilib 2011-04-16 at the Wayback Machine of early covers NYPL Digital Gallery. Illustrations from Harper's Bazaar, various dates Cornell University.
Harper Adams Universiteti
Harper Adams Universiteti — İngiltərənin Şropşir vilayətində yerləşən dövlət universiteti. Universitet 1901-ci ildə kənd təsərrüfatı üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi kimi qurulmuşdur. 1998-ci ildə universitet kollec, 2012-ci ildə isə universitet statusu alıb. Universitet 50-dən çox bakalavr və magistr proqramları təklif edir. == Tarixi == Sonradan universitetə ​​çevrilən Harper Adams Kolleci 1901-ci ildə təsis edilib. 1939-cu ildə kollecə ilk dəfə qız tələbələri qəbul olundu. Təkmilləşdirmə kursları ilk dəfə 1981-ci ildə Harper Adams universitetində tətbiq edilmişdir. Universitet Elmlər üzrə bakalavr dərəcəsini tətbiq edən ilk institutlardan biridir. 1985-ci ildə Şahzadə Marqaret tərəfindən Elm binası açılmışdır. Harper Adams kolleci 2010-cu ildə açılmış JCB Akademiyasının akademik sponsoru olmuşdur.
A Sharp (.NET)
A Sharp və ya A# Microsoft.NET platformasına Ada proqramlaşdırma dilinin bir portudur. Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri Akademiyasının Kompüter Elmləri Bölməsi tərəfindən GNU Ümumi İctimai Lisenziyasının şərtlərinə əsasən Ada cəmiyyətinə xidmət olaraq sərbəst şəkildə paylanır. AdaCore bu inkişafı öz üzərinə götürdü və tam dəstəklənən .NET məhsulu A # və daha çox xüsusiyyətləri olan "GNAT for." elan etdi.
Shape of My Heart
Shape of My Heart — Britaniya müğənnisi Stinqin "Ten Summoner’s Tales" adlı dördüncü studiya albomundan olan mahnı. Orijinal CD nəşrində sıra sayına görə onuncu trek kimi təqdim olunub. Mahnı 1993-cü il istehsalı "Demolition Man" mini-albomuna və 2010-cu il istehsalı "Live in Berlin" konsert albomuna daxil edilib. Fransız rejissor Lük Besson özünün "Leon" filmində bu mahnıdan istifadə edib. Mahnının müəllifləri Stinq ilə Dominik Millerdi. Miller mahnıda ispan akustik gitarasında ifa edib. Mahnının qarmonika partiyasını ifa etmək üçün amerikalı cazmen Larri Adler dəvət edilib. Sinqlın Böyük Britaniya hit-paradında ən yüksək mövqeyi 57-ci yer olmuşdur.
Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti
Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti (ŞQU) (qaz. С. Аманжолов атындағы Шығыс Қазақстан университеті (ШҚУ) КЕ АҚ) — Şərqi Qazaxıstan bölgəsinin aparıcı çoxsahəli ali təhsil müəssisəsi. Sarsen Amanjolov Şərqi Qazaxıstan Universiteti aşağıdakı beynəlxalq birliklərin üzvüdür: Avrasiya Universitetlər Birliyi (1995-ci ildən); Beynəlxalq Ali Təhsil Akademiyası (1998-ci ildən); "Sibir Açıq Universiteti" Dərnəyi (1999-cu ildən). == Tarixi == 1952-ci ildə SSRİ Nazirlər Sovetinin əmrinə əsasən 3 fakültədən (Rus dili və ədəbiyyatı, fizika-riyaziyyat və təbiət elmləri) ibarət olan Ust-Kamenogorsk Pedaqoji İnstitutu (UKPI) təşkil edildi. İnstitutda 332 tələbə təhsil aldı, 3 elmlər namizədi, dosent olmaqla 30 müəllim çalışdı. 1953-cü ildə tədris proqramında gənc mütəxəssislərin ilk buraxılışı oldu. Dörd illik proqramda mütəxəssislərin ilk buraxılışı 1956-cı ildə baş verdi. 1961-1962-ci tədris ilində universitet 4 fakültədən, 2907 tələbədən, 121 müəllimdən ibarət idi, bunlardan 21-i elmlər namizədidir. 1970-ci ildə Orta Asiya və Qazaxıstan respublikalarının pedaqoji məktəbləri müəllimlərinin ixtisasartırma fakültəsi yaradıldı. 1971-ci ildə daha sonra təhsil televiziyasının mərkəzi halına gələn bir təhsil məlumat studiyası açıldı.
Jan Şarden
Jan Şarden (fr. Jean Chardin; 16 noyabr 1643[…], Paris – 26 yanvar 1713, Çizik[d]) — fransız səyyahı. == Həyatı == Jan Şarden (1643–1711) varlı zərgər oğlu idi, ömrünün bir neçə ilini Azərbaycanda və İranda yaşamışdı. O, şərqə briliant almağa yollanmışdı.
Şampən-Ərden
Şampan-Ardenn (fr. Champagne-Ardenne) — Fransanın şimal-şərqində bir bölgədir.
Teyyar de Şarden
Teyyar de Şarden (fr. Pierre Teilhard de Chardin) — Fransız filosof, Yezuitlər ordeninin din xadimi. Geologiya və Paleontologiya sahəsində etdiyi araşdırmaları ilə məşhurlaşmışdır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Pekin adamının kəşfində iştirak etmişdir.
Jan Batist Simeon Şarden
Jan Batist Simeon Şarden (Jean Baptiste Siméon Chardin; 2 noyabr 1699[…], Paris – 6 dekabr 1779[…], Paris) — XVIII əsrdə yaşamış məşhur fransız rəssamıdır.
Pyer Teyar de Şarden
Teyyar de Şarden (fr. Pierre Teilhard de Chardin) — Fransız filosof, Yezuitlər ordeninin din xadimi. Geologiya və Paleontologiya sahəsində etdiyi araşdırmaları ilə məşhurlaşmışdır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Pekin adamının kəşfində iştirak etmişdir.