C Sharp
C# (C Sharp) – Microsoft.Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid obyekt yönümlü proqramlaşdırma dillərindən biridir. Sintaksis və platform olaraq ən çox Javaya yaxındır. Javadakı bir çox xüsusiyyət – sadəlik, tullantı avtomatik təmizləmə mexanizmi, virtual maşın (CLR) – bu dildə də mövcuddur. Yalnız C# 2.0 və 3.0 versiyaları dilə bəzi dinamik xüsusiyyətlər qazandırır. C# ən axırıncı versiyası 4.0 2010, Aprelin 12 çıxıb. Microsoft.Net(Visual Studio)-dən başqa Mono və DotGNU – kodu açıq olan C# kompilyatoru mövcüddur.
Bu proqramlaşdırma dili Microsoft şirkəti tərəfindən Delphiyə rəqib olaraq hazırlanmışdır. Bu dil özünü tez bir zamanda tanıtdı və artıq demək olar ki ilk vaxtlarından Delphini sıxışdırmağa başladı. Javanın bir çox xüsusiyyətlərini özündə saxlayır.Bu dilin versiyaları C# 6.0, C# 7.0, C# 7.1, C# 7.2, C# 7.3, C# 8.0 axırıncı versiyası isə dotnet 5.0 ilə C# 9.0-dur.
== Hello, World ==
Bu kiçik program konsolda "Hello, World!!!" çap edir.