Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Con Suinni
Con Suinni (ing. John Swinney; 13 aprel 1964, Edinburq) — Şotlandiyanın Maliyyə, Konstitusiya və İqtisadiyyat Kabinetinin katibi. == Həyatı == === Siyasi fəaliyyəti === === Şəxsi həyatı === Ailəlidir. İki övladı vardır.
Corc Stinni
Corc Stinni (21 oktyabr 1929 – 16 iyun 1944, Kolumbiya[d]) — Səhvən 2 azyaşlı, 7 və 11 yaşlı Amerikalı qızların öldürülməsində şüphəli bilinərək, ölüm cəzasına məhkum edilmişdir. O, elektrik stuluna bağlanaraq edam edilən ən gənc, 14 yaşlı Amerikalı məhkum idi. == Hadisə == 2 ağdərili Amerikalı qız, 7 yaşlı Meri Emma Sames və 11 yaşlı Beti Cun Binikerin gecə saatlarında evə geri dönmədikləri aşkar olunduqdan sonra, onlar Cənubi Karolina ştatının Alkolu qəsəbəsində ölü olaraq tapılıb. Bu qəsəbə, ağdərililərin yaşadığı və qaradəlilərin yaşadığı hissələr olmaqla ikiyə bölünürdü və qızlar qaradərili amerikalıların yaşadığı ərazidə itmişdilər. Onların Stinney ailəsinin evinin ətrafında söhbət etdikləri məlum idi. Geniş miqyaslı axtarışlara başlandıqdan sonra çirkli su ilə dolu bir xəndəkdə, başları qırılmış qızların cəsədləri tapıldı. == İttiham və həbs == Qəsəbə polisi azyaşlı qızların öldürülməsində Stinni ailəsindən 14 yaşlı Corcu şüphəli bildi. Polislər, Corcun, işlənmiş cinayəti etiraf etdiklərini söylədilər və həbs etdilər. İstintaq aparan vəkilin təqdim etdiyi yazılı məlumatdan başqa, etiraf haqqında heç bir yazılı qeyd və sənədlər yox idi.
Ksander Skinner
Ksander Skinner (d. 18 mart 1998) — Namibiyalı üzgüçü. Ksander Skinner Namibiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Ksander Skinner birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 51.00 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 56-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Skanno mükafatı
Skanno mükafatı (it. Premio Scanno) — İtaliyanın Tanturri Fondunun təsis etdiyi mükafat. Mükafat gümüşdən hazırlanmış maskadan ibarətdir.1972-ci ildə italiyalı yazıçı, jurnalist Rikkardo Tanturri de Horatio tərəfindən təsis olunmuş bu mükafat müxtəlif sahələr üzrə böyük istedad sahibləri, qeyri-adi yaradıcılıq qabiliyyətinə malik şəxslərin fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Tanturri Fondu ənənəvi olaraq hər il ədəbiyyat, hüquq, sosiologiya, ekologiya, tibb, musiqi, ədəbiyyat və digər nominasiyalar üzrə fərqlənən şəxslərə "Skanno mükafatı"nı təqdim edir.
Skinner qutusu
Skinner qutusu (ing. Skinner box) və ya operant tənzimləmə otağı (ing. operant conditioning chamber) – içərisindəki heyvanın (əsasən siçanın) qida və su əldə edə bilmək üçün basa biləcəyi bir düymənin olduğu aparat. Heyvanın tələb olunan hərəkəti etməsi və qarşılığında mükafatlandırılması prinsibi ilə işləyir.Təcrübənin əvvəlində qutunun içinə bir siçan qoyulur. Siçanın qutudakı hərəkətlərinə məhdudiyyət qoyulmur və rahatca dolaşmasına icazə verilir. Qutunun içində dolaşarkən qida əldə etməsini təmin edən düyməyə təsadüfən basan siçan sonrakı cəhdləri boyunca sürət qazanır və düyməyə basdıqca mükafatlandırıldığını öyrənir. Beləcə, operant tənzimləmə uğurla həyata keçirilmiş olur.Berres Frederik Skinner tərəfindən ixtira olunan bu qutuda bir heyvanın hər reaksiyasını qeydə alan cihaz var.Skinner qutusunun quruluşu heyvandan və təcrübənin formasından asılı olaraq dəyişdirilə bilər. Qutuda heyvanın reaksiya verəcəyi azı bir qol, düymə və qida olmalıdır.Bunlardan əlavə, qutuya xəbərdarlıqedicilər – işıqlar, səslər, videolar daxil edilə bilər. Bu zaman qutu elektriklə işləyir.Skinner qutusu ilə aparılmış təcrübələrdə heyvanın düyməyə basma sayına, basma müddətinə, basma sürətinə, basma aralığına baxılaraq təcrübələr sinifləndirilmişdir. == İstinadlar == == Xarici keçidlər == Pavlovdan Skinner qutusuna - arxa plan və təcrübə.
Taylor Kinney
Teylor Cekson Kinni (ing. Taylor Kinney. d. 15 iyul 1981), Amerikalı aktyor və model. The Vampire Diaries, Zero Dark Thirty, Chicago Fire və Chicago PD kimi filmlərdə aldığı rollar ilə məşhurdur. == Həyatı == Kinney, İyul 2011-ci ildə bəri müğənni Lady Gaga ilə birlikdədir. İkili, Gaganın "You and I" mahnısının klip çəkilişində tanış oldu və qısa müddət sonra əlaqələri başladı. Fevral 2015-ci ildə nişanlandılar.
Sinay palimpsesti
Sinay palimpsestləri — 1975-ci ilin 25 mayında Müqəddəs Yekaterina Monastırında tapılmış Qafqaz albanlarının dilindəki ən qədim yazılı mənbəni özündə əks etdirən əlyazmalar toplusu. == Kəşfi == 1759-cu ildə Pyemont-Sardiniya kralı III Karl Emmanuel tərəfindən şərqə elmi ekspedisiyaya göndərilmiş, Turin Universiteti professoru Vitaliano Donatinin 1761-ci ildə yazılmış gündəliyində Misirin Sinay yarımadasındakı Müqəddəs Yekaterina monastırında tərk edilmiş əlyazmalar barədə qeydlərə rast gəlinir. 30 noyabr 1971-ci ildə monastırının şimal divarında, Müqəddəs Georgi şapelində yanğın olmuş və 1975-ci ilin may ayında bu yanğından əmələ gəlmiş dağıntını aradan qaldırmaq üçün restavrasiya işləri başlanmışdı. Restavrasiya zamanı monastırın arximandriti Sofronius tərəfindən torpağın altındakı bir boşluqda gizlədilmiş həmin 1100 qədim əlyazma tapılmışdır. Əlyazmalarda ərəbcə, asoruca, efiopca, qədim slavyan dilində nümunələr vardır. Bundan əlavə erməni dilində olduğuna inanılan 142 əlyazmanın 1984-cü ildə II İliya tərəfindən əslində gürcü dilində yazıldığı təsdiq edilmişdi. == Alban əlifbalı mətnlərin tapılması == 1990, 1994, 1996 və 2000-ci illərdə aparılmış tədqiqatlarda gürcü tədqiqatçı Zaza Aleksidze əlyazmalardan birinin X əsrdə yazılmış, Tur şəhərinin yepiskopu Müqəddəs Qriqorinin müəllifi olduğu "Müqəddəs Ataların həyatı" (lat. Vita Patrum) gürcücə tərcüməsinin üzərində araşdırma apararkən mətnin alt qatında fərqli əlifbada başqa bir mətnin daha olduğuna fikir verir. Sin. Geo.
Sinay palimpsestləri
Sinay palimpsestləri — 1975-ci ilin 25 mayında Müqəddəs Yekaterina Monastırında tapılmış Qafqaz albanlarının dilindəki ən qədim yazılı mənbəni özündə əks etdirən əlyazmalar toplusu. == Kəşfi == 1759-cu ildə Pyemont-Sardiniya kralı III Karl Emmanuel tərəfindən şərqə elmi ekspedisiyaya göndərilmiş, Turin Universiteti professoru Vitaliano Donatinin 1761-ci ildə yazılmış gündəliyində Misirin Sinay yarımadasındakı Müqəddəs Yekaterina monastırında tərk edilmiş əlyazmalar barədə qeydlərə rast gəlinir. 30 noyabr 1971-ci ildə monastırının şimal divarında, Müqəddəs Georgi şapelində yanğın olmuş və 1975-ci ilin may ayında bu yanğından əmələ gəlmiş dağıntını aradan qaldırmaq üçün restavrasiya işləri başlanmışdı. Restavrasiya zamanı monastırın arximandriti Sofronius tərəfindən torpağın altındakı bir boşluqda gizlədilmiş həmin 1100 qədim əlyazma tapılmışdır. Əlyazmalarda ərəbcə, asoruca, efiopca, qədim slavyan dilində nümunələr vardır. Bundan əlavə erməni dilində olduğuna inanılan 142 əlyazmanın 1984-cü ildə II İliya tərəfindən əslində gürcü dilində yazıldığı təsdiq edilmişdi. == Alban əlifbalı mətnlərin tapılması == 1990, 1994, 1996 və 2000-ci illərdə aparılmış tədqiqatlarda gürcü tədqiqatçı Zaza Aleksidze əlyazmalardan birinin X əsrdə yazılmış, Tur şəhərinin yepiskopu Müqəddəs Qriqorinin müəllifi olduğu "Müqəddəs Ataların həyatı" (lat. Vita Patrum) gürcücə tərcüməsinin üzərində araşdırma apararkən mətnin alt qatında fərqli əlifbada başqa bir mətnin daha olduğuna fikir verir. Sin. Geo.
Sinay yarımadası
Sina Yarımadası (ərəb. سيناء‎) - Misirdə yerləşən yarımada. Sina Yarımadası şimaldan Aralıq dənizi və cənubdan Qırmızı dəniz ilə əhatə olunmuşdur. Yarımada 60.000 km² əraziyə malikdir.
Sinay bəbiri
Sinay bəbiri (lat. Panthera pardus jarvisi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Skin on Skin
Skin on Skin — almaniyalı müğənni və bəstəkar Sara Konnorun 2002-ci ildə çıxartdığı Unbelievable adlı studiya albomuna daxil etdiyi mahnıdır. Yazıçı və bəstəkar Rob Tayqer və Kay Denar tərəfindən hazırlanmışdır və 4 noyabr 2002-ci ildə albomun ikinci mahnısı olmuşdur.
Burres Frederik Skinner
Burres Frederik Skinner (20 mart 1904 – 18 avqust 1990) — XX əsr Amerika psixologiya elminin görkəmli nümayəndəsi, Biheviorizmin tanınmış nümayəndələrindən biri olan amerikalı psixoloq. == Həyatı == Frederik Skinner Pensilvaniya ştatında Qreys və Uilyam Skinnerin ailəsində anadan olub. Atası hüquqşünas idi. O, yazıçı olmaq niyyəti ilə Nyu Yorkdakı Hamilton Kollecində İngilis ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. İntelektual xüsusiyyətlərinin yüksək olmasına görə Hamilton kollecində özünü sosial cəhətdən zəif hiss edirdi. Buna görə də yazıçılıq onu qane etmədiyindən elmlə məşğul olmağa başlayır. 1926-cı ildə İngilis ədəbiyyatı üzrə bakalavr dərəcəsi aldıqdan sonra, 1927-ci ildə o, biheviorizmlə tanış olur və Harvard Universitetinə daxil olur. Skinner Harvard Universitetini bitirir və 1931-ci ildə doktorluq dissertasiyası müdafiə edir. Sonrakı beş ili o, Harvard Tibb Məktəbində işləyir və heyvanların sinir sisteminin tədqiqi ilə məşğul olur. 1936-cı ildə Yvonne (Eve) Blue ilə evlənmiş və bu evlilikdən Julia Vargas və Deborah Buzan adlı 2 qızı dünyaya gəlmişdir.
Sinay hücumu (2017)
Sinay hücumu - 2017-ci ilin 24 noyabr tarixində Sinay yarımadasının Bir al-Abd şəhərində yerləşən Al-Ravda məscidində cümə ibadəti zamanı gercəkləşdirilmiş bombalı və silahlı hücum. Hadisə nəticəsində azı 310 nəfər həlak olub, 128 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sinay terror hücumu modern Misir tarixində baş verən ən böyük terror hücumlarından biridir.
Sinay və Fələstin cəbhəsi
Sinay və Fələstin cəbhəsi (ing. Sinai and Palestine Campaign, alm. Palästinafront‎, türk. Sina ve Filistin Cephesi; 28 yanvar 1915-ci il — 30 oktyabr 1918-ci il) — Birinci Dünya müharibəsi zamanı Sinay yarımadasında, Fələstində və Suriyada Antanta orduları (Böyük Britaniya, onun dominyonları və Fransa birlikləri) ilə bir tərəfdə, digər tərəfdə İttifaq dövlətləri (Almaniya imperiyasının dəstəyi ilə Osmanlı imperiyası) arasında döyüş. Osmanlı imperiyasının Birinci Dünya müharibəsinə daxil olmasından sonra Osmanlı rəhbərliyi Süveyş kanalını ələ keçirmək qərarına gəldi. 1915-ci ildə Süveyş uğrunda mübarizə başladı, bu müddətdə İngilis qoşunları türk ordusunun kanalı ələ keçirmək cəhdlərini dəf edə bildilər. 1916-cı ildə və 1917-ci ilin əvvəllərində Sinay kampaniyası davam etdi və bu müddət ərzində İngilis qoşunları Osmanlı ordusunu Fələstinə geri çəkilməyə məcbur edə bildilər. 1917-ci ilin yanvarında Fələstin yürüşü Rəfa yaxınlığındakı döyüşlə başladı. 1917-ci ilin sonunda Qəzza və Beer-Şeva yaxınlığındakı döyüşlərdə ingilislər Osmanlı cəbhəsini yarıb Qüdsü ələ keçirə bildilər. 1918-ci ilin sentyabrında bir illik sakitlikdən sonra İngilis qoşunları türk ordusunun məğlubiyyəti və Fələstinin, eləcə də demək olar ki, bütün Suriyanın Britaniya imperiyasının qoşunları və ərəb üsyançılarının dəstələri tərəfindən ələ keçirilməsi ilə başa çatan hücuma başladılar.
Skin of Tears
Skin of Tears — 1991—2007-ci illərdə mövcud olmuş pank janrında ifa edən Alman qrupudur. 1991-ci ildə qrup 4 heyətdən, 1996-cı ildə isə 3 heyətdən ibarət idi. Qrup heyəti Bad Religion, Strung Out, No Use for a Name, Lagwagon, Rancid və Shelter Konzerte kimi məşhur rep qrupları ilə birgə səhnədə ifa edib. 2005-ci ilin yayında "Skin of Tears" qrupunun heyəti Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində konsert verirlər. 2007-ci ildə isə "Skin of Tears" qrupu solo karyerasına son verir.
Şinuy (partiya)
Şinuy (ivr. ‏שִׁינּוּי‏‎) — sionist, dünyəvi və anti-kargüzar sərbəst bazar liberal partiyası və İsraildə siyasi hərəkat idi. Partiya iki dəfə Knessetdə ən böyük üçüncü oldu, lakin hər iki hadisə parçalanma və dağılma ilə nəticələndi; 1977-ci ildə partiya Demokratik Dəyişiklik Hərəkatının tərkib hissəsi olaraq 15 yer qazandı, lakin 1978-ci ildə ittifaq parçalandı və növbəti seçkilərdə Şinuy iki yerə endirildi. 2003-cü ildə partiya təkcə 15 yer qazandı, lakin əksər MK-larının yeni partiyalar qurmağa getməsindən üç il sonra onları itirdi. Partiya 2009-cu ilə qədər Liberal İnternasionalistlərin üzvü idi. 30 ildir İsraildə liberal iqtisadi siyasət və dünyəvi dəyərlərin standart aparıcısı olmasına baxmayaraq, Kadimanın meydana gəlməsi Şinuyu təbii seçki dairəsindən məhrum etdi və 2006-cı ilin yanvar ayında partiya kiçik fraksiyalara parçalandı, heç biri də Knessetə girmək üçün lazım olan 2% həddi keçə bilmədi.
Emrə Kınay
Emre Kınay (5 mart 1970, İstanbul) — Türk aktyor. == Həyatı == Dostlar Teatrı, Bakırköy Bələdiyyə Teatrı kimi icmalarda çalışan sənətçi müxtəlif film və seriallarda da rol alır. Yaradıcısı olduğu Duru Teatr qrupunda hələ də tamaşalar və seriallarda oynayır. O, "Yılan hikayesi" serialında canlandırdığı "Erkan Ağa" və "Yeditepe İstanbul" serialında canlandırdığı "Yusuf" obrazları ilə tanınıb. Üç qız atasını canlandırdığı və baş rolu İclal Aydınla paylaşdığı “İki Aile” serialı ilə daha geniş dairələrdə tanınıb. O, "Güneşi Beklerken" serialında basketbol müəllimi "Cihan" obrazını canlandırıb, daha sonra "Lise" serialında məktəbə qayıdan hüquqşünas rolunu canlandırıb. O, 2015-2016 mövsümündə yayımlanan "Güneşin Kızları" serialında "Haluk" obrazını canlandırıb. 2019-cu ildə Türkiyə Yerli Seçkilərində İYİ Partiya tərəfindən İstanbul Kadıköy Bələdiyyə Başçılığına namizədliyi irəli sürülüb. Lakin o, 12,66 faiz səs toplayaraq seçkidə qalib gələ bilməyib. O, yarışı 3-cü yerdə başa vurub.
Everett Şinn
Everett Şinn (6 noyabr 1876[…] – 1 may 1953, Nyu-York, Nyu-York ştatı) — ABŞ rəssamı. Əsasən realist və modernist üslubda əsərlər yaratmışdır. "Səkkiz" adlı rəssamlar qrupu ilə də işləmişdir. Əsərlərində Nyu-Yorkun çaxnaşmalı şəhər həyatını, ustası olduğu teatr səhnələrini əks etdirmişdir. == İlk illəri == Everett Şinn 1876-cı ildə Nyu-Cersidə 8 uşaqlı ailənin son beşiyi kimi dünyaya göz açmışdır. Atasının ən sevdiyi yazıçı olan Edvard Everett Heylin şərəfinə isə Everett adlandırıldı.İstedadlı bir uşaq olan Şinn 15 yaşında öz buxar mühərrikini ərsəyə gətirdi. Elə bu yaşda Filedalfiya Yay Bağı Kollecinə qəbul olur. Və burada mexanika rəssamlığını, texniki rəsmlər (alətlər, texniki maşın təsvirləri, çertyojlar) çəkməyi öyrənir. Sonra isə Filedalfiya İncəsənət Akademiyasında təhsilini davam etdirir. Rəssamın həyatının böyük hissəsi mətbuat orqanları ilə bağlı olmuşdur.
Şinn Feyn
Şinn Feyn (irl. Sinn Féin) – İrlandiya və Şimali İrlandiyada mövcud olan siyasi partiya. == Tarixi == == İştirak etdiyi seçkilər == == Hökumətdə və parlamentdə təmsilçiliyi == == Himni == == Bayrağı və emblemi == == Partiya qərargahı == 1905-ci ildə yaradılan və İrlandiya siyasi tarixində mühüm yer tutan partiyalardan olan Şinn Feyn partiyasının mənzil qərargahı Dublin şəhərində yerləşir.