Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnsan dünyadan sonradan sonra (kitab)
"İnsan" traktatı — Əllamə Təbatəbainin kitabı. == İnsan dünyadan əvvəl == İnsan dünyadan əvvəl — Əllamə Təbatəbainin insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi barədə olan kitabı. === Məzmun === Qarşınızda olan bu kitab 4 hissəli “İnsan” kitabının birinci cildidir. Bu kitab Əllamə Təbatəbainin (r.ə) “İnsan” risaləsi əsasında qələmə alınmışdır. Kitabda insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi bəyan olunmuşdur. İslam düşüncəsinə görə bu əzəmətli varlığın mövcudiyyəti dünyadan əvvəl başlamış və dünyadan sonra da davam edəcəkdir. Dünya bu əzəmətli varlığın həyatının bilinən tərəfidir. Dünyadan əvvəlki həyatı isə insan üçün qaranlıqdır. Kitabda insan həyatının qaranlıq və müəmmalı olan bu tərəfi barədə geniş məlumat verilmişdir. Dünyada yaşayan adəm övladı üçün keçmişini bilməsi bu günü və gələcəyi üçün mühümdür.
Soraya Arnelas
Soraya Arnelas (13 sentyabr 1982) — İspaniya müğənnisi. == Həyatı == Soraya Arnelas 13 sentyabr 1982-ci ildə İspaniyanın Valensiya de Alkantare (Ekstremadura) şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində İspaniyanı "La noche es para mí" (azərb. "Mənim Üçün Gecə"‎) mahnısı ilə təmsil etmişdir. Finalda 24 xal toplayaraq 23-cü oldu.
Soraman (Uçalı)
Soraman (başq. Сораман, rus. Сураманово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Amangilde kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 69 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 9 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 39 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Sobreya
Enydra (lat. Enydra) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonim == == Növləri == Enydra anagallis Gardner Enydra fluctuans Lour.
Sonata
Sonata (it. sonata, sonare) — İtalyan dilindən tərcümədə "səslənmək" mənasını verir. Kamera-instrumental musiqinin əsas janrlarından biri. Müasir anlayışda sonata bir və ya iki alət üçün silsilə sonata formasında yazılmış bir əsərdir.
Soriya
Soriya (isp. Soria) — İspaniyada şəhər. Soriya vilayətinin mərkəzi. Duero çayının sahilində yerləşmişdir.
Sonay
Sonay — Azərbaycan folklorunda yazın son aylı gecələridir. Azərbaycan mifik düşüncəsində Günəş və Ay əbədi aşiqdir. Onlar heç vaxt bir-birlərinə qovuşmurlar. Sonay payız gecə-gündüz bərabərliyi zamanı baş verir. Beləliklə, Sonayın bütöv ayı çıxanda günəş batır. Bu əbədi aşiqlərin bir neçə dəqiqə ərzində üz üzə görüşə biləcəyi vaxtdır. O gecə Sonayın görünüşü sevgi ilə dolu hesab edilir. Əsli və Kərəmin sevgi hekayəsi əslində Sonayın sevgisinin təkrarıdır. Bu iki aşiq bir-birini axtarır. Bir az bir-birlərin görüb yenə itirirlər.
Böyük Səhradan cənubdakı Afrika
Qara Afrika və ya Böyük Səhradan cənubdakı Afrika — Afrika qitəsinin Böyük Səhranın cənubunda yerləşən hissəsinə verilən ad. Afrikanın bu qisminə Şimali Afrikadan fərqli olaraq, əsasən qaradərililər məskən salmışdır. Buna görə də Afrikanın bu hissəsi Qara Afrika adlanır. Afrika qitəsinin bü cür bölünməsi e.ə. III minilliyin ortalarına təsadüf edir. bu dövrdə Böyük Səhra formalaşmağa başlayır. Böyük Səhra sivilizasiyaların qarşılıqlı əlaqəyə girməsinə böyük maneə olmuşdur. Afrika qitəsinin bu iki hissəsi arasındakı yeganə keçid Nil çayıdır. Burada yaranmış sivilizasiyaların Qədim Misirlə yaxından əlaqələri var idi. E.ə.
Brickellia sonorana
Brickellia sonorana (lat. Brickellia sonorana) — mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid biki növü.
Ostraya dağı
Ostraya — Böyük Qafqazın Baş Qafqaz silsiləsinda Azərbaycan (Qusar rayonu) və Rusiya (Dağıstan, Doqquzpara rayonu) sərhəddində yerləşən dağ. Dağın hündürlüyü 2914 metr təşkil edir. == Coğrafiyası == Dağ ətəklərindən başlanğıcını götürən ən böyük çay Taircaldır. Qərb ətəklərindən naşlanğıcını götürən Ostraya çayı Samurçayın sol qolu olan Usuxçaya tökülür. Dağın şimalında Qarakürə (Dağıstan), qərbində Qalacıq (Dağıstan) şərqində isə Sudur kəndi (Azərbaycan, Qusar rayonu).
Sanrayz Adams
Sunrise Adams (14 sentyabr 1982, ABŞ) — ABŞ pornoaktrisasıdır. 2001-ci ildə porno karyerasına başlamışdır.
Sonrakı Tan
Sonrakı Tan — eyniadlı sülalə tərəfindən idarə olunan imperiya. Şatolar tərəfindən, Beş sülalə və on çarlıq dövründə qurulmuş ilk dövlətdir. Li Keyonun oğlu Li Çunşü tərəfindən qurulmuşdur. Dövlətin ömrü az olmuş, cəmi 13 il çəkmişdir. Başqa bir türk sülaləsi olan Sonrakı Cin sülaləsi tərəfindən devrilmişdir.
Soumaya muzeyi
Soumaya muzeyi — Meksikalı memar Fernando Romero tərəfindən hazırlanmış Meksikada yerləşən özəl muzey. Bu qeyri-kommersiya təşkilatıdır və Mexiko şəhərində iki binası yerləşir-Plaza Karso və Plaza Loreto. Muzeydə 30 əsri əhatə edən, o cümlədən Kolumbdan əvvəlki Amerika dövrünə , 19-20-ci əsr Meksika incəsənətinə aid heykəllər və Oqust Rodin, Salvador Dali, Bartolome Esteban Murillo və Tintoretto kimi antik və müasir qərb incəsənət ustalarının geniş repertuarları da daxil olmaqla 66000-dən çox əsər saxlanılır. Muzey öz növünün ən mükəmməl kolleksiyalarından biri hesab olunur. Soumaya muzeyi 1999-cu ildə vəfat edən və binanın banisi olan Karlos Slimin həyat yoldaşı Soumaya Domitin şərəfinə adlandırılmışdır. Bina 2013-cü ildə 1 095 000 nəfər qonaq qəbul edərək Meksikada birinci və həmin il dünya üzrə 56-cı ən çox ziyarət olunan muzey oldu. 2015-ci ilin oktyabr ayında muzey öz beş milyonuncu ziyarətçisini qəbul etdi. == Kolleksiyaları == Soumaya muzeyi 66000-dən çox incəsənət əsərindən ibarət olan kolleksiyaya sahibdir. İncəsənət nümunələrinin əksəriyyəti 15-20-ci əsrə aid avropalıların işlərindən ibarətdir. Muzeydə həmçinin Meksika incəsənəti, dini əmanətlər, tarixi sənədlər və qədim dəmir pullar saxlanılır.
Staraya Kupavna
Staraya Kupavna — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Staraya Russa
Staraya Russa — Rusiya Federasiyasında yerləşən şəhər. Novqorod vilayətinə daxildir.
Seraya Şapşal
Seraya Şapşal (8 (20) may 1873 və ya 1873, Bağçasaray, Tavriya quberniyası[d] – 18 noyabr 1961 və ya 1961, Vilnüs) — Kəraim filoloqu, şərqşünası, filologiya elmləri doktoru, professor. == Həyatı == Seraya Şapşal 1873-cü il mayın 20-də Baxçasaray şəhərində Mordexay Şapşal və Akbike Kazasın ailəsində anadan olub. Ailədə sonuncu 12-ci uşaq olub. 9 aylıq olanda anası Akbike Kazas dünyasını dəyişib. S. Pigitanın rəhbərliyi ilə Baxçasaray və Simferopolda keçirilən karaim midraşlarına qatılıb. 1884-cü ildə atasının qərarı ilə böyük qardaşı Moşe ilə birlikdə rus dilini öyrənmək üçün Sankt Peterburqa gedib. 1886-cı ilə qədər Oxtensk Peşə Məktəbində sonra isə Qureviçin gimnaziyasında təhsil alb. 1894-cü ildə gimnaziyanı bitirdikdən sonra Peterburq Universitetinə daxil olur. Burada Şərq dilləri fakültəsinə daxil olaraq ərəb, türk, fars və tatar dillərini öyrənir. 1896-cı ildə tələbə ikən "Krımda karaimlər və Çufut-Kale" adlı özünün ilk işini təqdim edib.
Sonata Arctica
Sonata Arctica — Finlandiya power metal qrupu, 1996-cı ildə Finlandiyanın Kemi şəhərində Toni Kakko, Jani Liimatainen, Marko Paasikoski, Tommi Portimo və Pentti Peura tərəfindən yaradılıb. Əvvəlcə qrup "Tricky Beans" adlanırdı. Onlar "Tricky Beans" qrupu kimi hard rock janrı ilə oxumağa başladılar. 1997-ci ildə "Sonata Arctica" adı ilə fəaliyyətinə davam edir və 1999-cu ildə onların üslubu tamamilə dəyişir. Habelə Toni Kakkonun vokal səsi də dəyişir. Dəyişikliklərdən sonra qrup 1999-cu ildə "UnOpened" və "Wolf & Raven" sinqllarını, eləcə də "Ecliptica" adlı ilk studio albomu buraxıldı və albom 30,000 nüsxədən çox satıldı. Beləliklə, "Sonata Arctica" qrupu power metal üslubunda qrup kimi məşhurlaşmağa və tanınmağa başladı.
Soniya Abexon
Soniya Abexon (d. 1 avqust 1985) — İspaniyanı təmsil edən bədii gimnast. Soniya Abexon, 2004-cü ildə İspaniyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Soniya Abexon, 2004-cü ildə İspaniyanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Barbara Qonzalez, Karolina Rodrigez, Marta Linares, İsabel Paqan və Nuriya Velasko ilə birgə finalda 45.350 xal topladı və 7-ci yeri tutdu.
Sonqay (dövlət)
Sonqay — XV-XVI əsrlərdə Afrikada mövcud olmuş, Niger çayının orta axarında indiki Niger, Nigeriya və Mali dövlətlərinin ərazisini əhatə edən dövlət. == Tarixi == Sonqay imperiyasının əsası, əfsanəvi məlumatlara görə, IX əsrdən Qao əyalətində mövcud olmuş kiçik çarlıq tərəfindən qoyulmuşdur. XI əsrdə yerli hakim islam dinini qəbul etmiş və sonrakı 300 il ərzində onun davamçıları öz hakimiyyətlərinin müasir Mali dövlətinin əksər ərazilərinə yayılmasına nail olmuşlar. Sonqay imperiyasının əsası 1462–1492-ci illərdə hakimiyyətdə olmuş Ali Ber tərəfindən qoyulmuş və o, 7 illik mühasirədən sonra tuareqləri Tambuktudan qovaraq Cenneni ələ keçirmişdir. Ali Beri hakimiyyətdə əvəz edən oğlu bütpərəst maldarlarla müsəlman tacirlər arasında tarazlığı qoruya bilməmiş və 1493-cü ildə hakimiyyətdən devrilmişdir. Sonqay dövlətinin üçüncü hökmdarı, 1493–1528-ci illərdə hakimiyyətdə olmuş Məhəmməd Askiyanın dövründə dövlət özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Askiya titulu daşıyan bu sülalənin hökmdarları 1591-ci ilədək, Cudar paşa ölkəni işğal edənədək hakimiyyətdə qaldılar. Bu işğaldan sonra sonqaylar Mərakeş sultanı Əhməd-əl-Mənsurdan asılı vəziyyətə düşdülər. == Mənbə == Куббель Л. Е. Сонгайская держава: Опыт исследования социально-политического строя / Отв. ред.
Mokraya Qryaznuxa çayı
Mokraya Qryaznuxa çayı — Rostov vilayəti ərazisindən axan çay. Mokraya Qryaznuxa çayı Kuqa Eya çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Yey çayının bir qolunu təşkil edir. Mokraya Qryaznuxa çayının uzunluğu 22 kilometr təşkil edir. Çay üzərində kiçik dəryaçalar vardır. Onlar çayın qarşısına atılan kiçik bəndlərlə hazırlanmışdır. Çay sistemi: Mokraya Qryaznuxa → Kuqa Eya → Eya. == Axını == Çay öz başlanğıcını Don-Eqoqlık düzənliyindən götürür. Mənbə Rostov vilayətinim Selinski rayonunun sərhəddinə yaxın, Eqorlıq rayonu əraxisindən, Voynov xutorunun şimalından götürür. Ümumi istiqamət olaraq qərb-cənub-qərb istiqamətindədir.
Mokraya Çuburka çayı
Mokraya Çuburka — Rusiyanın Krasnodar vilayətinin şimalı və Rostov vilayətinin cənub-qərbindən axan çay. Azov dənizinə daxil olan Taqanroq körfəzinə tökülür. Çayın uzunluğu 92 km təşkil edir. Ümumi mayillik 63 metrdir. Əb böyük qolu Çuburka çayıdır. Sahilində yerləşən ən böyük yaşsyış məntəqəsi Aleksandrovna kındidir (4738 nəfər, 2002). == Axını == Çay öz başlanğıcını Kuban-Priaziv düzənliyindən götürür. Onun mənsəbi Krasnodar vilayətinin Kuşyovski rayonu, İsaevski xutorunun şərqində yerləşir. Aşağı axarlarda Kalininski xutoru ərazisindən isə Rostov vilayətinə keçir. Buradan isə o özünün ən böyük qolu olan Çuburka qolunu qəbul edir.
Sinyaya veçnost (mahnı)
Sinyaya veçnost - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri və bəstəsi Müslüm Maqomayeva, aranjemanı isə Qara Dərvişə aiddir.
Sonrakı Peşmançılıq (1978)
== Məzmun == Film daim qarşısına çıxanı qəzəbləndirən və sataşan axmaq və dəcəl ulaq haqqında söhbət açır. Lakin o təhlükə qarşısında qalanda və onun hərəkətlərindən cana doymuş canavar hirslənib ulağı yemək istəyəndə incidilmiş qoyunlar, keçilər və kirpi onun müdafiəsinə qalxırlar. Ulaq nəhayət başa düşür ki, xeyirxah və qayğıkeş olmaq lazımdır, hər hansı bir pislik gec və ya tez cəzalandırılır. == Film haqqında == Applikasiya filmidir. Film rus variantı saxlanılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Kamal Aslanov Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Bəhmən Əliyev Operator: Antonina Korotnitskaya Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Cizgi rəssamı: Arne Axi, Solmaz Hüseynova, Hüseyn Cavid İsmayılov, Arifə Hatəmi Fon rəssamı: Teymur Məmmədov Rəssam: Lalə Məmmədova (Lalə Ağacanova kimi), Cəvahir Quliyeva, Nataliya Albitskaya Rejissor assistenti: Sima Qurbanova Rəssam assistenti: Zəkiyyə Mahmudova Montaj edən: Nisə Hacıyeva Mahnı ifa edən: Flora Kərimova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Kamil Rəhmanzadə == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Sonrakı dövr (Misir)
Sonrakı (Liviya-Sais, İran) dövr e.ə. təqr. 1070-332 ci illərdə XXI-XXVI sülalələr hakimiyyət dövrü. Bu dövrdə Misirin xarici qüdrətinin zəiflənməsi və qonşu ölkələrin siyasi hakimiyyəti altına düşməsi ilə saəciyyələnir. E.ə. X əsrin sonunda (e.ə. təqr. 950-920 ci illərdə) Liviya mənşəli Şeşonk Misirdə hakimiyyəti ələ keçirərək XXII sülalənin əsasını qoymuş olur. Bu sülalənin fironlarının Asiyada fəal hərbi siyasət yeritmək və Misiri vahid dövlətdə birləşdirmək cəhdləri boşa çıxdı. E.ə.
Ölümdən sonrakı həyat
Ölümdən sonrakı həyat — din, fəlsəfə və mifologiyada insanın dünyadakı fiziki həyatını bitirdikdən sonra ruh və ya şüur halında davam etdiyinə inanılan həyat. O biri dünya və İslam mənşəli bir termin olan axirət anlayışları ölümdən sonrakı həyatın davam etdirilidiyinə inanılan məkanı təsvir etmək üçün istifadə edilir.Ölümdən sonrakı həyatla əlaqəli anlayışlar materialist olmayan spiritualist və dini inanclarla əlaqədardırlar. Bu inanclarda yer alan ölümdən sonra bir həyatın olduğuna bağlı ən başda gələn fundament ruhun ölümsüzlüyü — əbədiliyi inancıdır. Bundan başqa, ölümdən sonrakı həyatın ruhun ölümsüzlüyünə bağlı olmayıb, yalnızca ölmüş şəxslərin dirilmələri şəklində reallaşacağını müdafiə edən inanc da vardır. == Ruhun əbədiyyəti inancı == Ümumiyyətlə, dini inanclar insanın bədənində onu yaşadan bir ruh olduğu inancını qəbul edirlər. Bu mözvuda istisnalar olmaqla birlikdə, insandakı bu ruhun şüur daşıdığı və insanın şəxsiyyəti ilə əlaqəli hər şeyin bu ruhda olduğu qəbul edilir. Ruh şəxsin içindəki öz varlığını meydana gətirərək, düşünür, hiss edir, sevir, nifrət edir və qərar verir. Bu yolla ruh insanın öz şəxsiyyəti olur, bədən yalnızca ruha geydirilmiş bir paltara bənzəyir. İnsandakı bu ruhun ölümsüz olduğu və insan öləndə bədənindən ayrılaraq o biri aləm və ya axirət olaraq adlandırılan bir yerə getdiyi inancı qəbul edilir. Bu yerin adı qərbdə limbus olaraq adlandırılan bərzəx aləmidir.
Şoraba
Turşu və ya şoraba — Azərbaycan mətbəxində sirkəyə (turşuya) və duza qoyulmuş məhsullar. Azərbaycan mətbəxində sirkəyə (turşuya) və duza qoyulmuş məhsullar xüsusi yer tutur. Belə məhsullar iştaha artırır, bişirilmiş xörəyin ləzzətini yüksəldir, qış fəslində köməyimizə yetir. Azərbaycan mətbəxində turşu və ya şorabalar müxtəlif üsul və qaydalarla hazırlanır. Arxaik mədəniyyətdə ilk dəfə torpaqdan edilmə böyük boy küplər içərisində quraşdırılması yapılmaktaydı. Ticari məhsul olaraq istifadə edilməyə başlandığı antik çağlarda taxtadan edilən qablarla daşındığı və saxlandığı da görülməklə birlikdə taxta və turşunun reaksiyaları səbəbiylə qalıcı olaraq həmişə torpaq qablar edilmişdir. İndiki vaxtda bu tür torpaq qabların yerini plastik, şüşə qab, paslanmayan tənəkə qablar almışdır.
Valter Şoniya
Valter Şoniya (rus. Ва́льтер Шо́ния; 22 mart 1936) — Rusiya dövlət xadimi, diplomat. 1992–1995-ci illərdə Rusiya Federasiyasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. == Həyatı == Valter Şoniya 22 mart 1936-cı ildə anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib. 1964-cü ildən diplomatik fəaliyyətə başlayıb.1964-1975-ci illərdə SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində, SSRİ-nin Türkiyə səfirliyində və İstanbul Baş konsulluğunda çalışıb. 1980-1986-cı illərdə SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində birinci katib, SSRİ-nin Laos səfirliyində və SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində məsləhətçi vəzifələrini tutub. 1986-1992-ci illərdə SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində ekspert və SSRİ-nin Türkiyə səfirliyində müşavir kimi çalışıb.1992-ci il martın 2-də Boris Yeltsinin sərəncamı ilə səfir statusu alıb və Bakıya göndərilib. Valter Şoniya 1995-ci il iyun ayının 26-na qədər Azərbaycanda səfir kimi çalışıb. O, ölkə tarixində həmin illərdə baş verən ən önəmli ictimai-siyasi hadisələrin şahidi olub, danışıqlarda iştirak edib.