SONRADAN

zərf Sonra, axırda, nəhayətdə, nəticədə, aqibətdə; bir müddət, bir az keçəndən sonra. Məsələni sonradan başa düşdü. Sonradan peşman olmaq. Sonradan ağlına gəlmək. – [Kərəm:] Səgrəqibin fitnəsinə inandım; Firqət nə olduğun sonradan qandım. “Əsli və Kərəm”.
Həqiqət halda Sitarə barəsində [Məmmədbağırın] belə, sonradan boşamaq fikri yoxdu. S.Hüseyn.

SONRA
SONRADAN-SONRAYA
OBASTAN VİKİ
İnsan dünyadan sonradan sonra (kitab)
"İnsan" traktatı (ərəb. الإنسان‎) — Əllamə Təbatəbainin kitabı. == İnsan dünyadan əvvəl == İnsan dünyadan əvvəl (ərəb. الانسان قبل الدنیا‎) — Əllamə Təbatəbainin insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi barədə olan kitabı. === Məzmun === Qarşınızda olan bu kitab 4 hissəli “İnsan” kitabının birinci cildidir. Bu kitab Əllamə Təbatəbainin (r.ə) “İnsan” risaləsi əsasında qələmə alınmışdır. Kitabda insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi bəyan olunmuşdur. İslam düşüncəsinə görə bu əzəmətli varlığın mövcudiyyəti dünyadan əvvəl başlamış və dünyadan sonra da davam edəcəkdir. Dünya bu əzəmətli varlığın həyatının bilinən tərəfidir. Dünyadan əvvəlki həyatı isə insan üçün qaranlıqdır.

Digər lüğətlərdə