Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağciyər sorucusu
Ağciyər sorucusu (lat. Paragonimus westermani) digenetik sorucular və ya trematodlar sinifinə daxil olan parazit qurdlardır. == Quruluşu == Ağciyər sorucusunun bədəni yumurta formasındadır, canlı halda qonur-qırmızı, ölmüş halda isə boz-qonur rəngdə olur. Bədənin uzunluğu 10-16, eni 4-8 mm-dir. Kutikula çoxlu miqdarda enli formada pulcuğaoxşar tikancıqlarla örtülmüşdür. Hər iki sormac eyni ölçüdə olur. Quruluşlarında əsas xarakter xüsusiyyət balalığın və yumurtalığın bədənin orta hissəsində - qarın sormacının yan tərəflərində yerləşməsidir. Sarılıqlar çox yaxşı inkişaf etmişdir. Bağırsağın şaxələri çox qıvrılmışdır. Qarın sormacının arxa və yan tərəflərində bir tərəfdən yumurtalıq, digər tərəfdən isə boruşəkilli balalıq yerləşir.
Pişik sorucusu
Pişik sorucusu — lat. Opisthorchis felineus Yastı qurdlar (Plathelminthes) tipinin növüdür. == Xarici quruluşu == Pişik sorucusu 10 mm uzunluğunda olub, ön hissəsinə nisbətən bədənin dal hissəsi genişlənmiş formadadır. Bədənin ön hissəsində ağız sormac, ondan dalda isə qarın sormacı yerləşmişdir. Bədəni yarım şəffafdır və ona görə də daxili orqanlarından bağırsaq, balalıq aydın şəkildə görünür. Pişik ikisormaclısının ən xarakterik cəhətləri bədənlərinin arxa qurtaracağında toxumluqların yerləşmə vəziyyəti və onların nəlbəkişəkilli formaya malik olmasıdır. Cinsiyyət sistemi hermofroditdir. Bunların inkişafı 3 sahibdə gedir. Bu sorucunun birinci aralıq sahibi Bithynia leachi ilbizi, ikinci aralıq sahibi isə balıqlardır: Külmə, enlişaş və b. balıqlar.
Qan sorucusu
Qan sorucusu (lat. Shistosomum haematobium)-Yastı qurdlar tipinə aid olan növ. == Xarici quruluşu == Erkək fərd 10–15 mm uzunluqda olub, qarın nahiyəsində boylama istiqamətdə novşəkilli büküş vardır. Dişilər erkəklərə nisbətən bir az uzun (20mm) və ensiz olurlar. Dişi fərd erkəyin novşəkilli büküşündə yerləşir və onlara həmişə cüt halda təsadüf olunur. Bu xüsusiyyətlərinə görə də fəsiləyə şistozomatidlər adı verilmişdir ( şisto- ikiləşmiş, zoma- bədən deməkdir). == İnkişafı == Dişi fərd iti tikancığı olan yumurtalarını dal bağırsağın və sidik kisəsinin qan damarlarına tökür. Yumurtalar iri oval formada olub, uzunluğu 0,120-0,160 mm, eni isə 0,040-0,060 mm-dir. Yumurtalar tək-tək qoyulur, onda formalaşmış mirasidi sürfəsi olur. Yumurtada olan tikancıq vasitəsilə onlar sidik kisəsinə keçir və sidiklə xarici mühitə düşürlər.
Qaraciyər sorucusu
Qaraciyər sorucusu (lat. Fasciola hepatica)-Yastı qurdlar tipinə aid olan növ. == Xarici quruluşu == Bu növ kiçik yarpaq formasında olub, enli və qısadır. Uzunluğu 20–30 mm, eni isə 8–12 mm-ə qədər olur. Bədənin ön tərəfindən xortum şəklində uzanmışdır. Onun üzərində ağız və qarın sormacı vardır. Ağız sormacının diametri 1 mm, qarın sormacınınki isə 1,5–1,6 mm-dir. Bədənin ön hissəsində yumurtalıq, ondan arxada isə yumurta vəzisi yerləşir. Fassiolanın yumurtaları uzunsov və açıq sarı rənglidir. Yumurtaların bir qütbündə qapaqlıq, içərisində isə küllü miqdarda sarılıq hüceyrələri görünür.
Sonuncu Dalan
The Last DeadEnd (azərb. Sonuncu dalan‎) — "AzDimension" tərəfindən hazırlanan, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən nəşr edilən, qorxu elementlərini daşıyan və döyüş-macəra və qorxu janrlarında olan indi videooyun. Bu, Azərbaycan videooyun şirkəti olan "AzDimension"nun hazırladığı beşinci videooyunudur. Oyun 5 may 2018-ci il tarixində Microsoft Windows platforması üçün "Steam"də satışa çıxarılmışdır. Oyun əsasən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə daxil olan İçərişəhərdə cərəyan edir, ancaq bəzi epizodlarda Xəzər dənizi sularına qərq olmuş Bayıl qalası da göstərilir. Oyunun baş qəhrəmanı Fərhad Novruzov adlı gənc bir alimdir. Fərhad öz ana vətəninə – Azərbaycana beynəlxalq bir telekanal üçün sənədli film çəkməyə gəlir. O, burada qədim Zərdüştilik dini ilə əlaqədar qəribə hadisələrə şahid olur. Oyun tənqidçilər tərəfindən ümumiyətlə müsbət rəylər almışdır. Oyun dərin hekayəsi, əsas geympleyi və maraqlı personajlarına görə təriflənmiş, ancaq zəif səs aktyorluğu və animasiyalarına görə tənqidlənmişdir.
Sonuncu arzu
Sonuncu arzu (pol. Ostatnie życzenie) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı və ümumi personaj – cadugər Riviyalı Geraldın iştirakı ilə birləşdirilən hekayələr toplusudur. Həm xronologiya, həm də yazılma vaxtına görə “Sonuncu arzu” Cadugər seriyasından olan ilk əsərdir. Kitab ilk dəfə polyak dilində 1993-cü ildə nəşr edilmiş, 2007-ci ildə isə kitabın ilk ingilis dilli nəşri yayımlanmışdır. == Hekayələr və onların məzmunu == Cadugər - pol. Wiedźmin - 1983Topluya daxil olan ilk hekayədir. Müsabiqə üçün yazılmış, bu kiçik hekayə “Cadugər haqqında saqa”nın əsasını qoymuşdur. Peşəkar bədheybət ovçusu olan Riviyalı Gerald Temitiyanın paytaxtı Vizim şəhərinə gəlir. Burada ona şəhər əhlinə əziyyət verən vampir qızdan şikayət edilir. Vampir qız kral Foltestin doğma bacısı Addadan olan qızıdır.
Sonuncu respublika
Sonuncu respublika - Bütün dünyada Viktor Suvorov kimi tanınan keçmiş SSRİ təhlükəsizlik xidməti polkovniki Vladimir Rezunun müəllifi olduğu kitab. == Haqqında == Kitab keçmiş SSRİ təhlükəsizlik xidmati polkovniki Vladimir Rezinin sovet rejiminin eybəcərliklərindən qaçaraq 1978-ci ildə Böyük Britaniyaya sığınmasından sonra qələmə alınmışdır. Kitabda əsasən Sovet İttifaqının İkinci Dünya müharibəsində uduzması, döyüşçülərin əsassız qırğına verilməsi və digər hallar böyük ustalıqla təsvir və ifşa edilmişdir.
Sonuncu yarpaq
“Sonuncu yarpaq” (ing. The Last Leaf) - amerikalı yazıçı O. Henrinin “Yanan Çıraq” seçilmiş hekayələrindən bir novella. == Məzmun == Qrinviç-Villicdə kiçik bir məhəllədə, üçmərtəbəli bir evdə iki gənc rəssam qızlar, Syu və Coanna yaşayırlar. Coanna ağciyərlərin sətəlcəminə tututlur və o, ölüm ayağındadır. Onun otağının pəncərəsindən görünən sarmaşığın yarpaqları tökülmək üzrədir. Coanna əmindir ki, sarmaşığın sonuncu yarpağı düşən gün o öləcəkdir. Rəfiqəsi Syu onu bu sərsəm fikirdən çəkindirməyə çalışır. Elə həmin binanın alt mərtəbəsində 60 yaşlı uğursuz Berman adlı bir rəssam da yaşayır. Berman illərdi özünün şah əsərinin yaratmaq arzusundadır. Syu bir gün poza oturuşu üçün qoça rəssamın yanına gələrək, öz xəstə rəfiqəsi və onun sərsəm fikiri haqqında ona danışır.
Sonuncu pərdə
Sonuncu pərdə — 2019-cu ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının üçüncü filmi. == Məzmun == Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta "yüz ilin" dostları belə, bir anın içində, hər şeyini tamahına qurban verib səhv yola addım atmış olur. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?
Sonuncu samuray
Sonuncu Samuray (ing. The Last Samurai) — rejissor Edvard Zvikin Con Loqanın ssenarisi əsasında çəkdiyi macəra dramı. Film 4 nominasiyada "Oskar" mükafatına namizəd göstərilmiş, 15 mükafata layiq görülmüşdür. == Məzmunu == 1876-cı ildə Amerika ordusunun kapitanı Natan Alqren Yaponiya imperatorunun dəvəti ilə ölkənin ilk müasir ordusuna təlim keçmək üçün Tokioya gəlir. Yapon ordusuna komandanlıq edən Alqren döyüşdə samuraylara əsir düşür. Samurayların son lideri Katsumoto (Ken Vatanabe) yeni düşmənlərinin kim olduğunu və nə olduğunu anlamaq üçün onun öldürülməsinə icazə vermir və onu yaşadıqları samuray kəndinə aparır. Alqren samuray mədəniyyəti ilə tanış olur və çox təsirlənir. Bir samuray döyüşçüsü kimi hərəkət etməyi, qılınc istifadə etməyi öyrənəndə böyük bir qərarın həddinə gəlir. İki tərəf arasında qalmışdır və şərəfinin doğru yolu göstərməsini gözləyir.
Sonuncu imperator
"Sonuncu imperator (ing. The Last Emperor) — Ssenari müəllifləri Mark Peploe və Bernardo Bertoluççi olan, Çinin sonuncu imperatoru Pu İnin həyatından bəhs edən 1987-ci il istehsalı olan bioqrafik, tarixi dram filmidir. Filmdə Pu İnin kiçik yaşlarında taxta çıxmasından, Çin kommunistləri tərəfindən həbsə atılması və siyasi reabilitasiyasına qədər həyatı əks olunmuşdur. Film Çin hökumətinin icazəsi ilə Pekindəki Yasaq şəhərdə çəkilən ilk bədii filmdir. Film ən yaxşı film və ən yaxşı rejissor nominasiyalarıda daxil olmaqla doqquz Oskar mükafatı qalibi olmuşdur. == Süjet == Filmdə hadisələr 1950-ci ildə Çinin sonuncu imperatoru Pu İnin türməyə gətirilməsi ilə başlayır. 1945-ci ildə Çinə daxil olan Qırmızı ordu tərəfindən əsir götürülərək 5 il ərzində sovet əsgərlərinin dustağı olan kecmiş imperator hərbi cinəyatkar və siyasi dustaq kimi həbsxanaya təcrid olunur. Həbsxanaya gətirilərkən kecmiş imperatoru vağzalda bir necə insan tanıyır və önündə baş əyir. Pu İn həbsxanya gələn kimi ayaqyolunda damarını kəsərək intihara cəhd edir. Xəyallar onu kecmişə iki yaşı olarkən 1908-ci ildə anasından alınaraq saraya ölüm ayağında olan nənəsi İmperatriça Cısinin önünə gətirildiyi vaxta aparır.
Nəhəng qaraciyər sorucusu
Nəhəng qaraciyər sorucusu (lat. Fasciola gigantica) — Yastı qurdlar tipinin Sorucu qurdlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bədənin uzunluğu 33 – 76 mm, eni 5 – 12 mm – dir. Bədənin ön hissəsi konusvari qurtarır. “Çiyinlər” bunlarda yoxdur. Bədənin yan kənarları paralel gedir. Bədənin son hissəsi dairəsi (kor) qurtarır. Qarın sormacı dairəvidir, bədənin arxa hissəsinə qədər uzanaraq kor torba əmələ gətirir. Farinks qida borusundan uzundur. Bağırsağın lateral çıxıntıları F.hepatica – nınkına uyğundur.
Sonuncu Müsahibə (1960)
== Məzmun == Böyük türk şairi Nazim Hikmətlə aparılmış müsahibə filmin əsasını təşkil edir.
Sonuncu imperator (film)
"Sonuncu imperator (ing. The Last Emperor) — Ssenari müəllifləri Mark Peploe və Bernardo Bertoluççi olan, Çinin sonuncu imperatoru Pu İnin həyatından bəhs edən 1987-ci il istehsalı olan bioqrafik, tarixi dram filmidir. Filmdə Pu İnin kiçik yaşlarında taxta çıxmasından, Çin kommunistləri tərəfindən həbsə atılması və siyasi reabilitasiyasına qədər həyatı əks olunmuşdur. Film Çin hökumətinin icazəsi ilə Pekindəki Yasaq şəhərdə çəkilən ilk bədii filmdir. Film ən yaxşı film və ən yaxşı rejissor nominasiyalarıda daxil olmaqla doqquz Oskar mükafatı qalibi olmuşdur. == Süjet == Filmdə hadisələr 1950-ci ildə Çinin sonuncu imperatoru Pu İnin türməyə gətirilməsi ilə başlayır. 1945-ci ildə Çinə daxil olan Qırmızı ordu tərəfindən əsir götürülərək 5 il ərzində sovet əsgərlərinin dustağı olan kecmiş imperator hərbi cinəyatkar və siyasi dustaq kimi həbsxanaya təcrid olunur. Həbsxanaya gətirilərkən kecmiş imperatoru vağzalda bir necə insan tanıyır və önündə baş əyir. Pu İn həbsxanya gələn kimi ayaqyolunda damarını kəsərək intihara cəhd edir. Xəyallar onu kecmişə iki yaşı olarkən 1908-ci ildə anasından alınaraq saraya ölüm ayağında olan nənəsi İmperatriça Cısinin önünə gətirildiyi vaxta aparır.
Sonuncu mogikan (roman)
Sonuncu mogikan (ing. The Last of the Mohicans, 1826) — Ceyms Fenimor Kuper tərəfindən yazılmış tarixi roman. Amerika tarixinin ən əlamətdar hadisələrinə müraciət edən C.F.Kuper yenidən "Pionerlər" romanının üzərinə qayıdır və "Sonuncu Mogikan" (1826) adlı "Dəri Corab" silsilə romanlarının ikincisini yazır. == Roman haqqında == Amerika hindularının həyatına böyük maraq göstərən C.F.Kuper bu romanda Nataniel Bampo ilə yanaşı, cəsur, mərd, igid hindu obrazlarına xüsusi yer ayırır. Belə ki, bu əsərdə başdan-başa romantik səciyyə daşıyan hindu aləminin arxada qalması, ayrı-ayrı hindu qəbilələrinin (delavarlar, quronlar və s.) bir-biri ilə və Amerikada hökmranlıq etmək uğrunda mübarizə aparan ingilis və fransız ordularının öz aralarında müharibə etmələri, nəhayət bütün bu tarixi və siyasi hadisələrin fonunda ağdərili Şahingözün (Natti Bamponun) və onun qırmızıdərili dostu hindu Çinqaçkukun, onun oğlu Unkasın, polkovnik Munronun, onun qızları Alisa və Koranın, mayor Dunkanın və bir sıra başqa qəhrəmanların həyatı və onların başlarına gələn macəralar təsvir olunmuşdur. Natti Bampo igid mogikan dostları — Çinqaçkuk və Unkasla birlikdə Munro bacılarını düşmən quron hindularının (Bic Tülkü) əsirliyindən xilas edir. Doğrudur, bu zaman Unkas və Kora həlak olurlar. Müəllif Unkası sonuncu mogikan adlandırır. Çünki artıq heç kim bu qəbilənin nəslini davam etdirməyəcəkdir. Müəllif bu romanda yeni torpaqlar ələ keçirməyə çalışan ingilis və fransız müstəmləkəçilərinin mübarizəsini və bu mübarizədə şəxsən iştirak edən Şahingözün başına gələn macəraları xüsusi romantik üslubda, ancaq müəyyən realist təsvirlərlə qələmə almışdır.
Sonuncu padşahlıq (serial)
" Sonuncu Padşahlıq " ( ing. The Last Kingdom Sonuncu Krallığı ), " Sakson Salnamələri " ümumi adı altında Bernard Cornwellin məşhur kitab seriyasına televiziya uyğunlaşması olan İngilis tarixi serialıdır . Serialın premyerası 2015-ci il oktyabrın 10-da ABŞ-də BBC America-da , eyni il 22 oktyabrda İngiltərədə BBC Second-da yayımlandı . 2015-ci ilin dekabr ayında serial ABŞ-də 16 mart 2017-ci ildə təqdim olunan ikinci mövsüm üçün uzadıldı . 2017-ci ilin sentyabrında seriya üçüncü mövsüm üçün uzadıldı, 19 Noyabr 2018 tarixində yalnız Netflix- də satışa çıxdı . 2018-ci ilin dekabrında seriya rəsmi olaraq dördüncü mövsüm üçün uzadıldı, çəkilişləri 2019-cu ilin oktyabrında başa çatdı və premyeranın 26 aprel 2020-ci ildə keçirilməsi planlaşdırıldı . == İstehsal == Список эпизодов телесериала «Последнее королевство» Televiziya serialının süjeti 9-cu əsrin ikinci yarısında baş verir, indi İngiltərə kimi tanınan bir sıra ayrı-ayrı Anglo-Saxon krallıqlarını təmsil edir - Northumbria, Mercia, Wessex, East Anglia və s. Anglo-Sakson torpaqlarına "böyük millətlərin böyük ordusu" - Vikinqlər hücum edir və Danimarkalar onlara hakimiyyəti ələ keçirirlər. Qismən müstəqillik yalnız ağıllı və istedadlı King Alfred Böyük tərəfindən idarə olunan Wessex krallığı tərəfindən qorunur. Baş qəhrəman Utred Bebbanburg, Skandinaviyalılar tərəfindən qaçırılan və Jarl Ragnarın övladı olaraq böyüdülmüş bir Anglo-Saxon onluğunun yetim bir oğludur.
Sonuncu ölən ümidlərdir
Sonuncu ölən ümidlərdir — Varis Yolçiyevin romanı. Yazıçının ilk kitabı olan bu romanın mövzusu real həyatdan götürülüb. Son zamanların ən çox oxunan “Sonuncu ölən ümidlərdir” romanı dramatik, həm də macəra dolu bir sevgi əhvalatından bəhs edir. == Haqqında == 1990-cı illərin sonunda “168 saat” qəzetində pero-serial janrında “Sonuncu ölən ümidlərdir” adlı, mövzusu real həyatımızdan götürülmüş bədii əsər dərc olunmağa başladı. Qısa müddət ərzində qəzetin tirajı 20 min nüsxəni haqladı, satış faizi 95-ə yüksəldi. Son dərəcə dramatik hadisələrlə, macəralarla zənginləşdirilmiş bu sevgi əhvalatı qısa vaxt kəsiyində bütün ölkədə populyarlıq qazandı. Təqdim olunan bu kitab “Sonuncu ölən ümidlərdir”in qəhrəmanlarının sonrakı taleyini özündə əks etdirən roman variantıdır.
Sonuncu şam yeməyi
Sonuncu şam yeməyi — İsa Məsihin çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə həvariləri ilə yediyi yemək.Bu yeməkdə İsa Məsih Rəbbin Süfrəsi ayinini təsis etmişdir. Bu yeməyə həmçinin "sirli" və ya "gizli" şam yeməyi deyirlər, çünki İsa ilə şagirdləri o gecə yəhudilərin ali məclisi olan Sinedriondan gizlənmək məcburiyyətində idilər. Sonuncu şam yeməyi barədə dörd Müjdənin hər birində yazılmışdır. Bundan əlavə, həvari Paulun Korinflilərə 1-ci məktubunda bu yemək haqqında qısaca yazılmışdır. Bütün bu yazılar ümumiyyətlə bir-birinə uyğun gəlir. Cüzi fərqlər müəlliflərin sonuncu şam yeməyini müxtəlif nöqteyi-nəzərlərdən təsvir etdikləri ilə izah edilə bilər. Yəhyanın Müjdəsində əhvalat o biri Müjdələrdən daha uzun şəkildə nəql edilir və fərqli cəhətlərə diqqət yetirilir. Matta, Mark və Lukadan fərqli olaraq, Yəhya yevxaristiyanın təsis edilməsindən bəhs etməmiş, lakin İsa Məsihin şagirdlərinin ayaqlarının yuması və şagirdləri ilə son söhbəti haqqında təfərrüatlı surətdə yazmışdır. Sonuncu şam yeməyi yəhudilərin Pasxa bayramı zamanında baş vermişdir. Şam yeməyi, həm də yevxaristiya Tövratın dini simvolikası ilə sıx bağlıdır.
Transformerlər: Sonuncu cəngavər
Transformerlər: Sonuncu cəngavər – rejissoru Maykl Bey olan, ssenarisi isə Art Merkum, Mett Hollouey və Ken Nolanın tərəfindən yazılan 2017-ci il Amerika-İngilis istehsalı elmi fantastika filmi. Bu film Transformers seryasının beşinci filmidir və baş rollarda Mark Uohlberq ilə Antoni Hopkinz oynamışdır. == Mövzu == Son Cəngavər, Transformers seryasının mahiyyətindəki əfsanələri paramparça edir və qəhrəman olmağın mənasını yeninden tanımlayır. İnsanlar və Transformerlər döyüşdə, Optimus Praymla görüşə gedir. Gələcəyimizi xilas etməyin açarı keçmişin sirlərində və Transformerlərin dünyadakı gizli keçmişində gizlənib. Dünyamızı qurtarmaq Cade Yeager (Mark Wahlberg), Bumblebee, bir İngilis lordu (Sör Anthony Hopkins) və bir Oxford professorundan (Laura Haddock) yaranan gözlənilməz bir ittifaqa həvalə edilir. Hər kəsin öz hayatında fərq yaratmağı istənilən bir an gəlir. Transformers 5: Son Cəngavərdə ovlananlar qəhrəman olacaqlar. Qəhrəmanlar pislər olacaqlar. Yalnız bir dünya ayağda qalacaq: ya onlarınki ya da bizimki… == Aktyorlar və personajlar == === İnsanlar === Mark Wahlberg rolu Cade Yeager.
Sonuncu Samuray (film, 2003)
Sonuncu Samuray (ing. The Last Samurai) — rejissor Edvard Zvikin Con Loqanın ssenarisi əsasında çəkdiyi macəra dramı. Film 4 nominasiyada "Oskar" mükafatına namizəd göstərilmiş, 15 mükafata layiq görülmüşdür. == Məzmunu == 1876-cı ildə Amerika ordusunun kapitanı Natan Alqren Yaponiya imperatorunun dəvəti ilə ölkənin ilk müasir ordusuna təlim keçmək üçün Tokioya gəlir. Yapon ordusuna komandanlıq edən Alqren döyüşdə samuraylara əsir düşür. Samurayların son lideri Katsumoto (Ken Vatanabe) yeni düşmənlərinin kim olduğunu və nə olduğunu anlamaq üçün onun öldürülməsinə icazə vermir və onu yaşadıqları samuray kəndinə aparır. Alqren samuray mədəniyyəti ilə tanış olur və çox təsirlənir. Bir samuray döyüşçüsü kimi hərəkət etməyi, qılınc istifadə etməyi öyrənəndə böyük bir qərarın həddinə gəlir. İki tərəf arasında qalmışdır və şərəfinin doğru yolu göstərməsini gözləyir.
Sonuncu Veqas (film, 2013)
Sonuncu Veqas — 2013-cü ildə Amerika Birləşmiş Ştatlarında istehsal edilmiş komediya-dram janrında filmdir. Film 1 noyabr 2013-cü ildə yayımlanıb. == Mövzu == 60 yaşlarının sonunda olan 4 yaxın dost — Billi, Pedi, Səm və Arşi Nevada ştatının Las-Veqas şəhərində Billi üçün subaylığı son gecəsini təşkil etməyi qərara alır. Billi onların arasında yeganə subay idi.
Sonuncu addım (film, 2001)
Sonuncu addım (Rom: Chori Chori Chupke Chupke; hind: चोरी चोरी चुपके चुपके; Urdu: چوری چوری چپکے چپکے) — 2001-ci ildə Bollivudda istehsal olunan melodram filmidir. == Süjet xətti == Sənaye maqnatı Kailaşnat Malhotranın (Amrish Puri) nəvəsi Rac (Salman Xan), dostunun toyunda Priya (Rani Mukherci) ilə görüşənə qədər nəyin bahasına olursa olsun evlilik mövzusundan qaçırdı. Onların qohumları dərhal nəvələrinin uşağını görmək arzusunda olan Kailaşnat Malhotra üçün xüsusilə xoşbəxtlik hadisəsi sayılan toyla razılaşırlar. Toydan az sonra ailə həkimi Priyanın uşaq gözlədiyini bildirir. Ancaq ailədəki sevinc uzun sürmür - tezliklə qəza nəticəsində Priya övladını itirir və bundan əlavə, həkim Raca bundan sonra bir daha uşaq sahibi ola bilməyəcəklərini bildirir. Onlar bu kədərli xəbəri ailədən gizlətməyə qərar verirlər. Racın ailəsinin uşaq arzusunda olduğunu bilən Priya onu başqası ilə evlənməyə razı salmağa çalışır, lakin Rac bu barədə eşitmək belə istəmir. O, belə olan vəziyyətdə bir uşağı övladlığa götürməyi təklif edir, lakin Priya uşaq sahibi ola biləcəyi üçün uşağın Racdan olmasının lazım olduğuna inanır və Racı onlar üçün uşaq dünyaya gətirməyə hazır olan surroqat ana tapmağa inandırır. Bir gecə klubunun rəqqasəsi olan Madhubala (Preity Zinta) surroqat ana olmağa razılaşır. Bu planını ailəsindən gizlətmək üçün Rac Priya və Madhu ilə İsveçrəyə getməyə və körpə ilə qayıtmağa qərar verir.
Sonuncu divarın daşları (roman)
"Sonuncu divarın daşları" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Təbəssüm Muxtarovadır. == Məzmun == Bir millətin ürəyinin tən ortasından parçalanaraq müxtəlif cəmiyyət quruluşlu dövlətlərin tərkibində yaşamaq sitəmi azərbaycanlılara çox tanışdır. İki yüz ildən artıqdır ki, siyasi oyunların qurbanı olmuş azərbaycanlılar sonu qətiyyən görünməyən bu zülmü çəkirlər. Almanlar bu səddi aşıb birləşdilər. Fəqət ölkələr süquta uğrayan tarixi məqamlarda ayrı-ayrı insanların ömür faciəsinə kim məhəl qoyar ki?! Almaniya Demokratik Respublikası adlı bir dövlət dünya siyasi xəritəsindən silinsə də, kəşfiyyatının casusları hələ sağdır və bir neçə superdövlət onların müqabilində ağlasığmaz məzənnə ödəməyə hazırdır. Satqınlıq, sabiq yoldaşların qətlləri bahasına bu casusların siyahısı satlığa qoyulub. Dünya şöhrətli Dronqo yüzlərlə insanın həyatı və dövlətlərin mənafeyi ilə oynayan xaini qısa müddət ərzində aşkara çıxarmalıdır. == Təqdimatı == Çingiz Abdullayevin "Sonuncu divarın daşları" romanının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi 3 fevral 2011-ci ildə Bakı Kitab Klubunun binasında keçirilmişdir.
Sonuncu dərviş (film, 2009)
Sonuncu dərviş — rejissor Ələkbər Muradovun filmi. == Məzmun == Film dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edir. Burada onun 3 həyat dövrü — uşaqlıq, gənclik və ahıl dövrləri əks etdirilib. == Film haqqında == Film Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illiyi ilə əlaqədar olaraq çəkilmişdir. Filmdə həmçinin rəssamın heç yerdə sərgilənməyən Moskvadakı 200-ə yaxın əsəri nümayiş olunmuşdur. Filmin rejissoru Ələkbər Muradov təqdimat mərasimində nəyə görə bu mövzuya müraciət etdiyinə və baş rola aktyor olmayan bir nəfəri çəkdiyinə aydınlıq gətirib. O, Səttar Bəhlulzadəni uşaqlıqdan tanıdığını və onun atası ilə bir sinifdə oxuduğunu diqqətə çatdırıb: "Səttar müəllim həftənin bazar günləri bizim evə gələrdi. Mən də rəsm işlərimi onunla bölüşürdüm, o da mənə ilham və ruh verirdi. Ondan başqa məni heç kim tərifləmirdi. Filmdə Səttar Bəhlulzadə obrazını onun qohumu canlandırıb, ancaq o, heç bir sənətin sahibi deyil və simaca Səttar Bəhlulzadəyə bənzədiyi üçün baş rola onu çəkdim.
Sonuncu fəsil (teleserial, 2013)
Sonuncu fəsil — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. == Məzmun == Bir gün polis polkovniki Xanlar Əfəndiyevin (Ramiz Novruz) oğlu Zaur (Anar Seyfullayev) maşınla naməlum adam vurur. Hadisə zamanı onun yanında yalnız dostu Fəxrəddin (Niyaz İlyasoğlu) olur. Məsələdən xəbər tutan polkovnik Əfəndiyev Zaurun dostunun ağzından söz çıxarıb-çıxarmayacağını yoxlamaq qərarına gəlir. "İmtahan"dan uğurla çıxan Fəxrəddin Əfəndiyevin rəğbətini qazanır. Bunu görən Fəxrəddin fürsət varkən, bu iki ailənin qohum olması barədə anası Zərnigara (Mahirə Yaqubova) təklif verir. Gənclərin şəxsi razılığı olmadan aparılan toy hazırlığı yalnız onların ailələrinin marağındadır. Xanların qızı Zümrüd (Kəmalə Piriyeva) dayısı oğlu Altayı (İlqar Cahangir), Fəxrəddinin qardaşı İlyas (İlham Hüseynov) isə, cavan ikən dul qalmış iş yoldaşı Vəfanı (Natəvan Hacıyeva) sevir. Buna görə də, gənclər sevgilərinə qovuşmaq üçün ailələrinin əleyhinə gedərək çıxış yolu axtarırlar.
Liverpul klubunda mövsümün oyunçusu
Bu "Liverpul" klubunda hər mövsüm üzrə parlaq oyunu ilə seçilmiş oyunçuların siyahısıdır. Seçimlər 2001-02 mövsümündən etibarən aparılır.
Premyer Liqada mövsümün oyunçusu
Premyer Liqada mövsümün oyunçusu (ing. Premier League Player of the Season) — hər il İngiltərə Premyer Liqasında ən baxımlı oyunu ilə fərqlənən futbolçuya futbol federasiyası tərəfindən təqdim edilən illik futbol mükafatı. Mükafatın sahibi liqanın sponsoru (hal-hazırda Barkleys) "futbolun idarəetmə orqanları, media və azərkeşlər" üzvlərindən ibarət qurum tərəfindən seçilir və may ayının ikinci və ya üçüncü həftələrində elan edilir. Sponsorluq məqsədləri ilə mükafat 1994-cü ildən 2001-ci ilədək Karlinq ilin oyunçusu kimi, 2001-dən 2004-cü ilədək Barkleykard ilin oyunçusu və 2015-ci ildən etibarən isə Barkleys mövsümün oyunçusu kimi adlandırılır.İngiltərə Premyer Liqasının əsası 1992-ci ildə qoyulmuşdur, nə vaxt ki, birinci divizyonun klubları İngiltərə Futbol Liqasını tərk edərək yeni öz yayım və sponsorluq müqavilələrini müzakirə edən müstəqil liqanın əsası qoyuldu. Yenicə formalaşmış liqanın açılış mövsümündə sponsoru yox idi ta ki Karlinq növbəti mövsümdən başlayacaq, 4 ili əhatə edən və 12 milyon funt sterlinq dəyərində olan anlaşmanı imzaladı. Həmin mövsüm isə Karlinq futbolçular üçün fərdi olaraq Premyer Liqa Qızıl Butsu kimi yeni mükafatlar təsis etməyə başladı. Amma Premyer Liqada ayın futbolçusu və Premyer Liqada mövsümün oyunçusu mükafatları sahibinə yalnız 1994-95 mövsümündən etibarən təqdim edilməyə başlandı. İngiltərə Premyer Liqasında mövsümün oyunçusu mükafatının ilk qalibi isə Blekbörn Roversin hücumçusu Alan Şirer olmuşdur ki, həmçinin o, həmin mövsümdə Premyer Liqa çempionu olmuş və üstəlik mövsümün qızıl butsunu əldə etmişdir.Tyerri Anri, Kriştiano Ronaldo və Nemanya Vidiç hər biri mükafatı 2 dəfə qazanmaqla adlarını mükafatı bir dəfədən artıq qazanan oyunçular siyahısına əlavə etməyi bacarmışdırlar ki, Kriştiano Ronaldo mükafatı ardıcıl olaraq 2 dəfə (2007 və 2008) qazanmaqla xüsusi fərqlənmişdir. Qalib olmuş 8 futbolçu isə həmçinin liqanın bombardiri adını qazanaraq qızıl butsu və əlavə olaraq mövsümün oyunçusu adını qazanmışdırlar. Qaliblərin dördü - Kevin Filips, Henry, Tyerri Anri, Kriştiano Ronaldo və Luis Suarez həmin mövsüm Avropada qızıl buts mükafatına sahib olmuşdurlar.
FİFA Dünyada İlin Oyunçusu
FİFA Dünyada ilin Oyunçusu (ing. FIFA World Player of the Year) — FİFA tərəfindən təşkil edilən futbol mükafatı. Mükafat, 1991–2015-ci illər arasında, hər ilin sonunda, milli komandaların məşqçiləri, kapitanları və media nümayəndələrinin səsvermələrinə əsasən, ötən təqvim ilində ən yaxşı çıxış edən futbolçuya verilib. Əvvəlcə dünyanın ən yaxşı kişi oyunçusuna verilən mükafat, 2001-ci ildən başlayaraq qadın futbolçular üçün də təsis edilir. 2001–2009-cu illərdə mükafat kişilər və qadınlar üçün paralel verilirdi. Kişilər mükafatı 2010-cu ildə FİFA Qızıl topu mükafatına daxil edildi, qadınların mükafatı isə 2015-ci ilə qədər qaldı. 2015-ci ildən sonra hər iki kişi və qadın mükafatları The Best FIFA Football Awards-ın bir hissəsinə çevrilir. == Səsvermə və seçim prosesi == Mükafatın qalibləri milli komandaların məşqçiləri və kapitanları, həmçinin FİFA tərəfindən dəvət olunmuş beynəlxalq media nümayəndələri tərəfindən seçilir. Mövqe üzrə səsverməyə əsaslanan səsvermə sistemində hər seçiciyə beş bal, üç bal və bir xal dəyərində üç səs verilir və üç finalçının seçdiyi xalların ümumi sayına görə sıralanır. Əvvəlki illərdə namizədlərlə bağlı medianın bəzi bölmələrinin tənqidindən sonra FİFA 2004-cü ildən etibarən seçicilərinin öz seçimlərini seçə biləcəyi qısa siyahılar təqdim edir.