Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Squeak
Squeak — Smalltalk-80 proqramlaşdırma dilinin ən dinamik inkişaf edən, çarpaz-paltformalı (Windows, Linux, Macintosh), obyekt-yönlü reallaşmalarından biri. 1996-cı ildə Den İnqalls və Alan Key tərəfindən işlənib hazırlanıb. Hazırda istənilən istifadə üçün tamamilə ödənişsiz yayımlanır. Bundan başqa, Squeak dilinin ilkin kodu da tamamilə açıqdır. == İstinadlar == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 808 s.
Squeaky Wheel
Squeaky Wheel, Rusiyada rus dilində yayımlanan hərbi radiostansiyadır. Radiostansiyanın 2000-ci ildə yayıma başlayan stansiya olduğu təxmin edilir.
Sual
Sual — informasiya əldə etmək və ya dəqiqləşdirmək məqsədi ilə insan tərəfindən səsləndirilən cümlənin fikir forması. Sual səsləndirilirsə intonasiya ilə deyilir, yazılırsa sonunda sual işarəsi qoyulur. Sual verən bir qayda olaraq cavab gözləyir, ironik suallar istisna təşkil edir. == Sual cümləsində sözlərin sıralanması == Hər dildə sual cümləsinin qurulmasının öz qaydası vardır. Azərbaycan dilində adi cümlənin sonunda olan xəbərin sonuna xüsusi şəkilçilər əlavə edilir. Məsələn, " Arif eşidir-mi ? ". İngilis dilində cümlənin sual formasında xəbər mübtədadan əvvəldə yerləşir. == Sual cümlələrinin qəribəlikləri == Yunan dilində sual işarəsi əvəzinə nöqtə-vergül işarəsi qoyulur. İspan dilində sul işarəsi tərs halda (¿), cümlənin əvvəlində qoyulur.
Anna Syuel
Anna Syuel (30 mart 1830 — 25 aprel 1878) — ingilis yazıçısı. Anna Syuel zamanında böyüklər üçün nəzərdə tutulmasına baxmayaraq, uşaqlar üçün ən çox satılan on kitabdan biri olaraq qəbul edilən, 1877-ci ildə qələmə alınan "Qara gözəllik" romanının müəllifi olaraq tanınır. Əsər 50 milyon nüsxə satılmışdır. == Həyatı == === Erkən həyatı === Anna Syuel 30 mart 1830-cu ildə İngiltərənin Norfolk bölgəsində dindar Kvaker ailəsində anadan olmuşdur. Atası İsaak Fillip Syuel (1793–1879) və anası Meri Rayt Syuel (1798–1884) uşaq hekayələri yazırdılar. Syuelin Fillip adlı bir qardaşı olub. Syuel və qardaşı maddi çətinlik ucbatından məktəbə gedə bilməmiş və təhsillərinin böyük bir hissəsini evdə anası tərəfindən almışlar.1822-ci ildə kiçik bir dükanı olan İsaakın işi uğursuz oldu və ailə Dalstona, Londona köçdü. Həyat ailə üçün çətin idi, ona görə İsaak və Meri övladlarını tez-tez Buxtona nənəsigilə, Merinin anasının yanına qalmağa göndərirdilər.Ailə 1832-ci ildə, Syuel 12 yaşında olarkən Stok-Nyuinqtona köçdü və Anna Syuel ilk dəfə burada məktəbə getdi. Anna 14 yaşında olarkən sürüşür və topuqlarından ağır zədə alır. O, ömrünün sonuna qədər uzun müddət gəzə və qoltuqağacı olmadan dayana bilmir.
Callista aquea
Dendrobium aqueum (lat. Dendrobium aqueum) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Kamal Sunal
Əli Kamal Sunal (11 noyabr 1944, İstanbul – 3 iyul 2000, İstanbul ) — Türkiyənin məşhur teatr və kino aktyoru. Komediya janrında filmləri ilə məşhur olmuşdur. Xalq arasında əsasən Şaban adı ilə tanınır. Yaradıcılıq fəaliyyəti dövründə 82 filmdə oynamışdır. == Şəxsiyyəti == Sənətkar öz profilinin, oynadığı obrazlara görə fərqli olduğunu bu sözlərlə bildirir: == Həyatı == Əli Kamal Sunal 1944-cü il noyabr ayının 11-də İstanbulda anadan olmuşdur. Türk teatr oyunçusu, komediya oyunçusu, film sənətkarı və yazıçı. Türk film sənətinin böyük komediya oyunçusu və film oyunçularından biri olaraq qəbul edilən Kamal Sunal, oynadığı rollarla türk film sənətinə yeni bir canlanma gətirdi. Oynadığı filmlərdə əsasən, saf, şanslı, təmiz qəlbli xarekterləri canlandırmışdır. Filmlərinin çəkilişindən illər sonra belə böyük bir maraqla izlənmişdir. == Gənclik illəri == İstanbul Kiçikbazar səmtində doğulan aktyorun atası Mustafa Sunal, anası Səimə Sunaldır.
Qubal boğazı
Qubal boğazı - Hind okeanınında yerləşən Sinay yarımadasını Qırmızı dənizin daxilində yerləşən mərcan rifləri ilə Ras-Məhəmməd burnu arasında yerləşir. Ümumən dayazdır və dərinliyi 40-50 arası dəyişir. Hal-hazırda boğaz əsasən batmış gəmiləri tətqiq edənləri (Dalğıclıq) bu əraziyə cəlb edir.
Əli Sunal
Əli Sunal (türk. Ali Sunal; 22 sentyabr 1977, İstanbul) — Türkiyə teatr, kino və teleserial aktyoru. O, Kamal Sunalın oğludur. Atasıyla birlikdə rol aldığı Propoganda filmindəki "Mahmut" və En Son Babalar Duyar serialındakı "Mustafa" rolları ilə tanınmışdır. Yedditəpə Universitetində İşlətmə təhsili alan sənətçi, Sadri Alışık Mədəniyyət Mərkəzi teatrı, Dorman teatrı kimi yerlərdə işləmişdir. Sinema və seriallarda rol aldı. İşlətmə bölümündən 1999-cu ildə məzun oldu. İndi Teatr İstanbul-da vəzifə başındadır. 21 iyul 2011-də Gökçe Bahadırla evləndi. Cütlük 23 fevral 2012-də boşandı.
Squat (idman hərəkəti)
Squat (çöməlmə) — əsasən ayaq və obma əzələlərini inkişaf etdirən idman hərəkəti. Squatı doğru şəkildə etmək üçün aşağıdakılara fikir vermək lazımdır: Topuqlar çiyin genişliyində saxlanılmalı, dizlər qarşıya baxmalıdır.
Açıq sual
Açıq sual — Açıq sual bəli və ya yox və ya statik cavabla cavablandırıla bilməyən sualdır. Açıq suallar daha uzun cavab tələb edən bəyanat kimi formalaşır. Cavab artıq sual verənə məlum olan məlumatla müqayisə oluna bilər. == Nümunələr == Açıq suallara misal olaraq: Rəhbərinizlə münasibətiniz barədə bizə məlumat verin. Gələcəyinizi necə görürsünüz? Bu fotodakı uşaqlar haqqında bizə məlumat verin. Hökumətin məqsədi nədir? Niyə bu cavabı seçdiniz? == Təhsildə == Təhsildə ənənəvi müdriklik ondan ibarətdir ki, açıq suallar, geniş desək, "yaxşı" suallardır. Onlar tələbələri başa düşdüklərini nümayiş etdirən daha uzun cavablar verməyə dəvət edirlər.
Quel parkı
Quel parkı (isp. Parque Güell) —1900—1914 illərdə Antonio Qaudi tərəfindən salınmış Barselonanın yuxarı hissəsində yerləşən park. Park bağların və yaşayış sahələrinin birləşməsindən ibarətdir, sahəsi 17-18 hektardır.
Sual-cavab
Sual — informasiya əldə etmək və ya dəqiqləşdirmək məqsədi ilə insan tərəfindən səsləndirilən cümlənin fikir forması. Sual səsləndirilirsə intonasiya ilə deyilir, yazılırsa sonunda sual işarəsi qoyulur. Sual verən bir qayda olaraq cavab gözləyir, ironik suallar istisna təşkil edir. == Sual cümləsində sözlərin sıralanması == Hər dildə sual cümləsinin qurulmasının öz qaydası vardır. Azərbaycan dilində adi cümlənin sonunda olan xəbərin sonuna xüsusi şəkilçilər əlavə edilir. Məsələn, " Arif eşidir-mi ? ". İngilis dilində cümlənin sual formasında xəbər mübtədadan əvvəldə yerləşir. == Sual cümlələrinin qəribəlikləri == Yunan dilində sual işarəsi əvəzinə nöqtə-vergül işarəsi qoyulur. İspan dilində sul işarəsi tərs halda (¿), cümlənin əvvəlində qoyulur.
Sual cümləsi
Sual cümləsi - Bir şeyi öyrənmək, dəqiqləşdirmək və ya yeni məlumat almaq məqsədilə işlədilən cümlələrə deyilir. Əgər nəqli cümlələr vasitəsilə danışan şəxs müsahibinə məlumat verir, bir məlumat ötürürsə, sual cümlələri dinləyənin fikrini bilmək, ondan məlumat almaq, onun köməyi ilə məlumatını dəqiqləşdirmək, zənginləşdirmək məqsədi daşıyır. Məsələn: - Kimsiniz, hara gedirsiniz? - Elçiyik, Sultanın yanına gedirik. - Bu zənən xaylağı da elçidir? - O zənən Uzun Həsənin anasıdır. Ona baş əyməlisən, ağayi-başçı. (F. Kərimzadə) Sual cümlələri intonasiyanın, sual əvəzliklərinin və sual ədatlarının köməyi ilə qurulur. İntonasiya sual mənası yaradan ən universal vasitədir. Sual cümlələrinin bir qismi başqa heç bir vasitə olmadan, yalnız intonasiyanın köməyi ilə yaranır.
Sual işarəsi
Sual işarəsi (?) — Sual cümləsindən sonra qoyulan durğu işarəsi. Bundan əlavə həmcinis üzvlü sual cümlələrində hər üzvü müstəqilləşdirmək, nəzərə çapdırmaq istədikdə onlardan sonra sual və nida işarəsi qoyulur. Məs.: Kimdir müqəssir?! Başqasından sitat verərkən bu sitatda şübhə oyadan, narazılıq doğuran söz və ifadələrdən sonra da sual işarəsi qoyulur. == Tarixi == İşarənin yazılışı latın hərfləri olan q və o (quaestio — cavabı axtarmaq). Əvvəlcə q o üzərində yazılırdı, sonradan indiki , ? salınıb. == Oyunlar == Cəbr şahmat notasiyasında bəzi şahmat durğu işarələri aşağıdakı kimidir: "?" — pis bir hərəkət, "???" — kobud səhv, "?!" — şübhəli hərəkət, "!?" — maraqlı hərəkət. Scrabble-da sual işarəsi boş xananı göstərir.
21 sual (film, 2017)
21 sual tammetrajlı bədii filmi rejissor Ələkbər Əliyev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film "Glad production"da istehsal edilmişdir. Baş qəhrəmanımız həyatda özünü tapmayan, xanımlarla münasibətdə nə istədiyini bilməyən bir nəfərdir. Nəhayət qarşısına ömür boyu axtardığı həmin o ideal xanım çıxır. Və əsl “kino” bundan sonra başlayır. Filmdə əsas rolları Taleh Yüzbəyov, Aytən Əlizadə, Sərdar Gözəlov, Ziyad Qurbanov, Rəşid Əliyev, Allahverdi Yolçuyev və Fatma Mahmudova ifa edirlər. == Məzmun == Eldar, Bəxtiyar, Elnur və Əlihüseyn uşaqlıq dostudurlar. Eldar (Taleh Yüzbəyov) sevdiyi qız Günayla (Aytən Əlizadə) evlənmək fikrindədir, amma toy etmək üçün pulu yoxdur. Dostları ilə birgə pul axtararkən mükafatı 10.000 manat olan "Yalan dedektoru" adlı verilişin elanını görür və verilişə qatılır. Veriliş boyu verilən suallar nəticəsində Eldar öz maraqlı və gülməli keçmişi ilə üz-üzə qalır.
Şmuel Tamir
Şmuel Tamir (ivr. ‏שמואל תמיר‏‎; 10 mart 1923, Qüds – 29 iyun 1987, Herzliya, Təl-Əviv dairəsi) — İsrail müstəqillik inqilabçısı, vəkil, Knesset üzvü idi. İngilislərlə uğurlu bir karyera mübarizəsindən sonra 1965–1980-ci illərdə Knessetə daxil oldu, 1977-ci ildən 1980-ci ilə qədər Menaxem hökumətində Ədliyyə naziriliyinə yüksəldi.Əsasən günahkarlar və müharibə cinayətkarlarını mühakimə etmək üçün məhkəmə işlərinə baxırdı.Tamirin xəyanətkar siyasəti nəhayət onu millətçi partiyalarla bir neçə koalisiyanın ardınca bir partiyaya daxil oldu.
Şmuel Vozner
Şmuel Vozner (6 sentyabr 1913, Vyana – 3 aprel 2015, Bnei-Brak[d], Təl-Əviv dairəsi) — Yəhudi din xadimi.
Şmuel Yosef Aqnon
Şmuel Yosef Aqnon (ivr. ‏שמואל יוסף עגנון‏‎, ing. Shmuel Yosef (S.Y.) Agnon; 8 avqust 1887, Buçaç[d], Sisleytaniya – 17 fevral 1970[…], Qüds) — yəhudi yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1966). == Həyatı == Tam adı Şmuel Yosef Xalevi Çaçkes olan İsrail yazıçısı Şmuel Yosef Aqnon keçmiş Avstriya-Macarıstan imperiyasının Qalitsiya əyalətində, kiçik Buçaç şəhərində ortodoks yəhudi ailəsində doğulmuşdu. Hazırda həmin ərazi Polşa sərhədlərinə daxildir. Ədəbi zövq və maraqlarının formalaşmasında ziyalı qadın olan anası mühüm rol oynamışdı. Aqnon ənənəvi yəhudi təhsili almışdı. Xedereyə getmiş, atasının və yerli ravvinin rəhbərliyi ilə Zəburu öyrənmişdi. Daha sonra "Bet xamidraş"da qədim və orta əsrlər yəhudi müəlliflərinin əsərlərini, xasidlərin təlimini və müasir yəhudi ədəbiyyatını öyrənmişdi. Gənc yaşlarından fəal sionist kimi tanınmışdı.