SUVAL

(Biləsuvar, Lənkəran, Masallı)
bax saval . – Bizim ev qırmızı suvallıdı (Lənkəran); – Üstü suvallı ev onun evidi (Masallı)
SUVADAX
SUVAN
OBASTAN VİKİ
Suvalki
Suvalki (pol. Suwałki) — Polşanın şimalında yerləşən şəhər. Əhalisinin sayı 69527 nəfərdir(2011). Şəhər statusunu 1715-ci ildə almışdır.
Suvalki dəhlizi
Suvalki dəhlizi " (ing. Suwalki Gap, pol. Przesmyk suwalski; amerikan hərbi terminologiyasında "SK dəhlizi") — Belarusu Rusiyanın Kalininqrad vilayəti ilə birləşdirən, təxminən 100 kilometr uzunluğunda olan hipotetik quru "dəhlizi"dir. Hazırda Polşanın Litva ilə sərhədi bu ərazidən keçir. Dəhlizin adı onun ərazisində yerləşən Polşanın Suvalki şəhərinin adından götürülmüşdür. Suvalki dəhlizi NATO-nun xarici sərhədlərinin ən həssas hissəsi və mümkün Rusiya təcavüzü üçün ehtimal olunan hədəf hesab edilir. Belə ki, Suvalki dəhlizinin ələ keçirilməsi Baltikyanı ölkələrin (Estoniya, Latviya və Litva) digər NATO üzvləri ilə faktiki quru əlaqəsini kəsə bilər. Ehtiyatda olan polkovnik Viktor Baranetsin sözlərinə görə, 2017-ci ildə NATO-da bəzi generallar hesab edirdilər ki, NATO-nun qüvvələr qruplaşması Suvalki dəhlizi boyunca Rusiyanın təcavüzünün qarşısını 36 saatdan 60 saata kimi dəf edə bilər. Lakin unutmaq olmaz ki, Rusiya ilə NATO arasında hərbi münaqişə olarsa ABŞ-nin yüksək dəqiqlikli silahları altı saat ərzində Rusiyanın əsas infrastruktur obyektlərini məhv edə və onu müqavimət qabiliyyətindən məhrum edə biləcək. 2017-ci ildə Litva ərazisində keçirilən "Dəmir Qurd 2017" təlimi zamanı NATO-nun doqquz ölkəsinin hərbçiləri Suvalki dəhlizinin qorunması üzrə hərbi əməliyyatlara hazırlaşdılar.
Suvalkiya
Suvalkiya, Sudova və ya Ujnemune (lit. Suvalkija/Sūduva/Užnemunė) — Litvanın cənub-qərbində ən balaca etnoqrafik bölgə. Rus, polyak və alman mənbələrində yerli əhalisinin fərqli adları verilir. Beləliklə, bu bölgənin adı mübahisəlidir. Sudoviya adı bu ərazidə məskənləşən Sudlar tayfasından gəlir. Suvalkiya adı hazırda Polşada yerləşən Suvalki şəhərindən gəlir. Coğrafi olaraq bu bölgəyə həmçinin Ujnemune deyilir. Bu ad mübahisəsinə görə etnik mədəniyyətinin dövlət müdafiəsinin əsasları haqqında qanun bölgənin iki adını çəkir: Suvalkiya (Sudova) (lit. Suvalkija (Sūduva)). Bölgə Neman çaydan cənubda, keçmiş Vilkavişkiş yepiskopluğun ərazisində yerləşir.