SUAL

is. [ ər. ]
1. Bir şey haqqında cavab, məlumat almaq üçün müraciət etmə, soruşma; sorğu. Sualla müraciət etmək. Suala cavab vermək. Suallar barədə fikirləşmək.
– Gülsənəm arvadın sualındakı təəccüb nidası çox qüvvətli idi. M.Hüseyn.

□ Sual vermək (etmək) – soruşmaq.
Kitabı əlindən yerə qoyub, Sona Bahadırdan sual etdi… N.Nərimanov.
Həyat nədir? Sual verdim özümə; Mənasını çiçəklərdən öyrəndim. M.Müşfiq.

2. Məsələ, problem.
İndi [Şükürün] başında fikrini məşğul edən bir sual vardı. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SUAL SUAL Belə ittifaqlarda lələ heç bir vaxt Bəyimə söz qaytarmaz, sual verməzdi.. (Çəmənzəminli); SORĞU [Məsumə oğluna:] Haqq-hesabını qurtar, sorğulara

Etimologiya

  • SUAL Ərəbcədir, cəm forması “soalat”dır. Tuva dilində bu sözün yerinə aytırıq (ay “danışmaq” deməkdir) işlədirlər
SUAXAN
SUAL-CAVAB

Digər lüğətlərdə