Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Statistik analiz
Statistik analz - riyazi statistikanın bölməsi olub, texnoloji proseslər haqqında əldə olunan statistik verilənlərin emalı üçün istifadə olunur. Eksperimentlərin nəticələrinin dəyərləndirilməsi riyazi statistikanın köməyi ilə qoyulmuş hipotezin yoxlanmasına əsaslanır. Məsələn, müxtəlif sınaq şəraitində iki, bir-birindən asılı olmayan müxtəlif tədqiqatçılar tərəfindən eyni parametrin ölçülməsindən alınan nəticələrin üst-üstə düşməsini yoxlamağı buna aid etmək olar. Hər iki ölçmə sırası üçün hesablanan orta qiymət və disperisya məlum olduqdan sonra onlar haqqında nə fikir yürütmək olar? Bu sualın cavabını ölçmə xətasını nəzərə almaqla ehtimalla vermək olar. Yoxlanılan hipotez eksperimentlərin təsviri üçün istifadə olunan fiziki modelin tətbiqinin düzgünlüyü ilə bağlanıla bilər. Model, ölçülən parametrlər arasında funskional asılılığı nəzəri deyə bildiyi üçün eksperimental asılılıqların statsitik analizi bu modelin düzgünlüyü aşkar etməyə imkan verir. Burada nəticə çıxarmaq üçün qoyulmuş hipotezin ödənilməsi və ya ödənilməməsi şərtlərindən asılı olaraq, özündə müxtəlif statistik meyyarları cəmləşdirən ehtimal yanaşmaya əsaslanır. İstənilən halda aparılmış eksperimentlərin sayəsində konkret ehtimallar hesablanır. Ona görə də, ehtimal meyyarlarına söykənən statsitika konkret cavab vermir.
Statistik önəmlilik
Statistik önəmlilik- analiz olunan parametrin sırf təsadüfi yaranması ehtimalının çox kiçik olmasını göstərir. Bu göstərici önəmlilik testi ilə yoxlanılır. Əgər sıfır hipotezi həqiqətən doğru olarsa, onda statistik önəmlik onu redd etmək üçün qərar qəbuletmə ehtimalı kimi təyin olunur. Həll zamanı p qiyməti təyin olunur. Əgər p önəmlilik səviyyəsindən aşağı olarsa onda sıfır hipotezi inkar edilir. Önəmlilik səviyyəsi α ilə işarə olunur. Ən geniş yayılmış önəmlilik səviyyələri 10%, 5%, 1%, və 0.1%-dir. Əgər p-nin qiyməti α-səviyyəsindən aşağıda yerləşərsə onda sıfır hipotezi redd olunur. Belə nəticələr satistik önəmli adlanır. Əgər hadisənin mində birində təsadüfi baş verirməsi deyilirsə, onda nəzərdə tutulur ki, önəmlilik səviyyəsi 0,1%-dir.
Cənubi Xəzərin statistik parametirləri
Cənubi Xəzərin statistik parametirləri - Cənubi Xəzərin ümumi su dövranını cənub və şimal axın istiqamətləri təyin edir.Tədqiqat nöqtəsi 37°35′ cənub sahilindən 11,5 km qərb sahilindən 31,5 km məsafədədir.Dərinlik 50 metrdir.Səthdə axının maksimal sürəti 43 sm/san,orta sürəti 21,6 sm/san, 10,20,45,50 metr dərinliklərdə isə uyğun olaraq maksimal sürəti 21,32,31 sm/san, orta sürəti 10,1;14,4 və 13,8 sm/san olmuşdur.Səhtdə axının orta sürətinin belə yüksək olma sı birbaşa küləklə əlaqəlidir.Bütün dərinlikdə axın istiqamətinin 8 rumb üzrə təkrarlanması və səthdə axın istiqamətinin 64% Ş,CŞ, və C, 21%-i Ş,ŞmŞ, 15%-i isə Q,CQ və ŞmQ olduğu aşkarlanmışdır.10,20,45,50 m dərinlikdə həmin rumblar üzrə təkrarlanmalar isə uyğun olaraq aşağadakı kimi olmuşdur. 80,5; 15,3 və 4,2% 80,12 və 8%, 83;8,5 və 8,5%. == Həmçinin bax == Xəzər dənizi Xəzər dənizinin hidrologiyası Xəzər dənizinin iqlimi == Xarici keçidlər == == İstinadlar == Z.S.Allahverdiyev.səh.104."Təmiz su" Mövzusunda Beynəlxalq Su Gününə Həsr Olunmuş Elmi-Praktiki Konfrans.BAKI-2001.
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası (fr. nomenclature des unités territoriales statistiques, NUTS) — statistika məqsədləri üçün ölkələrin ərazi bölgüsü standartı. Standart Avropa İttifaqı tərəfindən hazırlanmış və yalnız AB ölkələrini əhatə etmişdir. NUTS kodları ölkə standartlarını müəyyən edən iki hərf ilə başlayır ISO 3166-1 «alpha-2» (istisna olmaqla, İngiltərəni qeyd etmək üçün "GB" istifadə olunur, "Great Britain"). NUTS kodunun növbəti hərifi ISO 3166-2 uyğun olaraq inzibati müəssisələrin kodlarına cavab verir. İkinci və üçüncü səviyyədə ərazi bölgüsü hər bir simvolu ilə göstərilmişdir - 1-dən 9-a qədər ədədlər istifadə olunur, lakin bu səviyyədə daha çox ərazi vahidləri varsa, latın əlifbasının baş harfləri də istifadə olunur. == Səviyyələr == Hazırda standart üç səviyyəli NUTS vahidlərini, eləcə də yerli idarəetmə vahidlərini müəyyən edir (ing. local administrative unit, LAU). Bəzi ölkələr üçün bəzi səviyyələr mövcud olmaya bilər. Məsələn, Lüksemburq üçün yalnız yerli inzibati vahidlər müəyyən edilir və bütün NUTS vahidləri ölkə ilə üst-üstə düşür.
Kiçik Qafqazın şimal-şərq yamacı relyefinin statistik göstəriciləri
Kiçik Qafqazın şimal-şərq yamacı - Kiçik Qafqaz təbii vilayəti cənub-qərbdə Ermənistan Respublikası, şimal-qərbdə Gürcüstan Respublikası, şimal-şərqdə Kürün sağ sahil, cənub-şərqdə isə Arazın sol sahil düzənlikləri ilə sərhədlənir. Təbii vilayət Gəncə, Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası və Həkəri fiziki-coğrafi rayonlarını əhatə edir. Ərazi təbii şəraitinin müxtəlifliyi, təbii ehtiyatlarının zənginliyi ilə fərqlənir. == Tədqiqatın aktuallığı == Ekoloji geomorfologiya tətbiqi geomorfologiyanın bir istiqaməti kimi yaranmış və son 20-25 ildə inkişaf etməyə başlamışdır. Bu müddət ərzində ekogeomorfoloji tədqiqatlar müxtəlif aspektlərdən – nəzəri, tətbiqi, sahəvi, regional öyrənilmişdir və geomorfologiyanın bu yeni istiqamətinin meydana gəlməsi ilə əlaqədar olan terminlər təklif olunmuşdur. Tətbiqi geomorfologiyanın bir qolu olan ekoloji geomorfologiya Yer səthi relyefi və relyef əmələgətirən amillər ilə əlaqədar olan ekoloji problemlərlə məşğul olmaqla geomorfoloji sistemlərin ekoloji sistemlərlə müxtəlif dərəcəli qarşılıqlı əlaqəsini öyrənir. Geomorfologiya ekosistemin elementi olan relyef və relyef əmələgətirən proseslərin ekoloji qiymətləndirilməsinin prinsip və metodlarının işlənməsinə ehtiyac duyur. == Tədqiqatın obyekti == Məqalədə Kiçik Qafqazın şimal-şərq yamacının (Xram və Zəyəm çayları arası) relyefinin morfometrik göstəriciləri əsasında ərazinin ekoloji-geomorfoloji xəritəsi tərtib olunmuşdur. Geomorfoloji sistemin, relyefin tipləri və elementar formalarının ekoloji xüsusiyyətində əsas və effektli rol oynayan morfometrik göstəricilərinə hipsometriyanı, yüksəkliklərin meyilliyi, relyefin üfüqi və şaquli parçalanmasının dərəcəsi və yamacların ekspozisiyasını aid etmək olar. Relyefin bu morfometrik xüsusiyyətlərinin hər biri ayrı-ayrılıqda hər biri ekogeomorfoloji vəziyyət üçün müəyyən rol oynayır – bəzi hallarda müsbət, bəzi hallarda isə mənfi.