STATİKLİK
STATİSTİKA
OBASTAN VİKİ
Statistik analiz
Statistik analz - riyazi statistikanın bölməsi olub, texnoloji proseslər haqqında əldə olunan statistik verilənlərin emalı üçün istifadə olunur. Eksperimentlərin nəticələrinin dəyərləndirilməsi riyazi statistikanın köməyi ilə qoyulmuş hipotezin yoxlanmasına əsaslanır. Məsələn, müxtəlif sınaq şəraitində iki, bir-birindən asılı olmayan müxtəlif tədqiqatçılar tərəfindən eyni parametrin ölçülməsindən alınan nəticələrin üst-üstə düşməsini yoxlamağı buna aid etmək olar. Hər iki ölçmə sırası üçün hesablanan orta qiymət və disperisya məlum olduqdan sonra onlar haqqında nə fikir yürütmək olar? Bu sualın cavabını ölçmə xətasını nəzərə almaqla ehtimalla vermək olar. Yoxlanılan hipotez eksperimentlərin təsviri üçün istifadə olunan fiziki modelin tətbiqinin düzgünlüyü ilə bağlanıla bilər. Model, ölçülən parametrlər arasında funskional asılılığı nəzəri deyə bildiyi üçün eksperimental asılılıqların statsitik analizi bu modelin düzgünlüyü aşkar etməyə imkan verir. Burada nəticə çıxarmaq üçün qoyulmuş hipotezin ödənilməsi və ya ödənilməməsi şərtlərindən asılı olaraq, özündə müxtəlif statistik meyyarları cəmləşdirən ehtimal yanaşmaya əsaslanır. İstənilən halda aparılmış eksperimentlərin sayəsində konkret ehtimallar hesablanır. Ona görə də, ehtimal meyyarlarına söykənən statsitika konkret cavab vermir.
Cənubi Xəzərin statistik parametirləri
Cənubi Xəzərin statistik parametirləri - Cənubi Xəzərin ümumi su dövranını cənub və şimal axın istiqamətləri təyin edir.Tədqiqat nöqtəsi 37°35′ cənub sahilindən 11,5 km qərb sahilindən 31,5 km məsafədədir.Dərinlik 50 metrdir.Səthdə axının maksimal sürəti 43 sm/san,orta sürəti 21,6 sm/san, 10,20,45,50 metr dərinliklərdə isə uyğun olaraq maksimal sürəti 21,32,31 sm/san, orta sürəti 10,1;14,4 və 13,8 sm/san olmuşdur.Səhtdə axının orta sürətinin belə yüksək olma sı birbaşa küləklə əlaqəlidir.Bütün dərinlikdə axın istiqamətinin 8 rumb üzrə təkrarlanması və səthdə axın istiqamətinin 64% Ş,CŞ, və C, 21%-i Ş,ŞmŞ, 15%-i isə Q,CQ və ŞmQ olduğu aşkarlanmışdır.10,20,45,50 m dərinlikdə həmin rumblar üzrə təkrarlanmalar isə uyğun olaraq aşağadakı kimi olmuşdur. 80,5; 15,3 və 4,2% 80,12 və 8%, 83;8,5 və 8,5%. == Həmçinin bax == Xəzər dənizi Xəzər dənizinin hidrologiyası Xəzər dənizinin iqlimi == Xarici keçidlər == == İstinadlar == Z.S.Allahverdiyev.səh.104."Təmiz su" Mövzusunda Beynəlxalq Su Gününə Həsr Olunmuş Elmi-Praktiki Konfrans.BAKI-2001.
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası (fr. nomenclature des unités territoriales statistiques, NUTS) — statistika məqsədləri üçün ölkələrin ərazi bölgüsü standartı. Standart Avropa İttifaqı tərəfindən hazırlanmış və yalnız AB ölkələrini əhatə etmişdir. NUTS kodları ölkə standartlarını müəyyən edən iki hərf ilə başlayır ISO 3166-1 «alpha-2» (istisna olmaqla, İngiltərəni qeyd etmək üçün "GB" istifadə olunur, "Great Britain"). NUTS kodunun növbəti hərifi ISO 3166-2 uyğun olaraq inzibati müəssisələrin kodlarına cavab verir. İkinci və üçüncü səviyyədə ərazi bölgüsü hər bir simvolu ilə göstərilmişdir - 1-dən 9-a qədər ədədlər istifadə olunur, lakin bu səviyyədə daha çox ərazi vahidləri varsa, latın əlifbasının baş harfləri də istifadə olunur. == Səviyyələr == Hazırda standart üç səviyyəli NUTS vahidlərini, eləcə də yerli idarəetmə vahidlərini müəyyən edir (ing. local administrative unit, LAU). Bəzi ölkələr üçün bəzi səviyyələr mövcud olmaya bilər. Məsələn, Lüksemburq üçün yalnız yerli inzibati vahidlər müəyyən edilir və bütün NUTS vahidləri ölkə ilə üst-üstə düşür.
Statistik önəmlilik
Statistik önəmlilik- analiz olunan parametrin sırf təsadüfi yaranması ehtimalının çox kiçik olmasını göstərir. Bu göstərici önəmlilik testi ilə yoxlanılır. Əgər sıfır hipotezi həqiqətən doğru olarsa, onda statistik önəmlik onu redd etmək üçün qərar qəbuletmə ehtimalı kimi təyin olunur. Həll zamanı p qiyməti təyin olunur. Əgər p önəmlilik səviyyəsindən aşağı olarsa onda sıfır hipotezi inkar edilir. Önəmlilik səviyyəsi α ilə işarə olunur. Ən geniş yayılmış önəmlilik səviyyələri 10%, 5%, 1%, və 0.1%-dir. Əgər p-nin qiyməti α-səviyyəsindən aşağıda yerləşərsə onda sıfır hipotezi redd olunur. Belə nəticələr satistik önəmli adlanır. Əgər hadisənin mində birində təsadüfi baş verirməsi deyilirsə, onda nəzərdə tutulur ki, önəmlilik səviyyəsi 0,1%-dir.
Kiçik Qafqazın şimal-şərq yamacı relyefinin statistik göstəriciləri
Kiçik Qafqazın şimal-şərq yamacı - Kiçik Qafqaz təbii vilayəti cənub-qərbdə Ermənistan Respublikası, şimal-qərbdə Gürcüstan Respublikası, şimal-şərqdə Kürün sağ sahil, cənub-şərqdə isə Arazın sol sahil düzənlikləri ilə sərhədlənir. Təbii vilayət Gəncə, Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası və Həkəri fiziki-coğrafi rayonlarını əhatə edir. Ərazi təbii şəraitinin müxtəlifliyi, təbii ehtiyatlarının zənginliyi ilə fərqlənir. == Tədqiqatın aktuallığı == Ekoloji geomorfologiya tətbiqi geomorfologiyanın bir istiqaməti kimi yaranmış və son 20-25 ildə inkişaf etməyə başlamışdır. Bu müddət ərzində ekogeomorfoloji tədqiqatlar müxtəlif aspektlərdən – nəzəri, tətbiqi, sahəvi, regional öyrənilmişdir və geomorfologiyanın bu yeni istiqamətinin meydana gəlməsi ilə əlaqədar olan terminlər təklif olunmuşdur. Tətbiqi geomorfologiyanın bir qolu olan ekoloji geomorfologiya Yer səthi relyefi və relyef əmələgətirən amillər ilə əlaqədar olan ekoloji problemlərlə məşğul olmaqla geomorfoloji sistemlərin ekoloji sistemlərlə müxtəlif dərəcəli qarşılıqlı əlaqəsini öyrənir. Geomorfologiya ekosistemin elementi olan relyef və relyef əmələgətirən proseslərin ekoloji qiymətləndirilməsinin prinsip və metodlarının işlənməsinə ehtiyac duyur. == Tədqiqatın obyekti == Məqalədə Kiçik Qafqazın şimal-şərq yamacının (Xram və Zəyəm çayları arası) relyefinin morfometrik göstəriciləri əsasında ərazinin ekoloji-geomorfoloji xəritəsi tərtib olunmuşdur. Geomorfoloji sistemin, relyefin tipləri və elementar formalarının ekoloji xüsusiyyətində əsas və effektli rol oynayan morfometrik göstəricilərinə hipsometriyanı, yüksəkliklərin meyilliyi, relyefin üfüqi və şaquli parçalanmasının dərəcəsi və yamacların ekspozisiyasını aid etmək olar. Relyefin bu morfometrik xüsusiyyətlərinin hər biri ayrı-ayrılıqda hər biri ekogeomorfoloji vəziyyət üçün müəyyən rol oynayır – bəzi hallarda müsbət, bəzi hallarda isə mənfi.
2017 FİFA Konfederasiyalar Kuboku statistikası
Bu siyahı 17 iyun və 2 iyul 2017-ci il tarixləri aralığında təşkil olunan və səkkiz milli komandanın iştirak etdiyi 2017 FİFA Konfederasiyalar Kubokunun statistikasıdır. Turnir bu il Rusiyada təşkil edilmişdir. == Bombardirlər == 6 oyun ərzində ümumilikdə 17 qol qeydə alınmışdır. Hər oyun başına 2.83 qol payı düşür. 1 qol 1 avto qol Maykl Boksall (Rusiyaya qarşı)Mənbə: FIFA == Assistlər == 1 assist Mənbə: FIFA == Qollar == == Oyunun adamı == == Ümumi statistika == Updated to games played on 21 İyun 2017. Komandalar adi, ev sahibi isə italik formada yazılır.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi — Azərbaycan Respublikasında statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı. == Fəaliyyəti == statistika sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin edir; statistika sahəsinin inkişafını təmin edir; iqtisadi, sosial, demoqrafik və ekoloji sahələrin vəziyyətinə dair statistika tədqiqatlarını təşkil edir və aparır; statistik vahidlərin dövlət registrini aparır; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Bakı Statistika Texnikomu
Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci (Maliyyə-Kredit texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi, == Tarixi == Əvvəlki adı Azərbaycan Maliyyə-İqtisad Kolleci olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlanmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr mütəxəssislər hazırlanır: Bank işi; Gömrük işi.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası
İFFHS (ing. International Federation of Football History & Statistics) — Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası. 1888-ci ildən başlayaraq, bütün ölkələrdə və bütün illərdə keçirilən milli çempionatların tarixini araşdırır.
Braziliya Coğrafiya və Statistika İnstitutu
Braziliya Coğrafiya və Statistika İnstitutu (port. Instituto Brasileiro de Geografia e Estatística, abr. IBGE) — Braziliyada statistik, coğrafi, kartoqrafik, geodezik və ekoloji məlumatların rəsmi səviyyədə toplanmasından məsul olan agentlik. "IBGE" hər 10 ildən bir ümümölkə siyahıyaalma keçirir. Anketlər yaş, ailə gəlirləri, savadlılıq, təhsil, peşə və gigiyena səviyyələri kimi məlumatları əhatə edir. "IBGE" 1936-cı ildə Milli Statistika İnstitutu adı altında yaradılan bir ictimai institutdur. Qurumun qurucusu və baş təşəbbüskarı statist Mario Auqusto Teyşeyra de Freytas idi. "IBGE"nın indiki adı 1938-ci ildə qəbul olunmuşdur. Qurumun qərargahı Rio-de-Janeyro şəhərində yerləşir və hal-hazırkı prezidenti Susana Kordeyro Gerradır. Qurum 13 fevral 1967-ci il tarixdə qəbul edilən qərar ilə federal bir təşkilata çevrilmiş və İqtisadiyyat Nazirliyinə tabe edilmişdir.
Dafni-Feryhop-Foli mteropoliten statistika ərazisi
Bolduin dairəsi (ing. Baldwin County) — ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 182.265 nəfər olmuşdur. Qraflıq mərkəzi Bey-Minett şəhəridir. Senator Avraam Bolduinin şərəfinə adlandırılmışdır.
Dövlət Statistika Komitəsi
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi — Azərbaycan Respublikasında statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı. == Fəaliyyəti == statistika sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin edir; statistika sahəsinin inkişafını təmin edir; iqtisadi, sosial, demoqrafik və ekoloji sahələrin vəziyyətinə dair statistika tədqiqatlarını təşkil edir və aparır; statistik vahidlərin dövlət registrini aparır; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Dövlət Statistika Komitəsi (Azərbaycan)

Dövlət Statistika Komitəsi (NMR)
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi-statistika sahəsində muxtar respublikada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və muxtar respublikada sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır. == Haqqında == Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Komitənin əsasnaməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 06 iyul tarixli 169-III FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir. == Sədrlər == Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırovdur. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr əvəzi Azər Zeynalov tərəfindən 2023-cü il 7 aprel tarixindı bu vəzifəyə təyin edilib.
Dövlət Statistika Komitəsi (Naxçıvan)

Ermənistan Respublikası Milli Statistika Xidməti
Ermənistan Respublikası Milli Statistika Xidməti (erm. Ազգային վիճակագրական ծառայություն, MSX; ERMSTAT) — Ermənistan Respublikasının milli statistika idarəsi. == Tarixi == 7 yanvar 1922-ci il tarixində Ermənistan Sovet Sosialist Respublikası Statistika Departamenti adı ilə fəaliyyətə başlayan qurum, daha sonralar bu adları alıb: Ermənistan Sovet Sosialist Respublikası Dövlət Statistika Komitəsi (1987-1992) Ermənistan Respublikası Statistika, Dövlət qeydiyyatı və Analiz Departamenti (1992-1998) Ermənistan Respublikası Statistika, Dövlət qeydiyyatı və Analiz Nazirliyi (aprel 1998-may 2000) == Beynəlxalq əməkdaşlıq == 7 noyabr 2003-ci il tarixində Ermənistan Beynəlxalq Valyuta Fondunun Məlumatların Yayılmasının Xüsusi Standartlarına qoşulan sayca 3-cü MDB ölkəsi oldu.
Fermi–Dirak statistikası
Fermi–Dirak statistikası — yarımtam spinə (1/2, 3/2, ..., h Plank sabiti vahidlərində) malik identik (fərqləndirilməyən, eyniləşmiş) zərrəciklərdən ibarət sistemlərə tətbiq edilən kvant statistikası. Bu statistika 1926-cı ildə Enriko Fermi tərəfindən irəli sürülmüş və elə həmin ildə onun kvant-mexaniki interpretasiyası Pol Dirak tərəfindən verilmişdir. Fermi–Dirak statistikası statistik mexanikanın bir hissəsidir və kvant mexanikasının prinsiplərindən istifadə edir. Kvant fizikasında sistemin halı, onu təşkil edən bütün zərrəciklərin koordinat və spinlərindən asılı olan dalğa funksiyası ilə ifadə olunur. Fermi–Dirak (F–D) statistikasına tabe olan zərrəciklər (fermionlar) üçün dalğa funksiyası antisimmetrikdir, yəni istənilən fərqləndirilməyən zərrəciklər cütünün yerlərini dəyişdikdə dalğa funksiyası işarəsini dəyişdirir. V. Pauli 1940-cı ildə isbat etdi ki, kvant zərrəcikləri üçün istifadə olunan statistikanın növü birqiymətli şəkildə zərrəciklərin spini ilə təyin olunur (yarımtam spinli zərrəciklərdən fərqli olaraq, tam spinə malik olan zərrəciklər sistemi Boze-Eynşteyn statistikasına tabe olur). F–D statistikasına əsasən hər bir kvant halında yalnız bir zərrəcik yerləşə bilər (Pauli prinsipi). == Tarix == 1926-cı ildə Fermi–Dirak statistikasının tətbiqindən əvvəl, zahirən ziddiyyətli görünən hadisələrə görə elektron davranışının bəzi aspektlərini başa düşmək çətin idi. Məsələn, otaq temperaturunda bir metalın elektronik istilik tutumu ondan elektrik cərəyanı axan vəziyyətdən 100 dəfə az elektrondan gəlmiş kimi idi. Otaq temperaturunda metallara yüksək elektrik sahələri tətbiq etməklə yaranan emissiya cərəyanlarının nəyə görə temperaturdan demək olar ki, asılı olmadığını anlamaq da çətin idi.
Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu
Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr. Institut national de la statistique et des études économiques, qıs. INSEE və ya Insee) — institut Fransada rəsmi statistika hesablamalarını və təhlilini həyata keçirir. İqtisadiyyat, Sənaye və məşğulluq Nazirliyi tərəfindən idarə olunur. Oktyabr ayından etibarən İnstitutun direktoru Jan-Filip Kotidir.
Kral statistika cəmiyyəti
Kral statistika cəmiyyəti (ing. Royal Statistical Society) — elmi statistika cəmiyyəti və Böyük Britaniyanın statistlər peşəkar birliyi. == Tarixi == Əhali məlumatlarını toplamaq məqsədi ilə 1834-cü ildə London Statistika Cəmiyyəti olaraq quruldu. Riyazi statistika sahəsində tədqiqatlar yalnız bir neçə onillikdən sonra aparılmağa başladı. === Banisləri === Cəmiyyətin quruluşunu Riçard Cons, Çarlz Bebbic, Adolf Ketle, Vilyam Uevell və tomas Maltus asanlaşdırdı. Cəmiyyətin görkəmli üzvləri arasında Florens Naytinqeyl də vardı, 1858-ci ildə quruma qoşulan ilk qadın oldu. Kral statistika cəmiyyətinin müxtəlif dövrlərdə prezidentləri Vilyam Beveric, Ronald Eylmer Fişer, Qarold Vilson, Eqon Şap Pirson, Leonard Tippettt Henri Kaleb, Devid Koks və başqaları idi. === Kral tərəfindən diplom === 1887-ci ildə London Statistika Cəmiyyəti bir kral nizamnaməsi əsasında Kral Statistika Cəmiyyətinə çevrildi və 1993-cü ildə İngiltərə Peşəkar Statistlər Birliyi — Statistlər İnstitutu ilə birləşdirildi. Cəmiyyətin hazırda dünya üzrə 7200 üzvü var. == Strukturu == Cəmiyyətin Londonun İslinqton dairəsində bir neçə ofisi və iclas otağı var.
Mediana (statistika)
Mediana (lat. mediāna "orta") — ədədlər toplusu — bu çoxluğun ortasında olan ədədi, artma sırası ilə çeşidlənsə, yəni elə bir ədədi ki, dəstdəki elementlərin yarısı ondan az, digər yarısı isə çox deyil. Başqa bir ekvivalent tərif [1]: ədədlər çoxluğunun orta ölçüsü, çoxluqdan bütün nömrələrə qədər olan məsafələrin (və ya daha dəqiq desək, modulların) cəmidir. Bu tərif təbii olaraq çoxölçülü məlumat dəstlərini ümumiləşdirir və 1-median adlanır . Məsələn, {11, 9, 3, 5, 5} çoxluğunun medianı 5 rəqəmidir, çünki sifarişdən sonra bu çoxluğun ortasında dayanır: {3, 5, 5, 9, 11}. Nümunədə cüt sayda element varsa, orta təkrarolunmaz olaraq təyin edilə bilməz: ədədi məlumatlar üçün ən çox iki qonşu dəyərin yarım cəmindən istifadə olunur (yəni çoxluğun medyanı { 1, 3, 5, 7} 4-ə bərabər götürülür çünki, 3 və 5 rəqəmlərin ədədi ortası tapılır. Ətraflı məlumat üçün aşağıya baxın. Riyazi statistikada, orta bir nümunənin və ya bir sıra birinin xüsusiyyətlərindən biri kimi istifadə edilə bilər. Təsadüfi dəyişənin medianı da müəyyən edilir: bu halda paylanmanı yarıya endirən rəqəm kimi təyin olunur. Kobud şəkildə desək, təsadüfi bir dəyişənin medyanı elə bir ədədi ki, təsadüfi dəyişənin dəyərini onun sağına almaq ehtimalı, dəyəri sola götürmə ehtimalına bərabərdir (və hər ikisi də 1/2-yə bərabərdir) — daha dəqiq bir tərif aşağıda verilmişdir.
Milli Statistika Xidməti (Ermənistan)
Ermənistan Respublikası Milli Statistika Xidməti (erm. Ազգային վիճակագրական ծառայություն, MSX; ERMSTAT) — Ermənistan Respublikasının milli statistika idarəsi. == Tarixi == 7 yanvar 1922-ci il tarixində Ermənistan Sovet Sosialist Respublikası Statistika Departamenti adı ilə fəaliyyətə başlayan qurum, daha sonralar bu adları alıb: Ermənistan Sovet Sosialist Respublikası Dövlət Statistika Komitəsi (1987-1992) Ermənistan Respublikası Statistika, Dövlət qeydiyyatı və Analiz Departamenti (1992-1998) Ermənistan Respublikası Statistika, Dövlət qeydiyyatı və Analiz Nazirliyi (aprel 1998-may 2000) == Beynəlxalq əməkdaşlıq == 7 noyabr 2003-ci il tarixində Ermənistan Beynəlxalq Valyuta Fondunun Məlumatların Yayılmasının Xüsusi Standartlarına qoşulan sayca 3-cü MDB ölkəsi oldu.
Naxçıvan MR Dövlət Statistika Komitəsi
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi-statistika sahəsində muxtar respublikada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və muxtar respublikada sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır. == Haqqında == Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Komitənin əsasnaməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 06 iyul tarixli 169-III FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir. == Sədrlər == Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırovdur. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr əvəzi Azər Zeynalov tərəfindən 2023-cü il 7 aprel tarixindı bu vəzifəyə təyin edilib.
Panafrikan Statistika İnstitutu
Panafrikan Statistika İnstitutu — institut Afrikada rəsmi statistika hesablamalarını və təhlilini həyata keçirir.
Riyazi statistika
Riyazi statistika- riyaziyyatın bölməsi olub, statistik verilənlərin sistemləşdirilməsi, emalı və elmi və praktiki nəticələrin əldə olunmasına ximdət edən riyazi üsulları əhatə edir. Burada statistik verilənlər dedikdə obyekti səciyyələndirən geniş göstəricilər toplusu nəzərdə tutulur. Riyazi statistikanın əsasını ehtimal nəzəriyyəsi təşkil edir. Tipik olaraq seçmənin verilənləri stoxastik parametrlərin nəticələri kimi qəbul edilir ki, müşahidələrin stoxastik hallarını araşdırmaq üşün ehtimal nəzəriyyəsinin üsullarını tətbiq etmək mümkün olsun. Riyazi statistikada qiymətləndirmə nəzəriyyəsindən də geniş istifadə olunur. Qiymətləndirmə üsullarının tətbiqi zamanı verilmiş statistik modelin bazasında müxtəlif qiymətləndirmə sinifləri araşdırılır və müəyyəm meyyarlar üzrə optimal statistika axtarılır. Onların köməyi ilə parametrlərin qiymətləndirilməsi inam intervalında təyin olunur. Verilənlərin ümumi toplumu haqqında müəyyən hipotezlər statistik testlərin tətbiqi ilə təsdiq və ya qəbul edilmir. Riyazi statistika eksperimentlərin planlanmasının, keyfiyyətin idarə olunmasının və altı siqmanın riyazi aparatını təşkil edir. == Statistik üsullar və modellər == Qiymətləndirmə modelləri və sınaq hipotezləri verilənlərin yaranma ehtimallarının modelləinə əsaslanır.
Riyazi statistika üsulu
Riyazi statistika üsulu vasitəsilə çoxillik müşahidə məlumatlarının təhlili işləri yerinə yetirilir. Bu üsullar daha geniş iqlimşünaslıqda və hava proqnozlarının hazırlanmasında istifadə olunur. Son dövrlərdə müasir güclü statistika üsullarını tətbiq etməklə atmosferdəki mürəkkəb proseslər arasındakı əlaqələrin daha dəqiq öyrənilməsi istiqamətində böyük tədqiqatlar aparılmışdır.

Digər lüğətlərdə

глазиро́вщик дове́ренность недоброжела́тельствовать равнобе́дренный нача́льничек перпендикуля́р поэ́ма черики ad litteram canvas chug-chug explicatory hautboyist implosive Pontefract cake squeaker stringently tellurium боны буерак вермахт проветрить проковырять тётка шлиф