Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stripe
Stripe — San-Fransisko yerləşən Amerika texnologiya şirkətidir. Onun iş prinsipi fərdi şəxslərə və müəssisələrə İnternet üzərindən ödənişlər etmək və qəbul etmək imkanı verir .
Stripped (mahnı)
Stripped (ingilis dilindən – «Soyunmuş») — Böyük Britaniya elektronik musiqi qrupu olan "Depeche Mode" mahnısı. Mahnı musiqi qrupunun beşinci studiya albomunu olan «Black Celebration» (1986) albomunun baş sinqlıdır və ilk dəfə 10 fevral 1986-cı ildə "Mute Records" vasitəsilə buraxılmışdır. Musiqi qrupunun əsas yazıçısı Martin Qor tərəfindən yazılan «Stripped» "məşum və intriqaçı pop mahnısı" kimi izah edilmişdir. Mahnının instrumentalında müxtəlif səs nümunələri var. Bunların ən diqqət çəkəni olan dayanmış vəziyyətdə olan motosikl mühərrikinin səsi bir az dəyişdirilərək zərb elementi olaraq istifadə edilmişdir. Bu, musiqi qrupunun dalbadal şəkildə "UK Top 20" musiqi çartına daxil olan altıncı sinqlı idi və 15-ci yeri tutmuşdur. Mahnı Almaniya çartlarında dördüncü yeri tutmuş, Finlaniya, İsveç və İsveçrə çartlarında isə ilk onluğa daxil olmuşdur. Almaniya metal musiqi qrupunu olan "Rammstein" 1998-ci ildə mahnının kaver versiyasını "Depeche Mode" üçün nəzərdə tutulmuş «For the Masses» tribüt-albomunun bir parçası kimi buraxmışdır. Mübahisə doğuran bir klipə malik olmasına baxmayaraq, mahnı Almaniya çartlarında on dördüncü yeri tutmuş və "Depeche Mode" musiqi qrupunun üzvləri tərəfindən təriflənmişdir. == Trek siyahısı == Bütün mahnılar «Black Day» (Qor, Uaylder, Miller) istisna olmaqla Martin Qor tərəfindən yazılmışdır.
The White Stripes
The White Stripes – 1997-ci ildə ABŞ-nin Detroyt ştatında qurulmuş rok duosu. Qrup Cek Vayt (bəstəkar, vokal, gitara, piano və mandolin) və Meq Vaytdan (zərb alətləri və vokal) ibarət idi. Detroyt musiqi səhnəsində bir neçə sinql və üç albom buraxdıqdan sonra, The White Stripes 2002-ci ildə qaraj rokunun canlanması səhnəsinin bir hissəsi kimi məşhurlaşdı. Onların uğurlu təqdirəlayiq albomları "White Blood Cells" və "Elephant" ABŞ və Böyük Britaniyada müxtəlif media orqanlarının diqqətini çəkdi. "Seven Nation Army" adlı sinqlları onların ən tanınan mahnılarından biri oldu. Qrup 2005-ci ildə Get Behind Me Satan və 2007-ci ildə Icky Thump adlı daha iki albom yazdı və səsyazmada uzun fasilədən sonra 2011-ci ildə dağıldı.
Striges
Bayquşkimilər (lat. Strigiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Bədəninin uzunluğu 17—74 sm, açılmış vəziyyətdə qanadlarının uzunluğu 40 sm—1,8 m, kütləsi 50 q—3,25 kq-dır. Əsasən, kecə həyatı keçirir. Yırtıçıdır. Dimdiyi qarmaqşəkilli, ayaqları qüvvətli, çaynaqları əyri və iridir. Səssiz uçur. Düzənlik, dağ, meşə, çöl və səhralarda yaşayır. Koğuş, qaya yarığı, xarabalıq və s. yerlərdə yuvalayır.
Stepped Reckoner
Leybnits kalkulyatoru — 1674-cü ildə alman riyaziyyatçısı Qotfrid Vilhelm Leybnits (Gottfried Wilhelm Leibniz) tərəfindən yaradılmışdır. Bir çox ədəbiyyatda "Stepped Reckoner" (Pilləli hesablayıcı) adı ilə verilir. Maşın dörd hesab əməli ilə yanaşı kvadrat kökü də hesablayır.1674-cü ildə dahi alman riyaziyyatçısı Qotfrid Vilhelm Leybnits (Gottfried Wilhelm Leibniz) "Stepped Reckoner" (Pilləli hesablayıcı) adlı hesab maşınını yaratmışdır. Maşın dörd hesab əməli ilə yanaşı kvadrat kökü də hesablayırdı.
Counter-Strike
Counter-Strike (qısa. — CS; ingiliscədə tərcümədən "Əkszərbə") — GoldSource mühərrikində hazırlanmış, birinci üzdən şuter janrında olan komandalı kompüter oyunudur. Half-Life üçün mod kimi yaradılmışdır. Hal-hazırda bir neçə oyun seriyası mövcuddur — Counter-Strike 1.6 (mutipleyer), Counter Strike: Condition Zero (tək tapşırıqla multipleyer), Condition Zero: Deleted Scenes (sinqpleyer) və yeni mühərrik, Source-da hazırlanmış Counter-Strike: Source Oyun teroristler(Terrorists) və terrorla mübarizə qrupu (Counter-Terrorists) olmaq üzrə iki komanda/dəstə olaraq dövrələr halında oynanmaqdadır. Hər dövrə başında komanda/dəstələr əvvəlki dövrəki müvəffəqiyyətlərinə görə qazandıqları pul ilə özlərinə silah götürərlər. İqtisadiyyat sistemini bu şəkildə tətbiq edən ilk oyun olmuşdur. Qruplara xüsusi silahların da tapılmasına baxmayaraq ümumi istifadəyə açıq silahlar əksəriyyətdədir. Hər oyunçu 800 Dollar ilə başlar və hər dövr başına bu miqdar artar. Qazanan qrupun artım miqdarı daha çox olmaqla birlikdə, xüsusi bəzi vəziyyətlərdə adamın pulu da arta bilməkdədir (Məsələn rəqib oyunçunu öldürmək 300 Dollar qazandırar). Qarşı komanda/dəstənin bütün oyunçuları öldürüldüyündə və ya vəzifə tamamlandığı təqdirdə dövr nəticələnər və yeni oyun başlar.
Meril Strip
Meril Strip (ing. Mary Louise "Meryl" Streep, 22 iyun 1949) — ABŞ aktrisası. == Həyatı == Meryl Streep 22 iyun, 1949-cu ildə ABŞ-nin Nyu-Cersi ştatında dünyaya göz açmışdır. Atası Harry Streep dərman şirkəti direktoru, anası Mary Streep isə isveç, irland və ingilis qarışığı reklam ulduzu idi. Meryl atasının əcdadlarının Hollandiyadan gəldiyini demişdir, hətta ailəsinin əsl soyadı Messerschnitz olub, sonradan Streep`ə çevrilib. Aktrisanın uşaqlığı elə doğulduğu ştatda- Nyu-Cersidə keçib. Vassar kollecində teatr dərsləri alıb və bu kollecdən məzun olduqdan sonra Yale Universitetinin Teatr fakutləsində təhsilini davam etdirir. Rol aldığı ilk film 1977-ci ildə çəkilən "Julia" filmi oldu. Kiçik, lakin vacib bir rola yiyələnmişdi. İkinci rol aldığı film isə 1978-ci il istehsalı olan "Maral ovçusu" (The Deer Hunter) filmi oldu.
Björn "Speed" Strid
Björn "Speed" Strid — Soilwork qrupunun vokalisti Byörn Ove Ingemar Strid. == Həyatı == 10 sentyabr 1978-ci ildə İsveçdə anadan olmuşdur. 1995-ci ildə Soilwork qrpunun əsasını qoymuşdur.
Las-Veqas Strip gülləbaranı (2017)
Las-Veqas Strip gülləbaranı , Paradays, Nevadadakı Las-Veqas Stripdə təşkil olunan dördüncü "Route 91 Harvest" Kantri musiqi festivalında baş vermiş silahlı hücum. Müğənni Ceyson Oldinin bitməkdə olan performansı sırasında Mandalay Bay hotelinin 32-ci mərtəbəsindəki bir nişançı, Las-Veqas bulvarında toplaşan musiqi festivalı iştirakçılarına atəş açıb. Hadisəni törədən şəxsin Meskit, Nevadada yaşayan 64 yaşındakı Stiven Kreyq Peddok olduğu aydın olub və qatil, hadisə yerində intihar etmiş şəkildə tapılıb. Ən azı 60 nəfərin ölümü və 527 nəfərin yaralanması ilə ABŞ tarixinin ən ölümcül hücumu oldu.
McDonnell Douglas F-15E Strike Eagle
McDonnell Douglas F-15E Strike Eagle McDonnell Douglas F-15 Eagle döyüş təyyarəsi əsasında ABŞ tərəfindən istehsal olunan çoxməqsədli qırıcıdır. F-15E 1980-ci illərdə düşmənin nəzarəti altında olan ərazilərin dərinliklərində radioelektron mübarizə təyyarələrinin müşayiəti olmadan uçuşlar həyata keçirmək məqsədilə dizayn olunmuşdur. ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-15E qırıcıları bu qurumun arsenalında olan digər təyyarələrlə müqayisədə daha tünd rəngli hava kamuflajına və konformal yanacaq çənlərinə sahibdir. F-15E qırıcıları indiyə qədər İraq, Əfqanıstan, Suriya və Liviyada baş tutmuş döyüş əməliyyatlarında istifadə olunmuşdur. Həmin əməliyyatlar zamanı bu döyüş təyyarələri düşmənin dərinlikdə yerləşən vacib hədəflərinin məhv edilməsi, hava patrulunun təşkil olunması və koalisiya qoşunları üçün yaxın hava dəstəyi məqsədilə istifadə olunub. F-15E sonradan bəzi xarici ölkələrə də ixrac olunmuşdur.
Ştrisel
Ştrisel (alm. Striezel‎) — maya xəmirindən bişirilən şirniyyat növü. Mərkəzi Avropada geniş yayılmış bu piroq adətən xaşxaş və ya almanın içindən avstriya və alman mətbəxində hazırlanır. Adətən uzunsov formada, ştollen kimi (ştrisel —ştollenin sinonimidir, Almaniyanın Drezden şəhərində Avropanın ən qədim bazarlarından olan Ştriselmarkın adından götürülmüşdür.
Ştrimer apteki
Ştrimer apteki - Taqanroq şəhərinin ərazisində, Petrovskaya küçəsi, ev 61 ünvanında yerləşən bina. Binanln inşasına 1971-ci ildə başlanılmışdlr. O zaman bina Petrovskaya küçəsi, ev 33 ünvanında qərarlaşırdı. == Tarix == Kənpiçdən inşa edilən iki mərtəbəli binanın əsası 1871-ci ildə qoyulmuşdur. Bu bina aptek binası olaraq Moisey Osipoviç Ştrimerin vəsaiti gesabına inşa edilmişdir. Təkcə onun zirzəmisində 1870-ci illərdə Taqanroqda butılkalarda Qafqaz mineral suları satılırdı. Moisey Ştrimerin 44 yaşında ikən zərbədən ölümündən sonra (1880-ci ilin fevralında) mülkiyyət hüququ onun həyat yoldaşı olan Nadejda Davidovaya keçir. O, uşaqları Aleksandr (1866) vı Pelenoy (1869) ilə burlikdə binada 1925-ci ilə qədər yaşamışlar. Aktek isə öz fəaliyyətini davam etdirmişdir. Taqanroq üçün nadir hadisələrdən biri onda idi ki, iri bir bina sovet hakimiyyəti qurulduqdan donra belə uzun zaman milliləşdirilməmişdi.