STRIP

strip1

n 1. uzun, nazik parça, zolaq; lent; a ~ of board / of w ood planka, tamaşa; 2. yumor səhifəsi (qəzetdə, jurnalda)

strip2

v I uzun ensiz hissələrə bölmək, zolaq-zolaq kəsmək

v II 1. soyundurmaq; to ~ smb. to the skin bir kəsi lüt soyundurmaq; 2. soyunmaq; to ~ off one’s clothing paltarını soyunmaq; She stripped off and ran into the water O soyundu və suya cumdu; 3. qopartmaq, soymaq, sıyırmaq; təmizləmək; Elephants strip the leaves off / from trees Fillər ağacların yarpaqlarını sıyırırlar; 4. qarət etmək, soymaq, talamaq, çalıb-çapmaq; The bandits stripped the house Banditlər evi qarət etdilər / taladılar / soydular; 5. sökmək; to ~ a weapon silahı sökmək

STRINGENT
STRIPE
OBASTAN VİKİ
Meril Strip
Meril Strip (ing. Mary Louise "Meryl" Streep, 22 iyun 1949) — ABŞ aktrisası. == Həyatı == Meryl Streep 22 iyun, 1949-cu ildə ABŞ-nin Nyu-Cersi ştatında dünyaya göz açmışdır. Atası Harry Streep dərman şirkəti direktoru, anası Mary Streep isə isveç, irland və ingilis qarışığı reklam ulduzu idi. Meryl atasının əcdadlarının Hollandiyadan gəldiyini demişdir, hətta ailəsinin əsl soyadı Messerschnitz olub, sonradan Strip-ə çevrilib. Aktrisanın uşaqlığı elə doğulduğu ştatda- Nyu-Cersidə keçib. Vassar kollecində teatr dərsləri alıb və bu kollecdən məzun olduqdan sonra Yale Universitetinin Teatr fakutləsində təhsilini davam etdirir. Rol aldığı ilk film 1977-ci ildə çəkilən "Julia" filmi oldu. Kiçik, lakin vacib bir rola yiyələnmişdi. İkinci rol aldığı film isə 1978-ci il istehsalı olan "Maral ovçusu" (The Deer Hunter) filmi oldu.
Las-Veqas Strip gülləbaranı (2017)
Las-Veqas Strip gülləbaranı , Paradays, Nevadadakı Las-Veqas Stripdə təşkil olunan dördüncü "Route 91 Harvest" Kantri musiqi festivalında baş vermiş silahlı hücum. Müğənni Ceyson Oldinin bitməkdə olan performansı sırasında Mandalay Bay hotelinin 32-ci mərtəbəsindəki bir nişançı, Las-Veqas bulvarında toplaşan musiqi festivalı iştirakçılarına atəş açıb. Hadisəni törədən şəxsin Meskit, Nevadada yaşayan 64 yaşındakı Stiven Kreyq Peddok olduğu aydın olub və qatil, hadisə yerində intihar etmiş şəkildə tapılıb. Ən azı 60 nəfərin ölümü və 527 nəfərin yaralanması ilə ABŞ tarixinin ən ölümcül hücumu oldu.
Stripe
Stripe — San-Fransisko yerləşən Amerika texnologiya şirkətidir. Onun iş prinsipi fərdi şəxslərə və müəssisələrə İnternet üzərindən ödənişlər etmək və qəbul etmək imkanı verir .
Stripped (mahnı)
Stripped (ingilis dilindən – «Soyunmuş») — Böyük Britaniya elektronik musiqi qrupu olan "Depeche Mode" mahnısı. Mahnı musiqi qrupunun beşinci studiya albomunu olan «Black Celebration» (1986) albomunun baş sinqlıdır və ilk dəfə 10 fevral 1986-cı ildə "Mute Records" vasitəsilə buraxılmışdır. Musiqi qrupunun əsas yazıçısı Martin Qor tərəfindən yazılan «Stripped» "məşum və intriqaçı pop mahnısı" kimi izah edilmişdir. Mahnının instrumentalında müxtəlif səs nümunələri var. Bunların ən diqqət çəkəni olan dayanmış vəziyyətdə olan motosikl mühərrikinin səsi bir az dəyişdirilərək zərb elementi olaraq istifadə edilmişdir. Bu, musiqi qrupunun dalbadal şəkildə "UK Top 20" musiqi çartına daxil olan altıncı sinqlı idi və 15-ci yeri tutmuşdur. Mahnı Almaniya çartlarında dördüncü yeri tutmuş, Finlaniya, İsveç və İsveçrə çartlarında isə ilk onluğa daxil olmuşdur. Almaniya metal musiqi qrupunu olan "Rammstein" 1998-ci ildə mahnının kaver versiyasını "Depeche Mode" üçün nəzərdə tutulmuş «For the Masses» tribüt-albomunun bir parçası kimi buraxmışdır. Mübahisə doğuran bir klipə malik olmasına baxmayaraq, mahnı Almaniya çartlarında on dördüncü yeri tutmuş və "Depeche Mode" musiqi qrupunun üzvləri tərəfindən təriflənmişdir. == Trek siyahısı == Bütün mahnılar «Black Day» (Qor, Uaylder, Miller) istisna olmaqla Martin Qor tərəfindən yazılmışdır.
Striptiz
Striptiz (orijinal mənşəyi: ingiliscə strip-tease) gənc bir qadın aktrisanın gecə klublarında və pavilyonlarda musiqinin müşayiəti altında rəqs edərək və soyunaraq ifa etdiyi şou kimi müəyyən edilmişdir. Strip-şoular müasir dövrdə striptiz klublarında və pablarda həyata keçirilir (xüsusilə Böyük Britaniyada). Xüsusilə striptizin baş verdiyi yerlərdə ətrafdakı işıq zəif, musiqi isə ağır olur. Kreslo kimi əşyalar bu şoularda istifadə olunan alətlərdir. Ehtimal olunur ki, səhnədə soyunma dəbi ilk dəfə 1895-ci ildə Parisdə keçirilən Divan japonais şousunda Moreno de Blansac tərəfindən tətbiq edilmişdir. Əvvəlcə kabarelərdə keçirilən bu şoularda yalnız Mata Hari və Dita Von Tiz kimi bir neçə nəfər məşhurlaşmağı bacarmışdır. 1930-cu illərdən ABŞ-də burlesk adı altında geniş yayılmışdır. 1935-ci ildə yenidən Avropaya geriyə qayıtmış və 1955-ci ildən geniş yayılmışdır. Kinoda isə Gilda, Rita Hayworth, Brigitte Bardot və Jeanne Moreau etdikləri striptiz səhnələri ilə yaddaşlarda qalmağı bacarmışdırlar. Qadın aktyorların həyata keçirdikləri şoulardan başqa qadınlar və homoseksual kişilər üçün nəzərdə tutulmuş kişi rəqqaslarla da striptiz şouları nümayiş etdirilir.
Striptiz klub
Striptiz klub və ya Striptiz klublar — ilk növbədə striptizçilərin ifa etdiyi striptiz olmaqla müxtəlif erotik rəqslərin olduğu və yalnız böyüklərə xidmət göstərən xüsusi məkanlardırlar. Bu yerlər adətən gecə klubu və ya bar konsepsiyası formasında olurlar. Amerika tipli striptiz klubları ilk dəfə Şimali Amerikada İkinci Dünya Müharibəsindən sonra yaranmışdır. 1940-cı illərin sonunda Asiyaya və 1950-ci illərdə isə Avropaya yayılmışdır. 2005-ci ildəki statistik məlumatlara görə qlobal striptiz klubu sənayesinin gəlirlərinin 75 milyard ABŞ dollarına çatdığı təxmin edilir.
Striptizçi
Striptizçi və ya ekzotik rəqqas — peşəsi striptiz klubları kimi ictimaiyyətə açıq yerlərdə böyüklər üçün nəzərdə tutulmuş əyləncə məkanlarında erotik rəqsin bir növü sayılan striptiz şou göstərmək olan şəxsdir. Bəzən subaylığın son gecəsi məclislərində və ya digər xüsusi tədbirlərdə striptizçi rəqqaslar dəvət olunurlar və onlar özlərinin striptiz rəqslərini ifa edirlər.
The White Stripes
The White Stripes – 1997-ci ildə ABŞ-nin Detroyt ştatında qurulmuş rok duosu. Qrup Cek Vayt (bəstəkar, vokal, gitara, piano və mandolin) və Meq Vaytdan (zərb alətləri və vokal) ibarət idi. Detroyt musiqi səhnəsində bir neçə sinql və üç albom buraxdıqdan sonra, The White Stripes 2002-ci ildə qaraj rokunun canlanması səhnəsinin bir hissəsi kimi məşhurlaşdı. Onların uğurlu təqdirəlayiq albomları "White Blood Cells" və "Elephant" ABŞ və Böyük Britaniyada müxtəlif media orqanlarının diqqətini çəkdi. "Seven Nation Army" adlı sinqlları onların ən tanınan mahnılarından biri oldu. Qrup 2005-ci ildə Get Behind Me Satan və 2007-ci ildə Icky Thump adlı daha iki albom yazdı və səsyazmada uzun fasilədən sonra 2011-ci ildə dağıldı.